Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

 
 
 
124 
şiddətliliyinə  uyğundur.  POÇ-nın  şiddətlilik  dərəcəsini  SOFA  şkalası  ilə  müəyyən 
etdik.  İş  əsnasında    məlum  olmuşdur  ki,  əməliyyatdan  sonrakı  dövrün  1-5-ci 
sutkalarında POÇ-nın ağırlıq dərəcəsi ilə, FPA və D-dimer konsentrasiyaları arasında 
müsbət korrelyasion asılılıq vardır- korrelyasiya koeffisienti müvafiq olaraq 0,69 və 
0,72-dir.  Bu  adı  çəkilən  patologiyanın  formalaşmasında  qanın  damardaxili 
laxtalanmasının iştirakını təsdiq edir. Bunula birgə, biz POÇ ağırlıq dərəcəsi və digər 
parametrlər arasında qarşılıqlı əlaqə aşkar etmədik. 
Kəskin destruktiv pankreatitlər zamanı göstərilən məlumatlar əsasında belə bir 
nəticə  çıxarmaq  olar  ki,  hemostaz  sistemi  aktivasiyası  cərrahi  xəstələrdə  ağır 
vəziyyətlərin  formalaşmasının  ən  vacib  komponentidir.  Yayılmış  irinli  peritonit  və 
destruktiv  pankreatitin  artıq  erkən  mərhələlarində  DDLS    formalaşır.  Xəstəliyin  ilk 
sutkalarında  qiymətləndirilən və fibrin əmələ gəlməsini , həmçinin onun lizisini əks 
etdirən D-dimer səviyyəsi xəstələrin ağırlıq dərəcəsi ilə korrelyasiya edir. Plazmada 
miqdarının  artmasına  görə  müəyyən  olunmuş  şiddətli hemostaz  sistemi  aktivasiyası 
mənfi  proqnostik  əlamətdir.  Sonradan  hemostaz  sistemi  zədələnməsi  güclənir, 
orqanizmin  antitrombin  aktivliyinin  əsas  komponenti  olan  AT-III  səviyyəsinin 
azalması  baş  verir.  Bütün  bunlar  kompensator  imkanların  sıradan  çıxması  ilə 
hemokoaqulyasiya  sistemində  olan  ciddi  disbalansı  əks  etdirir.  Bu  fonda  POÇ-nın 
proqressivləşməsi və xəstələrin vəziyyətinin pisləşməsi baş verir.  
Kəskin dövrdə dinamikada adı çəkilən patologiyanın dərəcəsi FPA və D-dimer 
səviyyəsinə  görə  qiymətləndirilmiş  hemostaz  sistemi  aktivasiyası  ilə  korrelyasiya 
edir.  Beləliklə,  bu  patologiyanın  inkişafı    mürəkkəb    metabolik  pozğunluqlar 
kompleksi  ilə  müşayiət  olunur.  Tərəfimizdən  müəyyən  olunmuşdur  ki,  POÇ-nın 
meydana çıxması və gedişi həmçinin hemostaz sistemi aktivasiyası ilə də əlaqəlidir. 
Bizim nöqteyi nəzərimizcə, bu fakta da diqqət yetirmək lazımdır ki, bu məlumatların 
aparılmış  antikoaqulyant  terapiya  fonunda  əldə  olunmuşdur.  Əldə  edilmiş  nəticələr 
ağır  vəziyyətdə  olan  xəstələrdə  hemostaz  sistemi  dəyişikliklərinin  sonrakı 
öyrənilməsinin  və  aşkar  olunmuş  pozğunluqların  korreksiya  üsullarının 
optimizasiyasının vacibliyini diktə edir.  


 
 
 
125 
Müayinə qruplarında KP xəstələrin FPA göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
Qeyd  etmək  lazımdır  ki,  kəskin  destruktiv  pankreatitlər  zamanı  müasir 
təsəvvürlərə  görə  DDLS-nun  inkişafında  SİRS  mühüm  yer  tutur,  və  bunun    üçün  
müxtəlif sitokinlərin, həmçinin OAF sitezinin artması xarakterikdir. Ağır vəziyyətdə 
olan  xəstələrdə  hemokoaqulyasiya  pozğunluqlarının  formalaşmasının  mümkün 
mexanizmlərindən  biri  OS-dir.  OS  şəraitində  zülal  və  lipdlərin  kimyəvi 
modifikasiyası onların struktur və funksiya pozğunluqlarına gətirib çıxarır.  
Nəzərə  alaraq  ki,  qanın  laxtalanma  və  əkslaxtalanma  sistemlərinin  əsas 
faktorları  zülal  mənşəlidir,  bizə  ağır  vəziyyətdə  olan  xəstələrdə  hemostaz 
pozğunluqlarının genezində OS rolunun öyrənilməsi daha məqsədəuyğun görünürdü. 
Bu məsələnin həlli üçün qanın laxtalanma və əkslaxtalanma əsas göstəricilərinə  OS 
“in  vitro”  təsirini  öyrəndik.  Bunun  üçün  donorlardan  və  ağır  vəziyyətdə  olan 
xəstələrdən  alınmış  qan  nümunələrinə  OAF  generasiya  edici  komponentlər  əlavə 
olunurdu və beləliklə də OS modelləşdirilirdi.  
100
150
200
250
300
350
400
450
500
I qrup
II qrup
III qrup
IV qrup
1 sut
3 sut
5 sut
7 sut
%


 
 
 
126 
Yerinə yetirilmiş tədqiqatlar nəticəsində tərəfimizdən müəyyən olunmuşdur ki, 
OS  modelləşdirilməsinin  ilkin  mərhələlarında  ADF  standart  dozasına  cavab  olaraq 
trombositlərin  aqreqasion  aktivliyi  yüksəlir.  Eyni  zamanda  MDA  səviyyəsi,  ZKQ 
miqdarı artır və ZSQ miqdarı azalır. Qan nümunələrində qanın laxtalanma sisteminin 
aktivasiyasını  və  trombinemiya  səviyyəsinin  artmasını  göstərən  HFMK  miqdarının 
artması  əsas  sayılır.  Klinik  şəraitdə  analoji  dəyişikliklər  DDLS-nun 
hiperkoaqulyasion  mərhələsində  müşahidə olunur.  
Sonralar  tədqiq  olunan  qan  nümunələrində  əksər  parametrlərin  şiddətli 
yerdəyişmələrini  müşahidə  etdik:  trombositlərin  sayının  və  onların  aqreqasion 
aktivliyinin  əhəmiyyətli  azalması,  hemokoaqulyasion  testlərin  xronometrik 
göstəricilərinin  uzanması-qanın  rekalsifikasiya  vaxtının  və  AHTZ,  HFMK 
səviyyəsinin  artması  ilə  protrombin  indeksinin  azalması.  Əkslaxtalanma  sistemində 
də əhəmiyyətli dəyişikliklər baş verir: AT-III səviyyəsi aşağı düşür və QFA azalır. 
Yayılmış  irinli  peritonitli  və  destruktiv  pankreatitli  xəstələrdən  alınmış  qan 
nümunələrində  OS  modelləşdirilməsi  zamanı  əksər  öyrənilən  göstəricilərdə  daha 
ciddi  yerdəyişmələr  aşkar  olunmuşdu.  Biz  bunu  müayinə  olunan  xəstələrdə  artıq 
başlanğıcda  hemostaz  aktivasiyası,  lipid  və  zülalların  oksidləşdirici  zədələnməsinin 
olması  ilə  əlaqələndirirdik.  Davam  edən  OAF  generasiyası  şəraitində  biz  aşkar 
olunmuş pozğunluqların dərinləşməsini qeydə aldıq. 
Beləliklə,  bizim  məlumatlara  görə  OS  təsiri  altında  hemostaz  sistemində 
müxtəlif  istiqamətli  dəyişikliklər  baş  verir.  Bir  tərəfdən  xronometrik  testlər 
hipokoaqulyasion yerdəyişmələri götərir, digər tərəfdən isə HFMK  yüksəlməsi, AT-
III  və  QFA  səviyyəsinin  azalması  aşkar  olunmuş  dəyişikliklərin  “tromboflebik” 
istiqmətlənməsinə  işarə  edir.Model  sistemlərdə  hemostaz  göstəricilərinin  analizi 
zamanı  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  kəskin  destruktiv  pankreatitlər  zamanı 
xəstələrdə  əsas  xəstəliyin  şərtləri  daxilində  OS  təsiri  altında  baş  verən  hemostaz 
dəyişiklikləri  qanın  damardaxili  laxtalanmasının  proqressivləşməsinə  səbəb  olur.  
DDLS-nun  birinci  mərhələsində    OS  trombositlərin  aktivasiyasına  və  trombositar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə