Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


İnkişafetdirici  təlim  texnologiyalarının



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   79   80   81   82   83   84   85   86   ...   111

281 
 
İnkişafetdirici  təlim  texnologiyalarının  tətbiqi  şagirdlərin  intellektual 
qabiliyyətlərinin,  onların  bir  şəxsiyyət,  bir  fərd  kimi  özünəməxsus  daxili  inkişaf 
mexanizmilərinin  hərəkətə  gəlməsinə  kömək  edən  təlim  metodlarından  daha  çox 
istifadə edilir. 
Şəxsiyyətyönümlü  və  inkişafetdirici  təlim  texnologiyaları  yeni  pedaqoji 
texnologiyalar adlandırılır. 
Pedaqoji texnologiyaların  doqquz  prinsipinin olması qeyd edilir. 
1. Tərbiyəedici təlim prinsipi 
2. İnkişafetdirici təlim prinsipi. 
3. Təlimdə müvəffəqiyyət əldə etmək prinsipi. 
4. Bütün şagirdlərlə əks-əlaqə prinsipi. 
5. Müntəzəm olaraq təkraretmə prinsipi. 
6. Optimal psixi gərginlik prinsipi. 
7. Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi. 
8. Təlimdə yaxın inkişaf  zonasına yönəltmə prinsipi. 
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi prinsipi. 
  Müasir  məktəb praktikasında şəxsiyyətyönümlü təlim texnologiyalarının daha 
geniş tətbiq olunanları aşağıdakılardır: 
1.
 
Əməkdaşlıqla  təlim;  2.  Müxtəlif  səviyyələrin  təlimi;  3.  Biliklərin  tam 
mənimsənilməsi; 4. Layihələr metodu ilə təlim; 5. Modullarla təlim texnologiyaları. 
         Əməkdaşlıqla  (kollektiv)  təlim  texnologiyası.  Bu  təlim  texnologiyasından 
məktəblərdə  daha  geniş  istifadə  edilir.  Onun  əsas  ideyası  nəyisə  birlikdə  yerinə 
yetirmək yox, birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim texnologiyası XX əsrin 80-cı 
illərində ABŞ və İsrail pedaqoqları tərəfindən işlədilmişdir.  
Lahiyələr metodu ilə təlim texnologiyası. Bu metodun əsas mahiyyəti şagirdlərə 
əldə  etdikləri  biliklərin  həyatda  onlara  lazım  olacağını  göstərməkdir.  Bunun  üçün 
müəllim  yeni  informasiyaların  alınma  mənbəyini  göstərərək,  şagirdi  istiqamətləndirə 
bilər.  Hər  hansı  vacib  problemi  həll  etmək  üçün  şagird  fəaliyyəti  layihələşdirilir. 


282 
 
Layihələşdirilmədə  şagirdlərin  özləri  əsas  rol  oynayır,  müəllim  isə  onları 
istiqamətləndirir. Metodun əsas ideyası sərbəst tərbiyədir. 
“Layihələr  metodu”nda  şagirdlər  fərdi,  cütlər,  qruplar  şəklində  müəyyən  vaxt 
ərzində  müstəqil  fəaliyyət  göstərməyə,  həmişə  hansısa  bir  problemi  həll  etməyə 
yönəldilir.  Problemin  həllində  müxtəlif  təlim  metodları  və  təlim  vasitələri  tətbiq 
edilməklə  yanaşı,  həm  də  müxtəlif  elm,  texnika  və  texnologiya  sahələrinə  aid 
biliklərdən istifadə edilməsi nəzərdə tutulur. 
Modul üzrə təlim texnologiyası. Bu təlim metodunda şagirdlər müstəqil olaraq 
dərsdə  və  dərsdənkənar  vaxtlarda  modulla  iş  prosesində  konkret  təlim  məqsədlərinə 
nail  olurlar.  Burada  da  müəllim,  şagirdlərin  müstəqil  işlərinin  təşkilatçısı,  birgə 
fəaliyyətin iştirakçısı olur. 
Təlimdə  “modul”  anlayışı  dedikdə,  tədris  materialının  bitkin  məzmununu  və 
onu mənimsəmək texnologiyasını özündə birləşdirən bir kompleks nəzərdə tutulur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


283 
 
VI FƏSİL.  
TƏLİM STRATEGİYALARI 
 
Təlim strategiyaları təlim (tədris) prosesində istifadə olunan forma, üsul, vasitə 
və  yanaşmaların  məcmususdur.  Yeni  kurikulumlarda  təlim  strategiyaları  anlayışının  
işlənməsi  və  pedaqoji  prosesin  təşkilində  ondan  daha  səmərəli  istifadə  olunması  ilk 
növbədə  əsas  pedaqoji  anlayışlardan  biri  kimi  təhsilin  müasir  tələblər  baxımından 
izahını  tələb  edir.  Başqa  sözlə  təhsilin  şəxsiyyətyönümlü  xarakteri  ona  təkcə  nəticə, 
sadəcə  proses  kimi  deyil,  bir  neçə  mövqedən  yanaşmağı  tələb  edir:  təhsil  dəyərdir, 
təhsil prosesdir, təhsil nəticədir. 
İlk  növbədə  təhsilə  özündə  dili,  mentaliteti,  milli  bacarıqları,  adət-ənənələri 
ehtiva  edən  dəyər  kimi  baxılır.  Bu  dəyərlərin  formalaşmasında  şəxsiyyətin 
istiqamətləndirilməsi,  mədəniyyətlilik,  kollektivçilik,  sistemlilik,  bütövlük  əsas 
aparıcı prinsiplər kimi çıxış edir. 
Özünəməxsus  sistemə  malik  olan  təhsil  pillələri  mövcuddur.  Gözlənilən 
nəticələri  ilə  fərqlənən  bu  pillələr  bir-birini  tamamlayır,  ardıcıl  sıralanmaqla  təhsilin 
ümumi  sistemini  təşkil  edir  və  demokratikləşmə,  humanistləşdirmə,  fiferensiasiya, 
fərdiləşmə, sosiallaşdırma, variativlilik, inkluzivlik kimi prinsiplər əsas rol oynayır. 
Təhsil  insanın  sosiallaşma  prosesində  ümumbəşəri  və  milli  dəyərlərə 
yiyələnməsini  davamlı  bir  fəaliyyət  kimi  əhatə  ediyindən  ona  həm  də  proses  kimi 
yanaşılır.  Onun  didaktik  əsasını  isə  təbiətə  müvafiqlik,  praktiklik,  istiqamətlilik, 
variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik təşkil edir. 
Təhsil  həm  də  bütövlükdə  müəllim  və  şagird  fəaliyyətinin  yekunu  olduğundan 
ona nəticə kimi baxılır, bütöv  birmərhələli prosesin sonu kimi dəyərləndirilir. 
Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir: 

 
Təlimin təşkilinə verilən əsas tələblər 

 
Təlim fəaliyyətinin planlaşdırılması 

 
Təlimin təşkilində istifadə olunan forma və üsullar 


284 
 
6.1.Təlim prosesi və onun təşkili prinsipləri 
 
Təlim prosesi  ardıcıl olaraq inkişaf etməklə dövrdən asılı olaraq özünəməxsus 
xarakter  kəsb  edir.  Şəxsiyyətyönümlü  təhsil  sistemində  pedaqoji  prosesin  əsas 
iştirakçıları olan müəllim və şagirdlərin funksiyası dəyişərək, fəaliyyətləri əvvəlcədən 
müəyyən  olunmuş  nəticələrə  əsasən  qurulur.  Müəllim  kurikulumlara  uyğun 
inteqrasiya  olunmuş  planlarla  yanaşı,  özü  yaradıcı  fəaliyyət  göstərməklə  yeni 
texnologiyalar  hazırlayır  və  ya  mövcud  olanlardan  ən  münasibini  seçir.  Bu  halda 
müəllim  və  şagird  şəxsiyyəti  təlimin  subyekti  kimi  çıxış  edir.  Şagirdlər  öz 
təfəkkürünün, düşüncəsinin təşkilatçısı, müəllimlər isə şagirdin inkişafı üçün əlverişli 
təlim mühitinin yaradıcısı olur. Müəllimin informasiya vermək sahəsindəki fəaliyyəti 
məhdudlaşır  və  o,  daha  çox  sinif  şəraitində  təlim  fəaliyyətini  əlaqələndirən, 
istiqamətləndirən  məsləhətçi kimi şagirdlərin  müstəqil  fəaliyyətini,  fəal yaradıcılığını 
təşkil  edən  subyektə  çevrilir.  Yeni  kurikulumlara  uyğun  pedaqoji  prosesin  təşkilində 
aşağıdakı  didaktik  prinsiplərin əsas götürülməsi zəruri hesab edilir: 

 
pedaqoji  prosesin  tamlığı  –  pedaqoji  prosesdə  təlim  məqsədləri  kompleks 
(öyrədici  (təhsil),  inkişafetdirici,  tərbiyəedici)  həyata  keçirilir,  real  nəticələrlə 
yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir; 

 
təlimdə  bərabər  imkanların  yaradılması  –  bütün  şagirdlərə  eyni  təlim 
şəraiti  yaradılır  və  pedaqoji  proses  onların  potensial  imkanları  nəzərə  alınmaqla 
tənzimlənir; 

 
şagirdyönümlülük  –  şagird  pedaqoji  prosesin  mərkəzində  dayanır.  Bütün 
tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və 
qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; 

 
inkişafyönümlülük  –  şagirdlərin  idrak  fəallığı  izlənilir,  nailiyyətləri  təhlil 
edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir; 

 
fəaliyyətin  stimullaşdırılması  –  pedaqoji  prosesin  səmərəli  və  effektiv 
qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki  bütün 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə