12
ki, hər kəsin fəaliyyətinə məqsədyönlülük verir, məktəblilərin, gənclərin vahid
məqsəddə birləşməsinə kömək edir. Bu gün xüsusilə məktəblilərdə, gənclərdə
Vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir.
Məhz bu məqsədlə kitabxanaçı uşaqlara, məktəblilərə, yeniyetmələrə
öyrətməlidir ki, 17 noyabr hadisələrində xalqımızın göstərdiyi vətənpərvərlik
onların
vətənə
sevgisindən
doğur.
Dirçəlişimizin,
müstəqilliyimizin,
konstitusiyamızın təbliğı mövzusunda olan tədbirlərdə məktəblilərdə, gənclərdə
Vətənə , doğulduğu torpağa, mənsub olduğu xalqa, dövlətə və onun rəmzlərinə
dərin hörmət hissi aşılanmalıdır. Dövlətimizin himni, Dövlət gerbi, milli bayrağın
mənasının izah edilməsi, bunların müqəddəslik ideyasının oxuculara öyrədilməsi
ön plana çəkilməlidir.
Kitabxanada mövzu ilə bağlı inşa, rəsm müsabiqəsi keçirmək olar və bu
tədbirlər oxucular üçün maraqlı olar. Belə ki, kitabxanaçı müsabiqələrin
keçirilməsi ilə bağlı elanı kitabxananın divarından asır və oxucuların işlərinin
toplanmasına, seçilməsinə 1 ay vaxt ayırır. Bu müddət ərzində verilənlər içərisində
ən yaxşı inşa, rəsm müəyyən olunur. Həmin oxucular müsabiqənin qalibi elan
olunur və müxtəlif hədiyyələrlə mükafatlandırılırlar. Müsabiqəni “Milli
dirçəlişimiz milli yüksəlişimiz” başlığı ilə adlandırmaq olar.
Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi
uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki, uşaqlar belə tədbirlərdə
özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər. Bu tədbir yaxşı olardı ki,
yuxarı yaş qrup oxucular arasında keçirilsin. Ən yaxşı şeir söyləyən oxucu
kitabxana müdiriyyəti tərəfindən mükafatlandırılır. Şeir müsabiqəsində aşagıdakı
şeirləri oxuculara təqdim ermək olar.
Xalqın öndəri
(Şəlalə Çingizqızı)
Xalqın tükənmişdi səbri – dözümü,
O, yetirdi ağır gündə özünü,
Sülh carçısı dedi haqqın sözünü
Heydər kimi öndəri var xalqımın.
Tanıtdı dünyaya, Azərbaycanı,
Torpaqdır, Vətəndir onun imanı,
Dağıtdı yurdumdan qara dumanı
Heydər kimi öndəri var xalqımın.
Doğdu Günəş kimi göylərdən baxdı,
Nur olub yurduma şəfəqlər saçdı.
Tilsimli yollardan düyünü açdı,
Heydər kimi öndəri var xalqımın.
13
Ana Vətən
(Zərəngiz Dəmirçiqızı)
Gözlərində yaş olaram, Ana Vətən!
Torpağında daş olaram, Ana Vətən!
Sən uca tut məni doğma balan kimi,
Mən hamıdan baş olaram, Ana Vətən!
Bal suyuna, saf havana qurban olum,
Əziz, məlhəm, dərd – dəvana qurban olum.
Mənzilinə, son yuvana qurban olum.
Eşit mənim sözlərimi, Ana Vətən!
Yerə qoyma dizlərini Ana Vətən!
Sənə sadiq bir balanam, eşqim təmiz,
Xoş arzulu bir xalq kimi yaşarıq biz,
Yox məkrimiz, yox hiyləmiz, yox kinimiz,
Dönmə sınan murazlara, Ana Vətən!
Qan axmasın arazlara, Ana Vətən!
Azərbaycan marşı
(Nəbi Xəzri)
Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!
Addım – addım qucağından,
Odlu sellər çağlasa da.
Həsrət qaldın sən işığa,
Zaman – zaman, Azərbaycan!
Yadellilər damla – damla
Al qanını sordu sənin,
Kimlər sənə göz tikmədi
Torpağına, Azərbaycan!
Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına Azərbaycan!
Səhər kimi cavan sənsən,
Tarix kimi qoca sənsən.
Fatehləri diz çökdürən,
15
Göylərdə qalar!...
Ana Vətən, adındakı
Əzəmətə
Qurban olum,
Bəxtəvərəm,
Sənə görə alovlardan
Keçdi yolum.
Bayrağının üç rəngində
Ulum da var,
Mən də varam,
Körpəm də var.
Səninlə
Yüksələn bayraq
Həmişəlik
Sənin olar!...
Vətən, səslə oğlunu...
(Vaqif Bayatlı)
Ağacınam – ayaq üstə, yuxusuz,
Əlacınam – qadağasız, qorxusuz,
Leylacınam – görə bilməz duyğusuz,
Möhtacınam – yüz sınaqsız, sorğusuz;
Neyə tutum, göydən asım yolunu –
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Ana südün, dağ çiçəyin öyüdüm,
Ay nurunda, gün nurunda öyüldüm,
Səhvlərimiz zindanında döyüldüm,
Mən Xətayi qürurundan böyüdüm.
Çox əl – qola kəmənd atdım yolunu,
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Durnaların həsrətimin daşıdı,
Bir oğlunam – Araz dərdi yaşıdım.
Göyərməyən qeyrətimin daşıdı,
Mən sabaha min ümidlə yaşadım.
İnamlara qalxan etdim yolunu –
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Ellərini sağım – solum bilmişəm,
Yollarını vuran qolum bilmişəm,