Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

 
 
 
96 
məlumatları  misal  gətirək.  YDLS-u  zamanı  onun  istifadəsinin  effektivliyi  çoxsaylı 
eksperimental  və  kliniki  tədqiqatlarla  sübut  olunmuşdur.  Lakin  məlumat  verilir  ki, 
heparin  leykositlər  tərəfindən  OAF  hasilatını  artırmaq  xüsusiyyətinə  malikdir  və 
bununla da toksiki effekt yaradır. 
Kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrdə  hemostaz  sisteminə  OS 
təsirini qiymətləndirmək üçün YDLS-lu 32 xəstədə hemokoaqulyasiya göstəricilərini 
araşdırdıq.  Xəstələr  plazmada  AT-III  normal  və  aşağı  miqdarına  görə  retrospektiv 
olaraq  iki  qrupa  ayrılmışdı.  Birinci  qrupun  xəstələrində  (n=21)  AT-III  səviyyəsi 
90,8±9,8%,  ikinci  qrup  xəstələrində  isə  (n=11)-70,7±8,4%  (p<0,05  birinci  qrupla 
müqayisədə)  təşkil  etmişdir.  Maraqlıdır  ki,  ikinci  qrup  xəstələrində  normal  AT-III 
səviyyəli  xəstələrə  nisbətən  ZKQ  göstəricisi  əhəmiyyətli  dərəcədə  yüksək,  ZSQ 
göstəricisi  isə  aşağı  olmuşdur.  Bundan  başqa,  zülallardakı  karbonillərin  miqdarı  və 
AT-III  (q=0,64)  səviyyəsi  arasında  olan  korrelyasion  asılılıq  tərəfimizdən  müəyyən 
olunmuşdur.  Bu  ağır  vəziyyətdə  olan  xəstələrdə  hemostaz  sistemi  pozğunluqlarında 
OS iştirakının mühüm göstəricisidir.   
Kəskin 
destruktiv 
pankreatitlər 
zamanı 
YDLS-nun 
mərhələlərinə 
(hiperkoaqulyasion  və  hipokoaqulyasion)  görə  V  və  VIII  faktorların  səviyyəsinin 
analizi  zamanı  müəyyən  olunmuşdur  ki,  ikinci  mərhələdə  laxtalanma  faktorlarını 
tətbiqi zamanı V və VIII faktorların aktivliyinin aşağı qiymətlərinə yüksək ZKQ və 
aşağı  ZSQ  miqdarları  uyğundur.  V  və  VIII  faktorlarının  aşağı  düşməsi 
mexanizmlərindən  biri  koaqulyasion  aktivliyin  itirilməsi  ilə  gedən  oksidləşdirici 
modifikasiyadır.  Bundan  başqa,  laxtalanmanın  modifikasiya  olunmuş  faktorları 
proteolitik deqradasiyaya daha asan məruz qalır və qan dövranından daha asan xaric 
olunurlar. 
Beləliklə,  tərəfimizdən  aparılan  tədqiqatın  nəticələri  sübut  edir  ki,  OS  kəskin 
destruktiv  pankreatitlər  zamanı    ağır  vəziyyətdə  olan  cərrahi  xəstələrdə  hemostaz 
sistemi pozğunluqları patogenezinə əhəmiyyətli dərəcədə öz töhfəsini verir. Bu fakt, 
verilmiş  kateqoriya  xəstələrdə  hemokoaqulyasion  pozğunluqların  müalicəsi  zamanı 


 
 
 
97 
kliniki  praktikada  antioksidantların  istifadəsi  ilə  heparinoterapiyanın  kombinə 
olunmasının  məqsədə  uyğunluğunu  göstərir.  Hemostaz  sisteminin  zülal  və  protein  
faktorlarının  oksidləşdirici  zədələnməsi  artıq  xəstəliyin  inkişafının  erkən 
mərhələlərində  qeyd  olunur.  Antioksidant  terapiya  çox  vaxt  çox  gec  başlayır  və  bu 
zaman  OS  artıq  hemostaz  və  digər  funksional  sistemlərin  geri  dönməyən 
dəyişikliklərinə  səbəb  olmuş  olur.  Buna  görə  də,  kəskin  destruktiv  pankreatitlər 
zamanı    ağır  vəziyyətlərdə  olan  xəstələrdə  və  həmçinin  OS  tərəfindən  törədilmiş 
hemostaz pozğunluqlarının  antioksidant profilaktika və terapiyasına mümkün olduğu 
qədər tez başlamaq vacibdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
98 
V  FƏSİL.  Kəskin  pankreatitli  xəstələrdə  hemostaz  sisteminin  vəziyyətinə  müxtəlif 
rejimli antioksidantların və heparinoterapiyanın təsiri 
Cərrahi  stasionarda  kəskin  destruktiv  pankreatitlər  zamanı  POÇ-nın 
formalaşması  hemostaz  sisteminin  şiddətli  aktivasiyası  şəraitində  baş  verir.  DDLS-
nun  inkişafı  POÇ-nın  meydana  çıxmasının  ayrılmaz  komponentidir.  Qanın 
damardaxili  laxtalanması  şəraitində  müxtəlif  orqan  və  sistemlərin  sonrakı 
disfunksiyası ilə müşayiət olunan mikrosirkulyasiya pozğunluqları baş verir. Kəskin 
destruktiv  pankreatitlər  zamanı    POÇ-nın  patogenezinin  ən  vacib  faktorlarından  biri 
OS-dir.  Bundan  öncəki  başlıqda  apardığımız    eksperimental  və  klinki  tədqiqatlarda 
zülal  və  lipidlərin  oksidləşdirici  zədələnməsində  hemostaz  sistemi  pozğunluqlarının 
meydana çıxmasının iştirakı tərəfimizdən sübut olunmuşdur. Bu qanın laxtalanma və 
əkslaxtalanma  sistemləri  patologiyalarının  korreksiyası  üçün  standart  terapiyadan 
əlavə antioksidantların da tətbiqinin labüd olduğunu iddia edir.  
Hal-hazırda,  ədəbiyyatda  aktiv  olaraq  kəskin  destruktiv  pankreatitlər  zamanı  
ağır  vəziyyətdə  olan  cərrahi  xəstələrdə  hemokoaqulyasion  pozğunluqların 
antioksidant profilaktikası və terapiyasının müxtəlif sxemləri müzakirə olunur. Öncə 
tərəfimizdən  təqdim  olunmuş  nəticələr  standart  antikoqulyant  terapiyanın  (sutkada 
20000  V  heparin  dərialtına  4  qəbulda)  yayılmış  irinli  peritonitli  və  destruktiv 
pankreatitli xəstələrdə DDLS-nun inkişafının qarşısını almadığını sübut edir. Hissəvi 
olaraq  bunu  xəstələrin vəziyyətinin  ağırlığı, bu patologiya  zamanı  zədələyici təsirin 
çoxfaktorlu  olması,  həmçinin  heparinin  yeridilmə  metodları  ilə  izah  etmək  olar. 
Həqiqətən,  preparatın  dərialtı  yeridilməsi  zamanı  onun  plazmada  daimi  bərabər 
konsentrasiyasını  təmin  etmək  və  adekvat  olaraq  hemostaz  aktivasiyası  səviyyəsini 
kontrol etmək çətindir. Heparinin dərialtı yeridilməsi özünü doğrultmamışdır, belə ki, 
bu  zaman  hipokoaqulyasiyanın  inkişafı  və  hemorragik  ağırlaşmaların  meydana 
çıxması mümkündür, hansı ki, əməliyyat olunmuş xəstələrdə xüsusilə təhlükəlidir.  
Kəskin destruktiv pankreatitlər zamanı  daimi antikoaqulyant və antitrombotik 
effekt  əldə  etmək  üçün  heparinin  venadaxili  təyini  daha  əlverişlidir.  Eyni  zamanda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə