Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə84/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   80   81   82   83   84   85   86   87   ...   111

285 
 
irəliləyişlər  qeyd  olunur  və  dəyərləndirilir,  nəticə  etibari  ilə  şagirdlərin  daha  uğurlu 
təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur; 

 
dəstəkləyici  mühitin  yaradılması  –  pedaqoji  prosesin  münasib  maddi-
texniki  baza  əsasında  və  sağlam  mənəvi  –  psixoloji  mühitdə  təşkil  edilməsi 
keyfiyyətin  və  səmərəliliyin  yüksəldilməsi  üçün  əlverişli  və  təhlükəsiz  təlim  şəraiti 
yaradır. 
 
6.2. Fəal/interaktiv təlimin mahiyyəti 
 
Yeni  pedaqoji  texnologiyaların  tədrisə  tətbiqində  əsas  məqsəd  şagird 
fəaliyyətinin interaktivliyinin (qarşılıqlı əlaqədə olmasını) ön plana çəkilməsidir. 
Yeni  texnologiyalar  hər  bir  fənnin  və  ya  mövzunun  tədrisi  zamanı  yeni  təlim 
metodlarına, xüsusən interaktiv təlim metodlarına müraciət olunmasını tələb edir. 
Fəal/interaktiv  təlimin  mahiyyəti,  onun  formaları,  mexanizmləri,  fəal  dərsin 
xüsusiyyətləri,  mərhələləri,  planlaşdırılması  və  s.  haqqında  elmi  və  metodiki 
ədəbiyyatlarda  geniş  məlumatlar  və  şərhlər  verilmişdir.  Bu  sahədə  aparılan 
tədqiqatlardan  psixoloq  Z.Veysova,  professor  A.Mehrabov,  görkəmli  pedaqoq 
Ə.Ağayevin araşdırmaları daha çox diqqədə layiqdir.  
“İnteraktiv”  sözünün  lüğəti  mənası  ingilis  dilində  “qarşılıqlı  fəaliyyətə 
əsaslanan” deməkdir. 
Ə.Ağayevin  fikrincə interaktiv təlim dedikdə dərsdə yaranan, təlim prosesində 
meydana  çıxan  şagirdlərarası  öyrənmə  ünsiyyəti  və  əməkdaşlığı,  müəllim-şagird 
birliyi  nəzərdə  tutulur.  İnteraktiv  metodlar  isə  həmin  prosesdə  öyrənmək  və 
anlaşmaya,  eləcə  də  irəlidə  qeyd  edilən  bacarıq  və  keyfiyyətlərə  şagirdlərin 
yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir. 
Professor  A.Mehrabov  qeyd  edir  ki,  təlim  prosesində  öyrədən  və  öyrənənin 
qarşılıqlı  münasibətinin  formalarını  əks  etdirən  müxtəlif  üsul  və  yanaşmaların 
məcmusu  təlim  metodlarını  müəyyənləşdirir.  Müasir  anlamda  təlim  prosesi  öyrədən 


286 
 
və  öyrənən  arasındakı  qarşılıqlı  təsirlərin  elə  münasibətlərini  nəzərdə  tutur  ki,  bunun 
nəticəsində öyrənənlər qazansınlar. 
Fəal/interaktiv  təlimdən  tədris  prosesində,  xüsusilə  də  kimya  fənninin 
tədrisində  istifadə  edilməsi,  şagirdlərin  fəallıqlarının  artırılmasına,  məntiqi 
təfəkkürlərinin  inkişaf  etdirilməsinə,  yaradıcılıq  qabiliyyətlərinin  formalaşmasına  və 
bütövlükdə  təlimin  keyfiyyətinin  yaxşılaşmasına  şərait  yaradaraq  təhsildə 
demokratikləşdirmə, 
humanistləşdirmə, 
differensiallaşdırma, 
fərdiləşdirmə, 
inteqrasiya prinsiplərini həyata keçirməyə imkan verir. 
Fəal/interaktiv  təlim  metodu  şagirdlərin  əqli  inkişafını  maksimum  dərəcədə 
təmin  edən,  fənn  üzrə  bilikləri  şüurlu  surətdə  mənimsəmələrinə  səbəb  olan  və  tədris 
işində  onlarda  müstəqillik  fəaliyyətinin  tərbiyə  olunmasına  köməklik  göstərən 
inkişafetdirici  təlim  və  onun  əsas  elementi  hesab  edilən,  müasir  şagirdlərin 
təfəkkürünün  və  digər  əqli  keyfiyyətlərinin  inkişaf  etdirilməsini,  onların  idrak 
fəaliyyətinin  və  müstəqilliyinin  artırılmasını,  biliyin  şüurlu  mənimsənilməsinə  nail 
olmasını  təmin  edən  problemli  təlim  priyomunun praktikada  tətbiqinin  nəticəsi  kimi 
yaranmağa başladı. 
Problemli  təlimdə  şagirdlər,  müntəzəm  olaraq  müəllim  tərəfindən  axtarışlar 
prosesinə,  yeni  problemin  sübuta  yetirilməsi,  biliklərin  müstəqil  əldə  edilməsi, 
əvvəllər öyrənilmişlərin tətbiqi və yaradıcı fəaliyyətə yiyələnməyə sövq edilir. Lakin 
bu  deyilənlərin  yerinə  yetirilməsində  müəllim  bu  və  ya  digər  dərəcədə  köməkçi 
rolunu oynayır və problemli vəziyyət bütün hallarda deyil, müəyyən şəraitdə yaradılır. 
Fəal/interaktiv  təlim,  şagirdlərin  fəal  fəaliyyətini  təmin  etməklə  problemli 
şəraitin  yaradılmasına,  əməkdaşlığa,  təfəkkürün  müstəqilliyinə,  sərbəstliyə, 
şagirdlərin  fəal  dərketmə  mövqeyinə,  biliklərin  müstəqil  əldə  edilməsinə,  yaradıcı 
tətbiqinə,  sərbəst  fikir  söyləməsinə,  sübuta  yetirilməsinə  əsaslanır.  Bu  təlimin  tətbiqi 
prosesində müəllimin fəaliyyəti, biliklərin əldə edilməsi üçün sinifdə işgüzar, əlverişli 
psixoloji  mühitin  yaradılması,  biliklərin  axtarılması  prosesinin  təşkili  və  şagirdlərin 
biliyini obyektiv qiymətləndirməsi ilə xarakterizə olunur. 


287 
 
Fəal/interaktiv  təlimin  konkret  tərifini  belə  verirlər:  Fəal/interaktiv  təlim 
şagirdlərin  fəal  idrak  fəaliyyətinə əsaslanan  və təhsil prosesinin digər  iştirakçıları  ilə 
əməkdaşlıq şəraitində həyata keçirilən təlimdir. İnteraktiv təlimdə əsas məqsəd şagirdi 
təlimin subyekti etmək, onu oxumağa qabil insan kimi tərbiyə etməkdir. Bu prosesdə 
fəallıq mühüm yer tutur. Hər şagirdin öz fikri, ideyası olur, zəif şagird də fəallaşır.  
İnteraktiv  təlim  şagirdlərə  bilikvermə  prosesində  həm  də  onları  iradi,  əxlaqi, 
əqli,  estetik-mədəni,  hüquqi,  ekoloji,  iqtisadi  və  digər  dəyərlər  yönümündə  inkişaf 
etdirir, formalaşdırır. 
Fəal/interaktiv  təlim  metodu  aşağıda  göstərilən  müasir  təlim  prinsiplərinə 
əsaslanan təlimdir: 
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi. Bu prinsipə görə şagirdin bir şəxsiyyət 
olaraq  təlim  prosesinin  obyekti  kimi  çıxış  etməsi  vacibdir.  Təlim  uşağın,  maraq  və 
tələbatına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. 
2. Fəal idrak prinsipi. Bu prinsipə görə tədris prosesi elə təşkil olunmalıdır ki, 
o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirddə yeni biliklərə yiyələnmək 
həvəsi yaratsın. İdrak  fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasda yaranır.  
3.  İnkişafetdirici  təlim  prinsipi.  Görkəmli  rus  psixoloqu,  müasir  pedaqoji 
psixologiyanın  banilərindən  biri  olan  L.S.Vigotskinin  nəzəriyyəsinə  görə  təlim 
inkişafı  qabaqlamalı,  uşağın  “qarşıdakı  (yaxın)  inkişaf  zonasına”  yönəlməlidir.  Bu 
inkişaf zonasında uşağın potensial  imkanları  mərkəzləşdirilib, onları aktuallaşdırmaq 
üçün xüsusi təlim şəraiti yaradılmalıdır. İnkişafetdirici təlim ilk növbədə təfəkkürü və 
yaradıcılığı formalaşdırmalıdır. 
4. “Qabaqlayıcı təlim prinsipi”. Müasir dövrdə baş verən sürətli dəyişikliklər 
təlimin  qarşısında  şagirdlərin  həyata  hazırlanması  məsələsini  daha  kəskin  qoyur. 
Bunun  üçün  ilk  növbədə  təlim  cəmiyyətin  inkişaf  meyllərini  əks  etdirməli  və  yeni 
nəsli  yaxın  gələcəkdə  həyat  şəraitinə  hazırlamalıdır.  Məktəb  şagirdə  baza  bilik, 
bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda  şagirddə idrak 
fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə