Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 260,12 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix08.04.2018
ölçüsü260,12 Kb.
#36755
1   2   3   4   5   6   7   8   9   10

 

18

axarının istiqamətini, kollateral qan dövranının inkişaf səviyyəsini 



müəyyənləşdirmək mümkündür. EQDS müayinəsinin  əsas məqsədi 

qida borusu və  mədə venalarının varikoz genişlənməsini 

müəyyənləşdirməkdən ibarətdir. Bu müayinə  əks-göstərişlər 

olmadıqda aparılır. 



Diferensial diaqnostika 

Alkoqol steatozunu qeyri-alkoqol steatozu, şəkərli diabet, 

piylənmə, hiperlipidemiya və s. fonunda yaranan steatohepatitdən 

fərqləndirmək lazımdır.  Əsas etioloji faktoru aydınlaşdırmaqla 

alkoqol mənşəli hepatiti fərqləndirmək olar. Lakin qarışıq 

etiologiyalı steatozun da olduğunu nəzərə almaq lazımdır. Alkoqol 

mənşəli hepatit müxtəlif formalı  və etiologiyalı xolestaz ilə dərman 

və virus mənşəli hepatitlərdən fərqləndirilməlidir. Bunun üçün 

anamnez toplanılmalı, xarakterik müayinə metodlarından istifadə 

edilməli və qaraciyərin alkoqol mənşəli xəstəliyi üçün xas olan 

seroloji markerlər (QQT, İgA, karbohidrat defisitli transferrin və s.) 

müəyyən olunmalıdır. Alkoqol mənşəli sirrozu müxtəlif etiologiyalı 

sirroz, fokal nodulyar hiperplaziya ilə diferensiasiya etmək lazımdır. 

Həmçinin hepatosellülar karsinoma və qaraciyərin ikincili xərçəngi 

istisna edilməlidir (α-fetoproteinin təyin edilməsi).  

Qaraciyərin ağır formalı alkoqol xəstəliyi zamanı narkoloqun, 

mərkəzi və periferik sinir sisteminin zədələnməsi zamanı 

nevroloqun, sirroz mərhələsində portal hipertenziya ilə  əlaqədar 

olaraq cərrahın, dekompensasiyalı sirroz zamanı isə  cərrah-

transplantoloqun məsləhəti vacibdir.  



Müalicə 

Müalicənin  əsas məqsədi həyati təhlükəni aradan qaldırmaq, 

qaraciyərin alkoqol mənşəli xəstəliyinin sirroza keçməsinin qarşısını 

almaq, sirroz diaqnozu qoyulduqda isə dekompensasiya mərhələsinə 

keçməsinin qarşısını almaqdan ibarətdir.  

 

Hospitalizasiyaya göstəriş 

Yüksək biokimyəvi göstəricilər, portal hipertenziya və qaraciyər 

çatışmazlığı ilə ağırlaşan dekompensasiyalı sirroz.  

 

 



 

19

Qeyri-medikamentoz müalicə 

Alkoqol qəbulunun tam dayandırılması 

(B)

, heyvan mənşəli 

yağların məhdudlaşdırılması, yüksək aktiv gediş zamanı  və 

dekompensasiyalı sirrozda yarı-yataq rejimi.  

Assit zamanı xörək duzunun və mayenin məhdudlaşdırılması, 

ağır gediş zamanı tam dəyərli qidalanma (karbohidratlar, zülal və 

yağların kifayət qədər olması) təmin olunmalıdır ki,

 

endogen zülal 



katabolizminin qarşısı alınsın və hipoqlikemiyanın qarşısını almaq 

məqsədilə tam qlükogenezi təmin etmək mümkün olsun.  



Medikamentoz müalicə 

Alkoqol steatozu: 

 



essensial fosfolipid (Essensiale) 600 mq, gündə 3 dəfə, yemək 

zamanı, 3-6 ay  

 

ademetionin 400-800 mq, gündə 2 dəfə, 3-6 ay 



 

ursodezoksixol turşusu 15 mq/kq x 3 dəfə, 3-6 ay 



 

polivitaminlər 



Alkoqol mənşəli hepatitlər: 

Anoreksiya zamanı zond və ya parenteral yolla qidalandırmaq, 

vitaminlərin,  əsasən də fol turşusunun, B-qrup vitaminlərinin, 

mikroelementlərin təyini vacibdir 



(B).

 

Qlükokortikoidlər, qaraciyərin funksiyasının pozulması ilə gedən 



ağır alkoqol mənşəli hepatitlərdə Maddrey indeksi > 32 olduqda 

təyin olunur (Maddrey indeksi = 4,6 x (pasiyentin protrombin zamanı 

– nəzarət protrombin zamanı) + zərdab bilirubini). Metilprednizolon 

daxilə 32 mq/gün, 4-6 gün müddətində, dozanı  tədricən azaltmaqla 

təyin edilir (uzun müddətli təyinat məqsədəuyğun deyildir) 

(A).

 

Pentoksifillin daxilə 400 mq, gündə 3 dəfə, 4-6 həftə 



(B)

 



 

pentoksifillin ilə qlükokortikoidlərin kombinasiyası.  

Essensial fosfolipid (Essensiale) vena daxili 500-1000 mq, hər 

gün, 2-3 həftə 



(B)

 



 

sonra daxilə 1000 mq/gün, 3-6 ay ərzində.  

Metabolizmi yaxşılaşdırmaq məqsədi ilə ademetionin ə/d və ya 

v/d 400-800 mq/gün, 2-3 dəfə. Sonra 800-1600 mq/gündə daxilə, 1-6 

ay.  

Xolestatik formada: 

Ursodezoksixol turşusu 15 mq/kq, gündə 3 dəfə, 3-6 ay ərzində. 




 

20

Qaraciyər ensefalopatiyası zamanı – ornitin-aspartat 20-40 



q/gündə, şüurun pozulma dərəcəsindən asılı olaraq, ensefalopatiyanın 

səviyyəsini azaltmaq məqsədilə daxilə 5 q, 2-3 dəfə. Ornitin-aspartat 

qaraciyər ensefalopatiyasına təsir etməklə yanaşı, hepatoprotektor 

kimi də təsiri vardır. 

Prekoma və koma mərhələsində laktuloza: 20-30 q toz halında və 

ya 30-50 ml sirop halında, gündə 3 dəfə, daha sonra stulu 

normallaşdırmaq məqsədilə saxlayıcı doza təyin olunur. Həmçinin 

laktulozanı imalə şəklində (300 ml sirop – 700 ml su ilə) də istifadə 

etmək olar. Ödem və assit zamanı  əvəzedici terapiya: venadaxili 

infuziya, 10% və ya 20% albumin. Doza və  qəbul müddəti klinik 

göstəricidən asılı olaraq müəyyənləşdirilir, orta doza – 200 ml.  

Sidikqovucular fərdi (seçilmiş) doza ilə diurez əldə etmək üçün 

daxilə qəbul olunur.  

 



Spironolakton 100-400 mq/gün 

 



Furosemid 40-160 mq/gün daxilə və ya venadaxilinə 

Cərrahi müdaxilə 

Həyati təhlükə sayılan portal hipertenziya, qida borusu və mədə 

venalarının varikoz genişlənməsi zamanı varikoz venaların 

sklerozlaşdırılması, portokaval anastomozların qoyulması, assit 

zamanı cərrahi müdaxilə.  

Qaraciyərin transplantasiyası  ən radikal metoddur və buna 

göstərişdir: 

 



dekompensasiyalı sirroz 

 



ağır gedişli alkoqol mənşəli hepatit 

Proqnoz 

Proqnozu müəyyənləşdirmək üçün Maddrey indeksini hesab-

lamaq lazımdır. Maddrey < 32 olduqda, proqnoz qənaətbəxşdir 

(B).

 

Ciddi abstinensiyalı  xəstələrdə sirrozun formalaşması 15-20% 



hallarda baş verir və  həmin xəstələrin 2 illik yaşama müddəti 90% 

təşkil edir. Alkoqol qəbulunu davam etdirdikdə həmin müddət 15%-

dən artıq olmur. 

 

 

 



Yüklə 260,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə