Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 260,12 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix08.04.2018
ölçüsü260,12 Kb.
#36755
1   2   3   4   5   6   7   8   9   10

 

9

Poliklinika mərhələsində müayinənin məqsədi qaraciyərdə 



zədələnmə  əlamətlərinin etiologiyasına (virus, alkoqol və s.) və 

mərhələsinə (hepatit, sirroz) görə  aşkar olunmasıdır. Qaraciyər 

xəstəliyinin kəskin başlanğıcında (ilk növbədə sarılıq zamanı) kəskin 

virus hepatitini inkar etmək üçün pasiyentləri mütləq infeksion 

stasionara yönəltmək lazımdır. 

Geniş profilli xəstəxanalara hospitalizasiya bu hallarda tövsiyə 

edilir: 

 



qaraciyərin diffuz zədələnməsinin klinik-biokimyəvi göstəri-

cilərinin kəskinləşməsində 

 

ağır vəziyyətdə olan xəstələrdə,  əsasən ilkin aşkar olunmuş 



sirrozun dekompensasiya mərhələsində 

 



qida borusunun varikoz genəlmiş venalarından qanaxmalarda 

Diaqnostik çətinliklər yaranarsa ambulator xəstələri 

ixtisaslaşdırılmış qastroenteroloji (hepatoloji) mərkəzə (klinikaya) 

göndərmək tövsiyə olunur.  



Stasionar (rayon, şəhər, sahə xəstəxanası): 

 



Xəstənin klinik müayinəsi 

 



Qanın klinik müayinəsi (trombositlər və retikulositlərin 

miqdarının hesablanması daxil olmaqla) 

 

Qan qrupu və rezus-faktorun təyini 



 

Sidiyin ümumi analizi 



 

Nəcisin ümumi analizi 



 

Qanın biokimyəvi müayinəsi: ümumi zülal və zülal fraksiyaları, 



ümumi və düz bilirubin, qlükoza, kreatinin, ALT, AST, QQT, 

QF, xolinesteraza, xolesterin, triqliseridlər, natrium, kalium 

(göstəriş olarsa) 

 



İmmunoqlobulinlər 

 



Protrombin indeksi / protrombin vaxtı 

 



HAV, HBV, HCV, HDV viruslarının markerlərinin yoxlanılması 

(İFA və göstəriş olarsa PZR metodu) 

 

Anti-HİV, Vasserman reaksiyası 



 

Qarın boşluğu orqanlarının USM-si 



 

Döş qəfəsinin rentgen müayinəsi (göstəriş olarsa) 



 

Qarın boşluğunun KT-si (göstəriş olarsa) 



 

EQDS (göstəriş olarsa) 




 

10



 

Rektosiqmoskopiya (göstəriş olarsa) 

 

EKQ 



Qastroenteroloji (hepatoloji) klinika (mərkəz, şöbə): 

 



Xəstənin klinik müayinəsi 

 



Qanın klinik müayinəsi (trombositlər və retikulositlərin miqda-

rının hesablanması daxil olmaqla) 

 

Qan qrupu və rezus-faktorun təyini 



 

Sidiyin ümumi analizi və sidikdə öd piqmentlərinin təyini 



 

Nəcisin ümumi və gizli qana görə müayinələri 



 

Qanın biokimyəvi müayinəsi: ümumi zülal və zülal fraksiyaları, 



ümumi və düz bilirubin, qlükoza, kreatinin, dəmir, transferrinin 

dəmirlə doyması, ferritin, ALT, AST, QQT, QF, xolinesteraza, 

ümumi xolesterin, triqliseridlər, lipoproteinlər (aşağı  sıxlıqlı 

lipoproteinlər, çox aşağı  sıxlıqlı lipoproteinlər, yüksək sıxlıqlı 

lipoproteinlər), fosfor, kalsium, ammonium, natrium, kalium  

 



İmmunoqlobulinlərin təyini 

 



Qan zərdabında seruloplazminin səviyyəsinin, misin sidiklə 

gündəlik ekskresiyasının təyini 

 

α1-antitripsinin fenotipik variantlarının təyini 



 

Koaquloqram 



 

Anti-HAV  İgM, Anti-HAV İgG, HBsAg, anti-HBs, anti-HBc 



summar, anti-HBc İgM, HBeAg 

 



Anti-HBe, HBV-DNT, anti-HCV, HCV-RNT, anti-HDV, HDV-

RNT, anti-CMV, CMV-DNT, anti-EBV, EBV-DNT 

 

Anti-HİV, Vasserman reaksiyası 



 

Antinuklear anticismin (ANA), saya əzələ  əleyhinə anticismin 



(SMA), qaraciyərin və böyrəyin I tip mikrosomlarına qarşı 

perinuklear anticisimlərin (anti-LKM-1), antimitoxondrial 

anticisimlərin (AMA) (p tipli antineytrofil sitoplazmatik 

anticismin p-ANCA, ehtiyac olarsa) təyini 

 

Qarın boşluğu orqanlarının USM-si 



 

Qaraciyər damarlarının rəngli dopler skanerlənməsi (göstəriş 



olarsa) 

 



Döş qəfəsinin rentgenoqrafiyası (göstəriş olarsa) 

 



Aşağı venakavaqrafiya (göstəriş olarsa) 


 

11



 

Qarın boşluğunun KT və MRT-si (göstəriş olarsa) 

 

EQDS (məsləhət olarsa) 



 

Rektosiqmoskopiya / kolonoskopiya (göstəriş olarsa) 



 

Qaraciyərin biopsiyası 



 

Laparoskopiya və perkutan biopsiya (göstəriş olarsa) 



 

α-fetoprotein 



 

Diaqnostik parasintez (göstəriş olarsa) 



 

Radionuklid sintiqrafiya  



İxtisaslaşdırılmış hepatoloji klinikada (mərkəz,  şöbə) qaraciyər 

xəstəliyinin diaqnozunu, mərhələsini dəqiqləşdirir və spesifik 

müalicəsini təyin edirlər. Hepatoloji mərkəz ya infeksion, ya da 

qastroenteroloji  şöbənin tərkibində yerləşdirilməli və bu şöbə 

ənənəvi olaraq qaraciyər patologiyası ilə  məşğul olmalıdır. Optimal 

variantda hepatoloji mərkəzin tərkibinə portal hipertenziyanın 

ağırlaşmalarının (qida borusunun varikoz genəlmiş venalarından 

qanaxma, rezistent assit) müalicəsi üzrə ixtisaslaşdırılmış  cərrahi 

şöbə, eləcə də qaraciyər transplantasiyası şöbəsi daxil olur.  

QEYRİ-ALKOQOL MƏNŞƏLİ STEATOHEPATİT (QASH) 

Qeyri-alkoqol mənşəli steatohepatit qaraciyərin heterogen qruplu 

patoloji dəyişikliyi olub, alkoqolun hepatotoksik dozada qəbulu 

olmadan piy distrofiyası fonunda hepatositlərdə iltihabi 

infiltrasiyanın mövcudluğu ilə xarakterizə olunur.  

Epidemiologiya 

Kriptogen mənşəli sirrozlu xəstələrin müayinəsi 60-80% hallarda 

naməlum etiologiyalı sirrozun formalaşmasında qeyri-alkoqol 

mənşəli steatohepatitin iştirakını ehtimal etməyə imkan verir.  

QASH-dən  əziyyət çəkən xəstələrin 65-80%-ni qadınlar təşkil 

edir. Orta yaş həddi 50-yə bərabərdir.  



Təsnifat 

 



Qaraciyərin piyli hepatozu (steatoz) 

 



Qeyri-alkoqol mənşəli steatohepatit 

 



Qeyri-alkoqol mənşəli steatohepatit fibroz ilə 

 



Fibroz (öz növbəsində 4 mərhələyə bölünür).  


Yüklə 260,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə