Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
 
 
118 
YEKUN 
 
          Kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrin  müalicə  problemi  son 
onilliklər  ərzində  çox  aktualdır.  Klinisistlərin  diqqəti  müalicənin  qeyri-qənaətbəxş 
nəticələri ilə izah olunur ki, bu da başlıca olaraq son dərəcə ağır kateqoriya xəstələrdə 
POÇ-nın  formalaşması  ilə  əlaqədardır.  POÇ-nın    CRŞ-də  xəstələrin  əsas  ölüm 
səbəbidir.  Cərrahi  xəstələrdə  ağır  vəziyyətdə  və  POÇ-nın  ən  çox  yayılmış  irinli 
peritonit  və  destruktiv  pankreatit  zamanı  qeydə  alınır.  Məhz  bu  xəstəliklərdə  mənfi 
nəticəyə gətirib çıxaran patoloji sindromların geniş kompleksi formalaşır. 
Məlumdur  ki,  kəskin  destruktiv  pankreatitlər  zamanı  aığır  POÇ-nın  inkişafı 
hemostaz  sistemin  şiddətli  aktivasiyası  fonunda  baş  verir.  Dominantlıq  təşkil  edən 
təsəvvürlərə  görə  DDLS-nun  qoşulması  kəskin  destruktiv  pankreatitlər  zamanı 
xəstələrdə proqnozu əhəmiyyətli dərəcədə pisləşdirir. Qanın damardaxili laxtalanması 
zamanı orqanizmdə mikrosirkulyasiya pozğunluğu baş verir ki, bu da  müxtəlif orqan 
və sistem disfunksiyalarının sonrakı inkişafı ilə davam edir. 
 
Hemostaz  sistemi  monitorinqi  üçün  müxtəlifşəkilli  rutin  testlərdən  istifadə 
olunur,  lakin  bunlar  xüsusilə  kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrdə  və 
heparinoterapiya aparılması hallarında həmişə informativ olmur. Hemokoaqulyasiya 
aktivasiyası və fibrinoliz markerlərinin istifadəsi daha perspektivdir: fibrin lizisini və 
trombin generasiyasını əks etdirən FPA və D-dimer. 
Müasir  klinik  praktikada  hemostaz  sistemi  pozğunluqlarının  korreksiyası 
məqsədilə  bu  markerlər  geniş  istifadə  olunur:  heparin,  infuzion  terapiya, 
antiaqreqantlar və plazma köçürülməsi. Lakin təəssüf ki, xəstələrin ənənəvi müalicə 
nəticələri arzuolunandan çox uzaqdır, bu da DDLS-nun patogenez xüsusiyyətləri ilə 
əlaqədardır. Son vaxtlar müəyyən olunmuşdur ki, lipdlərin və zülalların oksidləşdirici 
modifikasiyasının  baş  verdiyi  OS,  DDLS-nun  formalaşması  zamanı  əsas  zədələyici 
faktorlardan biridir. Bununla əlaqədar olaraq, kəskin destruktiv pankreatitlər zamanı 


 
 
 
119 
cərrahi  xəstələrdə  hemostaz  pozğunluqlarının  genezundə  OS  rolunun  öyrənilməsini 
daha məqsədəuyğun olduğu hesab olunur. 
Hal-hazırda  tətbiq  olunan    FOH-heparinin  növü,  yeridilmə  yolları  və  dozası 
aktiv  müzakirə  olunur.  Bundan  başqa,  antioksidant  terapiyanın  hemostaz 
patologiyasına təsirinin tədqiqi aktual hesab olunur. 
Yuxarıda  göstərilənlərlə  əlaqədar,  kəskin  destruktiv  pankreatitlər  zamanı 
cərrahi xəstələrdə POÇ formalaşmasında hemostaz sistemi pozğunluqlarının rolunun 
öyrənilməsi; hemokoaqulyasiya aktivasiyası dərəcəsini daha  dəqiq qiymətləndirməyə 
imkan  verən  testləri  müəyyən  etmək;  aşkar  olunmuş  pozğunluqların  və  hemostaz 
dəyişiklilərinin  genezində  oksidləşdirici  stressin  rolunu  müəyyən  etmək  kimi  
məsələlər tərəfimizdən qarşımıza məqsəd olaraq qoyulmuşdu. 
Qoyulmuş  məsələlərin  həlli  üçün  destruktiv  pankreatit  səbəbindən  ağır 
vəziyyətdə  olan  125  xəstə  müayinə  olunmuşdur.Əməliyyatdan  əvvəl  və  sonrakı 
dövrdə  dinamik  kliniko-laborator    müşahidə,həmçinin  intensiv  terapiya  CRŞ 
şəraitində 
aparılırdı. 
Əməliyyatdan 
sonrakı 
terapiya 
hemodinamikanın 
stabilizasiyasına,  ağciyər  ağırlaşmalarının  profilaktikasına,  volemik  pozğunluqların 
korreksiyasına, 
su-elektrolit, 
turşu-qələvi, 
zülal 
və 
energetik 
balansın 
tarazlaşdırılmasına  yönəldilmiş  tədbirlərdən  ibarət  olmuşdu.  Əlavə  olaraq  massiv 
antibakterial,  antiferment  və  forsirəolunmuş  (məcburi)  diurezlə  dezintoksikasion 
terapiya  aparılmışdır.  
Müayinələrin aparılması prosesində qarşıya qoyulmuş məsələlərə əsasən bütün 
xəstələr dörd  qrupa bölünmüşdür.  Birinci  (kontrol)  qrupun xəstələrinə  (p=41)  hər 6 
saatdan bir dərialtına 5000 BV FOH (Fraksiya Olunmuş Heparin) sutkada 20000 TV  
yeridilmişdir. Ikinci qrupa (p=32) isə infuzomat vasitəsilə fasiləsiz olaraq venadaxili 
FOH  təyin  olunan    xəstələr  daxil  edilmişdir.  FOH  dozası  150V/kq/sutkadan  300 
V/kq/sutka arasında olmudur. Onlarda heparinin müxtəlif dozalarının (150 V/kq/sut, 
200  V/kq/sut,  250V/kq/sut,  300V/kq/sut)  hemostaz  göstəricilərinə  təsiri 
öyrənilmişdir.  Qan  alınana  qədər  heparinoterapiyanın  minimal  müddəti  beş  saat 


 
 
 
120 
olmuşdur.  Üçüncü  qrupun  xəstələrinə  (p=24)  infuzomat  vasitəsilə  250V/kq/sut 
dozada venadaxili FOH yeridilmişdir. Dördüncü qrupun xəstələrinə (p=28) isə hər on 
iki saatdan bir venadaxilinə FOH yeridilmişdir. Dördüncü qrupun xəstələrinə (p=28) 
heparinoterapiyanı  (yeridilmə  sxemi  və  dozası  üçüncü  qrupun  xəstələrinə  uyğun 
olmuşdur)  meksidolun  100  mq  sutkada  3  dəfə  venadaxili  yeridilməsi  ilə 
birləşdirmişlər.  Birinci,  ikinci,  üçüncü  və  dördüncü  qrupun  xəstələrinə  heparinlə 
terapiyanı  bütün  müşahidə  dövrü  ərzində  aparmışlar  (7  gün).  Tədqiq  edilən 
göstəricilər  əməliyyatdan  əvvəl  və  əməliyyatdan  sonrakı  1-ci,  3-cü,  5-ci  və  7-ci 
sutkalarda  müəyyən  edilmişdir.  Normal  göstəricilər  müayinədən  keçən  xəstələrə 
yaşca uyğun olan 15 sağlam donorun müayinəsi zamanı təyin edilmişdir. 
Aparılmış tədqiqatlar nəticəsində dəqiqləşdirdik ki, yayılmış irinli peritonitli və 
destruktiv  pankreatitli  xəstələrdə  artıq  əməliyyataqədərki  dövrdə  trombositlərin 
aqreqasion  aktivliyinin  artması,  xronometrik  göstəricilərin  (R+K,  AHTZ)  qısalması 
və HFMK səviyyəsinin yüksəlməsi ilə təzahür edən hemostaz aktivasiyası əlamətləri 
müşahidə olunur. 
Müayinə qruplarında KP xəstələrin AHTV göstəriciləri 
 
 
 
 
 
 
 
 
80
90
100
110
120
130
140
I qrup
II qrup
III qrup
IV qrup
1 sut
3 sut
5 sut
7 sut
%


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə