Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Yüklə 3,91 Mb.
səhifə30/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

Titul siyahısı 200….. il üçün


Kapital xərcləri və obyektlərin adı

Ti­kinti baş­layıb

ay və il


Smeta dəyəri

İlin əvvəlinə smeta dəyərinin qalığı

Kapital qoyuluşu planı

İstehsal güclərinin və əsas fondların istifadəyə verilməsi

cəmi

o cümlə­dən tikinti-quraş­dırma işləri

cəmi

o cümlə­dən tikinti-quraş­dırma işləri

cəmi

o cümlə­dən tikinti-quraş­dırma işləri

işə salınmış istehsal gücləri (adı)

ölçü vahidi

miqdarı

işə salınmış əsas fondların maya dəyəri

işə salınma müddəti

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

1. Cari ildə tikilə­cək obyekt­lər

1) ……..


2) ……..

3) ……..


Cəmi





































2. Cari ildə tikin­tisi qurtar­mayan obyektlər

1) ……..


2) …….

o cümlədən:

başlanıb-qurtar­mayan obyektlər …..





































Sifarişçi __________________

(imza, vəzifəsi) Razılaşdırılıb:

Baş podratçı _____________

(imza, vəzifəsi)

Tikintinin titul siyahıları əsasında obyektlər üzrə «daxili titul siya­hısı» tərtib olunur. Daxili titul siyahıları sifarişçi tərəfindən baş podratçı ilə razılaşma əsasında tərtib edilir.

Daxili titul siyahılarına daxil edilmiş obyektlər üç qrupa bölünür:


  1. cari ildə istifadəyə veriləcək obyektlər – buraxılış obyekt­ləri;

  2. başlama və qurtarma müddətləri növbəti ilə keçən obyekt­lər;

  3. tikintisinə cari ildə başlanıb, istismara verilməsi növbəti il­lərdə nəzərdə tutulmuş obyektlər – zadel.

Daxili titul siyahıları podrat müqavilə bağlanması və kapital qoyu­luşunun maliyyələşdirilməsini rəsmiləşdirən əsas sənədlərdəndir.

12.8. Yerinə yetirilmiş işlər üzrə sifarişçi və podratçı arasında

hesablaşma qaydaları
Mövcud qaydalara görə hüquqi şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə əlaqədar hesablaşmalar, bir qayda olaraq, nağdsız for­mada həyata keçirilir. Bununla belə hesablaşmaların nağd formada aparılması da mümkündür.

Nağdsız hesablaşma banklar vasitəsilə, müştərilərin açdıqları hesablardan icra edilir. Kommersiya bankları nağdsız hesablaşmaları Mərkəzi Bankın müəyyən etdiyi qaydalara müvafiq hesablaşmaların aparılması qaydalarını xüsusi təlimatlarla müəyyənləşdirir. Burada həm nağdsız hesablaşmaların formaları, həm də onların yerinə ye­tirilməsi müddəti göstərilir. Nağdsız hesablaşmalar etibarlı olmaqla bərabər, həm də daha az dəyişikliklərə məruz qalır. Nağdsız hesab­laşmaların etibarlılığı onların səhvsiz, müəyyən edilmiş vaxtda yerinə yetirilməsidir. Sifarişçi və mal satan əmin olmalıdır ki, vəsait vaxtında bir bank hesabından digərinə maneəsiz köçürüləcəkdir. Bu proses xüsusilə mal satan-podratçı üçün vacib hesab edilir ki, o, digərləri ilə hesablaşmalarda, habelə öz fəaliyyətini davam etdirmək üçün xammal-material almaqda vəsaitə ehtiyacı olmasın.

Nağdsız hesablaşmanın vacib keyfiyyət xüsusiyyətlərindən biri də onun səmərəliliyidir. Bu belə olmasa bu prosesin iştirakçıları daha səmərəli və ucuz hesablaşma formasını seçməyə can atarlar. Nağdsız hesablaşma sistemi bəzi prinsiplərə əsaslanır. İqtisadi ədəbiyyatda bu prinsiplərin əsas şərti kimi bütün müəssisə və təşkilatların mülkiyyət formasından asılı olmayaraq bank hesablarının mövcud olmasıdır. Təşkilatların pul vəsaitləri müstəsna olaraq bu hesablarda saxlanılır.

Digər prinsip ondan ibarətdir ki, nağdsız hesablaşmada vəsait sahibinin sərəncamı və razılığı ilə digər tərəfin hesabına köçürülə bilər. Nağdsız hesablaşmada digər prinsip tərəflərin sərbəst olaraq hesab­laşma formasını seçmələridir. Bu sifarişçi və podratçının müs­təqil qərar qəbul etmələrini, banklara isə yalnız vasitəçilik rolunun verildiyinə əyani sübutdur.

Nağdsız hesablaşmalarda bir vacib prinsip də ödəmələrin tə­cili­liyidir. Başqa sözlə, hesablaşma əvvəlcədən müəyyən edilmiş vaxtda həyata keçirilir. Bu prinsip müştərilərin öz pul vəsaitlərindən daha məqsədəuyğun istifadə etmələrinə, pul dövriyyəsini tək­milləşdirməyə imkan verir. Beləliklə, nağdsız hesablaşmanın istə­nilən formasının qəbulundan asılı olmayaraq, bu tərəflərin marağına uyğun olmaqla, hesablaşmaların vaxtında həyata keçirilməsini təmin etməlidir.

Kapital qoyuluşunun maliyyələşdirilməsi prosesində sifarişçi ilə podratçı arasında yerinə yetirilmiş podrat işlər üzrə, eləcə də avadanlıq, tikinti materialları və məmulatların haqqının ödənilməsi üzrə hesablaşmalar həyata keçirilir. Bu hesablaşmalar aşağıdakı şərtlərin olmasını tələb edir.

- təsdiq edilmiş smeta-layihə sənədləri və tərəflər arasında bağlanmış podrat müqavilə;

- tikintisi qurtarmış obyektlərin qəbulu aktları və ya yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin müəyyən edilmiş formalarda banka təqdimi;

- işin dəyərinin ödənilməsi üzrə tərəflərin seçdiyi hesablaşma formasının banka verilməsi.

Mövcud qanunvericiliyə müvafiq sifarişçi yerinə yetirilmiş işlərin dəyərini podrat müqaviləyə və obyektin smeta-layihə sənədinə uyğun olaraq podratçı təşkilata ödəməlidir. Mövcud qaydalara görə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinin maliyyələşdirilməsi obyektlərin təsdiq edilmiş layihə-smeta sənədlərində, eləcə də tərəflər arasında bağlanmış illik podrat müqavilələrdə öz əksini tapmalıdır. Bir qayda olaraq yerinə yetirilmiş işlər:

- aylıq və ya rüblük yerinə yetirilmiş işlərin həcminə görə;

- mərhələlər üzrə yerinə yetirilmiş işlərə görə;

- obyekt tam qurtarıb istifadəyə verildikdən sonra hesablaşma üçün banka təqdim edilir.

Podratçı təşkilatın maliyyə vəziyyəti zəif olduqda, onun digər təşki­latlarla hesablaşmalarında problem olacağı təqdirdə, həmçinin tikilən obyektin texniki cəhətdən mürəkkəb olduğu şəraitdə aylıq və ya rüblük yerinə yetirilmiş işlər üzrə tərəflər arasında hesablaşma apa­rıla bilər. Hesablaşma 2, 2a, 2b və digər formalarda ola bilər. Bu­nun üçün podratçı təşkilat tərəfindən tikintiyə məsul şəxs (buna iş icra­çısı, prorab və s. deyilir) yerinə yetirilmiş işlərin adı, miqdarı və məbləği haqqında ümumi məlumatları, eləcə də «üstəlik xərclər» və «plan yığımı» haqqında məlumatları hesablayaraq öz imzası və təmsil et­diyi təşkilatın dəyirmi (rəsmi) möhürü ilə təsdiqləyərək, həmin obyekt üzrə sifarişçi təşkilatın nümayəndəsinə (buna «texnadzor» deyi­lir) razılaşdırmaq və ödəməni təmin etmək məqsədilə verir. Sifa­rişçi təşkilatın nümayəndəsi sənəddə göstərilən bütün işləri bir daha yerində yoxlamaqla müvafiq dəyişikliklər (lazım gələrsə) etdikdən sonra onu öz imzası və təmsil etdiyi sifarişçi təşkilatın dairəvi möhürü ilə təsdiqləyərək hesablaşmanı həyata keçirmək məqsədilə «ödəmə tapşırığı» formasında özlərinə xidmət edən banka təqdim edilir. Nə­zərə alınmalıdır ki, bu sənədlərin yalnız 1-ci nüsxələri (originalı) banka təqdim edilməlidir. Yerinə yetirilmiş işlər üzrə hesablaşma for­ması təxmini belə olur.


Forma 2a

Sıra №

İşlərin adı

Ölçü vahidi

Miqdarı

Vahidinin qiyməti (mal)

Məbəlği (man.)




1.

Divar işi

m2

100

15

1500




2.

Beton işi

m3

350

120







3.

Suvaq işi
















4.

Qaynaq işi
















5.

……….



















Cəmi düzünə birbaşa xərclər

-

-

-

150.000




Üstəlik xərclər (20%)

-

-

-

30000







Smeta maya dəyəri

-

-

-

180.000,0




Plan yığımı (10%)

-

-

-

18000,0







Smeta dəyəri










198000,0



Bu o deməkdir ki, sifarişçi təşkilat podratçıya 198,0 min manat ödəməlidir. Baxmayaraq ki, yerinə yetirilmiş tikinti-quraş­dırma işlərinin dəyəri 150,0 min manat təşkil etmişdir. Digər sa­hələrdən fərqli olaraq tikintidə podratçı təşkilat öz fəaliyyətini təsdiq edilmiş layihə-smeta sənədləri əsasında həyata keçirir. Yəni maddi istehsalın digər sahələrindən fərqli olaraq bu sadə hazır məhsul ancaq «smeta dəyəri» ilə reallaşdırılır. Başqa sözlə, tikinti təşkilatında çalışan mühəndis-texniki işçilərin əməkhaqqı «üstəlik xərclər» hesabına, təşkilatın gəliri isə «plan yığımı» hesabına for­malaşır. Sifarişçi təşkilatla podratçı arasında yerinə yetirilmiş işlərə görə he­sab­laşmanın bir forması da «mərhələlər üzrə» yerinə yetirilmiş işlərə münasib olur. Obyektlərin sadə və mürəkkəbliyindən, böyük və kiçikliyindən, həmçinin digər xüsusiyyətlərindən asılı olaraq layihə-smeta sənədləri tərtib edilərkən podratçı təşkilatla hesablaşma hansı mərhələlər üzrə aparılacaqsa, o əvvəlcədən müəyyənləşdirilir. Təcrübədə belə işlər 3 mərhələyə bölünür:



  1. Yeraltı kommunikasiya işlərinin yerinə yetirilməsi ±0 səviyyəsi.

  2. Karkasın quraşdırılması – orta və kiçik obyektlərdə bu bir mərhə­lədə, nisbətən iri obyektlərdə bir neçə mərhələdə ola bilər, məsələn, hər 3-4 mərtəbədən bir və s.

  3. Obyekt üzrə daxili tamamlama işləri yerinə yetirildikdən sonra.

Podratçı təşkilat müqaviləyə müvafiq ayrı-ayrı mərhələləri yerinə yetirildikdən sonra, onu aktlaşdıraraq hesablaşma aparmaq üçün maliyyələşdirən banka təqdim etməlidir. Bütün hallarda «üstəlik xərclər» və «plan yığımı» nəzərə alınmalıdır.

Sifarişçi ilə podratçı təşkilat arasında yerinə yetirilmiş işlər üzrə hesablaşmanın bir forması da «obyekt tam qurtarıb sifarişçiyə təhvil verildikdən sonra» olanıdır. Belə hesablaşmalar nisbətən kiçik və sadə obyektlər üzrə həyata keçirilir ki, onların da inşa müddəti 2-3 ay çəkir. Belə obyektlərə kənd yerlərində məktəb, uşaq bağçası, ticarət və rabitə qovşağı obyektləri və digər iaşə obyektləri aid edilir. Belə obyektlər tikilib qurtardıqdan sonra müvafiq qaydada istismara qəbul edilir və hesablaşma üçün sənədlər sifarişçi təşkilata xidmət edən banka təqdim olunur.

Hesablaşmanın bütün formalarında banklar müvafiq nəzarəti həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, sifarişçi ilə podratçı arasında baş verə biləcək iş birliyinə aid sənədlərin bir nüsxəsi və bir çox hallarda 1-ci nüsxəsi (təsdiq edilmiş layihə-smeta sənədi, daxili titul siyahısı, illik podrat müqavilə və s.) sifarişçiyə xidmət edən banka verilir. Bank hesablaşma üçün təqdim edilmiş aktları, özündə olan sənədlərlə yoxladıqdan sonra əməliyyatın aparılmasına sərən­cam verir. Odur ki, həmin hesablaşmaların düzgünlüyünə banklar da məsuliyyət daşıyır.

Əsas məsələlərdən biri də tərəflər arasında hesablaşmaların təkmilləş­dirilməsidir. Elə etmək lazımdır ki, obyekt sifarişçiyə təhvil verilənədək «aralıq» hesablaşmaların sayı mümkün qədər az olsun. Bu isə ilk növbədə podratçı təşkilatın maliyyə durumundan asılı olan məsələdir. Əgər podratçının maliyyə durumu güclüdürsə, o öz işçilərinin əmək haqqını vaxtında verə bilərsə, xammal-materialı ala bilirsə, nəqliyyat, enerji, yanacaq və digər qiymətlilərin alınmasında çətinlik çəkmirsə, bu halda yerinə yetirilmiş işlərin hesabını tez-tez yox, bir və ya iki dəfəyə apara bilər ki, bu da artıq söz-söhbətə səbəb olmaz, vəsaitdən daha səmərəli istifadə etməyə geniş imkanlar açar.

Bunlardan başqa, maliyyələşdirən banklar seçmə yolu ilə (burada əsasən iri obyektlər nəzərdə tutulur) vaxtaşırı tikilən ob­yekt­lərdə «nəzarət yoxlamaları» həyata keçirə bilər. Bunun üçün bankın işçiləri (mühəndis və kredit əməliyyatçısı) obyekt üzrə layihə-smeta sənədini banka təqdim edilmiş hesablaşma sənədlərini götürərək yerində yoxlamalar aparırlar. Bununla da hesablaşmanın faktik yerinə yetirilmiş işlərə uyğun olub-olmamasına nəzarət edirlər.

Bu gün respublikamızda, xüsusilə də Bakı şəhərində tikinti sektorunda baş verən xoşagəlməz söz-söhbətin bir səbəbi də bankların bu əməliyyatlarda iştirakının zəif olması və ya olma­ma­sıdır. Buradan da vergidən yayınma halları, ikili hesabat, müxtəlif fondlara ayırmaların aparılmaması və s. məsələlər meydana gəlir.

Ümumiyyətlə, respublikamızda hesablaşma forması Mərkəzi Bankın təlimatı və mövcud qanunvericiliyə müvafiq müəyyən edilir. Mərkəzi Bankın təlimatına müvafiq olaraq respublika ərazisində aşağıdakı nağdsız hesablaşma formaları tətbiq edilir:

- ödəmə tapşırığı ilə hesablaşma;

- akkreditiv hesablaşma;

- çeklərlə hesablaşma;

- ödəmə tələbnamə-tapşırığı ilə hesablaşma;

- ödəmə tələbnaməsi ilə hesablaşma;

- inkasso hesablaşma forması.

Nağdsız hesablaşma forması bankın müştəriləri tərəfindən – bağlanmış müqavilədə əks olunmaqla sərbəst seçilir.

Ödəmə tapşırığı ilə hesablaşma hazırkı şəraitdə daha geniş yayıl­mışdır. Ödəmə tapşırığını sifarişçi təşkilat-vəsait sahibi tərəfin­dən yazaraq müvafiq qaydada rəsmiləşdirildikdən sonra özünə xid­mət edən banka təqdim edir. Ödəmə tapşırığı qanunla müəyyən edil­miş vaxtda icra olunmalıdır.

Sifarişçinin hesabında tapşırığa müvafiq ödəmə üçün kifayət qə­dər vəsait olmadıqda bank ödəmə tapşırığını icra etməyə qəbul et­mir. Əgər bank işçisinin günahı üzündən hesablaşma sənədi banka qəbul edilibsə, onun ödənişi hissə-hissə olmaqla, müvafiq kartote­kaya köçürülərək tədricən həyata keçirilir. Ödəmə tapşırığı vasitəsilə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin, nəqliyyat və digər xidmətlə­rin, tikinti materiallarının, avadanlıq və əmtəələrin haqqı ödəni­lir, büdcəyə və digər təşkilatlara köçürmələr edilir.

Hesablaşmanın xarakteri və obyektindən asılı olaraq onlar əm­təə və qeyri-əmtəə hesablara bölünür. Əmtəə hesabları – yerinə yetirilmiş iş və xidmət­lər avadanlıq və materiallar, eləcə də digər qiymət­lilər üzrə hesablaşmalarda istifadə olunur. Bu halda ödəmə tapşırığına əlavə olaraq banka hesab-faktura (qaimə) da təqdim edi­lir. Büdcəyə ödəmələrdə, vergi ödəmələri, təhsil və digər xidməti ödə­mə­lərdə ödəmə tapşırığına heç bir əlavə edilmədən, sadəcə hesablaş­manın məqsədi göstərilir. Bu qeyri-əmtəə hesablaşma adla­nır.

Nağdsız hesablaşmaların geniş yayılmış formalarından biri də ak­kreditiv formada hesablaşmadır. Akkreditiv emitent – bank tərəfin­dən malalanın – sifarişçinin şərti pul öhdəliyini öz üzərinə götürmə­sidir. Bu halda malsatan müvafiq hesablaşma sənədlərini banka təqdim etməklə pul vəsaitini ala bilər.

Akkreditiv hesablaşma forması müxtəlif ölkələr və şəhərlərdə fəa­liyyət göstərən təşkilatlar arasında aparılır.

Akkreditiv hesabı açımaq üçün malalan (sifarişçi) özünə xid­mət edən banka müəyyən edilmiş formada ərizə ilə müraciət edərək, malsatan təşkilata xidmət edən bankda, onun adına akkreditiv hesabı­nın açılmasını xahiş edir. Ərizədə akkreditivin forması, şərtləri, alı­nacaq əmtəənin adı akkreditivin müddəti, məbləği və digər məlumat­lar verilməlidir. Malsatan təşkilat akkreditiv razılaşmasına müvafiq tələb edilən avadanlığı sifarişçi təşkilata yola saldıqdan so­nra, nəqliyyat sənədlərilə birlikdə özünə xidmət edən banka təqdim edir. Bank təqdim edilən hesablaşma sənədlərini yoxladıqdan sonra tələb olunan vəsaiti akkreditiv hesabından malsatan təşkilatın hesa­bına köçürür. Akkreditivlər geri çağrılan və geri çağrılmayan ola bi­lər. Geri çağrılan akkreditiv formasında emitenet bank malalanın – sifarişçinin göstərişi ilə malsatan təşkilat və ona xidmət edən bankla məsləhətləşmədən akkreditivin şərtlərini dəyişdirə və ya onu ləğv edə bilər.

Geri çağrılmayan akkreditiv formasında, malsatan təşkilatın razı­lığı olmadan akkreditiv şərtləri dəyişdirilə bilməz.

Akkreditiv hesabı razılaşdırılmış müddət başa çatdıqdan so­nra bağlanılır. İstifadə edilməyən vəsait qalarsa, o sifarişçi-malalan təşkilatın hesabına qaytarılır. Çeklər vasitəsilə hesablaşma nağdsız hesablaşmanın bir formasıdır. Çek qiymətli kağız olub, heç nə ilə şərtlən­məyən çek sahibinin göstərişi ilə həyata keçirilən hesablaşma formasıdır. Çek verən hüquqi və fiziki şəxs olub, bankda hesabı və vəsaiti olmalıdır. Bank, vəsait sahibinin xahişi ilə həmin vəsiatin bir hissəsinin çek vasitəsilə istifadə edilməsinə görə müştəriyə çek kitab­çası verir.

Çek kitabçaları «limitli» və «limitsiz», eləcə də «adlı» və «tə­qdim edənə» ola bilər. Ölkəmizdə çeklər vasitəsilə hesablaşma geniş yayılmamışdır. Çeklər vasitəsilə hesablaşma əsasən poçt-teleqraf xərclə­rini, dəftərxana xərclərini, nəqliyyat-xidmət xərclərini və s. ödə­məkdə istifadə olunur. Çeklər yazıldığı gündən 10 gün ərzində banka təqdim edilə bilər. Ödəmə-tələbnamə tapşırığı vasitəsilə hesablaşma malsatan təşkilatın geniş istifadə etdiyi nağdsız hesablaşma forması­dır. Ödəmə-tələbnamə tapşırığı yola salınmış məhsullar, yerinə yetiril­miş işlər, göstərilən xidmətlər və başqa hesablaşmaları aparmaq məqsə­dilə istifadə olunur. Ödəmə-tələbnamə tapşırığı müəyyən edil­miş blank-formada mal göndərən təşkilat tərəfindən hazırlanaraq özünə xidmət edən banka təqdim edilir. Bu hseablaşma forması həm eyni şəhərdə, həm də müxtəlif şəhərlərdə fəaliyyət göstərən müştəri­lərə xidmət edir. Ödəmə-tələbnamə tapşırığı malalan təşkilata xidmət edən banka daxil olduğu vaxtdan 3 iş günü ərzində icra olunmalıdır. Mal alan təşkilat ödəmə-tələbnamə tapşırığından tam və ya qismən imtina edə bilər. Hər iki halda banka yazılı imtinanın səbəbləri göstəril­məklə xəbərdarlıq edilməlidir.

İnkasso formasında hesablaşma bank əməliyyatı olub, emi­tent-bank tərəfindən müştərinin tapşırığı və vəsaiti hesabına mal­göndərə­nin hesablaşma sənədlərini ödəməsidir. İnkasso hesab­laşma forması, ödəmə tapşırığı vasitəsilə həyata keçirilir. Ödəmə tap­şı­rığı emitent bankda qeydiyyatdan keçir və tam ödənildikdən so­nra sifarişçinin hesabından silinir.

İnkasso tapşırığı, vəsaitin mal alan təşkilatın hesabından si­lin­­məsi mütləq olan hesablaşma sənədidir. İnkasso tapşırığı aşağıdakı hallarda tətbiq edilir:


  1. pul vəsaitinin qanunvericilik qaydasında silinməsi;

  2. icra sənədləri üzrə (məhkəmə qərarı, müxtəlif köçürmələr) vəsaitin silinməsi;

  3. müqavilə şərtlərinə görə, malalan təşkilatın özünə xidmət edən banka onunla razılaşmadan vəsaitin silinməsi tapşırığı verdiyi hallarda.

Bank üç gün ərzində inkasso tapşırığını icra etməlidir. İn­kasso tapşırığının qanunvericiliyə uyğun və düzgünlüyünə vəsaitə id­diaçı təşkilat (malsatan) məsuliyyət daşıyır.

Sovetlər sistemi dağılanadək tikintidə qiymət və qəbul edilən smeta normativləri o vaxtkı qaydalara müvafiq uzun müddətə nə­zərdə tutulmuş pərakəndə qiymətlər, enerji və nəqliyyat daşımaları, tarifləri və digər normativlərə əsaslanırdı. Müasir şəraitdə, müstəqil dövlətlərin bazar iqtisadiyyatına keçmələri, inflyasiyanın mövcud­luğu və digər amillərin təsirindən tikintidə qiymətlər mərhələlər üzrə müəyyənləşdirilir.

Birinci mərhələdə texniki-iqtisadi əsaslandırma nəticəsində tikilə­cək obyektin dəyəri təxmini olaraq, məhsul vahidinə kapital qo­yu­luşu normativinə müvafiq müəyyən edilir. Obyektin yekun smeta dəyəri isə, növbəti mərhələdə layihə-smeta sənədlərinin tərtibi və təsdiqi nəticəsində müəyyənləşdirilir. Bu mərhələdə lokal və obyekt­lər üzrə smeta dəyəri, ayrı-ayrı işlərin dəyəri və bütövlükdə obyektin ümumi smeta dəyəri təyin edilir.

Obyektin smeta dəyəri – birbaşa (düzünə) xərclərdən, üstəlik xərclərdən və plan yığımından ibarətdir. Beləliklə, tikinti məhsulunun smeta qiymətini belə yazmaq olar:

Sq = Dx + Üx + Py

burada:


Sq – smeta qiyməti;

Dx – düzünə xərcləri;

Üxüstəlik xərcləri;

Py – plan yığımını göstərir.

Smeta dəyəri – tikiləcək obyekt üçün tələb edilən kapital qoyulu­şunun məbləği və oybektin qiymətidir. Tikinti-quraşdırma işləri­nin dəyərinə müvafiq sifarişçi ilə podratçı arasında «baş podrat müqavilə» və «illik podrat müqavilə» bağlanır. Baş podrat müqavilə bütövlükdə obyekt üzrə tikinti-quraşdırma işlərinə, illik podrat müqa­vilə isə cari il üçün nəzərdə tutulmuş tikinti-quraşdırma işlərinə bağlanır. Bu müqavilələr baş podratçı təşkilatla bağlanır. Öz növbə­sində baş podratçı təşkilat obyekt üzrə xüsusi işlərin (daxili tamam­lama elektrik, istilik, qaz və s.) yerinə yetirilməsi üçün ixtisaslaşmış tikinti təşkilatlarını dəvət edərək onlarla subpodrat müqavilə bağ­laya­raq, həmin işlərin yerinə yetirilməsini onlara həvalə edir. Subpod­ratçı təşkilatın yerinə yetirdikləri işlərin keyfiyyətinə və on­larla hesablaşmanı baş-podratçı təşkilat aparır.

Bütövlükdə sifarişçi ilə podratçı təşkilat arasında yerinə yeti­ril­miş işlər üzrə hesablaşma müxtəlif formalarda – rüblük yerinə yetirilən işlərə görə, mərhələlərlə yerinə yetirilmiş işlər üzrə, eləcə də obyekt tam istifadəyə verildikdən sonra aparıla bilər. Hesablaşma forması layihə-smeta sənədində göstərilməklə, podrat müqavilədə də əks olunur. Tərəflər müqavilə şərtlərinə əməl etməklə yerinə yetirilmiş iş­lər üzrə vaxıtnda hesablaşma aparmalıdır.



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə