Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə82/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   78   79   80   81   82   83   84   85   ...   111

278 
 
Pedaqoji  texnologiya  –  fərdi  yanaşma  və  kollektiv  iş  prinsiplərini  qarşılıqlı 
əlaqədə  tətbiq  etməklə  müəllim  və  şagirdlərin  planlaşdırılmış  elə  birgə  fəaliyyətidir 
ki, nəticədə sinfin bütün şagirdləri təhsilin dövlət standartlarında nəzərdə tutulan bilik 
və  bacarıqlara  yiyələnir,  tələb  olunan  səviyyəyə  nail  olur  və  onların  fərdi 
qabiliyyətləri inkişaf edir. 
 
Pedaqoji texnologiyaların növləri 
Pedaqoji texnologiyaları aşağıdakı kimi təsnif edirlər: 
1.Təlim texnologiyası (öz-özünə öyrənmə texnologiyası) 
2.Tərbiyə texnologiyası. 
3. İnkişaf texnologiyası. 
4. Diaqnostika texnologiyası
Təlim  texnologiyası  dedikdə  bilik,  bacarıq  və  vərdişləri  formalaşdırmaq  üçün 
əməliyyatlar komplekti başa düşülür. 
Tərbiyə  texnologiyası  dedikdə,  nisbi,  sabit  və  müntəzəm  olaraq  ümumiləşən 
münasibətlərin  məqsədyönlü  formalaşdırılması  üçün  əməliyyatlar  komplekti  başa 
düşülür. 
İnkişaf texnologiyası – təlim və təhsil-tərbiyə texnologiyası ilə sıx əlaqədardır. 
Psixi inkişaf dedikdə, əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı 
əməliyyatın  aramsız  çoxalması  başa  düşülür.  Fiziki  inkişaf  zamanı  bacarıqlar  özünü 
göstərir. 
Diaqnostika texnologiyası – pedaqoqların və ya psixoloqların uşağın məktəbə 
hazırlığını diaqnostlaşdırılmalarıdır. 
Pedaqoji texnologiya anlayışını üç aspektdə təqdim edirlər: 
1.  Elmi:  pedaqoji  texnologiya  pedaqogika  elminin  məqsədlərini,  məzmununu 
və təlim metodlarını öyrənib işləyən və pedaqoji prosesi layihələşdirən bir hissəsidir. 
 2.  Prosessual-təsviri:  təlimin  planlaşdırılmış  nəticələrinə  nail  olmaq  üçün 
alqoritm prosesi, məqsəd, məzmun və vasitələrin cəmi kimi. 


279 
 
3.  Prosessual-təsirli:  texnoloji  proses  kimi  bütün  şəxsi,  instrumental  və 
metodoloji vasitələrin fəaliyyəti. 
Texnoloji  yanaşmanın  strukturunu  şaquli  və  üfiqi  olmaqla  iki  yerə  bölürlər. 
Şaquli struktura meta, makro, mezo və mikro-texnologiyaları aid edirlər: 
Metatexnologiya  –  sosial-pedaqoji  səviyyədə  təhsil  sahəsində  sosial  siyasəti 
həyata  keçirməyə  imkan  verən  ümum-pedaqoji  (ümumdidaktik,  ümumtərbiyə) 
texnologiyadır. 
Belə 
texnologiyalara 
misal 
olaraq 
inkişafetdirci 
təlim 
texnologiyalarını, regionlarda təlim keyfiyyətinin idarə olunması və konkret məktəbdə 
tərbiyə işinin təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar. 
Makrotexnologiya    və  ya  təhsil  sahələri  üzrə  texnologiya  hər  hansı  təhsil 
sahəsini,  təlim-tərbiyə  prosesinin  müəyyən  istiqamətini.  Ümumpedaqoji  və  ümum 
metodiki  səviyyədə  fənnin  tədrisi  ilə  bağlı  fəaliyyət  sahələrini  əhatə  edir.  Belə 
texnologiyalara  misal  olaraq  ayrı-ayrı  fənlərin  tədrisi  texnologiyalarını  göstərmək 
olar. 
Mezatexnologiya  və ya lokal-modul texnologiya təlim-tərbiyə prosesinin ayrı-
ayrı  hissələri  (modulları),  xüsusi,  didaktik,  metodik  və  ya  tərbiyənin  müəyyən  bir 
problem sahəsi ilə bağlı məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır. Belə 
texnologiyalara  misal  olaraq  təlim-tərbiyə  prosesində  ayrı-ayrı  fəaliyyət  sahələri, 
verilmiş  mövzunun  öyrənilməsi,  dərsin  gedişi,  materialın  mənimsənilməsi,  təkrar 
olunması və keyfiyyətə nəzarətin təşkili ilə bağlı texnologiyaları göstərmək olar. 
Mikrotexnologiya  –  pedaqoji  prosesin  subyektləri  arasındakı  operativ 
məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə bağlı texnologiyadır. Belə 
texnologiyalara  misal  olaraq  yazı  vərdişlərinin  formalaşdırılması,  subyektin 
(şəxsiyyətin, tədris prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün 
treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar. 
Texnoloji  yanaşmanın  üfiqi  strukturu  isə  özündə  pedaqoji  nəzəriyyə  və 
pedaqoji  təcrübəyə  əsaslanmış,  müəyyən  problemi  həll  etmək  üçün  istifadə  olunan 
elmi-nəzəri  texnologiyaları;  qabaqcadan  müəyyənləşdirilmiş,  gözlənilən  nəticələrin 


280 
 
yerinə yetirilməsi üçün istifadə edilən modelləri, metod və üsulları, alqoritmləri əhatə 
edən və özündə birləşdirən formal-təsviri xarakterli texnologiyaları; pedaqoji prosesin 
iştirakçılarının fəaliyyət sahələrində aldığı nəticələrin təhlili, təşkili və planlaşdırılmış 
yeni  işlərin  həyata  keçirilməsini  təmin  etmək  üçün  tətbiq  olunan  prosessual-aktiv 
texnologiyaları birləşdirir. 
Pedaqoji  texnologiyaların  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  üç  səviyyəsi 
haqqında  məlumat  verilir:  ümumpedaqoji  texnologiya;  xüsusi  metodiki  (fənn) 
texnologiya; lokal (modul) texnologiya. 
1. Ümumpedagoji  texnologiya  tədris  müəssisələrinində  təlimin  müəyyən 
mərhələsində təhsil prosesinin layihələşdirilməsinin elmi əsaslarını açıqlayır. 
2. Xüsusi  (fənn)  pedaqoji    texnologiya  bir  fənn,  sinif,  müəllim  dairəsində  
təhsil prosesinin layihələşdirməsini nəzərdə tutur. 
3. Lokal  pedaqoji  texnologiya  təlim-tərbiyə  prosesinin  müəyyən  bir  tərkib 
hissəsinin  (bir  dərsin,  yeni  biliklərin  mənimsənilməsinin,  materialın  təkrarının, 
müstəqil işin) texnologiyası kimi özünü göstərir. 
           Müasir 
pedaqogikada  pedaqoji  texnologiyalar  subyekt-subyekt 
(müəllim-şagird) münasibətlərinə görə üç qrupa bölünür. 
1. İzahlı-illüstrativ təlim texnologiyaları. 
2. Şəxsiyyətyönümlü təlim texnologiyaları. 
3. İnkişafetdirici təlim texnologiyaları. 
İzahlı-illüstrativ  təlim  texnologiyaları  ilə  aparılan  pedaqoji  proseslərdə 
şagirdlər hazır şəkildə tədris informasiyası alır, maarifləndirilir və onların reproduktiv 
fəaliyyəti  təşkil  olunur.  Bu  yolla  şagirdlərdə  ümumi  təlim  bacarıqları  və  vərdişləri 
formalaşdırmağa cəhd edilir. 
Şəxsiyyətyönümlü  təlim  texnologiyaları  ilə  iş  zamanı  məktəblilərin  fərdi 
xüsusiyyətləri nəzərə alınır və bu xüsusiyyətləri inkişaf etdirmək üçün hər bir şagirdə 
onun təlim fəaliyyətini təmin edən şərait yaradılır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə