3. AVROPA ŞURASININ SƏNƏDLƏRİ
3.1.
AVROPA ŞU RASI NAZİRLƏR KOM İTƏSİ
3.1.1.Dağlıq Qarabağa dair BƏYANNAMƏ
(Nazirlər Komitəsi tərəfindən 11 mart 1992-ci ildə Nazir
müavinlərinin 471-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi, insanlann fərq qoyulmadan qətlə yetirilməsi və
zorakılıq aktları haqqında son məlumatlardan dərindən narahat olaraq,
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində
mülki
əhaliyə qarşı zorakılıq və hücumları kəskin şəkildə pisləyir. O qeyd
edir ki, məsələnin güc vasitəsilə həlli beynəlxalq ictimaiyyət
tərəfindən qəbul edilə bilməz.
Nazirlər Komitəsi fevralın 28-də Praqada ATƏM iştirakçı döv
lətlərinin dərhal və effektiv atəşkəs, regions silahların daşınmasına
embarqo qoyulması və humanitar yardımın göndərilməsi üçün
təhlükəsiz dəhlizlərin yaradılmasına dair tövsiyələrini dəstəkləyir. O
bir daha qeyd edir ki, Dağlıq Qarabağda böhranın istənilən həlli
qanunun aliliyinə, demokratiya, insan hüquqfan və azlıqların
üzvlərinin hüquqlarına dair təminatlara və yalnız sülh yolıı və ümumi
razılıqla dəyişilə bilən bütün, istər daxili, istərsə də
xarici sərhədlərin
pozu l mamasına hörmət edilməsinə
əsaslanmalıdır.
Nazirlər Komitəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin müba
hisəyə kömək etməsinə dair münaqişə tərəflərinin razılığını alqışlayır
və ümid edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qeyri-
hökumət təşkilatlan bu mübahisənin qurbanlarına humanitar yardımın
verilməsində aparıcı rol oynayacaqlar.
Nazirlər Komitəsi mübahisənin sülh yolu ilə həllinin əldə edilməsi
üçün bütün vasitəçilik səylərini dəstəkləyir. Effektiv atəşkəsə nail
olunduqda, mübahisə bütün maraqlı tərəflər, o cümlədən Dağlıq
Qarabağın yerli idarəetmə orqanları və nümayəndələri arasında danışıq
vasitəsilə həll edilməlidir. Danışıqlar ATƏM çərçivəsində qəbul
olunmuş Helsinki Yekun Aktı və Paris Xartiyasının hərf və ruhuna, və
xüsusilə mübahisələrin sülh yolu ilə tənzimlənməsi öhdəliyinə hörmət
prinsipinə əsaslanmalıdır.
180
3.1.2.
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair
BƏYANNAMƏ
(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir
müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi
və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər
rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər
Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliy
yatların dərhal dayandırılması tələbini dəstəkləyir və
regionun sülh və
təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına
çağırır.
Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və
Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət,
xüsusilə
sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azhqların m üdafiəsi və
insan hüquqları və əsas azadlıqlarına hörm ət edilməsi
vasitəsilə əldə
oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:
- döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək
genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə
təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatlığını
ifadə edir;
- bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə
təhlükə olması faktına təəssüflənir;
-
g ü c vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul
edilə bilməyəcəyini bəyan edir;
- həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə
regiona və xüsusilə, münaqişənin təsir etdiyi bütün ərazilərə
beynəlxalq humanitar yardım səylərinin maneəsi/ buraxılmasına
çağırır;
- münaqişə tərəflərinindən sülh yolu ilə tənzimlənməyə daha artıq
təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;
- hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun,
gücdən
istifadə etməkdən imtina etməklə yanaşı,
ATOM-in Minsk qrupu
çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.
3.1.3. KOMMÜNİKE
«Avropa Şurası Cənub-Şərqi Avropa və Qafqaza dair
fəaliyyətini artınr»
(9 noyabr 2000-ci il tarixində Nazirlər Komitəsinin 107-ci
iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi İtaliyanın xarici işlər naziri cənab Lamberto
Dininin sədrliyi ilə 2000-ci ilin noyabrın 9-da Strasburqda 107-ci
iclasını keçirdi.
Baş Katibin dəvəti ilə, iclasdan öncə 2000-ci ilin noyabrın 8-də
qeyri-rəsmi görüş keçirilmişdir...
Nazirlərin 9 noyabrda rəsıni görüşü Prezident Kaştunitsa ilə onıın
ölkəsində müsbət inkişafa dair fikir mübadiləsi ilə açıldı...
Fikir mübadiləsi Cənub-Şərqi Avropa, o cümlədən Moldova, və
Qafqazda demokratik sabitliyin gücləndirilməsində Avropa Şurasının
töhfəsinə dair müzakirələrlə davam etdirilmişdir...
Cənubi Qafqazın namizəd dövlətlərinə gəlincə isə, hər iki ölkənin
Avropa Şurasının tələb olunan standartlarının yerinə yetirilməsinə, o
cümlədən Azərbaycanda 5 noyabr 2000-ci ildə keçirilən seçkilərə
münasibətdə Nazirlər müəyyən narahatlıqla vəziyyəti nəzərə aldılar.
Nazirlər Təşkilata daxil olmaq üçün Ermənistan və Azərbaycanı eyni
vaxtda dəvət etməyi qərara aldılar (və bu ölkələrin Xarici işlər
nazirlərinin bəyanatlarını razılıqla nəzərə aldılar) və bəyan etdilər ki,
iki Dövlətin qəbul tarixi 2001-ci ilin yanvarında Nazir Müavinlərinin
görüşündə nəzərdən keçiriləcək. Onlar qeyd etdilər ki, Ermənistan və
Azərbaycan öz demokratik təsisatlarını, insan hüquqlarına hörməti və
qanunun aliliyini gücləndirməyi davam etdirməlidirlər. Nazirlər
Avropa Şurasının bu məqsədlə əməkdaşlıq etməyə hazır olduğunu
təkrarladılar. Onlar, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində
təxirə salınmadan real nəticələr əldə etməyi Ermənistan və
Azərbaycandan təkidlə tələb etdilər.
3.2. AVROPA ŞURASI PARLAM ENT ASSAM BLEYASI
3.2.1.Dağlıq Qarabağ münaqişəsinə dair QƏTNAMƏ 1047 (1994)
I.
Assambleya razılıqla qeyd edir ki, 1994-ci ilin mayın 12-də
qüvvəyə minmiş Dağlıq Qarabağda atəşkəsə nisbətən yaxşı riayət
182
olunmuşdur və ümid edir ki. o, mümkün qədər tezliklə müharibə edən
tərəflər arasında sülh sazişi ilə nəticələnəcək.
2. 1988-ci ildə başlamış bu münaqişə artıq
20 min insanın ölünıii
və bir milyondan çox qaçqınların
olması ilə nəticələnmişdir.
3. Assambleya müharibə tərəflərini sülh sazişinin imzalanmasına
həvəsləndirmək üçün ATOM-in Minsk qrupu, Rusiya Federasiyası
hökuməti, BMT Təhlükəsizlik Şurası, MDB Parlamentlərarası
Assambleya və özünün Avropanın qcyri-üzv ölkələri ilə əlaqələr üzrə
Komitəsinin səylərini razılıqla qeyd edir.
4. O, Ermənistan və Azərbaycanın müdafiə nazirləri və Dağlıq
Qarabağ ordusunun komandam tərəfindən 26 iyul 1994-сь ildə
imzalanmış, atəşkəsə riayət etmək öhdəliklərini və siyasi sazişin
imzalanmasını sürətləndirmək səylərini təsdiq etdikləri sazişi alqışlayır
və bütün müharibə tərəflərini 12 may 1994-ci ildən qüvvədə olan
qeyri-sabit atəşkəsə təhlükə yarada biləcək har hansı düşmənçilik
hərəkətindən çəkinməyə təkidlə çağırır.
5. O. sülh sazişinin imzalanmasına bütün imkanları çərçivəsində,
xüsusilə maraqlı tərəllərin parlament nümayəndələri arasında dialoqun
həvəsləndirilməsi yolu ilə, yardım etmək üçün hazır olduğunu bəyan
edir.
6. Nəhayət, o, müharibə tərəflərini qaçqınların təcili əsasda
yaşayış yerlərinə qayıtmasım təşkil etməyə və onun 1201 saylı
Tövsiyəsində dəstəkləndiyi kimi azlıqların hüquqlarına hörmət etməyə
çağırır, və Azərbaycan və Türkiyəni onların Ermənistanla olan
kommunikasiya vasitələrinin blokadasına dərhal son qoymağa təkidlə
çağırır.
3.2.2.Dağlıq Qarabağda münaqişəsinə dair TÖVSİYƏ 1251
(1994)'
1.
Assambleya qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci
ildə başlamış və artıq təxminən
20 000 insanın ölümü və bir
milyondan
artıq qaçqının əmələ gəlməsi ilə nəticələnmişdir.
2. Onun Avropanın qeyri-üzv ölkələri ilə əlaqələr üzrə Komitəsi
1992-ci ildən etibarən Ermənistan və Azərbaycanın Parlamentləri,
«Dağlıq Qarabağın rəhbərliyi» və «Dağlıq Qarabağın maraqlı
Azərbaycan
tərəfi»nin
nümayəndələrinin
qatıldığı dinləmələr
silsiləsini təşkil etmişdir.
183
Yüklə Dostları ilə paylaş: |