Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
 
 
68 
peritonitli  və  destruktiv  pankreatitli  xəstələrdə  hemostaz  sistemin    aktivasiyasının 
vacib  faktoru  SİRS  formalaşmaşdırır.  SİRS  şəraitində  əmələ  gələn  sitokinlər 
hemokoaqulyasiya  faktorlarını,  endotel  tamlığını  zədələmək,  müxtəlif  mediator 
sistemlərini  aktivləşdirmək  və  beləliklə  də  hemostatik  potensiala  təsir  göstərmək 
xüsusiyyətinə malikdirlər. 
Tədqiqatın  bu  mərhələsində  fibrinogen  səviyyəsi  yüksəlmişdi,  PTİ  başlanğıc 
göstəricilərdən fərqlənmirdi. 
Kəskin  destruktiv  pankreatit  zamanı  ilk  sutkalarda  HFMK  miqdarının 
0,74±0,08 vahid  qədər sonrakı artması baş verirdi. Həmçinin normal hüdudları aşan 
FPA  konsentrasiyası  da  artırdı.  Beləliklə,  birinci  qrup  xəstələrində  aparılan 
heparinoterapiya  qanın  laxtalanma  sistemi  aktivasiyasının  qarşısını  almırdı. 
Göstərilən  faktın  əlavə  sübutu  kimi  tərəfimizdən  FDM  miqdarının  artması  12,7±2,3 
mkq/kq  (n=4,7±1,8  mkq/ml,  p<0,05)  qədər  və  D-dimerin  əhəmiyyətinin  normal 
hüdudları  aşması  omuşdur.  AT-III  və  QFA  aktivlikləri  başlanğıc  göstəricilərdən 
fərqlənmirdi. 
Beləliklə,  kəskin  dedstruktiv  pankreatit  zamanı  DDLS-nun  hiperkoaqulyasion 
mərhələsində ağır vəziyyətdə olan xəstələrdə laborator məlumatların və kliniki şəklin 
öyrənilməsi  əsasında  nəticə  çıxarmaq  olar.  Xəstələrin  çoxunda  DDLS  kəskin  və 
yarımkəskin  gedişini  müşahidə  etdik.  Kəskin  destruktiv  pankreatitlər  zamanı 
xəstələrimizdə  DDLS  inkişafı  təsdiqi  Barkagan  Z.S.  və  Lıcev  V.Q.  tərəfindən 
hazırlanmış  alqoritm  əsasında  hesablanmış  bu  sindromun  inkişafı  ehtimalı  olan  
MDA  rəqəmlərinin  yüksək  olması  olmuşdur.  Əksər  xəstələrdə  MDA  0,95 
göstəricisini  keçirdi,  bu  da  göstərir  ki,  95%  hallarda  DDLS-u  inkişaf  edir.  Qeyd 
etmək  mühümdür  ki,  söhbət  infuzion  terapiya  və  antikoaqulyantların  təyini  daxil 
edilmiş  adekvat  müalicə  alan  CRŞ-də  olan  xəstələr  haqqında  gedir.  Bununla  birgə, 
baxmayaraq ki, biz trombinemiyanın yüksək səviyyəsini (FPA artması) və plazmada 
D-dimerin artmasını  müşahidə etmişdik,  hansılar ki damar mənfəzində fibrin əmələ 
gəlməsini  və onun lizisini təsdiq edir.  


 
 
 
69 
I qrupda KP xəstələrin hemostaz göstəriciləri             Cədvəl 3.6 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
0
100
200
300
400
500
600
700
800
900
1000
FPA
FDM
D-dimer
AT-III
D/o
1 sut
3 sut
5 sut
7 sut
%
70
75
80
85
90
95
100
105
110
115
120
TS
ADF
R+k
AHTV
PTİ
D/o
1 sut
3 sut
5 sut
7 sut
%


 
 
 
70 
Kəskin  destruktiv  pankreatit  zamanı  3-cü  sutkada  müayinə  olunan  xəstələrdə 
qanın  damardaxili  laxtalanmasının  kəskinləşməsini  müşahidə  etmişdik.  Beləliklə, 
trombositlərin  sayı  normal  hüdudlardan  aşağı  olaraq  qalırdı  və  bu  da  digər 
müəlliflərin  məlumatları  ilə  üst-üstə  düşürdü.  Bu  həm  trombositlərin  əmələ  gəlmiş 
fibrinlə  zədələnmiş  endotel  qatına  birləşməsi,  həm  də  ağciyərlərin  və  qaraciyərin 
sekvestrasiyası  ilə  izah  olunur.  ADF  induksiyası  aqreqasiyasının  55,7±6,9% 
(n=65,4±6,8%,  p<0,05)  qədər  aşağı  düşməsi  onların    hemostaz  aktivləşməsi  zamanı 
uzunmüddətli stimulyasiyasının nəticəsində trombositlərin tükənməsi ilə əlaqədardır. 
R+K  və  AHTZ  göstəriciləri  normadan  aşağı  olmuşdur.  PTİ  azalması  baş  verirdi 
85,1±8,1%  (n=96,8±7,4,    p<0,05).  Bu  bir  tərəfdən  damardaxili  laxtalanma  zamanı 
protrombin kompleksi faktorlarının istehlakı, bir tərəfdən də yayılmış irinli peritonitli 
və  destruktiv  pankreatitli  xəstələrdə  qaraciyərin  sintez  funksiyasının  tormozlanması 
ilə  əlqədar  olmuşdur.  Xəstələrdə  HFMK  və  FPA  miqdarı  başlanğıc  göstəricilərinə 
nisbətən  əhəmiyyətli  dərəcədə  artmışdır.  Məlum  olduğu  kimi,  bu  göstəricilərə  görə 
trombinemiya  səviyyəsi  haqda  fikir  söyləyirlər.  Bununla  birlikdə  biz  bu  göstəricilər 
arasında  korrelyasion  asılılıq  (2=0,18)  müşahidə  etmədik.  Bu  onunla  bağlıdır  ki, 
HFMK testi daha inertdir, belə ki, əriyən fibrin monomerləri komplekslərinin qanda 
sirkulyasiya  vaxtı  FPA-ya  nisbətən  çoxdur.  Bundan  başqa,  HFMK  testinə  həddən 
artıq  çox  faktor  təsir  edir:  fibrinogen  səviyyəsi  və  retikuloendotelial  sistemin 
aktivliyi.  Buna  görə  də,  trombinemiya  səviyyəsinin  qiymətləndirilməsi  zamanı  FPA 
konsentrasiyasını təyin etmək daha məqsədəuyğundur. Həmçinin, FDM və D-dimerin 
də  konsentrasiya  yüksəlmişdir.  AT-III  və  QFA  aktivlikləri  də  azalmışdır.  Bizim 
nəzərimizcə,  qanın  fibrinolitik  aktivliyinin  aşağı  düşməsinə  baxmayaraq,  D-dimerin 
miqdarının  yüksək    olması  vacib  bir  faktordur.  Bu  onu  göstərir  ki,  fibrinoliz 
depressiyasına baxmayaraq ağır vəziyyətdə olan xəstələrdə fibrinin damardaxili lizisi 
davam edir. FDM, HFMK və D-dimerin yüksək konsentrasiyasını dəstəkləyən əlavə 
faktor  bu  komponentlərin  aradan  qaldırılmasında  iştirak  edən  retikuloendotelial 
sistemin depressiyasıdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə