Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


  Təlim-tərbiyə  sisteminin  çevikliyi  prinsipi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   81   82   83   84   85   86   87   88   ...   111

288 
 
5.  Təlim-tərbiyə  sisteminin  çevikliyi  prinsipi.  Bu  prinsipin  mahiyyəti  ilk 
növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai  mühitin  və şagirdlərin 
dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-
tərbiyə  prosesinin  təşkili,  pedaqoji  texnologiyaların  seçilməsi  sistematik  olaraq 
təzələnməlidir.Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin differensiallaşmasına, 
şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük 
verilir.  
6.  Əməkdaşlıq  prinsipi. Əməkdaşlıqla təlim prosesi zamanı “müəllim-şagird-
valideyn”  bərabərhüquqlu  tərəf  müqabili  kimi  çıxış  edirlər.  Bu  prinsip  müəllimdən 
tələb  edir  ki,  o,  şagirdin  qiymətləndirilməsində  daha  çox  dəstəkləyici  qiymətlərdən 
istifadə  etsin.  Əməkdaşlıq  təlim  mühitini  şagird  üçün,  fəallaşdırıcı  və  ruhlandırıcı 
edir. 
7.  Dialoji  təlim  prinsipi.  Məsələlərin  birgə  həlli  gedişində  özünün  və  qrup 
üzvlərinin  fikirlərini,  imkanlarını  və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı 
faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştrakı təmin 
edilməlidir.  Təlim  prosesində  bütün  şagirdlərin  müxtəlif  nöqteyi  nəzərlərini  və 
fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə, tədris məzmununu daha da 
zənginləşdirməyə imkan yaradır, nəticə çıxarma prosesinə müsbət təsir edir. 
Fəal  təlim  bir  sistem  kimi  təkcə  interaktiv  üsullardan  istifadə  edilməsini  deyil, 
eyni  zamanda  yuxarıda  göstərilən  yeni  prinsiplərə  uyğun  olaraq  təlim-tərbiyə 
prosesinin  yeni  tədris  plan  və  proqramlarının  işlənib  hazırlanması  və  tətbiqi,  təlim-
tərbiyə  prosesinin  təşkili,  öyrədici  mühitin  yaradılması,  şagirdlərin  nailiyyətlərinin  
qiymətləndirilməsi,  şagirdlərin  şəxsiyyət  kimi  formalaşmasına  dair  proqramların 
həyata keçirilməsi kini vacib komponentlərə yenidən baxılmasını nəzərdə tutur. 
 
 
 


289 
 
6.2.1. Fəal təlimin əsas xüsusiyyətləri və mexanizmləri 
 
Fəal təlimin səciyyəvi cəhətləri aşağıdakılardır: 
1.  Müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyanın yaradılması; 
2.  Problemin  həlli  prosesində  şagirdlərin  fəal  tədqiqatçı  mövqeyinin  
stimullaşdırılması; 
3. Şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və 
mənimsənilməsi üçün şəraitin yaradılması. 
 Yeni  yanaşmanın  mahiyyəti  ondan  ibarətdir  ki,  təlim,  şagirdlərin  yaddaşının 
təkcə elmi biliklərlə zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf 
etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən 
mühüm  bacarıq  və  vərdişlərin,  şəxsi  keyfiyyət  və  qabiliyyətlərin  qazanılmasına 
yönəlib.  Bu  zaman  şagirdlər  müəllimin  rəhbərliyi  altında,  təlim  materialının 
öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluq-
larını  aşkar  etməyi,  nəticə  çıxarmağı,  mühüm  və  dərin  ümumiləşdirmələr  aparmağı 
öyrənirlər. 
Fəal/interaktiv  dərsin  səmərəliliyini  təmin  edən  psixoloji  mexanizmlər 
aşağıdakılardır: 
1.  Problemli  vəziyyətin  yaradılması.  Təlim  prosesində    şagirdin  tədqiqatçı 
mövqeyini yaratmaq üçün mərkəzi təlim prosesi, yəni tədqiqat olmalıdır. Tədqiqat isə 
ilk  növbədə  problemin  qoyulmasından  başlanır.  Fəal/interaktiv  təlim  metodu  təqdim 
edilən informasiyanın ziddiyyətli və yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin 
vəziyyətin yaradılmasına əsaslanır.  
Problemli  vəziyyət  –  məsələnin  həllində  ziddiyyətlərin,  müxtəlif  nöqteyi 
nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir. 
2.  Dialoqun  və  əməkdaşlığın  zəruriliyi.  Problemin  həlli  zərurəti  müxtəlif 
fərziyyə  və  baxışların  nəzərdən  keçirilməsini  və  ən  optimal  üsulun  tapılmasını  tələb 
edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən 
effektiv şəkildə əldə oluna bilər.  


290 
 
3. Şagird tədqiqatçı, müəllim – bələdçi (fasilitator) kimi. Şagird və müəllim 
göstərilən rollarda çıxış etdikdə, şagird  məsələni  müstəqil  tədqiqat yolu  ilə  həll edir, 
müəllim isə yalnız bələdçi kimi, ən zəruri hallarda məsələyə müdaxilə edir. 
Şagirdin mövqeyi – “kəşf edən”, tədqiqatçı, müəllimin mövqeyi isə – “bələdçi” 
(istiqamət  verən,  fasilitator)-dur.  Müəllimin  əsas  funksiyası  fasilitasiya  (ingiliscə 
əlverişli  şərait  yaratma)  adlanır.  Bu  müəllim  liderliyinin  yeni  tipidir.  Fasilitasiya  bir 
proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların 
təşkili  və  şagirdlərin  fəallaşdırılması  prosesindən  ibarətdir.  Müəllimin  vəzifəsi  – 
öyrənməyi  öyrətməkdir,  həmçinin  eyni  zamanda  özü  biliklərin  əldə  edilməsinə  və 
tətbiqinə dair zəruri üsul və vasitələrə praktik cəhətdən yiyələnir. 
4.  Psixoloji  dəstək-hörmət  və  etibar.  Təlimin  psixoloji  mühitinin  hörmət  və 
etibar əsasında qurulması şagirdlərdəki inamsızlıq hissini aradan qaldırmaqla bərabər, 
ən  zəif  şagirdin  belə  yaradıcı  prosesə  qoşulmasına  təkan  verir.  Belə  olduqda 
şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə saxlanıla bilər.  
 
6.2.2. Fəal dərsin mərhələləri 
 
Fəal dərsin mərhələləri aşağıdakılardır: 
I.  Motivasiya,  problemin  qoyulması.  Motivasiya  –  hər  hansı  fəaliyyətin 
mexanizmini  işə  salan  qüvvədir.  Ona  görə  də,  tədqiqata  başlamazdan  əvvəl  müəllim 
təfəkkür  prosesini  hərəkətə  gətirmək,  şagirdlərin  bilikləri  əsasında  özləri  tərəfindən 
tədqiqat  sualının    formalaşdırılması  üçün  motivasiyadan  istifadə  edir.  Hər  hansı 
tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan, 
ilk növbədə sual formalaşdırılır və fərziyyələr irəli sürülür. 
II.  Tədqiqatın  aparılması.  Suallar  və  fərziyyələr  dəqiqləşdirildikdən  sonra 
tədqiqat  işi  başlanılır.  Tədqiqat  müxtəlif  formalarda  –  bütün  siniflə  birgə,  kiçik 
qruplarla, cütlüklər və fərdi şəkildə aparıla bilər. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə