Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
 
 
130 
öyrəndik.  Meksidolun  təyini  hemostazın  trombositar  bəndlərini  xarakterizə  edən 
göstəricilərə  və  xronometrik  testlərə  əhəmiyyətli  bir  təsir  göstərməmişdi.  Lakin 
antioksidant terapiya alan qrupda üçüncü qrupa nisbətən  HFMK, FPA, D-dimer və 
FDM  (p<0,05)  miqdarlarının  əhəmiyyətli  dərəcədə  azalması  (birinci  sutkalardan 
başlayaraq)  qeydə  alınmışdı.  Əldə  olunmuş  məlumatlar  antikoaqulyant  terapiyaya 
əlavə  olaraq  antioksidant  təyin  olunan  xəstələrdə  qanın  laxtalanma  sisteminin 
aktivasiyasının və fibrinin əmələ gəlməsi və lizisinin azalmasını təsdiq edir.  
Əlavə olaraq  meksidol alan xəstələrdə OS ağırlıq dərəcəsi azalmışdır. Birinci 
qrup  xəstələrində  OS  xarakterizə  edən  göstəricilər  müayinə  olunan  üçüncü  qrup 
xəstələrinin nəticələrindən fərqlənmirdi. Heparinin yeridilmə üsulu OS göstəricisinə 
əhəmiyyətli təsir göstərmirdi.   Əlavə olaraq meksidol alan xəstələrdə ilk sutkalardan 
başlayaraq brinci qrup xəstələrinə nisbətən ZKQ miqdarı aşağı, ZSQ miqdarı yüksək 
olmuşdur (p<0,05). Sonralar bu nisbət saxlanmışdı. Bundan başqa, antioksidantların 
istifadəsi  zamanı  üçüncü  sutkadan  başlayaraq  MDA  daha  aşağı  rəqəmləri  qeydə 
alınmışdı.  Beləliklə,  antioksidant  terapiyanın  təsiri  altında  biz  qanın  laxtalanma 
sisteminin aktivasiyasının azalmasını müşahidə etdik.Antioksidant meksidolun təyini 
qanın damardaxili laxtalanması şiddətini azaldırdı, bu da trombinemiya səviyyəsinin 
aşağı  düşməsi  (FPA  daha  aşağı  rəqəmlər)  və  fibrin  əmələ  gəlməsi  ilə  (D-dimer 
miqdarının azalması) özünü göstərirdi. 
Qanın  laxtalanma  sisteminin  aktivasiyasının  azalma  mexanizmini  biz 
antioksidantların  təsiri  altında  OAF  əmələ  gəlməsinin    azalması  ilə  əlaqələndiririk. 
Müəyyən  olunmuşdur  ki,  oksidləşmiş  zülallar  proteolitik  deqradasiyaya  daha  çox 
məruz qalmışlar. Bununla birlikdə   hemostaz sistemi əksər faktorları zülali struktura 
malikdir  və  profermentlər  şəklində  damar  mənfəzində  sirkulyasiya  edir.  Qanın 
laxtalanma  sistemi  faktorlarının  aktivasiyası  üçün  OS  şəraitində  dərəcəsi  artan 
məhdud proteoliz vacibdir. Göstərilənlərlə bağlı bizim dərin əminliyimizə görə ağır 
vəziyyətdə  olan  xəstələrdə  hemostaz  pozğunluqlarının  korreksiyası  üçün 
antioksidantların  istifadəsi  patoloji  olaraq  əsaslandırılmışdır  və  hemostaz  sistemi 
faktorlarının oksidləşdirici modifikasiyasının azalması ilə əlaqədardır.  


 
 
 
131 
Müayinə qruplarında KP xəstələrin AOS göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
Biz birinci və dördüncü qrup xəstələrdə POÇ şiddət dərəcəsini müqayisə etdik. 
Müəyyən  etdik  ki,  daimi  olaraq  250V/kq/sut.  dozada  venadaxili  olaraq  heparinin 
meksidolla kombinasiyada heparin alan xəstələrdə az dərəcəli şiddətli və daha sürətli 
POÇ-ı  reqressiyası  və  orta  molekullar  səviyyəsində  qiymətləndirilən  endogen 
intoksikasiya azalması müşahidə olunurdu. 
Beləliklə,  destruktiv  pankreatitli  xəstələrdə  FOH  və  meksidolun  müştərək 
olaraq venadaxili yeridilməsi qanın damardaxili laxtalanma  əlamətlərini azaldır. Bu 
hemostaz  sistemi  aktivasiyasının  inhibə  olunması  ilə  bağlı  olduğu  kimi, 
hemokoaqulyasiya  faktorlarının  oksidləşdirici  zədələnməsinin  azalması  ilə  də 
əlaqəlidir.  
 
 
50
100
150
200
250
300
350
MDA
ZSQ
ZKQ
3 sut
5 sut
7 sut
%
I qrup
IV qrup
I qrup
IV qrup
I qrup
IV qrup


 
 
 
132 
Müayinə qruplarında KP xəstələrin yaşama göstəriciləri  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bunun nəticəsi olaraq kəskin destruktiv pankreatitlər zamanı  cərrahi xəstələrdə 
POÇ-nın  müddətinin  və  şiddətlilik  dərəcəsinin  azalmasına  gətirib  çıxaran 
mikrosirkulyasiya  və  metabolizm  yaxşılaşması  meydana  çıxır.  Kəskin  destruktiv 
pankreatitlər  zamanı  təklif  olunan  hemokoaqulyasion  pozğunluqların  korreksiyası 
sxemi  belə ağır kateqoriyalı xəstələrdə nəticələri optimallaşdırmağa imkan verir. 
 
 
 
60
65
70
75
80
85
90
95
100
I qrup
II qrup
III qrup
IV qrup
68.3
84.4
87.5
92.9
%


 
 
 
133 
NƏTİCƏLƏR 
 
1.
 
 Kəskin destruktiv pankreatitli xəstələrdə  qanın yayılmış damar daxili laxtalanması 
poliorqan çatmamazlığı formalaşmasının mühüm faktorudur. Hemokoaqulyasiya 
aktivasiyası dərəcəsi monitorinqinin pasientlərin plazmasında hemostaz sistemini 
göstəricilərinin səviyyəsinə görə aparılması daha məqsədəuyğundur. 
2.
 
Oksidləşdirici stress zülalların oksidləşərək zədələnməsinin nəticəsi olaraq hemostaz sistemi 
normal funksiyalarının pozğunluqlarına gətirib çıxarır. Bu da özünü qanda zülalların 
sulfonil qruplarının yüksək(0,31 nmol) , zülalların karbonil qruplarının(0,82 
nmol/mq
) və 
malondialdehidin (1,8 
mkm/l
)aşağı olması ilə birüzə verir. 
3.
 
Kəskin destruktiv pankreatitli xəstələrdə ağır vəziyyətlərin inkişafının ilk günlərdə hemostaz 
sisteminin digər göstəriciləri ilə yanaşı olaraq ardıcıl şəkildə D-dimer (2000 
nq/ml
)və 
fibrinopeptid A (7 
nq/ml
) miqdarının artması xəstəliyin nəticəsi üçün qeyri qənaətbəxş 
proqnostik əlamətdir. 
İş əsnasında  poliorqan çatışmazlığının ağırlıq dərəcəsi ilə, 
fibrinopeptid A və D-dimer konsentrasiyaları arasında müsbət korrelyasion asılılıq məlum 
olmuşdur- korrelyasiya koeffisienti müvafiq olaraq 0,69 və 0,72-dir.
 
4.
 
Kəskin destruktiv pankreatitli xəstələrdə ağır vəziyyətlərin formalaşması hemostaz sistemi 
aktivasiyası ilə müşayiət olunur.Fraksiya olunmuş heparinnin 250TV/kg/sut. dozada daimi 
olaraq venadaxili yeridilməsi ağır vəziyyətlərdə olan cərrahi xəstələrdə hemokoaqulyasiya 
pozğunluqlarının ən effektiv və təhlükəsiz korreksiya metodudur. Antikoaqulyantlar 
(heparin) və antioksidantlarla (meksidol) kombinəolunmuş venadaxili terapiya heparinlə 
monoterapiyadan daha effektivdir. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə