Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 
 
 
68 
Yırtıq qapısının yuxarı kənarında parietal periton kəsilmiş, əməliyyat sahəsi qay-
çı ilə içəri və bayır tərəflərə doğru  genişləndirilmişdir (şək. 4.2). Yırtıq qapısı nahi-
yəsində yırtıq möhtəviyyatı (öz-özünə sərbəst düzəlməmişsə) yumşaq sıxıcı ilə tutul-
muş, ehtiyatla qarın boşluğuna doğru dartılmaqla boşluğa salınmışdır. Möhtəviyyatın 
sərbəst düzəlməsinə bitişmələr mane olduqda onlar elektroqayçı ilə kəsilmiş, möhtə-
viyyat qapıdan azad olmuş və qarın boşluğuna salınmışdır. Yırtıq kisəsi sıxıcı ilə tu-
tulmuş, qarın boşluğuna tərəf burulmaqla dartılmış və boşluqda yerləşdirilmişdir.
  
 
 
 
Şək. 4.2. Parietal peritonun açılması 
Peritonun aşağı parçası yırtıq kisəsi ilə birgə toxumalardan ayrılmışdır. Çəp yır-
tıqlarda kisə toxum ciyəsi elementlərindən azad edilmişdir.  Bu zaman bitişmələr və 
sərt atmalar qayçı ilə kəsilmişdir.  Daxili dəliyə yaxın bölgədə aşağı epiqastral damar-
ların yerləşməsini nəzərə alaraq onların zədələnməməsi olduqca vacibdir. Medial tə-
rəfdən başlamaqla Hesselbax üçbucağının zirvə nahiyəsi, sonra Cooper bağı və qalça 
qabarıqlığı dissektor və qayçı ilə ayrıldıqdan sonra daxili çəp əzələnin sərbəst kənarı 
medial, qasıq bağı isə lateral tərəfdən sərbəstləşdirilmişdir. Toxum ciyəsinin element-
ləri dissektor və ya mini-retraktor vasitəsi ilə daxili dəliyin aşağı divarına qədər ayrıl-
mışdır (şək. 4.3). 


 
 
 
69 
 
Şək. 4.3. Toxum ciyəsinin ayrılması 
Bu mərhələdə protez istifadə üçün hazırlanmşdır. İlk olaraq protezin lateral tərə-
finin ucları ayırd ediməsi üçün oval şəkilində, yuxarı tərəfi isə 4-5 sm uzunluqda kə-
silmişdir  (bu  zaman  kəsilmə  elə  aparılmalıdır  ki, torun  bayır  ləçəyi  içəri  ləçəyindən 
1,5 dəfə enli olsun), kəsiyin sonunda toxum ciyəsi üçün 0,8-1,0 sm diametri olan dai-
rə formalaşdırılmışdır.  
Sintetik protez metallik zond üzərində burulmuş, 10 mm-lik metal gilzanın içəri-
sinə  yerləşdirilmiş  və  12  mm-lik  troakardan  keçirilərək  qarın  boşluğuna  salınmışdır 
(şək. 4.4).  


 
 
 
70 
 
 
Şək. 4.4. Protezin qarın boşluğuna salınması 
Protezin ölçülərinin adətən 11X6 sm olması kifayətdir. Boyük defektlər zamanı 
iriölçülü protezlər istifadə olunmuşdur. Qarın boşluğunda protez açılmış və toxum ci-
yəsinin altında (burulmuş yırtıq kisəsi üzərində) elə yerləşdirilmişdir ki, onun tərəfləri 
bayır tərəfdən qasıq bağını, içəridən daxili çəp əzələnin sərbəst kənarlarını, yuxarıdan 
daxili  dəliyin  aşağı  kənarını,  aşağıdan  isə  qalça  qabarıqlığı  və  Cooper  bağını,  bud 
çuxurunu tam örtsün. Torun belə yerləşdirilməsi qasıq kanalının arxa divarını, həmçi-
nin bud kanalını tam örtməyə imkan vermişdir (şək. 4.4). Sonra 12 mm-lik troakardan 
keçirilmiş  endostepplerlə  protez  perimetr  boyunca  uyğun  elementlərə,  mərkəzdə  isə 
yırtıq kisəsinin güdülünə (bu zaman yırtıq kisəsinin güdülü yırtıq qapısını tıxac kimi 
müəyyən qədər qapamışdır) tikilmişdir. 
 


 
 
 
71 
 
Şək. 4.4. Protezin peritonönü sahədə yerləşdirilməsi 
Endosteppler  olmadıqda  endotikişlər  də  istifadə  edilə  bilər.  Adətən  torun  peri-
metr  boyunca  qoyulmuş  7-8  prolen  (3/0)  tikiş  kifayət  etmişdir  (şək.  4.5).  Protezin 
prolen (vikril) sapla fasiləsiz tikilməsi də yolveriləndir. Sonra parietal periton parça-
ları protezin üzərindən fasiləli və ya fasiləsiz sapla, yaxud endosteplerlə bir-birinə ti-
kilməklə sintetik torun qarın boşluğu tərəfdən qapanması təmin edilmişdir (şək. 4.6). 
Sellüloza  tərkibli  torla  plastika  zamanı  endoəməliyyatın  bu  hissəsinin  yerinə  yetiril-
məsinə zərurət yoxdur. Bu halda peritonun parçaları sərbəst saxlanılmışdır. 
Aşağıda birincili qasıq yırtığına görə laparoskopik TAP əməliyyatı keçirmiş xəs-
tənin xəstəlik tarixindən çıxarış təqdim edilir. 
 Praktikadan nümunə
 
Xəstə Ş.İ., 50  yaş, 653 saylı x/t, 13.01.2010-cu il  tarixdə sol qasıq nahiyəsində 
böyüməkdə  olan  şişkinlik,  qarında  köp,  həyat  keyfıyyətinin  pisləşməsi  və  əmək  qa-
biliyyətinin aşağı düşməsi şikayətləri ilə Klinik TM-ə müraciət etmişdir. Özünü 5 il-
dir ki, xəstə hesab edir. Xəstəliyi ağır fiziki işlə əlaqələndirir.
 


 
 
 
72 
Dəri  və  selikli  qişalar  adi  rəngdədir.  Periferik  limfa  düyünləri  böyüməmişdir. 
Dayaq-hərəkət sistemi dəyişikliksizdir.
 
 
 
Şək. 4.5. Protezin fiksasiyası (sxem a), parietal peritonla örtülməsi və peritonizasiya (sxem b)  
 
 
Şək. 4.6. Protezin önündən periton parçalarının bir-birinə tikilməsi 


 
 
 
73 
Tənəffüs sərbəstdir, ritmikdir, döş tiplidir, tənəffüs hərəkətlərinin tezliyi dəqiqə-
də 16-18-dir. Ağciyərlər üzərində  vezikulyar  tənəffüs  eşidilir. Ürək tonları  aydındır, 
təmizdir. Nəbz ritmik, kafı dolğunluqlu, dəqiqədə 80-dir. Arterial təzyiq 120/80 mm 
c.st.
 
Dil nəmdir, təmizdir. Qarın simmetrikdir, yumşaqdır, intaktdır və ağrısızdır. Qa-
raciyər və dalaq böyüməmişdir. Diurez sərbəstdir. Döyəcləmə simptomu hər iki tərəf-
də mənfıdir.
 
Defekasiya sərbəstdir. Qazlar çətin xaric olur.
 
St. localis. Sol qasıq nahiyəsində 5,0X6,0 sm ölçülərdə ovalşəkilli şişkinlik gö-
rünür. Şişkinlik üzərində dərinin rəngi dəyişikliksizdir. Palpasiya zamanı şişkinlik qa-
rın boşluğuna düzəlir.  
Diaqnoz: Soltərəfli düz qasıq yırtığı 
Əməliyyatönü hazırlıq ambulator şəraitdə aparıldığından rutin laborator və inst-
rumental müayinələrdən sonra növbəti gün – 14.01.2010-cu il tarixdə ümumi venada-
xili müştərək anesteziya altında cərrahi əməliyyat – laparoskopik TAP yerinə yetiril-
mişdir. Həmin gün axşam saatlarında xəstə aktivləşdirilmiş, ayağa qalxmağa və maye 
qəbuluna  icazə  verilmişdir.  Növbəti  gün  xəstə  kafi  vəziyyətdə  evə  buraxılmışdır. 
Müalicə  prosesi  ambulator  qaydada  ev  şəraitində  davam  etdirilmiş,  9  gündən  sonra 
xəstə  əmək  fəaliyyətinə  başlamışdır.  3,  6  ay  və  1  ildən  sonra  xəstəyə  baxılmışdır. 
Şikayətləri yoxdur.  
Qarının ön divarının digər lokalizasiyalı yırtıqlarının, o cümlədən əməliyyatdan 
sonrakı yırtıqların cərrahiyyəsində laparoskopiyaın yeri və rolu açıq qalmaqda davam 
edir.  Polipropilen  tor  qoyulmaqla  laparoskopik  texnologiyaların  istifadəsi  haqqında 
ilk  məlumat  1979-cu  ilə  aiddir.  Ventral  yırtıq  zamanı  ilk  laparoskopik  əməliyyat 
1992-ci ildə Carter J.E. tərəfindən yerinə yetirilmişdir. Bu əməliyyat zamanı da gəril-
məsiz  plastikanın  prinsipləri  qorunmaqla  protez  qarındaxili  yerləşdirilir  [5,  123]. 
Əməliyyata əks-göstərişlər bu günə qədər müəyyənləşdirilməmişdir. Ümumi əks-gös-
təriş-lər digər laparoskopik plastika əməliyyatlarında (qasıq yırtıqlarına görə) olduğu 
kimidir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə