Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

 
 
 
121 
Əməliyyatdan  sonra  xəstələrin  CRŞ-nə  daxil  olduğu  zaman  birinci  qrup 
xəstələrdə ilk sutkalarda hemokoaqulyasiyanın sonrakı aktivasiyası qeydə alınmışdır. 
Trombositlərin  aqreqasion  aktivliyi  yüksək  olaraq  qalırdı,  R+K  və  AHTVZ 
göstəriciləri  normal  hüdudlardan  aşağı  idi,  HFMK  miqdarının  sonrakı  artması  baş 
verirdi.  Həmçinin,  normal  hüdudları  aşan  FPA  konsentrasiyası  da  artırdı.  Beləliklə, 
aparılan heparinoterapiya qanın laxtalanma sistemi aktivasiyasının qarşısını almırdı. 
Bunun  əlavə  təsdiqi  olaraq  FDM  və  D-dimer  miqdarının  əhəmiyyətli  dərəcədə 
göstərmək olar.  
Laborator  məlumatların  analizi  və  kliniki  şəklin  qiymətləndirilməsi  əsasında 
DDLS-nun  hiperkoaqulyasion  mərhələsının  destruktiv  pankreatitli    xəstələrdə  ağır 
vəziyyətlərin  formalaşması  haqda  nəticə  çıxarmaq  olar.  Xəstələrin  çoxunda  DDLS-
nun  kəskin  və  yarımkəskin  gedişi  qeyd  olunmuşdur.  Xəstələrimizdə  DDLS-nun 
inkişafının  təsdiqi  -  Lıcev  V.Q.  və  Barkagan  Z.S  tərəfindən  hazırlanmış  alqoritm 
əsasında  hesablanmış  MDA  yüksək  rəqəmləridir.  Xəstələrimizin  əksəriyyətində 
MDA  0,95  göstəricisini  aşırdı  və  95%  və  daha  çox  hallarda  DDLS-nun  inkişafını 
göstərirdi. 
Kəskin destruktiv pankreatitlər zamanı  3-5-ci sutkalar ərzində müayinə olunan 
xəstələrdə  qanın  damardaxili  laxtalanması  proseslərinin  dərinləşməsi  müşahidə 
olunurdu.  Trombositlərin  sayı  və  onların  aqreqasion  aktivliyi  aşağı  düşürdü,  PTİ 
azalması  baş  verirdi.  HFMK  və  FPA  miqdarları  başlanğıc  dəyərləri  əhəmiyyətli 
dərəcədə  aşırdı.  Bununla  birgə,  bu  göstəricilər  arasında  tərəfimizdən  şiddətli 
korrelyasion asılılıq (q=0,48) müəyyən edilmədi. Biz bunu onunla əlaqələndiririk ki, 
HFMK müəyyən edən test daha inertdir, belə ki, qanda fibrin monomerlərinin əriyən 
komplekslərinin  sirkulyasiya  vaxtı  FPA-dan  xeyli  çoxdur.  Bundan  başqa,  HFMK 
səviyyəsinə  bir  çox  faktorlar  təsir  göstərə  bilir,  fibrinogen  miqdarı  və 
retikuloendotelial sistemin aktivliyi.  
Buna  görə  də,  trombinemiya  səviyyəsinin  qiymətləndirilməsi  zamanı  FPA 
konsentrasiyasını  müəyyən  etmək  bizim  nəzərimizcə,  daha  məqsədəuyğundur. 


 
 
 
122 
Həmçinin  birinci  qrup  xəstələrində  3-5-ci  sutkalar  D-dimer  və  FDM 
konsentrasiyasının  da  artdığı  qeyd  olunmuşdur.  AT-III  və  QFA  aktivlikləri 
əhəmiyyətli  dərəcədə  azalmışdı.  Beləliklə,  3-5-ci  sutkalar  hemokoaqulyasiyanın 
maksimal  aktivasiyası  fonunda  əsas  antikoaqulyant  mexanizmlərin  depressiyası  baş 
verir (AT-III səviyyəsinin aşağı düşməsi, QFA depressiyası). 
7-ci  sutkada  müsbət  nəticədə  əsas  göstəricilərin  normalizasiya  tendensiyası 
qeydə  alınmışdı.  Birinci  qrup  xəstələrini  retrospektiv  olaraq  nəticədən  asılı  iki 
yarımqrupa  bölmüşdülər.  Sonda  əməliyyata  göstərişi  artan  xəstələrdə  damardaxili 
laxtalanma güclənirdi. 
 
Müayinə qruplarında KP xəstələrin AT-III göstəriciləri 
 
 
 
 
 
 
 
 
 
 
 
80
82
84
86
88
90
92
94
96
98
100
I qrup
II qrup
III qrup
IV qrup
1 sut
3 sut
5 sut
7 sut
%


 
 
 
123 
Bütün  xəstələrdə  hemostaz  sistemi  göstəricilərinin  öyrənilməsi  ilə  paralel 
olaraq,  əməliyyatdan  sonra  ilk  sutkalar  ərzində  APACHE  II  şkalası  üzrə  ağırlıq 
dərəcəsinin  qiymətləndirilməsini  aparılırdı.  Tədqiqatımıza  görə  birinci  qrup 
xəstələrinin  CRŞ-ə  qəbul  olunduğu  ilk  sutkalar  ərzində  vəziyyət  ağırlıq  dərəcəsi 
16,2±3,2 bal olmuşdur. Sonralar əməliyyata göstərişi olmayan  xəstələrin retrospektiv 
analizində  vəziyyət  ağırlıq  dərəcəsi  12,1±2,7  bala,  əməliyyat  olunan  xəstələrdə  isə 
19,9±2,8 bala(p<0,05) uyğun gəlirdi. 
Xəstəliyin  nəticəsindən  asılı  olaraq  hemostaz  sistemi  göstəricilərinin  analizi 
zamanı qeyd etmək mühümdür ki, əməliyyatdan sonra ilk sutkalarda mənfi proqnozlu 
xəstələrdə  D-dimer  miqdarı  əhəmiyyətli  dərəcədə  çox  olmuşdur.Biz  əməliyyatdan 
sonrakı ilk sutkalarda hemostazın öyrənilmiş göstəriciləri ilə APACHE II şkalası üzrə 
xəstələrin  vəziyyət  ağırlıq  dərəcəsi  arasındakı  korrelyasion  asılılığı  tədqiq  etdik. 
Plazmada  D-dimer  miqdarı  ilə  vəziyyət  ağırlığını  qarşılaşdırdıqda  düz  korrelyasion 
asılılıq  müəyyən  olundu  (q=0,71).  Hemostazın  digər  parametrlərinin  arasında  və 
həmçinin  FDM  səviyyəsi  və  xəstələrin  vəziyyət  ağırlıq  dərəcəsi  arasında  qarşılıqlı 
əlaqə tədqiqatın bu mərhələında müəyyən olunmadı. 
Kəskin destruktiv pankreatitlər zamanı əməliyyatdan sonrakı ilk günlər ərzində 
xəstələrdə  aşkar  etdiyimiz  D-dimerin  yüksək  səviyyəsi  fibrinin  mikrosirkulyator 
kanallarda  çökməsini  və  DDLS  şəraitində  onun  dağılmasını  göstərir.  Endogen 
əkslaxtalanma sistemlərinin fibrin əmələgəlməsinin qarşısını ala bilmək qabiliyyətinə 
malik  olmaması  pis  proqnostik  əlamətdir.  Qeyd  etmək  mühümdür  ki,  bu  nəticələr 
antikoaqulyant  terapiya  zamanı  əldə  olunmuşdur.  Kapillyar  şəbəkədə  fibrinin 
çökməsi  ilə  təzahür  edən  qanın  damardaxili  laxtalanması  orqan  və  toxumaların 
oksigenlə  təchiz  olunması  pozğunluğuna  gətirib  çıxarır  və  metabolitlərin  xaric 
olunmasını  pisləşdirir.  Bu  yayılmış  irinli  peritonitli  və  destruktiv  pankreatitli 
xəstələrdə POÇ-nın inkişafının vacib faktorudur. 
Kliniko-laborator qarşılaşdırmada biz müəyyən etdik ki, hemokoaqulyasiyanın 
belə pik aktivasiyası və antikoaqulyant sistemlərin depressiyaları POÇ-nın maksimal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə