Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
 
 
65 
pankreatitli  xəstələrdə  xəstəliyin  inkişafının  erkən  mərhələlərində  artıq  əməliyyata 
qədər  hiperkoaqulyasiya  sindromu  əlamətləri  ilə  təzahür  edən  hemostaz  sistemi 
aktivasiyası müşahidə olunur. 
Əməliyyat  travması  və  ümumi  anesteziya  hemostaz  sisteminə  mənfi  təsir 
göstərir. Əməliyyat və anesteziya zamanı qanın laxtalanma sistemində dəyişikliklərə 
səbəb  olan  ən  əhəmiyyətli  faktorlar  cərrahi  stress  (toxumaların  zədələnməsi, 
qanitirmə), anestetiklərin təsiri, yeridilən dərman preparatlarıdır. Biz məqsədli olaraq 
bu  faktorların  hemokoaqulyasiya  sisteminə  təsiririnin  müzakirəsindən  imtina  etdik, 
belə  ki,  bu  məsələ  müşayiət  olunan  işlərin  gedişində  kifayət  dərəcədə 
işıqlandırılmışdır.  Qarşımızdakı  məsələ  kəskin  destruktiv  pankreatitlər  zamanı  
əməliyyata  qədər  və  əməliyyatdan  sonrakı  dövrdə  hemostaz  sistemi  vəziyyətinin 
tədqiqatı olmuşdur. 
Qeyd  etmək  vacibdir  ki,  yayılmış  irinli  peritonit  və  destruktiv  pankreatit 
səbəbindən  ağır  vəziyyətdə  olan  xəstələrin  dinamikası  və  xəstəliyin  proqnozu  təkcə 
cərrahi patologiya ilə deyil, həm də əhəmiyyətli dərəcədə POÇ-nın meydana çıxması 
ilə  də  müəyyən  olunur.  Bunu  ağır  vəziyyətdə  olan  xəstələrdə  tərəfimizdən  aparılan 
kliniki-laborator  müayinələri  sübut  edir,  hansılar  ki  xəstələrdə  irinli  ocağın 
sanasiyasına baxmayaraq əməliyyatdan sonrakı dövrdə intoksikasiyanın əhəmiyyətli 
dərəcədə  qalmasına  şahidlik  edir.  STA  (süni  tənəffus  aparatı)  keçirilməsinə  tələb 
olunan  bir  sıra  hallarda  tənəffüs,  ensefalopatiya,qaraciyər  və  böyrək  və  s. 
çatmamazlığı ilə birlikdə meydana çıxmışdır.   
Bu zaman intensiv terapiyaya, kompleks infuzion–dezintoksikasion terapiyaya  
baxmayaraq,  qaraciyər  fermentlərinin  aktivliyini,  sidik  cövhərinin,  kreatininin, 
bilirubininin miqdarını, endogen intoksikasiyanı  əks etdirən məhsulların yüksəlməsi 
müşahidə  olunur.  Bu  göstəricilər  normal  hüdudları  2-3  dəfə  keçmişlərdi.  Hemostaz 
sistemi vəziyyəti eyni zamanda ağciyər dəyişikliklərilə xarakterizə olunurdu. 
Yuxarıda göstərildiyi kimi, birinci qrup xəstələrinə standart müalicədən başqa 
dərialtına 4 dəfəyə sutkalıq doza olaraq 20000 TV heparin təyin edilmişdir. 


 
 
 
66 
Əməliyyatdan  sonrakı  dövrdə  birinci  qrup  xəstələrində  hemostaz  sistemi 
göstəricilərinin dinamikası haqda məlumatlar cədvəl 3.5-də göstərilmişdir. 
          Əməliyyatdan sonra 1-7 sutka ərzində xəstələrdə hemostaz sistemi göstəriciləri 
dinamikası qrup I 
                                                                                                                      Cədvəl 3.5 

Göstəricilər 
Norma 
1 sutka 
3-cü sutka 
5-ci sutka 
7-ci sutka 


mkl-də 
trombositlərin 
sayı 
275245±
26321 
240432±
23074* 
201576±24
172* 
210730±2297
2* 
229932±257
10* 

ADF-
trombositlərin 
aqreqasiaysı,

65,4±6,9  74,6±7,8

55,7±6,8* 
62,3±7,4 
66,9±6,7 

R+K,mm 
37,3±3,6  31,7±3,7

30,4±3,5* 
364,0,5±3,3 
36,9±4,1 

AHTV, c 
34,3±3,5  30,2±3,3

29,1±3,2* 
33,2±0,5* 
33,7±3,2 

Fibrinogen, 
q/l 
2,8±0,3 
3,8±0,4*  5,6±0,6* 
5,2 ±0,5* 
4,7±0,4* 

PTİ, % 
96,8±7,4  93,6±8,5  85,1±8,1* 
86,2±8,2* 
93,9±9,4 

HFMK, vahid 
ekstr.  
0,42±0,0

0,74±0,0
8* 
1,12±0,14*  1,07±0,12* 
0,85±0,08* 

FPA, nq/ml 
1,8±0,3 
3,8±0,4*  8,7±0,5* 
6,4±0,5* 
2,8±0,3* 

FDM, 
4,7±1,8 
12,7±2,3
46,3±7,7* 
44,3±6,5* 
17,4±3,0* 


 
 
 
67 
mkq/ml 

10  D-dimer, 
nq/ml 
233,3±64
,5 
787,5±1
11,7* 
985,2±122,
3* 
823,9±119,1*  637,2±79,7* 
11  AT-III,% 
98,3±9,7  94,2±9,3

82,4±9,1* 
85,1±9,2* 
93,7±9,5 
12  QFA,% 
44,9±5,2  42,7±5,4

39,7±4,4* 
41,7±4,9 
42,5±5,1 
*-p<0,05 normal göstəricilərlə müqayisədə 
Bu  qrupun  tədqiqatı  zamanı  biz  ona  kontrol  qrup  kimi  baxdıq. 
Heparinoterapiyanın  verilmiş  sxeminin  təyini  klinik  praktikada  kifayət  qədər  geniş 
yayılmışdır.  Bundan  başqa,  müasir  ədəbiyyatda  heparin  istifadəsini  tövsiyə  edən 
işlərə rast gəlmədik. Buna görə də, heparinin təyini faktının özü deyil onun yeridilmə 
yolları və dozaları diskutabeldir. 
Əməliyyatdan  sonra  CRŞ-nə  daxil  olduqda  ilk  sutkalarda  xəstələrdə  sonrakı  
hemostaz  sisteminin  aktivləşməsini  qeyd  etmişdik.  Trombositlərin  sayı  normal 
səviyyədən  aşağı  düşmüşdü,  lakin  onların  aqreqasion  aktivliyi,  induksiya  olunmuş 
ADF  yüksək  olaraq  qalırdı-74,6±7,8%  (n=65,4±6,9%,  p<0,05).  Heparinin  təyininə 
baxmayaraq  xronometrik  koaqulyasiya  müşahidə  olunurdu-R+K  göstəricisi 
normadan  aşağı  idi,  bundan  başqa  AHTZ  30,2±3,3  (n=34,3±3,5  c.  p<0,05)  təşkil 
edirdi.  Əməliyyatdan  sonrakı  dövrdə  qanın  laxtalanma  sisteminin  aktivasiyasını 
əməliyyat  zamanı  toxumaların  massiv  dağılması  və  qan  dövranına  böyük  miqdarda 
toxuma  faktorunun  daxil  olması,  həm  də  kollagen  liflərinin  üzə  çıxması  ilə 
damarların  intima  qişasının  zədələnməsi  ilə  izah  etmək  olar.  Bundan  başqa, 
mikrosirkulyasiya pozğunluqları və hipoksik dəyişikliklər üzə çıxdıqda subendotelial 
strukturların üzə çıxması ilə endotel qişasının zədələnməsi baş verir. Bu hemostazın 
plazma  komponentinin  aktivləşməsinə,  həm  də  sonrakı  trombositar  trombların 
formalaşması  ilə  trombositlərin  əlavə  adgeziyasına  səbəb  olur.  Yayılmış  irinli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə