12
QASH əsasən birincili və ikincili olmaqla, 2 yerə bölünür.
QASH özünü metabolik sindromun meydana çıxması ilə göstərə
bilər.
Birincili QASH aşağıdakı patoloji vəziyyətlərlə assosiasiya
olunur:
Piylənmə, xüsusilə də visseral piylənmə (xəstələrdə bədən kütləsi
indeksi normadan 10-40% yuxarı olur). Piylənmə 95-100%
hallarda qaraciyərin steatozu və 20-47% hallarda QASH ilə
assosiasiya olunur.
II tip şəkərli diabet və ya qlükozaya qarşı tolerantlıq 60%
hallarda xəstələrdə piy distrofiyası ilə, 15% hallarda isə QASH
ilə müşayiət olunur. Qaraciyərin zədələnmə dərəcəsi qlükoza
mübadiləsinin pozulma səviyyəsindən asılıdır (B).
Hiperlipidemiya (20-80% hallarda). QASH hiperxolesterine-
miyaya nisbətən hipertriqliseridemiya zamanı daha çox müşahidə
olunur.
İkincili QASH-nin etioloji amillərinə aşağıdakılar aiddir:
dərman vasitələri (qlükokortikoidlər, amiodaron, esterogenlər,
tamoksifen, QSİƏDV)
malabsorbsiya sindromu (ileoyeyunal anastomozun qoyulması,
nazik bağırsağın geniş rezeksiyası, qastroplastika və s.)
kəskin arıqlama
uzunmüddətli parenteral qidalanma
nazik bağırsağın bakterial tərkibi
abetalipoproteinemiya
Veber-Krisçen xəstəliyi
Vilson xəstəliyi və s.
Diaqnostika
QASH üçün parlaq simptomatika xarakterik deyildir. Xəstələr
çox vaxt heç bir şikayət qeyd etmirlər (A). Qaraciyərin zədələnməsi
çox vaxt metabolik sindrom zamanı başqa orqanlarda meydana çıxan
patologiyaların – piylənmə, ÜİX, hipertoniya xəstəliyi, II tip şəkərli
diabet, öd daşı xəstəliyi və s. – müayinəsi zamanı aşkar olunur.
Xəstəliyin ən çox rast gəlinən simptomu asteniyadır. Xəstələr çox
13
vaxt ağırlıq hissindən, qarnın sağ yuxarı hissəsində sızıldadıcı
ağrılardan, dispeptik əlamətlərdən də şikayətlənirlər.
Metabolik sindrom fonunda yaranan QASH zamanı sindromun
komponentlərini piylənmə, arterial hipertenziya, podaqra,
ateroskleroz əlamətləri təşkil edir.
Fiziki müayinələr
50-75% xəstələrdə hepatomeqaliya aşkar olunur (A). Sirroz
mərhələsində çox az hallarda sarılıq, qaraciyər əlamətləri, portal
hipertenziya əlamətləri (dalağın böyüməsi, assit) rast gəlinir.
Laborator müayinələr
QASH zamanı 50-90% xəstələrdə sitolizin laborator əlamətləri
yaranır. Zərdabda transaminazanın səviyyəsi mülayim qalxmış olur.
Çox vaxt ALT-nin səviyyəsi AST-nin səviyyəsindən yüksək olur,
yalnız sirroz mərhələsində AST-nin səviyyəsi üstünlük təşkil edir.
30-60% xəstələrdə qələvi fosfatazanın və γ-qlutamiltranspep-
tidazanın yüksəlməsi müşahidə olunur. Hiperbilirubinemiya 1,5-2
mkmol/l arasında 12-17% xəstələrdə olur. Qaraciyərin zülal sintez
etmək qabiliyyətinin aşağı düşməsi əlamətləri sirrozun formalaşması
zamanı meydana çıxır. QASH-li xəstələrdə hipoalbuminemiya
müşahidə olunur. 98% xəstələrdə insulinorezistentlik aşkarlanır.
İnstrumental müayinələr
USM (C) və KT (D) vasitəsilə hepatomeqaliyanı, qaraciyər
steatozunun bilavasitə dərəcəsini, portal hipertenziya əlamətlərinin
inkişafını müəyyənləşdirmək olar. EQDS müayinəsi ilə QASH-nin
sirroza keçidi zamanı meydana çıxan qida borusu venalarının
genişlənməsini aşkarlamaq mümkündür.
Diferensial diaqnostika
Əsas diferensiasiya qaraciyərin alkoqol mənşəli xəstəliyi ilə
aparılır. Bu halda xəstələrdən və onları yaxınlarından anamnezin
toplanılması başlıca rol oynayır. Xəstənin alkoqoldan istifadə
dərəcəsi aydınlaşdırılır. Həmçinin laborator üsullardan (İgA,
karbohidrat defisitli transferrin) istifadə olunur (B).
Mütləq B və C virus hepatitlərinin markerləri yoxlanılır. Nəzərə
almaq lazımdır ki, HCV 3-cü genotipi hepatositlərdə lipid
mübadiləsinə təsir edir və bu virusla yoluxma steatozun
14
formalaşmasına gətirib çıxarır (B). İkincili QASH-nin səbəbini
öyrənmək üçün dərman qəbulu anamnezini toplamaq lazımdır.
Müalicə
Müalicənin
əsas məqsədi biokimyəvi parametrlərin
normallaşdırılması, insulin rezistentliyinin azaldılması, qaraciyərin
histoloji vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir.
Hospitalizasiyaya göstərişlər
Dekompensasiyalı sirroz, qaraciyər çatışmazlığı, portal
hipertenziya ilə ağırlaşma və s.
Qeyri-medikamentoz müalicə
Qarışıq steatohepatit zamanı alkoqolun qəbulunun azaldılması və
ya tam kəsilməsi.
Fiziki hərəkətlərin gün ərzində 1 saatdan az olmaması (A).
Medikamentoz müalicə
Bu xəstəliyin yaranmasında insulinə rezistentliyin rolu tam
aydınlaşdığına görə müalicə zamanı hüceyrələrin insulinə qarşı
həssaslığını artırmaq üçün metformin və tiazolidindionlardan istifadə
olunur (B).
Həmçinin xəstələrə metabolizmə antioksidant kimi təsir göstərən
essensial fosfolipidlər (Essensiale), ademetionin, betain, lipoy
turşusu, vitamin E təyin olunur (B).
Xəstələrə ursodezoksixol turşusunun təyini məqsədəuyğundur.
Antiapoptoz və immunomodulyasiya təsirinə malik ursodezoksixol
turşusunun gündə 15 mq/kq dozada qəbulu biokimyəvi dəyişikliyə,
meydana çıxan steatoza müsbət təsir edir, həmçinin hepatositlərdə
nekrozun yaranmasına tormozlayıcı təsir göstərir.
İkincili QASH-nin müalicəsində həmçinin bağırsağın patogen
bakteriyalarına təsir göstərmək üçün metronidazol (750 mq/gün, 7-10
gün) təyin edilir.
QASH-li xəstələrdə çox vaxt öd çıxarıcı yollarda patologiyalar
(biliar durğunluq, xolesteromalar, öd kisəsinin daşı) yaranır. Litolitik
xüsusiyyətə malik olan ursodezoksixol turşusu ödün litogenliyini
aşağı salmaqla xolesterin molekullarından ibarət kristalların
formalaşmasının qarşısını alır.
Dostları ilə paylaş: |