Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli


QASH  əsasən birincili və ikincili olmaqla, 2 yerə bölünür



Yüklə 260,12 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix08.04.2018
ölçüsü260,12 Kb.
#36755
1   2   3   4   5   6   7   8   9   10

 

12

QASH  əsasən birincili və ikincili olmaqla, 2 yerə bölünür

QASH özünü metabolik sindromun meydana çıxması ilə göstərə 

bilər.  


Birincili QASH  aşağıdakı patoloji vəziyyətlərlə assosiasiya 

olunur: 


 

Piylənmə, xüsusilə də visseral piylənmə (xəstələrdə bədən kütləsi 



indeksi normadan 10-40% yuxarı olur). Piylənmə 95-100% 

hallarda qaraciyərin steatozu və 20-47% hallarda QASH ilə 

assosiasiya olunur.  

 



II tip şəkərli diabet və ya qlükozaya qarşı tolerantlıq 60% 

hallarda xəstələrdə piy distrofiyası ilə, 15% hallarda isə QASH 

ilə müşayiət olunur. Qaraciyərin zədələnmə  dərəcəsi qlükoza 

mübadiləsinin pozulma səviyyəsindən asılıdır (B)

 

Hiperlipidemiya (20-80% hallarda). QASH hiperxolesterine-



miyaya nisbətən hipertriqliseridemiya zamanı daha çox müşahidə 

olunur.  



İkincili QASH-nin etioloji amillərinə aşağıdakılar aiddir: 

 



dərman vasitələri (qlükokortikoidlər, amiodaron, esterogenlər, 

tamoksifen, QSİƏDV) 

 

malabsorbsiya sindromu (ileoyeyunal anastomozun qoyulması, 



nazik bağırsağın geniş rezeksiyası, qastroplastika və s.) 

 



kəskin arıqlama 

 



uzunmüddətli parenteral qidalanma 

 



nazik bağırsağın bakterial tərkibi 

 



abetalipoproteinemiya 

 



Veber-Krisçen xəstəliyi 

 



Vilson xəstəliyi və s.  

Diaqnostika 

QASH üçün parlaq simptomatika xarakterik deyildir. Xəstələr 

çox vaxt heç bir şikayət qeyd etmirlər (A). Qaraciyərin zədələnməsi 

çox vaxt metabolik sindrom zamanı başqa orqanlarda meydana çıxan 

patologiyaların – piylənmə, ÜİX, hipertoniya xəstəliyi, II tip şəkərli 

diabet, öd daşı  xəstəliyi və s. – müayinəsi zamanı  aşkar olunur. 

Xəstəliyin  ən çox rast gəlinən simptomu asteniyadır. Xəstələr çox 



 

13

vaxt ağırlıq hissindən, qarnın sağ yuxarı hissəsində  sızıldadıcı 



ağrılardan, dispeptik əlamətlərdən də şikayətlənirlər.  

Metabolik sindrom fonunda yaranan QASH zamanı sindromun 

komponentlərini piylənmə, arterial hipertenziya, podaqra, 

ateroskleroz əlamətləri təşkil edir.  



Fiziki müayinələr 

50-75% xəstələrdə hepatomeqaliya aşkar olunur (A). Sirroz 

mərhələsində çox az hallarda sarılıq, qaraciyər  əlamətləri, portal 

hipertenziya əlamətləri (dalağın böyüməsi, assit) rast gəlinir. 



Laborator müayinələr 

QASH zamanı 50-90% xəstələrdə sitolizin laborator əlamətləri 

yaranır. Zərdabda transaminazanın səviyyəsi mülayim qalxmış olur.  

Çox vaxt ALT-nin səviyyəsi AST-nin səviyyəsindən yüksək olur, 

yalnız sirroz mərhələsində AST-nin səviyyəsi üstünlük təşkil edir. 

30-60% xəstələrdə  qələvi fosfatazanın və  γ-qlutamiltranspep-

tidazanın yüksəlməsi müşahidə olunur. Hiperbilirubinemiya 1,5-2 

mkmol/l arasında 12-17% xəstələrdə olur. Qaraciyərin zülal sintez 

etmək qabiliyyətinin aşağı düşməsi əlamətləri sirrozun formalaşması 

zamanı meydana çıxır. QASH-li xəstələrdə hipoalbuminemiya 

müşahidə olunur. 98% xəstələrdə insulinorezistentlik aşkarlanır.  

İnstrumental müayinələr 

USM  (C)  və KT (D) vasitəsilə hepatomeqaliyanı, qaraciyər 

steatozunun bilavasitə  dərəcəsini, portal hipertenziya əlamətlərinin 

inkişafını müəyyənləşdirmək olar. EQDS müayinəsi ilə QASH-nin 

sirroza keçidi zamanı meydana çıxan qida borusu venalarının 

genişlənməsini aşkarlamaq mümkündür.  



Diferensial diaqnostika 

Əsas diferensiasiya qaraciyərin alkoqol mənşəli xəstəliyi ilə 

aparılır. Bu halda xəstələrdən və onları yaxınlarından anamnezin 

toplanılması başlıca rol oynayır. Xəstənin alkoqoldan istifadə 

dərəcəsi aydınlaşdırılır. Həmçinin laborator üsullardan (İgA, 

karbohidrat defisitli transferrin) istifadə olunur (B)

Mütləq B və C virus hepatitlərinin markerləri yoxlanılır. Nəzərə 

almaq lazımdır ki, HCV 3-cü genotipi hepatositlərdə lipid 

mübadiləsinə  təsir edir və bu virusla yoluxma steatozun 



 

14

formalaşmasına gətirib çıxarır  (B).  İkincili QASH-nin səbəbini 



öyrənmək üçün dərman qəbulu anamnezini toplamaq lazımdır.  

Müalicə 

Müalicənin 

əsas məqsədi biokimyəvi parametrlərin 

normallaşdırılması, insulin rezistentliyinin azaldılması, qaraciyərin 

histoloji vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir.  

Hospitalizasiyaya göstərişlər 

Dekompensasiyalı sirroz, qaraciyər çatışmazlığı, portal 

hipertenziya ilə ağırlaşma və s.  

Qeyri-medikamentoz müalicə 

Qarışıq steatohepatit zamanı alkoqolun qəbulunun azaldılması və 

ya tam kəsilməsi.  

Fiziki hərəkətlərin gün ərzində 1 saatdan az olmaması (A)



Medikamentoz müalicə 

Bu xəstəliyin yaranmasında insulinə rezistentliyin rolu tam 

aydınlaşdığına görə müalicə zamanı hüceyrələrin insulinə qarşı 

həssaslığını artırmaq üçün metformin və tiazolidindionlardan istifadə 

olunur (B)

Həmçinin xəstələrə metabolizmə antioksidant kimi təsir göstərən 

essensial fosfolipidlər (Essensiale), ademetionin, betain, lipoy 

turşusu, vitamin E təyin olunur (B)

Xəstələrə ursodezoksixol turşusunun təyini məqsədəuyğundur. 

Antiapoptoz və immunomodulyasiya təsirinə malik ursodezoksixol 

turşusunun gündə 15 mq/kq dozada qəbulu biokimyəvi dəyişikliyə, 

meydana çıxan steatoza müsbət təsir edir, həmçinin hepatositlərdə 

nekrozun yaranmasına tormozlayıcı təsir göstərir. 

İkincili QASH-nin müalicəsində  həmçinin bağırsağın patogen 

bakteriyalarına təsir göstərmək üçün metronidazol (750 mq/gün, 7-10 

gün) təyin edilir. 

QASH-li xəstələrdə çox vaxt öd çıxarıcı yollarda patologiyalar 

(biliar durğunluq, xolesteromalar, öd kisəsinin daşı) yaranır. Litolitik 

xüsusiyyətə malik olan ursodezoksixol turşusu ödün litogenliyini 

aşağı salmaqla xolesterin molekullarından ibarət kristalların 

formalaşmasının qarşısını alır.  



Yüklə 260,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə