Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 
 
 
64 
Residiv yırtıqlara görə 8 (qasıq - 5, göbək - 3, ağ xətt – 3), əməliyyatdan sonrakı 
yırtıqlara görə 7 cərrahi əməliyyat yerinə yetirilmişdir. Residiv qasıq yırtıqlarına görə 
arxa  divarın  Lichtenstein  üsulu  ilə  plastikası  əməliyyatı  icra  edilmişdir.  Bu  əməliy-
yatlardan sonra 2 xəstədə seroma, 1-də isə əməliyyat yarasının irinləməsi baş vermiş, 
hər 3 halda müalicə konservativ yolla sona çatdırılmışdır. Əməliyyat yarasının irinlə-
məsi  baş  vermiş  xəstədə  (ağ  xətt  yırtığı)  3  ay  sonra  keyfiyyətsiz  fiksasiya  səbəbin-
dən poliropilen torun büzüşməsi hesabına yenidən residiv əmələ gəlmiş, xəstə bir da-
ha Stoppa üsulu ilə əməliyyat olunmuşdur. 1 və 2 ildən sonra baxıılmışdır. Şikayət-
ləri yoxdur. 
Əməliyyatdan sonrakı yırtıqlar 6 xəstədə orta xətt (açıq və qapalı travmalara gö-
rə açıq əməliyyatlardan sonra - 5, xolesistektomiyadan sonra  -1), 1-də isə pararektal 
xətt üzərində (açıq appendektomiya əməliyyatından sonra) yerləşmişdir. Cərrahi əmə-
liyyatlardan  sonra  1  xəstədə  seroma,  1-də  hematoma,  1-də  isə  əməliyyat  yarasının 
irinləməsi  baş  vermişdir.  Hər  3  xəstədə  müalicə  konservativ  yolla  tamamlan-mış, 
ağırlaşmalar aradan qalxmışdır. Müşahidə müddətində 1 xəstədə residiv baş vermiş, 
təkrar  əməliyyat  zamanı  polipropilen  torun  yırtıq  qapısına  uyğunsuzluğu  müəyyən 
edilmiş və təkrar tor plastikası əməliyyatı yerinə yetirilmişdir. Əməliyyatdan sonrakı 
2  il  ərzində  təkrar  residiv  meydana  çıxmamışdır. Xəstə  əmək  fəaliyyətini  davam  et-
dirir, şikayətləri yoxdur. 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
65 
FƏSİL IV 
QARIN DİVARININ YIRTIQLARININ VİDEOLAPAROSKOPİK 
TRANSABDOMİNAL PLASTİKASININ NƏTİCƏLƏRİ 
 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqları olan 18 
xəstənin (II qrup) qapalı (videolaparoskopik) atenzion cərrahi rekonstruksiyası həyata 
keçirilmiş və alınmış nəticələr təhlil edilmişdir. Birincili qasıq yırtığına görə 3, resi-
div qasıq yırtığına görə 2, əməliyyatdan sonrakı yırtıq– 4, göbək  yırtığı– 4, residiv 
göbək yırtığı – 2, residiv ağ xətt yırtığı -2, bud yırtığı - 1 xəstədə laparoskopik TAP 
əməliyyatı icra edilmişdir. Protezləşdirici vasitə kimi  sellüloza tərkibli sintetik tor is-
tifadə  edilmişdir.  Yırtıqların  anatomik  lokalizasiyası  və  xarakteristik  xüsusiyyətləri 
4.1 saylı cədvəldə təqdim edilmişdir.  
Cədvəl 4.1 
Yırtıqların lokalizasiyasına və anatomik xüsusiyyətlərinə görə  
xəstələrin bölgüsü  
 
Sellüloza tərkibli torla plastika (n=18) 
Qasıq yırtıqları: 
Sağtərəfli birincili 
 

Soltərəfli birincili 

İlk dəfə əmələ gəlmiş 
residiv 
 

3 dəfə baş vermiş residiv yırtıq 

Bud yırtığı
Sağtərəfli birincili 
 

Birincili göbək yırtıqları 

Residiv göbək yırtıqları 

Residiv ağ xətt yırtıqları 

Əməliyyatdan sonrakı yırtıqlar: 

 


 
 
 
66 
Ambulator  və  ev  şəraitində  ənənəvi  əməliyyatönü  hazırlıqdan  (əməliyyatdan 
sonra  bağırsağın  atoniyasının  profilaktikası  (əsirgəyici  qidalanma,  MBT-nın  yuyul-
ması,  təmizləyici  imalələr,  “hidrokolon”  vasitəsi  ilə  yoğun  bağırsağın  yuyulması), 
traxeobronxial ağacın sanasiyası, irinli-infeksion ağırlaşmaların profilaktikası, qarın-
daxili təzyiqin artırılması və s.) sonra planlı qaydada cərrahi əməliyyat olunmuşdur.    
Yırtıqların ölçülərindən asılı olmayaraq yaşlı, kök xəstələrdə, xüsusilə orta və 
böyük  yırtıqlar  zamanı xarakterik  yerli  (qarında  köp,  qəbizlik,  qarında  ağırlıq  hissi, 
ürəkbulanma,  bəzi  hadisələrdə  yırtıq  nahiyəsində  ağrılar  və  b.)  və  ümumi  əlamətlər 
(təngnəfəslik, ürəkdöyünmə, boğulma tutmaları, bəlğəm ifrazının çətinləşməsi, əmək 
qabiliyyətinin aşağı düşməsi (itməsi) və s.) xəstələri narahat etmişdir. Əməliyyatönü 
dövrdə  bu  əlamətlər  müvafiq  ixtisaslı  həkimlərin  (kardioloq,  terapevt,  qastroentero-
loq) iştirakı ilə aradan qaldırılmışdır.   
Bu  qrupda  da  sərbəst  yırtıqlar  düzəlməyən  yırtıqlarla  müqayisədə  xeyli  çox, 
təxminən 2,5 dəfə çox rast gəlmişdir.  
Videolaparoskopik transabdominal plastika əməliyyatının metodikası 
Əməliyyat üçün aşağıdakı vasitələr istifadə edilmişdir: 
1.
 
5, 10 və 12 mm-lik troakarlar; 
2.
 
 30
0
–li çəp optikalı laparoskop; 
3.
 
Əyriuclu qayçı; 
4.
 
Dissektor; 
5.
 
Sıxıcı alətlər; 
6.
 
Mini-retraktor; 
7.
 
Endostepler; 
8.
 
Sellüloza tərkibli tor
Xəstənin vəziyyəti: Arxası üstə, aşağı ətraflar aralı, əməliyyat masasının baş tə-
rəfinın 20-25
0   
endirilməsi və monitorun xəstənin yırtığın əks, ayaq tərəfində yerləş-
dirilməsi.  


 
 
 
67 
Briqadanın duruşu: Cərrah yırtığın əks tərəfində, assistent yırtıq tərəfdə, əməliy-
yat tibb bacısı xəstənin ayaqları arasında. Cərrahi situasiyadan asılı olaraq briqadanın 
üzvlərinin və laparoskopik dayağın yeri cərrah tərəfindən dəyişdirilə bilər. 
Troakarların yeri:  
I - göbəkdən aşağıda 11 mm uzunluğunda, köndələn, qövsi kəsikdən; 
II - göbəkdən bir qədər yuxarıda yırtıq tərəfdə, pararektal xətt üzərində 5-mm-lik 
troakar üçün 3-4 mm-lik boylama kəsik və 
III – əks tərəfdə, həmin səviyyədə 12 mm-lik troakar üçün 1 sm uzunluqda boy-
lama kəsik (şək. 4.1).  
 
 
Şək. 4.1. Troakarların yeridilməsi yerləri (sxem) 
 
I troakar üçün göbəkdən aşağı köndələn qövsi dəri kəsiyi aparıldıqdan sonra piy 
toxuması “fındıq” tupferlə ayrılmış, aponevroz əldə edilmiş, sonuncu moskit sıxıcıları 
ilə tutularaq qaldırılmışdır. Qarın  boşluğuna  Vereş  (Veres)  iynəsi  yeridilmiş  və  kar-
boksiperitoneum yaradılmışdır. Laparoskopla qarın boşluğunun ilkin təftişi aparılmış, 
yırtıq qapısı tapılmışdır. Bundan sonra əməliyyat masası yırtığın əks tərəfi istiqamə-
tində 15-20
0
 çəp vəziyyətə döndərilmişdir. Daha sonra qarın divarında müvafiq yer-
lərdə  alətlər  üçün  digər  troakarlar  yerləşdirilmişdir.  Assistent  laparoskopu  idarə  et-
miş, cərrah 5 və 12 mm-lik troakarlardan keçirilmiş alətlərlə işləmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə