Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/39
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46555
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

 
 
 
88 
Stasionarda  orta  müalicə  müddəti  3,1±0,6  gün  (0-11  gün)  təşkil  etmişdir 
(p<0,05). 
Bu  qrupun xəstələrində  tibbi  və sosial  reabilitasiya  müddəti  açıq  atenzion  plas-
tika əməliyyatı keçirmiş xəstələrlə müqayisədə 2,3 dəfə qısa olmuş, xəstələr 2,8±0,7 
həftədən sonra (1-4 həftə) əmək fəaliyyətinə başlamışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
89 
FƏSİL V 
QARIN DİVARININ YIRTIQLARININ VİDEOENDOSKOPİK  
TOTAL EKSTRAPERİTONEAL PLASTİKASININ NƏTİCƏLƏRİ 
Son illərdə protezin ekstraperitoneal yolla peritonönü sahədə yerləşdirilməsinin 
tərəfdarları  artmaqdadır.  Hasson  metodikası  ilə  troakar  yerləşdirildikdən  sonra  peri-
tonönü  sahənin  karbon  qazı  və  fizioloji  məhlulla  ayrılması  (separasiyası)  aparılır. 
"Visiport"  troakarının  yaradılması  peritonönü  sahəyə,  yırtıq  nahiyəsinə  giriş  proble-
mini demək olar ki, tamamilə aradan qaldırmışdır. 45
0
-li laparoskopun nəzarəti altında 
yırtıq kisəsi iti və küt üsullarla ətraf toxumalardan və bitişməələrdən ayrılır, möhtəviy-
yat qarın boşluğuna  düzəldilir, kisə dibindən bağlanır və ya endostepplerlə tikilir, kəsi-
lir. Sonda sintetik tor defekt nahiyəsinə qoyulur və fiksatorla defektin kənarlarına san-
caqlanır. Mc Kernan J. B., Laws H. L. (1993) tərəfindən təklif edilmiş bu üsul hazırda 
total ekstraperitoneal plastika (TEP) adlandırılır. 
Qarının ön divarının birincili, residiv və əməliyyatdan sonrakı yırtıqları olan 17 
xəstənin (III qrup) qapalı (videoendoskopik) gərginliksiz cərrahi plastikası həyata keçi-
rilmişdir.  Protezləşdirici  vasitə  kimi  sellüloza  tərkibli  sintetik  tor  17  xəstədə  istifadə 
edilmişdir. Yırtıqların anatomik lokalizasiyası və xarakteristik xüsusiyyətləri 5.1 saylı 
cədvəldə təqdim edilmişdir.  
Cədvəl 5.1 
Yırtıqların lokalizasiyasına və anatomik xüsusiyyətlərinə görə  
xəstələrin bölgüsü  
 
Sellüloza tərkibli torla plastika 
(n=17) 
Qasıq yırtıqları: 
Sağtərəfli birincili 
 

Soltərəfli birincili 

İkitərəfli birincili 
2 xəstədə 4 əməliyyat  
İlk dəfə əmələ gəlmiş residiv 

İkinci dəfə əmələ gəlmiş residiv 

Birincili ağ xətt yırtığı 

Ağ xəttin residiv yırtığı 

Əməliyyatdan sonrakı ağ 
xətt yırtığı 
 



 
 
 
90 
Bu qrupda da sərbəst yırtıqlar düzəlməyən yırtıqlarla müqayisədə təxminən 2,3 
dəfə çox rast gəlmişdir.  
Videoendoskopik total ekstraperitoneal plastikanın metodikası 
Xəstənin vəziyyəti, videomonitorun və laparoskopik avadanlığın yerləşdirilməsi 
laparoskopik TAP əməliyyatlarında olduğu kimidir. Laparoskopik dəstin ümumi alət-
ləri  əməliyyatın  icrasına  tamamilə  imkan  vermişdir.  Troakarların  yeri  yırtığın  lo-
kalizasiyasından  və  həcmindən  asılı  olaraq  dəyişkən  olmuşdur.  Əməliyyatın  icrası, 
yəni  yırtıq  qapısının  plastikası  üçün  ilk  olaraq  peritonönü  sahədə  tunel  yaradılır. 
Qasıq yırtıqlarında adətən laparoskop üçün troakar göbəklə qasıq bitişməsi arasındakı 
xəttin  ortasında  yerləşdirilmişdir.  Həmin  nahiyədə  1  sm  uzunluqda  boylama  kəsik 
aparılmış,  dərialtı  qat  aponevroza  qədər  ayrılmış,  sonuncu  tutucularla  qaldırılmış  və 
həmin uzunluqda boylama kəsilmişdir. İşçi alətlər üçün göbəkdən bir qədər yuxarıda, 
pararektal  xətt  üzərində,  yırtıq  tərəfdə  5  mm-lik,    əks  tərəfdə  12  mm-lik  troakarlar 
yeridilmişdir (şək. 5.1 və 5.2). Troakarların belə yerləşdirilməsi hətta ikitərəfli qasıq 
yırtıqlarını TEP-na imkan vermişdir. 
 
 
 
Şək. 5.1. Endovideoskopik TEP zamanı troakarların yeridilməsi  
və portların yerləşdirilməsi yerləri 


 
 
 
91 
 
Şək. 5.2. Troakarların yerləşdirilməsi 
Göbək, ağ xətt və əməliyyatdan sonrakı yırtıqlar zamanı troakarlar adətən situa-
siyadan asılı olaraq yerləşdirilmişdir. Yəni əsas troakar yırtıqdan 4-6 sm kranial və ya 
lateral tərəfdə, işçi troakarlar sağ və sol qabırğaaltı və ya sağ və sol qalça nahiyələrin-
də yerləşdirilmişdir. 
Qasıq yırtığı zamanı yuxarida qeyd olunmuş nahiyədə əzələlər küt üsulla köndə-
lən fassiyaya qədər ayrılmış, yaradılmış tunelə 12 mm-lik troakar qoyulmuşdur. Troa-
kardan keçməklə əzələaltı (peritonönü) sahədə yırtıq qapısına doğru küt üsulla tunel 
genişləndirilmişdir (şək. 5.3). Hər manipulyasiyadan sonra alət çıxarılmış, peritonönü 
sahə  laparoskopla  təftiş  edilmişdir.  Yalnız  küt  separasiya  kifayət  deyildir.  Ona  görə 
də tunelə növbələşməklə karbon qazı və irriqasion-aspirasion sistem vasitəsi ilə təz-
yiqlə maye (furasilin məhlulu) şırnağı yeridilmiş və sorulmuşdur.  
Parietal periton incə hərəkətlərlə ayrılmışdır. Ona görə də hər bir manipulyasiya 
zamanı  təzyiq  peritona  yox,  əzələlərə  edilməlidir.  Bu  halda  peritonun  zədələnməsi 
riski aşağı olur. Küt və hidro(pnevmo)ayrılma yırtıq qapısının kənarlarına doğru apa-
rılmışdır. Qasıq yırtıqları zamanı tunel qasıq bitişməsinə, Cooper bağına, daxili qasıq 
dəliyinə doğru uzadılmış, nəticədə qasıq aralığı vizuallaşdırılmışdır.  


 
 
 
92 
 
Şək. 5.3. Yırtıq kisəsinin ekstraperitoneal mobilizasiyası 
 
İriölçülü göbək, ağ xətt və əməliyyatdan sonrakı yırtıqlar zamanı yırtıq qapısının 
tam mobilizasiyası üçün 2- və ya 3-tərəfli giriş istifadə edilmişdir. Yəni yırtıq qapı-
sına doğru müvafiq sayda tunel yaradılmış və yırtıq qapısı bütün perimetri boyunca 
əldə edilmişdir. Yırtıq qapısı ətrafı bölgələrdə bitişmələr və çapıq toxuması olduqda 
sonuncular əyri- və kütuclu qayçı ilə kəsilmişdir. Bu zaman parietal peritonun və ona 
söykənmiş qarın üzvlərinin zədələnməməsi üçün qayçının ucları dəriyə doğru istiqa-
mətləndirilmişdir.  
Endoəməliyyatın növbəti mərhələsində yırtıq kisəsi yumşaq sıxıcı ilə tutulmuş, 
tunelin  başlanğıcına  doğru  dartılmışdır.  Sərbəst  kisə  J.M.  Himpens  üsulu  ilə  kəndir 
şəkilində burulmuş, nitinol sapla bağlanmış və yırtıq qapısından qarın boşluğuna yeri-
dilmişdir. 
Yırtıq  kisəsi  sərbəst  olmadıqda,  yəni  mənfəzində  möhtəviyyat  olduqda,  digər 
troakardan yeridilmiş işçi alətlə möhtəviyyat qarın boşluğuna doğru itələnmişdir. Be-
lə cəhdlər səmərəsiz olduqda laparoskopun nəzarəti altında kisənin sərbəst kənarı kə-
silmiş, möhtəviyyat işçi alətlərlə qarın boşluğuna düzəldilmişdir. Bu manevr səmərə-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə