Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu IL tarixli



Yüklə 305,1 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix17.09.2017
ölçüsü305,1 Kb.
#293
1   2   3   4   5   6   7   8   9   10

 18

şərait yaradırlar, xəstəliyin ikincili nəticələrinin qarşısını alırlar 

və sağalmağa kömək edirlər.  İlk epizoddan sonra remissiya 

vəziyyətində pasiyentlərin psixoloji, sosial, ailə  tələbatlarının 

ödənilməsi diqqət mərkəzində olmalıdır [A].  

U

Şizoaffektiv tipin ilk epizodunun müalicəsi 

1.

 

Şizoaffektiv pozuntunun ilk epizodunun maniakal tipi zamanı 



müalicəni  əhval-ruhiyyə stabilizatorlarından (litium, valproat, 

lamotricin, karbomazepin) birini əlavə etməklə atipik 

antipsixotikin kiçik dozaları ilə başlamaq lazımdır  [C]

Sedasiyaya zərurət olduqda benzodiazepin sıra trankvilizatoru 

(diazepam) əlavə etmək lazımdır [B]

2.

 



Şizoaffektiv pozuntunun ilk epizodunun depressiv tipi zamanı 

SİUSİ  əlavə etməklə stimuledici təsirinə malik atipik 

antipsixotikin (risperidon) kiçik dozalarını  təyin etmək lazımdır 

[A].  Əgər müalicəyə qarşı  zəif reaksiya olursa, digər 

neyroleptikə keçmək, və  əgər depressiya davam edərsə, SİUSİ 

ilə  əvəz edin, effektiv olmayan hallarda isə trisiklik 

antidepressanta keçmək lazımdır  [B].  İntihar riski yüksək olan 

xəstələrdə, antidepressantlarla müalicəyə baxmayaraq klozapinin 

erkən təyin edilməsi nəzərdən keçirilməlidir [C].  

3.

 

Əgər yaxşılaşma əldə olunubsa, terapiyanı 12 ay ərzində davam 



etdirərək, sonra 2-4 ay müddətində  tədricən dozanı azaldaraq 

müalicəni kəsmək lazımdır. Bu zaman konsultant qismində 

həkim psixiatrın mütləq iştirakı ilə ilkin yardım sistemində 

müşahidəni davam etdirmək zəruridir [D]

4.

 

Əgər ailədə Bipolyar Affektiv pozuntusu olan xəstələr varsa, 



dəstəkverici terapiya qismində əhval-ruhiyyə stabilizatoru və/və 

ya SİUSİ  saxlamaq lazımdır [C].  

U

Kəskinləşmə mərhələsində şizofreniyanın müalicəsi 

1.

 



Şizofreniyanın kəskin epizodunun müalicəsində məqsəd psixotik 

əlamətlərin ağırlığının azaldılması, özünə  və ya ətrafdakılara 

zərər yetirmə riskinin aradan götürülməsi, öz davranışına görə 

nəzarətin yaxşılaşdırılması, yüksək səviyyədə funksional 

adaptasiyanın  əldə olunması, terapevtik münasibətlərin 

qurulması, uzunmüddətli perspektivdə müalicə  tədbirlərinin 

müəyyən edilməsidir [B].  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 19

2.

 



Şizofreniyanın kəskin epizodunun müalicəsi ambulator şəraitdə 

aparıla bilər, psixiatriya xəstəxanasına/şöbəsinə hospitalizasiyanı 

isə son  tədbir kimi digər müalicə üsulları  səmərə vermədikdə, 

nəzərdən keçirmək lazımdır  [A]. Hospitalizasiya minimum 

mümkün olan qısa müddətə həyata keçirilməlidir [A]. Stasionar 

müalicəyə ehtiyac ötdükdə isə  xəstə  təxirə salınmadan 

stasionardan çıxarılmalıdır  [A]. Kəskin epizodun müalicəsi 

adətən 4-8 həftədən çox olmur [B]

3.

 

Antipsixotik vasitənin seçilməsi həkim, pasiyent və onun ailə 



üzvləri (qanuni nümayəndələri) ilə birgə terapevtik effekt və 

təhlükəsizlik baxımından əsaslandırılaraq  həyata keçirilməlidir. 

Kəskin epizodun terapiyası zamanı kliniki amillərlə yanaşı 

pasiyentin psixoloji və sosial tələbatları, həmçinin antipsixotik 

dərman vasitələrinin tətbiqinin  əvvəlki  təcrübəsi nəzərə  

alınmalıdır [A]

4.

 

AA başlanğıc terapevtik dozada tədricən orta terapevtik dozaya 



qədər artırmaqla (3-4 gündə 1 dəfə) təyin edilə bilər. AA-in 

dozasını əlavə təsirlərin inkişaf etmə  mümkünlüyü ilə əlaqədar 

olaraq sürətlə artırmaqdan çəkinmək lazımdır, hansılar ki, sonra 

xəstənin müalicəyə olan meylliliyinə mənfi təsir edə  bilər [D].  

5.

 

Əgər keçmişdə pasiyentdə müəyyən  ƏN-dən yaxşı effekt qeyd 



edilibsə, təkrar kəskinləşmə zamanı eyni dərman vasitəsi təyin 

oluna bilər. Kəskin epizodun müalicəsində ənənəvi neyroleptikin 

dozası gündə 300-dən 1000 mq-a qədər xlorpromazin ekvivalenti 

arasında dəyişir  [C]. Dərman vasitəsi altı  həftədən az olmayan 

müddətə  təyin edilməlidir.  Əgər dərman vasitəsi göstərilən 

dozadan az və ya çox təyin edilirsə, onda bunun səbəbləri 

əsaslandırılmalı və sənədləşdirilməlidir. 

6.

 



Minimum effektli dozanı  təyin etməyə çalışmaq lazımdır. 

Neyroleptikləri sürətlə yüksək dozaya qədər artırmaq lazım deyil 

(yəni neyroleptik yüklənmədən çəkinmək lazımdır). Həkimlər 

daimi olaraq dərmanlara qarşı  həssaslığın monitorinqini 

aparmalıdırlar. Monitorinq, xüsusilə, dərmanın dozası  və  təyini 

dəyişdikdə vacibdir. Adekvat dozada təyin edilmiş  dərman 

vasitəsinin effektivliyi 2-4 həftə  ərzində qiymətləndirilə bilər 

[C]

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır



 20

7.

 



Kəskin epizodun müalicəsi zamanı  əgər yanaşı  əlavə  təsirlər 

olmadan yaxşı effekt varsa, ənənəvi neyroleptikdən oral atipik 

antipsixotikə keçmək məsləhət görülmür. Ənənəvi 

neyroleptiklər, vəziyyətlərinin yaxşılaşmasına baxmayaraq, bir 

çox  əlavə  təsirlər qeyd olunan pasiyentlərdə AA ilə  əvəz 

olunmalıdırlar [B]

8.

 

Atipik və ya ənənəvi antipsixotik dərman vasitələri, bir dərman 



vasitəsindən digər dərman vasitəsinə keçdikdə, qısa müddət 

istisna olmaqla, eyni zamanda təyin edilməməlidirlər [D]

9.

 

Kəskin epizodun müalicəsi digər dərman vasitələrinin təyin 



edilməsini tələb edə bilər. Antidepressantlar yanaşı depressiya 

olduğu zaman təyin edilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi 

antidepressantlar vəziyyəti kəskinləşdirə bilirlər. 

Benzodiazepinlər təşviş  və  həyəcan  əlamətlərinin müalicəsində 

təyin edilirlər, belə ki, antipsixotiklərin sadalanan əlamətlərə 

təsirinin başlanması üçün vaxt tələb olunur. Əhval-ruhiyyə 

stabilizatorları aqressiv davranışı olan xəstələrə  təyin edilə bilər 

[C]

10.


 

Kəskin mərhələdə  psixososial müdaxilələr aydın və ardıcıl əlaqə 

vasitəsilə  qıcıqlandırıcı  və stress amillərinin təsirlərinin 

azaldılmasına, təhlükəsiz  ətraf mühitin yaradılmasına, xəstəyə 

irəli sürülən tələblərin azaldılmasına, ailə üzvlərinə  dəstək və 

məsləhət verilməsinə yönəldilməlidir [A]

U

Oyanma vəziyyətində təcili sedasiya (TS) 

1.

 



Əksəriyyət pasiyentlərdə  təcili sedasiyaya ehtiyac yoxdur və o, 

xəstəni daha yüngül  üsullarla sakitləşdirmək mümkün olmayan, 

müstəsna hallarda tətbiq edilməlidir. Yadda saxlamaq lazımdır 

ki, TS pasiyentlərə neqativ psixoloji təsir göstərə bilər. TS-dən 

sonra pasiyentə öz vəziyyətini müzakirə etmək imkanı verilməli 

və ona TS aparılması qərarının səbəbləri izah olunmalıdır [C]

2.

 

Tibbi personal, xüsusilə hospitalizasiya zamanı, kəskin vəziyyət 



dövründə oyanma və/və ya aqressiv davranış ehtimalını artıran 

otaqda çox miqdarda adamlar, məhdud sahə, personalın uzun 

müddət gözləməsi, pasiyent və personal arasında qarşılıqlı 

anlaşılmazlıq, xəstənin qeyri-adekvat aparılması kimi xarici 

amillərin təsirini müəyyənləşdirməyi və minimuma endirməyi 

bacarmalıdır [C] .    

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır




Yüklə 305,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə