Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 26 dekabr 2011-ci IL tarixli



Yüklə 260,12 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix08.04.2018
ölçüsü260,12 Kb.
#36755
1   2   3   4   5   6   7   8   9   10

 

21

ALFA 1-ANTİTRİPSİN ÇATIŞMAZLIĞI 

Alfa 1-antitripsin çatışmazlığı onun sintezini kodlaşdıran genin 

mutasiyası nəticəsində inkişaf edir. 



Klinik mənzərə 

α-1-antitripsin çatışmazlığı geniş spektrli klinik təzahürlərlə 

özünü büruzə verir. Genin rast gəlinmə tezliyini nəzərə alsaq, 

qaraciyər və ya ağciyər zədələnməsi aşkarlanmış  xəstələrin sayının 

gözləniləndən xeyli az olması  məlum olur. Qaraciyərin 

zədələnməsinin klinik təzahürləri müxtəlifdir: uşaq yaşlarında 

transplantasiya tələb edən kəskin qaraciyər çatışmazlığından, 18 

yaşadək qaraciyər xəstəliyinin  əlamətlərinin itməsinədək. Bunun 

izahı xarici mühit faktorlarının təsirləri və  hələlik məlum olmayan 

genetik faktorlar ola bilər.  



α-1-antitripsin çatışmazlığının  ən çox rast gəlinən təzahürü 

emfizemadır, lakin onun klinik əlamətləri xəstəliyin başlanğıcından 

on illər sonra özünü büruzə verir. α-1-antitripsin çatışmazlığının 

sərhəd səviyyəsi mövcuddur. Bundan aşağı  xəstəliyin inkişaf riski 

artır. Siqaret çəkmə ağciyər emfizemasının inkişafını sürətləndirir və 

xəstələrin ömrünü qısaldır.  α-1-antitripsin çatışmazlığı ilə  əlaqədar 

olan emfizemanın  əlamətləri adətən həyatın 3-cü onilliyinədək 

meydana çıxmır. Lakin xəstəliyin tezliyi və  ağırlığı  əhəmiyyətli 

dərəcədə variasiya edə bilər. Bəzi siqaret çəkən  şəxslərdə  xəstəlik 

simptomsuz keçir və ya onun simptomları  həyatın 7-ci, 8-ci 

onilliyində üzə  çıxır.  α-1-antitripsin çatışmazlığı olan xəstələrin 

həyatının uzunluğu sağlam populyasiya göstəricisi ilə müqayisədə 

10-15 il qısadır.  



PiZZ variantlı  xəstələrin çoxunda həyatın müəyyən 

mərhələsində qaraciyər xəstəliyi inkişaf edir. Həyatın birinci 

ilində uşaqların 75%-də qan zərdabında ALT aktivliyi artır. Həyatın 

ilk 4 ayında bəzi xəstələrdə xolestazlı hepatit və ya 

yenidoğulmuşların hepatiti tipli ağır parenximatoz sarılıq inkişaf edir 

ki, bu da ölümə səbəb ola və ya qaraciyər transplantasiyası tələb edə 

bilər. Lakin əksər xəstələr sağalırlar. Xolestatik sindrom o qədər 

ifadəli olur ki, qaraciyərdən kənar öd yollarının okklyuziyasını 

xatırladır. Yenidoğulmuşların hepatiti müxtəlif ifadəli qaraciyər 

nekrozu, iltihabi infiltrasiya ilə müşayiət olunur. Proses letal qurtara 



 

22

və ya müəyyən mərhələdə dayana bilər. Hətta 2 aylıq uşaqda 



qaraciyərin sirrozu təsvir edilmişdir. Bəzən qaraciyərin zədələnmə 

əlamətləri 4-5 aylıq yaşda meydana çıxır və qaraciyər daxili öd 

yollarının sayının azalması ilə əlaqədar olur. Bu halda qaraciyərdən 

kənar öd yolları çoxsaylı  və dardır, lakin onların tam obstruksiyası 

baş vermir. Daha sonra gənc yaşlarda hepatomeqaliya, portal 

hipertenziya, hipersplenizm, assit, ensefalopatiya ilə xroniki aktiv 

hepatit – sirroz aşkarlanır. Bəzən qaraciyər sirrozuna yetkin dövrdə 

rast gəlinir, çox vaxt kiçik düyünlü sirroz, bəzən biliar tipli sirroz 

müəyyən edilir (C)

Qaraciyər sirrozu uzun illər  ərzində kompensasiya olunmuş 

formada qala bilər, lakin 25% hallarda durmadan proqressivləşərək 

uşaq yaşlarında ölümə  səbəb olur. 50 yaş  həddində qaraciyərin 

zədələnməsi tezliyi 15% təşkil edir, kişilərdə bu səviyyə daha 

yüksəkdir. Xəstəliyin ilk əlamətləri portal hipertenziya və ya assit ola 

bilər (C)

α-1-antitripsin çatışmazlığı olan xəstələrdə çox nadir hallarda 

qaraciyər və  ağciyərlər eyni vaxtda zədələnir. Xəstəlik, xüsusən 

kişilərdə HSK-nin inkişafı ilə fəsadlaşa bilər.  

İHX-li xəstələrdə çox zaman α-1-antitripsin geni aşkarlanır, lakin 

bu əlaqənin səbəbi müəyyənləşdirilməyib.  

Heteroziqotlara (MZ) xroniki hepatitli və kriptogen sirrozlu 

xəstələr arasında tez-tez rast gəlinir. Bu faktın  əhəmiyyəti məlum 

deyil.  α-1-antitripsin çatışmazlığı olan qaraciyər sirrozlu 

heteroziqotlarda HSK-nin inkişafı mümkündür. Lakin çox güman ki, 

bu, digər faktorlarla, məsələn, C Hepatiti, alkoqolizmlə  və s. 

əlaqədardır (C)

Xəstəlik kəskin başlanğıcda neonatal hepatiti xatırladır, yalnız 

fərq ondan ibarət olur ki, giqant hüceyrələr aşkarlanmır. 12 həftə 

sonra diastazanın təsirinə davamlı olan ŞİK reaksiyada ifadə 

olunmuş səviyyədə rənglənən qlobullar aşkarlanır. Qaraciyərdə misin 

miqdarı əhəmiyyətli dərəcədə artır.  

Elektron mikroskopiyada genişlənmiş  kələ-kötür endoplazmatik 

şəbəkədə  α-1-antitripsinə qarşı  əks-cisimciklərlə  işlənmə zamanı 

flüoressensiya verən zülal toplantısı aşkar edilir.  



 

 


 

23

Diaqnostika 

Neonatal sarılıq zamanı xəstəlikdən şübhələnmək lazımdır. Eyni 

zamanda bu xəstəliyi yaşdan asılı olmayaraq, xüsusən erkən yaş 

dövründə qaraciyər xəstəliyi haqda məlumat olduqda və ya yanaşı 

ağciyər patologiyası olan hallarda inkar etmək lazımdır. 50 yaşdan 

böyük pasiyentlərdə  α-1-antitripsin çatışmazlığı kriptogen sirroz 

şəklində ilk dəfə təzahür edə bilər. 

Diaqnoz qan zərdabında  α-1-antitripsinin aktivliyinin təyininə 

əsasən qoyulur. Həmçinin onun fenotipini dəqiq təyin etmək 

lazımdır. Qaraciyərin zədələnməsinin indikatoru qələvi fosfatazanın 

qaraciyər izofermentinin miqdarının artmasıdır. Qan zərdabı 

zülallarının elektroforezində  α-1-qlobulinlərin olmamasına diqqət 

yetirilir. Qaraciyər bioptatlarında periportal hepatositlərdə 

immunohistokimyəvi müayinələrdə  α-1-antitripsin tərkibli  ŞİK-

müsbət toplantıları aşkar olunması diaqnozu təsdiqləyir. 

Ailədə növbəti eyni genotipli uşaqda analoji klinik mənzərənin 

inkişafı ehtimalı 75% təşkil edir.  

α-1-antitripsin çatışmazlığı prenatal olaraq amniotik mayenin və 

ya amniotik kultura hüceyrələrinin müayinəsi zamanı müəyyən edilə 

bilər. Hamiləliyin 1-ci trimestrində prenatal diaqnoz həmçinin DNT 

təhlili zamanı mümkündür. Bu müayinənin aparılması anamnezdə 

xəstəliyin ağır nəticələri olduqda əsaslıdır.  

Diferensial diaqnostika 

Öd yollarının atreziyası ilə  əlaqədar olan xolestazlı xronik 

hepatitinin diferensial diaqnozu digər etiologiyalı sirrozlarla aparılır.  

Müalicə 

Ağciyərlərin zədələnməsi zamanı sintetik ferment və ya 

zərdabdan  əldə edilmiş  α-1-antitripsinlə  əvəzedici terapiya təyin 

olunur.  

α-1-antitripsin çatışmazlığı tezliyinə görə  uşaq yaşlarında 

qaraciyər transplantasiyası yerinə yetirilməsi tələb olunan ikinci 

xəstəlikdir. Transplantasiyadan sonrakı  həyatın uzunluğu və 

fəsadların səviyyəsi digər xəstəliklərdə olduğu kimidir. Resipiyentin 

fenotipi donorun fenotipinə çox tez dəyişir (B)

 



Yüklə 260,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə