23
Bu qaraca torpaqdır.
O elə bir nemətdir,
Heç vaxt müftə verilməz.
O qurbanla alınar.
Onun nur mayasında
Şəhidlərin qanı var.
I Aparıcı: Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz
mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi,
zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və
təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib
olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli
həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir
Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi
sayəsində mümkündür. Bu, bizim tariximizdir və nə tariximizi,
nə də onu yazan liderlərimizin xidmətlərini unutmağa haqqımız
yoxdur. Tarixini unudan xalqı tarix unudur. Azərbaycanın bu
günü göstərir ki, bu xalq tarixini unutmayıb. Ən azı ona görə ki,
gündən – günə güclənən və möhkəmlənən Azərbaycan məhz
Heydər Əliyevin yolu ilə irəliləyir. Bu yolu isə, təbii ki, xalq
seçib!
İndi isə gəlin məktəbli oxucumuzun ifasında müəllifi Allahverdi Tağızadə olan
“Azərbaycan” şeirini dinləyək:
I Oxucu:
Göz açıb dünyaya gəldiyim gündən,
Ömrümü adına bağlamışam mən.
Sənsiz mən kiməm ki, vətən, ay vətən,
Ay arzum, diləyim, ruhum, vicdanım
Könlümün sevinci azərbaycanım.
II Oxucu:
Sən varsan, ömrüm də güllü bahardır,
Mənə hər addımda taleyim yardır.
Sənsiz yerişim də müşkül olardı
Sənsən üfüqlərdə şəfəqim, danım,
Hər qumu bir inci Azərbaycanım!
III Oxucu:
Nə çoxdur dünyada ellər, obalar,
Hər elin öz adı, öz ünvanı var,
Övlada can deyən anası olar,
Qoysana adını hər yerdə anım,
Həmişə birinci Azərbaycanım!
IV Oxucu:
Qara daşa dəyməz gövhərim sənsiz,
Bu geniş dünyada yox yerim sənsiz,
Bir gün dara düşsəm, de görüm, sənsiz
Hikmət döyüşündə necə dayanım,
Sözümün qılıncı Azərbaycanım!
II Aparıcı:
Ümummillilider Heydər Əliyevin dediyi kimi müstəqilliyimizin
əbədi və dönməz olması üçün həmrəylik böyük əhəmiyyət
24
daşıyır. Ona görə də hamımız birləşməliyik, hamımız milli
həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi
Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik. 17
noyabr bir daha göstərdi ki, bütün ciddi – cəhdlərə baxmayaraq,
azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə
boyunduruğu
altında
saxlamaq
qeyri
mümkündür.
Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi
yalnız keçici, müvəqqəti uğur qazana bilər. Tarmar olmuş sovet
imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər,
azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər.
Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr
azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki
xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü.
I Aparıcı:
Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət
Xadimi Heydər Əliyevin adı il bağlıdır. Bu böyük şəxsiyyət
nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk
edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi. 1991-ci
ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış
edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu
müdrikliklə bəyan etdi:
“Azərbaycan xalqı birləşməli öz müqəddəs torpaqlarını göz
bəbəyi kimi qorumalıdır.” Azərbaycan Respublikası iqtisadi və
siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda
mübarizə aparmalıdır... Mən bu yoldan dönməyəcəyəm”.
Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq
qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə
apardı. Naxçıvan Ali Məclisinin sədri olarkən o, cəsarətli və
müdrik qərarlar qəbul etməklə Bakıda ali vəzifə kürsülərində
oturan milli dönüklərə dərs verdi. Heydər Əliyevin təşəbbüsü ilə
üçrəngli bayrağımız, muxtar respublikada dövlət bayrağı kimi
ucaldıldı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri
çıxarıldı, Ali Sovet isə Ali Məclis adlandırıldı. Ali Məclis
Azərbaycan rəhbərliyinə müraciət edərək Bakıda da analoji
qərarlar qəbul olunmasını təklif etdi. Sonrakı hadisələr Heydər
Əliyevin nə qədər uzaqgörən və müdrik siyasi xadim olduğunu
parlaq surətdə təsdiqlədi. Heydər Əliyev Azərbaycan
Respublikasının prezidenti seçildikdən sonra milli dirçəlişimiz
yeni mərhələyə qədəm qoydu. Romantizm dolu xülyalardan
təmizlənib reallığa, gerçəkliyə arxalandı. Xalqın təfəkküründə
baş qaldıran təkamül prosesi sürətləndi.
II Aparıcı:
O zamankı SSRİ rəhbərliyinin xüsusən də onun başında
duran Mixail Qorbaçovun məkrli qonşularımız ermənilərlə əlbir
olub Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana
birləşdirilməsi istiqamətində atdığı addımlar xalqın səbir