Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə81/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   77   78   79   80   81   82   83   84   ...   111

275 
 
 
Pedaqoji texnologiya anlayışı 
Pedaqoji  texnologiyalar  pedaqogikanın  bir  predmeti  kini  XX  əsrin  30-cu 
illərindən ABŞ-da təlimin audiovizual proqramının qəbul edilməsi ilə başlayır. İnkişaf 
etmiş  ölkələrdə  pedaqoji  texnologiyaların  kütləvi  tətbiqi  isə  keçən  əsrin  60-cı 
illərindən  başlanılmışdır.  Hazırda  dünyanın  bir  çox  ölkələrinin  orta  məktəblərində 
pedaqoji texnologiyalardan  istifadə edilir  və bu istiqamətdə artıq böyük uğurlara nail 
olunmuşdur. 
Pedaqoji  texnologiyaların  tarixi,  inkişaf  yolları  və  onların  təlim  prosesində 
sistemli istifadəsi haqqında ətraflı məlumatı texniki elmlər doktoru, professor Abdulla 
Mehrabov,  psixologiya  elmləri  doktoru,  professor  Əbdül  Əlizadə,  pedagoji  elmlər 
doktoru,  professorlar  Yəhya  Kərimov,  Əmrulla  Paşayev,  pedaqogika  üzrə  fəlsəfə 
doktoru Ənvər Abbasov, pedaqoji elmlər namizədi Akif  Əliyev vermişdir. 
Akademik  A.Mehrabovun,  dosent  Ə.Abbasov,  aparıcı  mütəxəssislər 
Z.Zeynalov  və  R.Həsənovla  birgə  hazırladıqları  “Pedagoji  texnologiyalar” 
(“Mütərcim  nəşriyyatı,  Bakı,  2006)  monoqrafiyasında  pedaqoji  texnologiyaların 
sosial mahiyyəti geniş şərh olunur.  
Pedaqoji  texnologiyalar  yalnız  təhsilin  elementi  kimi  deyil,  həmçinin  onun 
məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. 
Texnologiya  yunan  mənşəli  söz  olub,  sənətə  sistemli  yanaşma  deməkdir. 
Burada  yanaşma    dedikdə,  problemlərə  yönəlmiş,  müəyyən  prinsiplər  əsasında  idarə 
olunan  yollar  və  vasitələr  başa  düşülür.  Başqa  sözlə,  texnologiya  müəyyən  sahələrdə 
biliklər  sisteminin  tətbiqi  nəticəsində  xüsusi  metodlardan  istifadə  edərək  tapşırığı 
yerinə yetirmək tərzi kimi dərk olunur. 
Təhsil texnologiyaları  təhsil sahəsinin  özünəməxsus  xüsusiyyətlərini  müvafiq 
yanaşmalardan    və  metodlardan  istifadə  edərək  inkişaf  etdirilməsinin  nəticəsi  kimi, 
tədris  texnologiyaları  isə  tədris  prosesinin    xüsusiyyətlərini  müvafiq  metodlardan 
istifadə edərək təlim prosesinin həyata keçirilməsinin təşkili kimi başa düşülməlidir. 


276 
 
Təlim  texnologiyasını  təhsilin  məqsədi,  məzmunu  və  metodları  baxımından  
müxtəlif  yanaşmada qəbul etmək olar. 
Təhsilin məqsədi kimi təlim texnologiyasını fənnləri tədris etmək və öyrənmək; 
elmi,  analitik,  refleksiv  və  yaradıcı  təfəkkür  bacarıqlarını,  problemi  həll  etmə 
qabiliyyətlərini  inkişaf  etdirmək;  beynəlxalq  səviyyədə  münasibətlər  yaratmaq; 
insanlara  və  cəmiyyətə  xeyir  verə  bilən  şəxsiyyət  formalaşdırmaq  kimi  başa  düşmək 
olar. 
Təlim  texnologiyasını  təhsilin  məzmununun  ifadəçisi  kimi  belə  qəbul  etmək 
olar ki, təlim  texnologiyaları əsas təlim  vərdişlərinə daxil olmaqla öyrənilən  fənnlərə 
aid  geniş  məlumatları  əldə  etməyə  imkan  verir,  yüksək  səviyyəli  təfəkkürü,  əmək-
daşlığı və problemlərin  həllini təmin edir.  
Təlim  texnologiyasına  təhsil  metodları  kimi  yanaşdıqda  belə  hesab  etmək  olar 
ki, onlar tədris və təlim üçün güclü bir alətdir. Ümumilikdə təlim texnologiyası  təlim 
prosesi  və  onun  nəticəsi  zəminində    belə  başa  düşülür  ki,  təlim  texnologiyalarının 
funksiyaları  təhsil  prosesinin  hər  bir  aspektində  mövcuddur  və  hər  bir  mərhələdə, 
fənndə, pillədə öz əksini tapır. 
Ümumiyyətlə,  pedaqoji  texnologiya  mahiyyət  etibari  ilə  təlim-tərbiyə 
prosesinin layihələşdirilməsinin sistemli metodu kimi səciyyələndirilir. 
Yaponiya, ABŞ və Rusiya alimlərinin pedaqoji texnologiya haqqında fikirlərini 
təhlil  edən  prof.  A.Mehrabov  göstərir  ki,    rus  pedaqoqu  G.K.Selevkovun  “Müasir 
təhsil  texnologiyaları”  kitabında  50-yə  yaxın  pedaqoji  texnologiyalardan  danışılır  və 
bunların  da  hamısı  təhsilin  inkişaf  istiqamətlərini  və  müasir  tendensiyalarını  əhatə 
edir. Müəllif qeyd edir ki, texnoloqiyalara müxtəlif  təriflər verilmişdir. 
Y.T.Lixaçova  görə  pedaqoji  texnologiya  təlim-tərbiyə  vasitələrinin  forma, 
metod, üsul və yollarının məcmusu olub pedaqoji prosesin təşkilati metodik alətidir. 
V.P.Bespalko  pedaqoji  texnologiyanı  tədris  prosesinin  reallaşdırılmasınının 
texniki məzmunu hasab edir. 


277 
 
İ.P.Volxov  pedaqoji  texnologiyaya  təlimdə  əldə  olunmuş  yüksək  nəticələrin  
planlaşdırma prosesinin təsviri kimi baxır. 
İ.M.Monoxov  isə  pedaqoji  texnologiyaya    təlim  prosesinin  layihələşdirilmısi, 
təşkili  və  həyata  keçirilməsində  birgə  pedaqoji  fəaliyyətin  bütün  detalları  ilə 
hazırlanmış modeli kimi yanaşır.  
 Təhsil  Problemləri  İnstitutunun  əməkdaşı  pedaqoji  elmlər  namizədi  Akif 
Əliyev də “Yeni pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan  istifadənin 
metodikası” (“Mütərcim” nəşriyyatı Bakı, 2009) adlı monoqrafiyasında pedaqoji tex-
nologiyalara  müasir  ədəbiyyatlarda  verilən  təriflər  barədə  ətraflı  məlumat  vermişdir. 
Onlardan bir neçəsini olduğu kimi təqdim edirik:  

 
texnologiya  tədris  prosesi  üçün  müxtəlif  üsulların,  vasitələrin,  tədris 
avadanlığının, təlimin texniki vasitələrinin işlənilməsi və tətbiqidir; 

 
texnologiya 
sosial 
idarəetmə 
və 
təbiət 
elmlərinin 
qanun 
və 
qanunauyğunluqlarına  əsaslanaraq  optimal  öyrədici  sistemlərin  layihələşdirilməsi  və 
tətbiqi ilə məşğul olan geniş elm sahəsidir; 

 
pedaqoji  prosesdə  texnologiya  –  nəzərdə  tutulmuş  məqsədlərin  yerinə 
yetirilməsini  təmin  etməyə  imkan  verən,  elmi  əsaslar  üzərində  qurulmuş,  məkan  və 
zaman  səviyyəsində  proqramlaşdırılmış    pedaqoji  prosesin  bütün  komponentlərinin 
birgə fəaliyyət sistemidir; 

 
pedaqoji  texnalogiya  –  layihələşdirmə  təlimin  təşkili  və  aparılması  üzrə 
pedaqoji fəaliyyətin hərtərəfli düşünülmüş modelidir; 

 
pedaqoji texnologiya – fərdilik prinsipi nəzərə alınmaqla dərs prosesində həyata 
keçirilən, müəllim və şagirdlərin birgə, qarşılıqlı fəaliyyətidir; 

 
pedaqoji    texnologiya  –  müəllim  və  şagirdlərin  müəyyən  dərəcədə 
planlaşdırılmış  elə  pedaqoji  fəaliyyətidir  ki,  nəticədə  təhsilin  dövlət  standartlarında 
nəzərdə tutulan bilik, bacarıq və vərdişlər əldə edilir; 
Bu  və  digər  təriflər  ümumiləşdirilərək  daha  tam  və  dolğun  şəkildə  aşağıdakı 
kimi ifadə olunur: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə