Müdafiə hüququna hər hansı şəxsə qarşı onun hüquqlarını və
azadlıqlarını pozan sanksiyalar, məsələn, cinayət cəzası hadisəsi baş
verdikdə həmin şəxsin müdafiə olunmaq imkanı kimi tərif verilə bilər.
Bu, indi dünyada hamılıqla qəbul olunmuş, o cümlədən
Beynəlxalq insan hüquqları Bəyannaməsində qeyd edilmiş hüquqdur. O,
ingilislərin təbii ədalət hüququ adlandırdıqları, bu mənada Fransanın
«ümumi hüquq prinsipi»nə ekvivalent olan anlayışa üzvi şəkildə daxil
olur.
Bu hüquq əvvəlcə məhkəmə proseslərində, o cümlədən intizam
məsələlərinə baxan məhkəmələr
tərəfindən^^
tətbiq edilən cəza tədbirləri
ilə əlaqədar qərar çıxanlarkən ümumi hüquqi prinsip kimi meydana
gəlmiş, sonra isə inzibati prosesə şamil edilməyə başlamışdır.
Əslində bu hüquq şəxsi dosye materiallarının məmurların
nəzərinə çatdırılması hüququ haqqında 22 aprel, 1905-ci il tarixli qanunla
inzibati proses üçün formalaşdırılmışdı. Lakin həmin qanunun qəbul
edildiyi vaxtdan bəri Dövlət Şurası xeyli məhkəmə təcrübəsi yaratmışdır
ki, bu da normanın tətbiq dairəsini genişləndirmiş və ona ümumi norma
xarakteri vermişdir.
İndi qanunda deyildiyi kimi, «şəxslə əlaqədar» hər hansı
tədbirdən əvvəl çəkişmə (mübahisə, münaqişə) prosesi getməlidir. Bu,
yalnız intizam tədbirlərinə deyil, misal üçün şəxsin tutduğu vəzifəyə
qeyri- müvafiqliyi ilə bağlı tətbiq edilən tədbirlərə, habelə hökumətin
mülahizəsi ilə, ən yüksək rütbələr də daxil olmaqla, vəzifələrə təyin
olunan məmurlara münasibətdə tətbiq edilən tədbirlərə də aiddir.
Dövlət Şurası sonralar məhkəmə praktikasını dövlət qulluğu
hüdudlarından kənara çıxartdı, onu administrasiya ilə hər hansı
münasibətlərdə olan vətəndaşlara da şamil etməyə başladı.^4 Dövlət
administrasiyası üçün müdafiə hüququ haqqında müddəa həmçinin
müdiriyyət və vətəndaşlar arasındakı münasibətlərə aid 28 dekabr 1983-
cü il tarixli dekretin 8-ci maddəsində də təsbit edilmişdir.
Şikayət vermək hüququna uyğun olaraq inzibati və yaxud
məhkəmə xarakterli hər hansı qərardan azı bir şikayət verilə bilər.
Bu prinsip Dövlət Şurasının qərarında, o cümlədən qərarlarından
şikayət verilməyən qanunverici xüsusi qeyd etdiyi hallarda da dəfələrlə
təsdiq edilmişdir. Hətta göstərilən halda belə, Dövlət Şurası qa-
Dövlət Şurasının lerinin işinə dair 20 iyun, 1913-jü il tarixli qərarı.
Dövlət Şurasının dul qadın Trompye-Qravyenin nitqinə dair 5 may, 1944-jü il tarixli
qərarı (ijtimai yerdə qoyulmuş qəzet köşkü barədə konsessiyanın ləğvi ile əlaqədar).
132
nunvericinin əleyhinə çıxaraq müəyyənləşdirmişdir ki, «heç bir şikayət
ola bilməz» formulu hakimiyyət səlahiyyətini aşmağa görə şikayət
verilməsi hüququnu^5, yaxud kassasiya şikayəti hüququnu^^ istisna
etmir.
Bu məhkəmə praktikası geniş ictimaiyyətə məlum olan, siyasi
dairələrdə çaxnaşma yaradan bir işdə öz tətbiqini tapmışdı, Dövlət Şurası
general Kanalın işi üzrə qərara almışdı ki. Respublika Prezidenti
ordonans yolu ilə xüsusi hərbi məhkəmə - qərarı kassasiya şikayəti
obyekti olmayan məhkəmə yaratmaq hüququna malik deyildir.
Digər ümumi hüquqi prinsiplər də mövcuddur; burada onlardan
yalnız ən səciyyəvi olanlar göstərilmişdir. Lakin hüququn ümumi
prinsiplərinin nəzəriyyəsi Fransa hüququnun ən diqqətəlayiq və
möhtəşəm yaradıcılıq məhsullarından biridir.
Azərbaycan Respublikasının Konstitusiyasının ikinci bölməsində
əsas hüquqlar, azadlıqlar və vəzifələr vətəndaşların hüquq və
azadlıqlarının müdafiəsinə həsr edilmişdir.
Azərbaycan Respublikasının vətəndaşlarının inzibati hüquqi
statusu dedikdə icra hakimiyyəti sahəsində onlara verilmiş hüquq və
azadlıqların və onların üzərlərinə qoyulmuş vəzifələrin məcmusu başa
düşülür. Vətəndaşların inzibati hüquqi statusunun elementləri: inzibati
hüquqi qabiliyyət, inzibati fəaliyyət qabiliyyəti, inzibati hüquqlar,
vəzifələr və məsuliyyətdir.
İnzibati hüauai qabiliyyət
dedikdə, vətəndaşın inzibati hüquqla
müəyyən edilmiş hüquqlara malik omaq və inzibati vəzifələr daşımaq
qabiliyyəti başa düşülür.
İnzibati fəaliyyət qabiliyyəti
vətəndaşın müəyyən yaş həddinə çatmaqda
müstəqil surətdə öz şüurlu hərəkətləri ilə ona verilmiş hüquqları və
üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək, bunun nəticəsində yeni
hüquq və vəzifələri əldə etmək və öz davranışına görə hüquqi məsuliyyət
daşımasıdır.
İnzibati hüquqlar və vəzifələr
əsasən ümumi və xüsusi olur. Ümumi
inzibati hüquqlar və vəzifələr dövlət idarəetməsinin bütün sahələrində
çalışan vətəndaşlara aiddir.
İnzibati hüquqlar və vəzifələrin xüsusi forması isə vətəndaşların
dövlət idarəetməsinin konkret bu və ya digər sahəsində olan inzibati
hüquqlan və vəzifələridir.
İnzibati hüquqlar və vəzifələrdə məsuliyyət
dedikdə, hüquq po
Dövlət Şurasının Lomottun işinə dair 17 fevral, 1950-ji il tarixli qərarı.
Dövlət Şurasının d’Ayerin işinə dair 7 fevral, 1947-ji il tarixli qəran.
133
zuntusu törədən şəxsə qarşı müxtəlif tənbeh (cəza) tədbirlərinin cinayət,
inzibati, intizam və maddi məsuliyyətin tətbiqi başa düşülür.
Vətəndaşların hüquq və vəzifələri konstitusiya ilə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən
edilmişdir. Onların hüquq və vəzifələri dövlət tərəfindən müdafiə edilir.
Əgər onların hüquq və vəzifələri pozularsa, bu halda onu pozan şəxsə
qarşı tədbir görülür.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə
əsasən Azərbaycan Respublikasının dövlət orqanlarına şəxsən müraciət
etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququ
vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə
yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və
onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqının və
digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya
işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir
və böhtan isə tənqid sayıla bilməz.
Şikayət vermək hüququ, əlbəttə, nəzəri cəhətdən həmişə
mövcuddur, lakin real olaraq ondan heç də hamı istifadə edə bilmir.
Xüsusən, ona görə ki, şikayət vermək üçün belə bir hüququn olduğunu
bilmək vacibdir. Bu da minimum mədəni səviyyənin olmasını nəzərdə
tutur. Fransada məskunlaşmış çoxmilyonlu xarici əməkdaşlar kütləsində
isə belə mədəni səviyyə müşahidə olunmur. Lakin çətinlik təkcə bunda
deyildir - şikayət verilməsi həm də müəyyən maliyyə vəsaitlərinin
olmasını nəzərdə tutur və əgər məhkəmə yardımı prosedurları olsa belə,
bunlar heç də həmişə səmərəli deyildir. Nəhayət, şikayət verən şəxs labüd
surətdə mümkün namünasib nəticələrlə əlaqədar təhlükəyə məruz
qalmalı olur.
Bu cür məhdudiyyətlərin araşdırılması belə bir fikir
oyatmamalıdır ki, (guya hüququn ümumi prinsiplərinin heç bir mənası
yoxdur, bu təhlilin yalnız praktikada müəyyən nisbi əhəmiyyəti var)
hüququn ümumi prinsipləri heç bir əhəmiyyət kəsb etmir.
Faktiki məhdudiyyətlər, misal üçün, 1949-cu il Konstitusiyasının
preambulasında, habelə BMT-nin insan hüquqları haqqında beynəlxalq
müqavilələrində elan edilmiş iqtisadi və sosial hüquqlar sistemində də
vardır. Klassik hüquq və azadlıqlara nisbətən bunların hüquqi cəhətdən
reallaşdırılması daha çətindir, çünki söhbət vətəndaşın nəinki təkcə
inzibati özbaşınalıqdan müdafiə edilməsindən, həm də yardım
göstərilməsindən gedir ki, bu da əsasən hüquqi tədbirlərdən daha çox
maliyyə tədbirləri görülməsini nəzərdə tutur. Bu, sosial tə-
134
Dostları ilə paylaş: |