Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə89/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   85   86   87   88   89   90   91   92   ...   111

301 
 
Planlaşdırma  təlim  məqsədlərinin  müəyyənləşdirilməsindən  başlanır.  Dərsin 
səmərəliliyini  təmin  edən  əsas  amil  təlim  məqsədlərinin  düzgün  müəyyənləş-
dirilməsidir. 
Təlim məqsədlərini aşağıdakı kimi təsnif edirlər: 
1.  Müəllimin  fəaliyyətinin  xarakteri  üzrə:  öyrədici,  inkişafetdirici, 
tərbiyəedici; 
2.  İdrak  sahəsində  əldə  olunan  nəticələrin  səviyyəsi  üzrə  (Blunun 
taksonomiyası): 
bilmə, 
anlama, 
tətbiqetmə, 
analizetmə, 
sintezetmə, 
qiymətləndirmə; 
3.  İdrak  proseslərinin  səviyyəsi  üzrə:  hafizənin  və  təfəkkürün  müxtəlif 
növləri (məntiqi, tənqidi və yaradıcı). 
Öyrədici  məqsədin  həyata  keçirilməsində  aşağıdakı  vəzifələr  yerinə 
yetirilməlidir: 

 
tədris  materialının  məzmunu  və  həcminin  mənimsənilməsinin  təmin 
edilməsi; 

 
alınmış biliklərin müvafiq tətbiqi üçün şəraitin yaradılması. 
İnkişafetdirici  məqsədin  həyata  keçirilməsi  şagirdin  aşağıdakı  imkanlarının 
aşkara  çıxarılmasına  yönəlmiş  tədris  materialı  və  metodlarından  istifadə  edilməsi  ilə 
bağlıdır: 

 
intellektual qabiliyyətlər; 

 
fərdi keyfiyyətlər; 

 
tədqiqat və praktiki iş vərdişləri; 

 
təlim fəallığını planlaşdırmaq vərdişləri 
Tərbiyəedici məqsədin həyata keçirilməsi aşağıdakılara yönəldilmişdir: 

 
ümumbəşəri və vətəndaş dəyərlərinin formalaşmasına (sosial kamillik); 

 
şagirdin  mənəvi  keyfiyyətlərinin,  yüksək  davranış  mədəniyyətinin  tərbiyə 
olunmasına (mənəvi kamillik); 


302 
 

 
təlim  prosesinə  uyğun  psixoloji  mühitin,  bilikləri  əldə  etmək  həvəsinin, 
özünəhörmətin (şəxsi-emosional kamillik) formalaşmasına; 

 
elmi dünyagörüşü və estetik təfəkkürün inkişafına. 
Aşağıda təlim məqsədlərini xarakterizə edən cədvəllər verilmişdir. 
                                                                                                                     Cədvəl 21. 
Təlimin məqsədləri: müəllimin fəaliyyətinin xarakteri (istiqaməti) üzrə 
Öyrədici 
Tərbiyəedici  
İnkişafetdirici 
1.1 Baza təlim materialının 
məzmun və həcminin 
qavranılmasının təmin 
edilməsi; 
 
1.2 Təlim fənləri üzrə əsas 
bilik, bacarıq, vərdişlərin 
formalaşdırılması; 
1.1 Uşağın şəxsiyyətinin 
formalaşdırılması; 
Mən konsepsiyası, 
özünəhörmət, (emosional- 
şəxsi yetkinlik), müstəqillik, 
yaradıcılıq, azadlıq, 
məsuliyyət; 
 
1.2 Öyrənmə prosesində 
müsbət psixoloji iqlimin, 
optimal öyrənmə 
motivasiyasının, biliyin əldə 
edilməsində idrak 
maraqlarının və 
tələbatlarının 
formalaşdırılması; 
Şagirdlərin öyrənmə prosesinə 
kömək edən intellektual-
idraki, emosional-iradi və 
şəxsi keyfiyyətlərinin 
inkişafının fəallaşdırılması; 
 
1.1 İntellektual-məntiqi 
bacarıqlarının, 
 
1.2 yaradıcı qabiliyyətlərinin, 
 
1.3 davranışının emosional-
iradi tənzim edilməsinin, 
 
1.4 şəxsi keyfiyyətlərinin. 
2.1 Şagirdlərdə ümumi təlim 
bacarıq və vərdişlərinin 
formalaşdırılması; 
 
2.2 Təlim fəaliyyətinin 
planlaşdırılması və təhlil 
vərdişlərinin 
formalaşdırılması; 
 
2.3 Müstəqil təlim keyfiyyəti 
vərdişlərinin 
formalaşdırılması  
“öyrənməyi öyrətmək”; 
Əxlaqi tərbiyə: 
 
2.1 Ümümbəşəri və vətəndaş 
dəyərlərinin (sosial 
yetkinlik) formalaşdırılması; 
 
2.2 Şagirddə mənəvi 
keyfiyyətlərin, yüksək 
davranış mədəniyyətinin 
tərbiyə edilməsi (əxlaqi 
yetkinlik); 
İnkişaf: 
 
2.1 Ümumi intellektual 
bacarıqlarının bütün 
kompleksinin (müqayisə, 
səbəb və nəticələrin, struktur 
element və funksiyalar 
arasında qarşılıqlı əlaqələrin 
və s. müəyyən edilməsi); 
 
2.2 Şagirdin potensial 
imkanlarını realizə edən psixi 
funksiyalarının (yadda 
saxlama, nitq, diqqət, məntiqi, 
tənqidi, yaradıcı, təfəkkür, 
təxəyyül); 


303 
 
3.1 Əldə olunan biliklərin 
adekvat (tam uyğun) tətbiqi 
üçün zəminlərin yaradılması 
(biliklərin, bacarıqların yeni 
şəraitdə keçirilməsi 
bacarıqlarının, yaradıcı 
dəyişdirmələrin 
formalaşdırılması). 
3.1 Elmi dünyagörüşünün 
formalaşdırılması; 
 
3.2 Estetik dünya 
qavrayışının 
formalaşdırılması. 
3.1 Elmi-tədqiqat və 
təcrübədə iş vərdişlərinin 
formalaşdırılması; 
 
3.2 Problemin həll olunması 
vərdişlərinin 
formalaşdırılması. 
 
Cədvəl 22. 
Təlimin məqsədləri: İdrak sahəsində əldə alınan nəticələrin səviyyəsi üzrə 
(Blumun taksonomiyası) 
Təlim məqsədlərinin səviyyəsi 
Şagirdlərin həmin səviyyəyə nail 
olmalarını sübüt edən konkret 
fəaliyyəti 
1. Biliklər 
Bu kateqoriyaya öyrənilmiş materialın – 
konkret faktlardan bütöv nəzəriyyəyə qədər 
yadda saxlanılmasını və ifadə edilməsini 
göstərir. 
Terminlərin, konkret faktların, metod və 
prosedurların, əsas anlayış, qayda və 
prinsiplərinin ifadə edilməsi. 
2. Dərketmə  
Öyrənilmiş materialın bir ifadə formasından 
digərinə dəyişdirilməsi, materialın şərh 
edilməsi, hadisələrin gələcək gedişi barədə 
fərziyyələr dərketmənin göstəricisi kimi çıxış 
edə bilər. 

 
Faktları, qaydaları, prinsipləri izah edir. 

 
Sözlü materialı riyazi ifadələrlə dəyişir. 

 
Mövcud olanlardan çıxış edə biləcək 
gələcək nəticələri təsvir. 
3. Tətbiqetmə 
Bu kateqoriya öyrənilmiş konkret şəraitlərdə 
və konkret situasiyalarda tətbiq etmək 
bacarığını müəyyən edir. 

 
Qanunları, nəzəriyyələri  konkret 
situasiyalarda tətbiq edir. 

 
Anlayış və prinsipləri yeni şəraitlərdə 
tətbiq edir. 
4. Təhlil 
Bu kateqoriyaya materialın tərkib hissələrə 
bölünməsini və nəticədə onun strukturunu 
aydınlaşdırmaq bacarığını göstərir. 

 
Tamın hissələrini ayırır. 

 
Onlar arasında əlaqəni aşkar edir. 

 
Tamın təşkilolunma prinsipini müəyyən 
edir. 

 
Mütaliədə səhvləri və çatışmazlıqları 
görür. 

 
Fakt və nəticələr arasında müxtəlifliyi 
müəyyən edir. 

 
Mövcud olanların əhəmiyyətini 
qiymətləndirir. 
5. Sintez 
Bu kateqoriya elementləri kombinə edərək 

 
İnşalar, çıxışlar, məruzələr, referatlar 
yazır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə