Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar


Portfel (maliyyə) investisiyaları



Yüklə 3,91 Mb.
səhifə27/42
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1070
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

Portfel (maliyyə) investisiyaları – buraya qiymətli kağızlara – səhm, istiqraz və digər maliyyə aktivlərinə qoyulan vəsait aid edilir.

Real investisiyalar əsasən uzunmüddətli kapital qoyuluşundan iba­rətdir. Bu vəsaitlər əsas fondların yaradılması və təkrar istehsa­lına, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, mənzil-kommu­nal təsərrüfatı, elm, təhsil və digər sosial sahələrin inkişafına yönəldilir. Burada əsas məqsəd cəmiyyətin sosial-iqtisadi tələblərini ödəməkdən ibarətdir.

Portfel (maliyyə) investisiya – bu faktiki kapital olub, onun səhm, istiqraz, veksel və digər qiymətli kağızlara istifadəsidir. Qiy­mətli kağızların meydana gəlməsi sanki kapitalın ikiləşməsinə səbəb olur. Bir tərəfdə real kapital – istehsal fondlarında əks olunan vəsait, digər tərəfdə – qiymətli kağızlara yatırılan vəsait.

Real kapital istehsala qoyularaq bu sferada fəaliyyət göstərirsə, qiymətli kağız – kapitalın kağız dublikatı – fiktiv kapitaldır.

Fiktiv kapital – pul kapitalının bir hissəsinin qiymətli kağızlara qoyuluşu, borca verilməsi – son nəticədə faiz formasında müəyyən gəlir götürülməsini nəzərdə tutur.

Fiktiv kapitalın əsas funksiyası pul vəsaitlərinin toplanaraq istehsa­lın təşkili və genişləndirilməsini təmin etməkdən ibarətdir. De­məli, fiktiv kapitalın – yəni qiymətli kağızların meydana gəlməsi mümkün qədər daha çox kredit ehtiyatlarının cəlb edilməsi əsasında kommersiya və istehsal fəaliyyətinin genişlənməsinə şərait yaratma­qdır. Beləliklə, investisiya istifadə məqsədinə görə kapitalın iki istiqa­mətdə:

a) əsas kapitala (əsas fondların yaradılmasına) investisiya qoyuluş­ları;

b) portfel (maliyyə) investisiyası – səhm, istiqraz, pay və digər qiymətli kağızlara qoyuluşlar.

Daha sonra investisiyanı mənsubiyyətinə görə fərqləndirirlər. Bu o deməkdir ki, istifadə edilən investisiyanın kimə mənsub olduğu müəyyən­ləşdirilməlidir. Bu xüsusiyyətlərə görə investisiyanı aşağıdakı kimi təsnifləşdirmək olar:

- dövlət;

- bələdiyyə;

- xüsusi;

- ictimai birliklər;

- qarşılıqlı formada (xaricilərin iştirakı olmadan);

- xarici;

- xaricilərlə qarşılıqlı formada.

Dövlət investisiyaları bir qayda olaraq müdafiə sənayesinə, infra­strukturların yaradılmasına, az gəlirli sahələrin inkişafına, mən­zil təsərrüfatına və s. məqsədlərə istifadə olunur.

Bələdiyyə investisiyaları əsasən yerli əhəmiyyətli işlərin maliyyələşdi­rilməsində istifadə edilir. Bu halda kənd yerlərində mək­təb, mədəniyyət və səhiyyə obyektlərinin abadlaşdırılması – tikinti­sinə, kəndarası yolların təmirinə və s. məqsədlərə istifadə edilir.

Xüsusi vəsaitlər bir qayda olaraq o sahələrə qoyulur ki, oradan daha çox gəlir götürülməsi gözlənilir. Bu həm sənaye sahələri, həm ticarət və ictimai iaşə, həm nəqliyyat, həm də mənzil tikintisi və s. sahə­lər ola bilər. Xüsusi vəsaitlərdən istifadə vəsait sahiblərinin arzu və istəyi ilə həyata keçirilir.

İctimai birliklərin – kooperativlərin vəsaitləri əsasən kənd təsərrü­fatı məhsullarının emalı, ticarət və kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələrin, eləcə də özünü maliyyələşdirən müəssisələ­rin inkişafına istifadə olunur.



Cədvəl 16

Əsas kapitala investisiya qoyuluşunun quruluşu mənsubiyyəti (%-lə)








İllər




2000

2005

2006

2007

2008

2009

2010

Cəmi:

100

100

100

100

100

100

100

o cümlədən:






















- müəsəssisə və təşkilatların öz vəsaiti

71,2

82,6

82,9

59,8

47,6

49,4

50,9

- əhalinin xüsusi vəsaiti

4,7

5,7

6,1

3,4

3,0

4,0

3,8

- bank krediti

13,6

6,4

6,7

5,3

4,0

5,4

6,5

- büdcə vəsaiti

2,9

3,4

2,8

24,8

38,8

35,0

32,9

- büdcədənkənar fondlar hesabına

2,2

1,3

1,3

6,4

6,6

6,2

5,7

- sair vəsaitlər




5,4

0,6

0,2

0,3

0,0

0,2

* AR Statistika Komitəsi, Bakı, 2011

İqtisadi ədəbiyyatda daxili və xarici investisiya yatırımlarını fərqləndirmək lazımdır. Bu bölgünün əsasını mülkiyyət münasibətləri təşkil edir. Xarici investisiya həm xarici dövlətlərin, eləcə də xarici ölkə vətəndaşlarının vəsaitləri hesabına ölkədə reallaşdırılan layi­hələrdə öz əksini tapır. İstifadə məqsədlərinə görə obyektlər aşağıdakı əlamətləri üzrə fərqləndirilir:

- istehsal təyinatlı tikintilərə;

- mədəni-məişət və digər qeyri-istehsal təyinatlı obyektlərin tikintisinə;

- geoloji kəşfiyyat və axtarış işlərinə;

- layihə və axtarış işlərinə.

Maliyyələşmə mənbələrinə görə investisiyalar aşağıdakı qrupl­ara bölünür:


  1. Mərkəzləşdirilmiş vəsaitlər (buraya əsasən büdcə vəsaitləri daxildir)

  2. Qeyri-mərkəzləşdirilmiş vəsaitlər (buraya hüquqi və fiziki şəxslərin vəsaitləri daxildir).


12.2. İnvestisiya sferası, onun obyekt və subyektləri
İstehsal sahələrinin və qeyri-istehsal sahələrinin inkişafı ilk növ­bədə pul vəsaitindən, onun yeni obyektlərin tikintisinə, eləcə də möv­cud obyektlərdə yenidənqurma və genişləndirmə işlərinə istifadə edilmə­sindən asılı olur.

Bütövlükdə investisiya sferasının tərkibi aşağıdakılardan ibarət­dir:

- əsaslı tikinti sferası. Bu sfera özündə sifarişçi-investor fəaliyyə­tini, podratçı təşkilatları, layihəçiləri, avadanlıq göndərənləri, fərdi kooperativ-mənzil tikintisi ilə məşğul olan vətəndaşları birləşdirir;

- innovasiya sferası – buraya elmi-texniki tərəqqinin reallaşdırıl­ması və intellektual fəaliyyət aid edilir;

- maliyyə kapitalının (qiymətli kağızlar) tədavül etdiyi sfera;

- investisiya fəaliyyəti subyektlərinin əmlak hüququnun reallaşdırıl­dığı sfera.

Nəzərə almaq lazımdır ki, investisiya fəaliyyəti obyektləri ilk növ­­­bədə daşınmaz əmlak obyektlərini əhatə edir. Bu fəaliyyətə aşağıdakıları aid etmək olar:


  1. mülkiyyət formasından asılı olmayaraq yeni yaradılmış əsas fondlar;

  2. iqtisadiyyatın bütün sferalarında mövcud dövriyyə vəsaitləri;

  3. müəssisə və təşkilatlarda əsas istehsal fondlarının moder­nizasiyası və yenidən qurulması;

  4. elmi-texniki məhsul və investisiya layihələndirilməsi;

  5. torpaq sahələri.

Bunlarla yanaşı investisiya fəaliyyəti obyektləri tərkibinə «pul əmanət­lərini» də aid etmək olar. İnvestisiya fəaliyyətinin subyektləri investisiya sferasında, bilavasitə investisiyanın reaallaşdırılmasında iştirak edir. İnvestisiya fəaliyyət subyekti kimi, bir qayda olaraq, hüquqi şəxslər çıxış edirlər ki, hüquqi şəxs qismində mülkiyyət sahibi olan müəssisə və təşkilatlar çıxış edir ki, onlar da istənilən alqı-satqı əməliyyatlarını aparmaq, öz hərəkətlərinə maddi məsuliyyət daşımaq, müstəqil balans və bankda hesaba malik olmaq hüququna mlikdirlər. Qeyd edilənlər nəzərə alınmaqla, investisiya fəaliyyətinin subyekti kimi aşağıdakı hüquqi şəxslər çıxış edir:

- investorlar. Bunlar mövcud qanunvericilik çərçivəsində öz vəsaiti və cəlb edilmiş vəsaitlər ilə kapital qoyuluşu həyata keçirən hüquqi və fiziki şəxslərdir;

- sifarişçilər – investisiya layihələrini reallaşdırmaq məqsədilə səlahiyyətə sahib olan hüquqi və fiziki şəxslərdir;

- podratçılar – podrat müqavilə və dövlət kontraktları vasitəsilə investisiya layihələrini reallaşdıran hüquqi və fiziki şəxslərdir;

- layihə-smeta sənədlərini tərtib edən təşkilatlar;

- kapital qoyuluşu obyektlərinin istifadəçiləri – hüquqi və fiziki şəxslər, dövlət təşkilatları, yerli özünüidarə təşkilatları, xarici ölkə və beynəlxalq təşkilatlar.

Qeyd edildiyi kimi, yeni tikinti, mövcud obyektlərdə yenidən­qurma və genişləndirmə işləri, maşın, avadanlıq, texnoloji qurğuların alınması, layihə-axtarış işlərinin həyata keçirilməsi, eləcə də mənzil, mədəni-məişət və digər tədbirlərin həyata keçirilməsi real investisiya – ka­pital qoyuluşu olmadan mümkün deyildir. Statistik hesabat və iqti­sadi təhlildə belə qoyuluşlar kapital yaradan investisiya da adlanır. İq­tisadi məzmununa görə «kapital qoyuluşu» məcmu-ictimai məhsu­lun bir hissəsi (yığım fondundan) olub əsas fondların təkrar istehsa­lına istifadə olunur.

Formasına görə kapital qoyuluşu pul vəsaiti kimi çıxış edərək «əsaslı tikintiyə», avadanlıq və digər əmək alətlərinin alınmasına isti­fadə edilir. Əsaslı vəsait dövlət, hüquqi və fiziki şəxslər tərəfindən müxtə­lif məqsədlər üçün istifadə oluna bilər.

Kapital qoyuluşu dövlətin maddi-texniki bazasının möh­kəm­lənmə­sinə, sənaye və kənd təsərrüfatı sahələrində istehsal güclərinin artırılmasına, bütövlükdə istehsal və qeyri-istehsal xarak­terli ob­yektlərin tikintisi, yenidən qurulması, genişləndirilməsi və digər işlərə istifadə olunur.

Kapital qoyuluşu regionların sosial-iqtisadi inkişafında, məhsul­dar qüvvələrin və istehsal güclərinin ölkə ərazisində düzgün yerləşdirilmə­sində, həmçinin ölkə əhalisinin rifah halının yaxşılaş­dı­rıl­ma­sında müstəsna əhəmiyyətə malikdir. Kapital qoyu­luşu tə­sər­rüfat subyektlərinin maddi-texniki bazasının inkişafı və möh­kəm­ləndirilməsində, bazar iqtisadiyyatı şəraitində ölkənin müstəqil­liyinin gücləndirilməsində, regionda söz sahibi olmasında və ən başlıcası ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsində böyük rola malikdir.

Kapital qoyuluşunun yaşayış evləri, məktəb və uşaq bağçaları, xəs­təxanalar, elm və mədəni-məişət obyektlərinin tikintisinə istifadə edilməsi bilavasitə əhalinin sosial tələblərinin daha dolğun ödənilmə­sinə şərait yaradır.

Nəzərə almaq lazımdır ki, «kapital qoyuluşu» anlayışı – «əsaslı ti­kinti» anlayışından daha geniş anlayışdır. Belə ki, kapital qoyuluşu­nun bir hissəsi tikintidən yan keçməklə müxtəlif avadanlıqların, nəq­liyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqla­rın alınmasına istifadə olunur.

Kapital qoyuluşu bəzi əlamətlərinə görə, xüsusilə məqsədyönlü sahə istifadəsinə görə aşağıdakı kimi təsnifləşdirilir:

- istehsal xarakterli obyektlərin tikintisinə;

- kənd təsərrüfatı xarakterli obyektlərinin tikintisinə;

- nəqliyyat və rabitə obyektlərin tikintisinə;

- mənzil tikintisinə;

- geoloji-kəşfiyyat işlərinə;

- sosial sahələrə (səhiyyə, təhsil, mədəniyyət, ticarət) aid obyektlə­rin tikintisinə və s.

Əsas fondların təkrar istehsalı baxımından kapital qoyuluşu:

a) yeni tikintiyə;

b) mövcud müəssisələrin genişləndirilməsinə;

c) texniki silahlandırma və yenidənqurma işlərinə istifadə olu­nur.

Maliyyələşmə mənbələrinə görə kapital qoyuluşu:

- mərkəzləşdirilmiş və

- qeyri-mərkəzləşdirilmiş mənbələr hesabına ola bilər.

Texnoloji əlamətlərinə görə kapital qoyuluşu belə bölünür:

- tikinti-quraşdırma işlərinə;

- maşın və avadanlıqlar alınmasına;

- digər işlər və xərclərə.

Bu xüsusiyyətlər nəzərə alınmaqla kapital qoyuluşunun sahə, ərazi, texnoloji və təkrar-istehsal quruluşunu fərqləndirmək lazımdır.

Kapital qoyuluşunun sahə quruluşu dedikdə, nəzərə almaq lazım­dır ki, mülkiyyət münasibətləri və maliyyələşmə mənbələrindən asılı olmayaraq ayrılmış vəsaitin sahələr arasında (həm makro, həm də mikrosahələr) bölgüsü və onların ümumi kapital qoyuluşuna nis­bəti kimi xarakterizə olunur. Ümumi halda «kapital qoyuluşun quru­luşu» dedikdə ayrı-ayrı sahələr üzrə vəsaitin ümumi məbləğə nisbəti­nin faiz ifadəsi başa düşülür. Bu məlumatlar ayrı-ayrı dövrlərdə bu və ya digər sahənin inkişafına az və ya çox vəsait ayrılmasını müəyyən etmək üçün istifadə olunur. Kapital qoyuluşunun ərazi quruluşu regionla­rın sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, kapital qoyuluşu regionlar üzrə məhsuldar qüvvələrin inkişafı və düzgün yerləşdirilməsi, istehsal güclərinin və əsas fondların ərazilər üzrə proporsional yerləşməsi və nəhayət, regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur. Kapital qoyuluşunun ərazi quruluşu, regionlar üzrə nəzərdə tutulmuş vəsait­lə­rin ümumi yekunda xüsusi çəkisini müəyyən etməklə tapılır.

Kapital qoyuluşunun texnoloji quruluşu ayrılmış vəsaitin – ti­kinti-quraşdırma işlərinə, avadanlıq, maşın-mexanizmlər alınmasına və digər işlərə və xərclərə istifadəsini nəzərdə tutur. Müvafiq olaraq bu xərclərin kapital qoyuluşunun ümumi məbləğinə nisbətinin faiz ifa­dəsi, kapital qoyuluşunun texnoloji quruluşunu göstərir. Bu gös­tərici­lərin köməyilə kapital qoyuluşunun aktiv və passiv fondların ya­radılmasında iştirakını xarakterizə edir. Kapital qoyuluşundan istifa­dənin yaxşılaşdırılmasında mühüm göstəricilərdən biri də kapi­tal qoyuluşunun təkrar istehsal quruluşudur. Bu göstəricinin köməy­ilə və­saitin yeni tikinti və mövcud obyektlərdə yenidənqurma və ge­nişlən­dirmə işlərinə istifadəsi müəyyən edilir. Dünya təcrübəsindən məlumdur ki, ayrılmış vəsaitin mövcud obyektlərin yenidən qurul­ması və genişləndirilməsinə istifadə edilməsi daha səmərəlidir. Bu halda vəsaitin daha çox aktiv fondların yaradılmasında iştirakı müm­kün olur. Kapital qoyuluşunun təkrar istehsal quruluşu vəsaitin yeni tikinti və mövcud obyektlərdə yenidənqurma və genişləndirmə işlərinə istifadəsinin nisbəti kimi müəyyən edilir.

Deyilənləri ümumiləşdirərək kapital qoyuluşunun rolunun aşa­ğı­dakı proseslərin həyata keçirilməsində danılmaz olduğu müəyyənlə­şər:

1) Kapital qoyuluşu əsas fondların yaradılmasında, mövcud müəssi­sələrin genişləndirilməsi, yenidən qurulması və texniki silah­lan­dırıl­masında əsas-aparıcı amillərdəndir.

2) Kapital qoyuluşunun köməyilə ayrı-ayrı sahələrin inkişaf tem­pini tənzimləməklə, bu sahələrdə əsas fondların təkrar istehsal prosesləri müəyyənləşdirilir.

3) Kapital qoyuluşu sosial problemlərin həllində (mənzil, mə­dəni-məişət, səhiyyə, elm, təhsil və s.) müstəsna rol oynayır;

4) Kapital qoyuluşu regionların proporsional inkişaf etdirilmə­sində əsas amillərdəndir.

5) Kapital qoyuluşu layihə və layihə-axtarış işlərinin xərclərini ödə­məyin başlıca mənbəyidir.
12.3. Kapital qoyuluşu, sahələrin inkişafında onun rolu
Qeyd edildiyi kimi kapital qoyuluşu bilavasitə əsas fondların tə­krar istehsalı, artırılması və təkmilləşdirilməsinə çəkilən xərclərdir. Bu xərclərin başlıca hissəsi sahələr üzrə əsas fondların təkrar istehsa­lına istifadə edilir ki, bunun da başlıca mənbəyi milli gəlrdir. Daha doğrusu, milli gəlir dövlət kapital qoyuluşunun maliyyələşdirilmə mən­bəyinin əsasıdır.

Milli gəlir ölkə üzrə məcmu-ümumi məhsulun həcmindən və onun istifadəsindən asılıdır.

Məcmu-ümumi məhsulun bölgüsü aşağıdakı sxem üzrə aparı­lır:


Məcmu-ümumi

məhsul



-

İstehsalla əlaqədar xərclər

=

(Milli gəlir)

(v+m)

Məcmu-ümumi məhsul özlüyündə müəyyən dövrdə ölkə ərazisində maddi-istehsal sahələrinin – sənaye, kənd təsərrüfatı, tikinti, yük nəqliyyatı, rabitənin, maddi sahələrə xidmətindən, həm­çinin ticarət, ictimai iaşə, kənd təsərrüfatı məhsullarının tədarükü və digər maddi sahələrin yaratdıqları məhsullar toplusudur.

Milli gəlir isə bütün bunlardan onların istehsalı üçün çəkilən xərclər (xammal, yanacaq, əməkhaqqı, enerji və s.) çıxıldıqdan sonra qalan yeni yaradılmış dəyərdir. Yığım fondu və isehlak fonduna ayrılan milli gəlir, bir qayda olaraq, dövlət büdcəsində cəmləşdiyi üçün bir çox hallarda buna kapital qoyuluşunun büdcədən maliy­yələşən mənbəyi deyirlər.

Aydındır ki, milli gəlirin bir hissəsi də müəssisə və təşkilatların hesa­bın­da və əhalidə qalır. Kapital qoyuluşu mülkiyyət formasından asılı ola­raq:

- dövlət kapital qoyuluşuna;

- müəssisə və təşkilatların, ictimai təşkilatların, səhmdar cə­miyyət­lərinin və digər mülkiyyətçilərə məxsus kapital qoyuluşu;

- əhaliyə məxsus kapital qoyuluşu.

Kapital qoyuluşunun maliyyələşmə mənbələrindən biri də müəssisə və təşkilatların gəlirləri, habelə amortizasiya fondlarıdır.

Lakin Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə amortizasiya ayrımaları kifayət etmədiyindən onun hesabına mövcud əsas fondları tamamilə yeniləşdirmək mümkün deyil. Bu bir tərəfdən müəssisə və təşkilatların özəlləşdirilməsi və bu səbəbdən mövcud fondların tamamilə yeniləşdirilməsinin digər mənbələr olma­dan mümkün olmamasında, digər tərəfdən isə təşkilatların balan­sın­da olan əsas fondların həddən artıq köhnə olmasındadır.



AR Statistika Komitəsinin məlumatlarına əsasən ümumi daxili məhsul və onun bölgüsü belə olmuşdur: 62

Cədvəl 17





İllər

1995

2000

2005

2006

2007

2008

2009

2010

Ümumi daxili məhsul:

























- cəmi, mln.man.

2133,8

4718,1

12522,5

18746,2

28360,5

40137,2

35601,5

42465,0

- adambaşına, man.

282,1

593,2

1494,3

2208,2

12212,5

4603,7

4033,2

4753,0

Son istehlak: mln.man.

2072,8

3753,8

6579,7

8556,5

1222,6

16829,8

19182,1

21336,1

Ümumi yığım:mln.man.

507,4

975,4

5201,2

5597,5

6104,6

7503,1

6746,0

7669,0

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə