AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
Q Ə R A R
№ 04Q
Bakı şəhəri 2 may
2012-ci il
“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki
şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil
edilməsi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Toxumçuluq haqqında”
Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli
569 nömrəli Fərmanının 3-cü hissəsinin 1-ci abzasını, Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”ni və
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun
20-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALIR:
1. “Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki
şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi
barədə Əsasnamə” təsdiq edilsin (əlavə edilir).
2. Tapşırılsın Aparatın Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar
Həsənova:
“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin
attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə
Əsasnamə”nin
qanunvericiliklə
müəyyən
olunmuş
qaydada
Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsin.
Nazir İsmət
Abasov
“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
Qərar № 04Q
2 may 2012-ci il
Nazir ___________İsmət Abasov
Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin
attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi
barədə
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1.
Bu
Əsasnamə
“Toxumçuluq
haqqında”
Azərbaycan
Respublikası Qanununun
tətbiq
edilməsi
barədə” Azərbaycan
Respublikası
Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanının 3-cü hissəsinin birinci
abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və kənd təsərrüfatı bitkiləri
toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki şəxslərin attestasiyadan keçirilməsi və
toxum istehsalçılarının reyestrinə daxil edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Əsasnamədə aşağıdakı anlayışlardan istifadə olunmuşdur:
1.2.1. Attestasiya Komissiyası – kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə
məşğul
olan
hüquqi
və
fiziki
şəxslərin
attestasiyadan
keçirilməsi məqsədilə Azərbaycan
Respublikasının
Kənd
Təsərrüfatı
Nazirliyinin nümayəndələrindən təşkil olunan komissiya;
1.2.2. Şəhadətnamə - attestasiyanın yekunlarına əsasən toxum istehsalçılarının
reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərə toxumçuluq fəaliyyəti ilə məşğul
olmaq hüququ verən sənəd.
2. Attestasiya Komissiyası
2.1. Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki
şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən 5 (beş) nəfərdən
ibarət attestasiya komissiyası
yaradılır. Komissiyanın
sədri
bu nümayəndələrin
sırasından seçilir.
Attestasiya Komissiyasının iclası onun üzvlərinin azı dördü iştirak etdikdə
səlahiyyətli hesab olunur, Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir,
səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici səs sayılır.
2.2. Attestasiya Komissiyasının səlahiyyətlərinə aşağıdakılar daxildir:
- kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fiziki
şəxslərin attestasiyadan keçirilməsi;
- hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi;
- attestasiyanın keçirilmə proseduru, tarixi barədə attestasiyanın keçirilməsinə
15 gün qalmış yazılı bildirişin göndərilməsi.
3. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq
istəyən hüquqi və fiziki şəxslərə dair (qoyulan) tələblər
3.1. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq
istəyən hüquqi və fiziki şəxslərin toxum istehsalçılarının reyestrinə daxil edilməsi üçün
tələblər aşağıdakılardır:
3.1.1. 2 ildən az olmayaraq toxumçuluq fəaliyyəti üzrə iş təcrübəsi;
3.1.2. toxum və yaxud ting istehsalı ilə məşğul olmaq üçün
mülkiyyətində, icarəsində və ya istifadəsində aşağıda göstərilən torpaq sahəsinin
olması:
- taxıl toxumçuluğu üzrə minimum 50 hektar;
- pambıq toxumçuluğu üzrə minimum 15 hektar;
- meyvə, üzüm və çay tingliyi üzrə minimum 1 hektar;
- tərəvəz toxumçuluğu üzrə minimum 5 hektar;
3.1.3.
bölgənin
torpaq-iqlim
şəraitindən
asılı
olaraq
elmi
cəhətdən əsaslandırılmış toxumçuluq üzrə növbəli əkin sisteminə əməl olunması;
3.1.4. dəmyə torpaqlarda son 3 ildə əkin strukturunda ən azı 16% herik (dincə
qoyulmuş) sahələrinin saxlanması;
3.1.5. mövsüm ərzində becərilən bitki növlərinin sayının 2-dən çox olmaması;
3.1.6. toxumçuluq məqsədi ilə becərilən bitki üzrə sortların sayının 2-dən artıq
olmaması;
3.1.7. toxumçuluq və tingçilik təsərrüfatının anbarlarında və əkin sahəsində
karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması;
3.1.8. toxumların və yaxud tinglərin istehsalı üçün kifayət qədər zəruri
texnikaların, o cümlədən toxumtəmizləyən, toxumdərmanlayan və s. olması;
3.1.9. istehsal olunmuş toxum sortlarının qarışmasına yol verməmək üçün
kifayət
qədər
ixtisaslaşdırılmış
xırmanın,
anbar
binalarının
və
üstü
örtülü asfaltlaşdırılmış meydançaların olması;
3.1.10. bölgə üçün müəyyən edilmiş aqrotexniki tədbirlər kompleksinə
əməl edilməsi;
3.1.11. toxumların və yaxud tinglərin becərilmə sxeminin olması;
3.1.12. təsərrüfatda istehsal olunmuş və satılmış toxumların hər bir bitki və
sortlar üzrə ayrılıqda uçotunun aparması, onların mənşəyi, keyfiyyəti (səpin aktı,
əkinlərin qəbulu, əkinlərin aprobasiyası, biçin, məhsulun mədaxili, təmizlənməsi,
satılması, toxumun sertifikatı, toxumun kondisiyalılığı) barədə sənədlərin olması;
3.1.13. toxumçuluğa aid hesabat materiallarının 3 il ərzində saxlanılmasının
təmin edilməsi.
3.2. Kənd təsərrüfatı bitki toxumları və tinglərinin istehsalı ilə məşğul olmaq
istəyən hüquqi və fiziki şəxslər toxum istehsalçılarının reyestrinə daxil edilmək üçün
Kənd Təsərrüfatı Nazirliyinə ərizə təqdim edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə
olunur:
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;
- fiziki şəxsin vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin və
şəxsiyyət vəsiqəsinin surəti;
- torpağa mülkiyyət və ya 3 (üç) illik icarə və ya istifadə hüququnu təsdiq edən
sənədin surəti;
- toxum və tinglərin istehsalı ilə bilavasitə məşğul olan mütəxəssislər
barədə məlumat;
- istehsal fəaliyyəti üçün maddi-texniki bazanın mövcudluğunu və təsərrüfatın
bu Əsasnamədə göstərilmiş tələblərə cavab verməsini təsdiq edən rayon dövlət
toxum müfəttişliyinin rəyi;
- əkin sahəsində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin
olmaması barədə rayon bitki mühafizə mərkəzinin rəyi;
- karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olmaması
barədə karantin ekspertizasının şəhadətnaməsi.
3.3. Hüquqi və fiziki şəxslər rəy verilməsi üçün rayon dövlət toxum
müfəttişliyinə və bitki mühafizə mərkəzinə ərizə ilə müraciət edirlər. Rayon dövlət
toxum müfəttişliyi və bitki mühafizə mərkəzi 15 (on beş) gün müddətində təsərrüfatın
bu Əsasnamədə göstərilmiş tələblərə cavab verməsi və əkin sahəsində karantin tətbiq
edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin olub-olmaması barədə rəy
verməlidirlər. Rəy verilməsindən imtina edilə bilməz.
3.4. Müraciət yazılı və ya elektron formada təqdim edilir (göndərilir).
3.5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hüquqi və fiziki
şəxslərin müraciətindən sonra bir ay müddətində sənədlərə baxaraq, bu
barədə hüquqi və fiziki şəxslərə yazılı məlumat verməklə toplanmış sənədləri toxum
istehsalçılarının reyestrinə daxil edilməsi üçün Attestasiya Komissiyasına təqdim edir.
3.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə
hüquqi və ya fiziki şəxsə yazılı məlumat verilir. Hüquqi və ya fiziki şəxslər tərəfindən
10 (on) gün müddətində çatışmazlıqları aradan qaldırıldıqdan sonra sənədlər yenidən
təqdim olunur.
4. Toxumçuluq və ya tingçilik təsərrüfatının attestasiyadan keçirilməsi və toxum
istehsalçılarının reyestrinə daxil edilmiş fiziki və ya hüquqi şəxslərə
şəhadətnamənin verilməsi
4.1. Attestasiya Komissiyası toxumçuluq və tingçilik təsərrüfatlarını toxum
istehsalçılarının reyestrinə daxil edilməsi üçün attestasiyadan keçirir.
4.2. Toxumçuluq və tingçilik təsərrüfatları yenidən attestasiyadan 3 (üç) ildən
bir keçirilir.
4.3. Attestasiyadan keçirilmiş toxumçuluq və tingçilik təsərrüfatları toxum
istehsalçılarının reyestrinə daxil edildikdən sonra onlara Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən toxumçuluq və tingçilik fəaliyyəti ilə məşğul olmaq hüququ
verən şəhadətnamə verilir (Əlavə № 1).
4.4. Şəhadətnamə itdikdə və ya məhv olduqda şəhadətnamənin yenidən
alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət oluna bilər.
4.5. Hüquqi və fiziki şəxs şəhadətnamədən yalnız özü istifadə edə bilər.
4.6. Şəhadətnamə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi formada nəşr
edilir, ardıcıl nömrələnir və xüsusi jurnalda uçotu aparılır.
5. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki
şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət
5.1. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki
şəxslərin toxumçuluq fəaliyyətinə nəzarət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və qaydada həyata keçirilir.
[1]
5.1.1. Fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ hüquqi
aktların tələblərinə riayət edilməsinə nəzarət etmək;
5.1.2. Nəzarət zamanı ortaya çıxan pozuntulara aid müvafiq arayışlar tələb
etmək;
5.1.3. Nəzarətin nəticəsinə dair pozuntular və onların aradan qaldırılması
müddətini göstərməklə akt tərtib etmək;
5.1.4. Müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə təsərrüfat
subyektinə xəbərdarlıq etmək.
[2]
5.2. Hüquqi və fiziki şəxslər nəzarət zamanı Kənd Təsərrüfatı Nazirliyinin
nümayəndələrinin həmin obyektlərə daxil olmasına şərait yaratmağa, nəzarətə aid
sənədləri onlara təqdim etməyə və nəzarət zamanı yaranan suallara şifahi və (və ya)
yazılı izahatlar verməyə borcludurlar.
[3]
5.3. Nəzarətin nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt Kənd
Təsərrüfatı Nazirliyinin nümayəndələri və müəssisənin rəhbəri və ya fiziki şəxs
tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina etdikdə bu barədə müəssisə
rəhbərinin və ya fiziki şəxsin rəyi əlavə olunur. Aktın bir surəti hüquqi və fiziki şəxsdə
qalır.
5.4. Kənd Təsərrüfatı Nazirliyi ictimai təşkilatların nümayəndələrini də bu
Əsasnaməyə uyğun olaraq toxumçuluq və tingçilik təsərrüfatlarına nəzarət edilməsinə
cəlb edə bilər.
6. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki
şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
[4]
6.1. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil
edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətini aşağıdakı hallarda
dayandırır:
[5]
6.1.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.1.2. Hüquqi və fiziki şəxslər tərəfindən normativ hüquqi aktlara əməl
edilmədikdə və ya aidiyyəti dövlət orqanları tərəfindən onun fəaliyyəti
dayandırıldıqda;
6.1.3. Hüquqi şəxsin müflisləşməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə
təsdiq edildikdə;
6.1.4. Fəaliyyət növünün həyata keçirilməsi üçün bu Əsasnamədə nəzərdə
tutulmuş tələblərə riayət edilmədikdə;
6.1.5. Dövlət toxum müfəttişliyi tərəfindən il ərzində toxumçuluq
təsərrüfatlarında reproduksiyalı toxum istehsalı texnologiyasının pozulması, istehsal
olunmuş və satılmış toxumların keyfiyyətinin saxtalaşdırılması barədə 2 (iki) və ya
daha çox fakt aşkar edildikdə.
6.2. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil
edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılması haqqında
qərar qəbul etdiyi vaxtdan 5 gün müddətində onlara yazılı şəkildə məlumat verir.
6.3. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki
şəxslərin toxumçuluq fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan
qaldırıldıqdan sonra toxumçuluq subyektinin müraciətinə əsasən 5 (beş) gün
müddətində fəaliyyəti yenidən bərpa olunur.
[6]
6.4. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil
edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətini aşağıdakı hallarda ləğv edir:
6.4.1. Hüquqi və fiziki şəxslər tərəfindən müvafiq ərizə təqdim edildikdə;
6.4.2. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilməsi və şəhadətnamə
verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar
edildikdə;
6.4.3. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
6.4.4. Hüquqi şəxs ləğv edildikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə.
6.5. Kənd Təsərrüfatı Nazirliyi toxum istehsalçılarının dövlət reyestrinə daxil
edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq fəaliyyətinin ləğv edilməsi haqqında
qərarın surətini (məhkəmə qərarları istisna olmaqla) onun qəbul edildiyi tarixdən
növbəti beş iş günündən gec olmayaraq onlara təqdim edir.
[7]
“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə
məşğul olan hüquqi və fiziki şəxslərin
attestasiyadan keçirilməsi və toxum
istehsalçılarının reyestrinə daxil edilməsi
barədə Əsasnamə”yə
1 nömrəli Əlavə
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 iyul 2012-ci il tarixli 05Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qərarı
2.
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 5.1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.1. Toxum istehsalçılarının dövlət reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslərin toxumçuluq
fəaliyyətinə nəzarət Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
[2]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 5.1.1-5.1.4-cü yarımbəndlər və 5.3-cü bənd ləğv edilmişdir.
[3]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 5.2-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.2. Hüquqi və fiziki şəxslər nəzarət zamanı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin həmin
obyektlərə daxil olmağa, onlara normal şəraiti yaratmağa və tələb olunan sənədləri təqdim etməyə
borcludurlar.
[4]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 6-cı hissənin adından “dayandırılması və ya” sözləri çıxarılmışdır.
[5]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 6.1-6.3-cü bəndlər ləğv edilmişdir.
[6]
9 iyul 2012-ci il tarixli 05Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 6.3-cü bəndində “müraciətinə əsasən” sözlərindən sonra “5 (beş) gün müddətində” sözləri
əlavə edilmişdir, “bərpa oluna bilər” sözləri “bərpa olunur” sözləri ilə əvəz edilmişdir.
[7]
20 noyabr 2014-cü il tarixli 15Q nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Qərarı ilə 6.5-ci bənd əlavə edilmişdir.
Dostları ilə paylaş: |