Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
 
 
127 
aqreqatların  və  trombların  əmələ  gəlməsinə,  həmçinin  sindromun  inkişafına  səbəb 
olan  və  toxumaların  oksigenlə  təchizi  və  mikrosirkulyasiya  pozğunluqlarının 
meydana çıxmasını qaçınılmaz edən trombinin generasiyasına gətirib çıxarır.  
YDLS-nun 
ikinci  mərhələsində  hemostaz  sistemi  əsas  zülallarının 
oksidləşdirici zədələnməsi  “istehlak”  fenomeninin proqressivləşməsinə və hemostaz 
sistemi  əsas  faktorlarının  defisitinə  səbəb  olur.  Fibrinolitik  sistemin  depressiyası 
əmələ gəlmiş trombların kifayət qədər effektiv lizisinə imkan vermir, bu da normal 
mikrosirkulyasiyanın bərpasına mane olur. 
Kəskin destruktiv pankreatitlər zamanı  xəstələrdə hemostaz pozğunluqlarında 
OS  rolunun  təsdiqi  AT-III  müayinəsi  zamanı  əldə  olunmuş  məlumatlardır.  AT-III 
aşağı göstəricisi olan xəstələrdə ZKQ yüksək, normal AT-III (p<0,05) səviyyəsi olan 
xəstələrə nisbətən isə ZSQ aşağı olmuşdur.  Bundan başqa, zülallardakı karbonillərin 
miqdarı və AT-III aktivliyi arasındakı mənfi korrelyasion asılılıq aşkar olunmuşdur. 
Beləliklə,  kəskin  destruktiv  pankreatitlər  zamanı  xəstələrdə  artıq  mövcud  olan 
hemokoaqulyasiya  dəyişiklikləri  fonunda  OS  əlavə  zədələyici  faktordur.  Bu,  qanın 
laxtalanma və əkslaxtalanma sistemlərinin patologiyasının korreksiyası üçün standart 
terapiyadan əlavə antioksidantların tətbiqinin də vacib olduğunu diktə edir. 
Hal-hazırda  ədəbiyyatda  aktiv  olaraq  kəskin  destruktiv  pankreatitlər  zamanı  
cərrahi xəstələrdə hemokoaqulyasion pozğunluqların antikoaqulyant profilaktikası və 
terapiyası müxtəlif sxemləri müzakirə olunur. Əldə etdiyimiz məlumatlar sübut edir 
ki,  standart  antikoaqulyant  terapiya  (5000  vahid  heparin  dərialtına  sutkada  4  dəfə) 
yayılmış irinli peritonitli və destruktiv pankreatitli xəstələrdə DDLS-nun inkişafının 
qarşısını almır. Bunu hissəvi olaraq xəstələrin vəziyyətinin ağırlıq dərəcəsi, heparinin 
yeridilmə  üsulları  və  bu  patologiyanın  zədələyici  təsirinin  çoxfaktorluluğu  ilə  izah 
etmək olar.  
Kəskin destruktiv pankreatitlər zamanı daimi antikoaqulyant və antitrombotik 
effekt  almaq  üçün  heparinin  davamlı  venadaxili  təyini  daha  əlverişlidir.  Eyni 


 
 
 
128 
zamanda  aparılan  terapiyanın  effektivliyi  və  təklükəsizliyinin  kontrolu  haqda  sual 
meydana  çıxır.  Bu  məqsədlər  üçün  ənənəvi  olaraq  aşağıdakı  göstəricilərdə  istifadə 
olunur:  AHTZ,  TEQ,  qanın  və  plazmanın  rekalsifikasiya  vaxtı,  trombin  vaxtı. 
Heparinoterapiyanın effektivliyi haqda testlərin normal göstəricilərdən kənara çıxma 
dərəcələrinə görə mühakimə yürütmək olar. Lakin bu analizləri həyata keçirərkən bir 
sıra  problemlərlə  üzləşmək  məcburiyyətində  qalınır.  Hər  şeydən  öncə,  bu  testlər 
əsasında hipokoaqulyasiya dərəcəsi və ən azı terapiyanın antitrombotik effekti haqda 
mühakimə  yürütmək  olar.  Bundan  başqa,  müəyyən  çətinliklər  qanın  götürülmə 
üsullarından və reaktivlərin standartizasiyasından asılıdır. 
Heparinoterapiyanın  effektivliyinin  qiymətləndirilməsi  üçün  biz  hemostaz 
sistemi aktivasiyası markerlərini tədqiq etdik: FPA və D-dimer. 
Ikinci  qrup  xəstələrdə  əməliyyatdansonrakı  dövrdə  heparinin  müxtəlif 
dozalarının hemostaz sistemi göstəricilərinə təsirini öyrəndik. Müəyyən etdik ki, ağır 
vəziyyətdə  olan  xəstələrdə  heparinin  fasiləsiz  venadaxili  yeridilməsi  zamanı  daha 
effektiv və təhlükəsiz dozası 250 V/Kq/sut.-dır. Heparinin dozasının 300V/kq/sut.-ya 
qədər artırdıqda qanaxma riski artırdı. Heparinin az dozaları isə hemostaz aktivasiyası 
təzahürlərini  aradan  qaldırmırdı.Heparinoterapiyanın  effektivliyinin  laborator 
kontrolu  zamanı  müəyyən  olundu  ki,  preparatı  150V/kq/sut.dan  250V/kq/sut. 
intervalda    təyin  etdikdə    FPA  göstəricisi  daha  dinamik  olaraq  dəyişirdi.  HFMK 
miqdarının  dəyişikliyi  FPA-ya  nisbətən  daha  çox  inertliklə  fərqlənirdi.  R+K  və 
AHTZ göstəriciləri üçün nəticələrin daha çox dağınıq olması xarakterik olmuşdu. 
Tədqiq olunan göstəricilər və heparinin 150V/kq/sut. - 250V/kq/sut. intervalda 
dozası  arasındakı  korrelyasion  asılılığı  araşdırarkən  müəyyən  etdik  ki,  daha  yüksək 
korrelyasiya  koeffisienti  FPA  konsentrasiyası  və  heparin  dozası  (q=-0.81)  arasında 
olmuşdur. Bu onu göstərir ki, heparinoterapiyanın effektivliyi haqda FPA səviyyəsinə 
görə mühakimə yürütmək daha məqsəduyğundur.  
Əldə  olunmuş  məlumatları  nəzərə  alaraq  biz  heparinoterapiyanın  müxtəlif 
sxemlərinin hemostaz sistemi göstəricilərinə təsirini öyrəndik. Üçüncü qrup xəstələrə 


 
 
 
129 
250V/kq/sut.  dozada  FOH  vena  daxili  yeridilmişdi.  Müəyyən  olundu  ki,  heparinin 
belə  bir  sxemlə  təyini  zamanı  üçüncü  sutkadan  başlayaraq  üçüncü  qrupda 
trombositlərin sayı  birinci qrupa nisbətən yüksək olmuşdur. Sonralar bu tendensiya 
saxlanılırdı, üçüncü qrup xəstələrində 5-7-ci sutkalarda trombositlərin sayı normaya 
geri  dönürdü.  Bundan  başqa,  üçüncü  qrup  xəstələrində  birinci  qrupa  (p<0,05) 
nisbətən PTİ 3-5-ci sutkalarda yüksək olmuşdur.  
Bu  heparinin  təsiri  altında  qanın  damardaxili  laxtalanma  proseslərinin  inhibə 
olunması və qanın damardaxili laxtalanma prosesində trombositlərin istehlakının və 
protrombin  kompleksi  faktorlarının  qarşısının  alınması  ilə  əlaqədardır.  Həmçinin, 
tədqiqatın  bütün  mərhələları  ərzində  heparinin  250V/kq/sut.  dozada  venadaxili 
yeridilməsi  zamanı  HFMK  və  FPA  göstəricilərinin  dərialtı  FOH  təyin  olunan 
xəstələrə nisbətən daha az miqdarları qeyd olunmuşdur. Üçüncü sutkadan başlayaraq 
FDM  və  D-dimerin  miqdarları  birinci  qrupa  nisbətən  əhəmiyyətli  dərəcədə  az 
olmuşdur.  
Beləliklə, kəskin destruktiv pankreatitlər zamanı  cərrahi xəstələrdə hemostaz 
sistemi  aktivasiyasının  qarşısını  yüksək  dərəcədə  aldığı  üçün    daimi  olaraq  FOH 
venadaxili yeridilməsinə dərialtı yeridilməsinə nisbətən daha üstünlük verilir.   
Hemostazın 
plazma-hemokoaqulyasion 
göstəricilərinin 
öyrənilməsi 
dəqiqləşdirməyə  imkan  verirdi  ki,  FOH  alan  xəstələrdə  hemokoaqulyasiya 
aktivasiyası  dərəcəsi  ilk  sutkalarda  venadaxili  FOH  alan  xəstələrə  nisbətən  yüksək 
olmuşdu. Bunu FOH alan xəstələrdə HFMK və FPA yüksək göstəriciləri təsdiq edir. 
Sonralar  üçüncü  sutkadan  başlayaraq  qruplar  arasında  bütün  öyrənilən  parametrlərə 
görə fərq müəyyən olunmamışdı. Bu nəticələr FOH venadaxili təyini zamanı daha tez 
effekt alınması haqda fikir söyləməyə imkan verir. Qeyd etmək vacibdir ki, xəstəliyin 
erkən  mərhələlarində  hemostaz  sistemi  aktivasiyasının  qarşısının  alınması  ağır 
vəziyyətdə olan xəstələrdə POÇ-nın  profilkatikası üçün mühüm komponentdir.  
Dördüncü 
qrup 
xəstələrdə 
FOH 
və 
antioksidant 
terapiyanın 
hemokoaqulyasiyanın  əsas  göstəricilərinə  və  POÇ-nın  gedişinə  müştərək  təsirini 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə