Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə87/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   83   84   85   86   87   88   89   90   ...   111

294 
 

 
materialın təqdim olunma üsulları; 

 
fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu; 

 
yaradıcılıq imkanı: 

 
müəllim tərəfindən düzgün fasilitasiya 

 
əvvəlki  məşğələlərdə  fərziyyələrin  irəli  sürülməsi  ilə  bağlı  müsbət 
emosiyalar təcrübəsi. 
Aşağıda  fəal  dərsin  mərhələlərinə  uyğun  alınan  nəticələri,  onun  quruluşunun 
ənənəvi  dərsin  quruluşu  ilə  müqayisəsini  və  fərqli  cəhətlərini  əks  etdirən  cədvəllər 
verilmişdir. 
                                                                                                           Cədvəl 19. 
 
 
Fəal dərsin hər bir mərhələsində baş verən əsas hadisələr və onlara uyğun alınan 
nəticələr 
 
FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ 
NƏTİCƏ 
1.Motivasiya (Problemin qoyuluşu, 
fərziyyələrin irəli sürülməsi,  tədqiqat 
sualının verilməsi) 
 
Fərziyyələr və tədqiqat sualı 
 
2. Tədqiqatın aparılması (fərziyyələri 
yoxlamaq və tədqiqat sualına cavabı tapmaq 
üçün faktların axtarılması) 
Tədqiqat işi, yeni faktlar 
 
3. İnformasiya mübadiləsi (alınmış 
inforasiyanın və öz tədqiqatlarının təqdimatı 
Müzakirə üçün yeni informasiya 
4.İnformasiyanın müzakirəsi və təşkili 
(informasiyanın müzakirəsi, müxtəlif faktlar 
arasında əlaqələrin tapılması, onların  
təsnifatı 
Sistemləşdirilmiş informasiya 
 
5.Nəticələr və ümumiləşdirmə (ümumi-
ləşdirmə və onun fərziyyələrlə müqayisəsi, 
onların təsdiq və ya təkzib edilməsi haqqında 
nəticə, tədqiqat sualına cavab) 
Yeni bilgilər (ümumiləşdirmə) 
 
6.Yaradıcı tətbiqetmə (yeni şəraitdə 
Təcrübə və biliklərin tətbiqi yollarının 


295 
 
tətbiqetmə, praktiki məsələlərin həlli 
dərk edilməsi 
7.Özünüqiymətləndirmə və refleksiya 
(şəxsi fəaliyyətin inikası və qiymətlən-
dirilməsi; istənilən mərhələdə keçirilə bilər) 
Özünüqiymətləndirmə vərdişləri, təlim 
fəaliyyəti qaydalarının mənimsənilməsi, 
müstəqil təlim vərdişləri 
 
 
                                                                                                                 Cədvəl 20. 
 
 
Fəal dərslə ənənəvi dərsin quruluşlarının 
müqayisəli xarakteristikası 
 
FƏAL DƏRSİN QURULUŞU 
ƏNƏNƏVİ DƏRSİN QURULUŞU 
1.Motivasiya (Problemin qoyulması, 
fərziyyələrin irəli sürülməsi) 
1. Ev tapşırığının yoxlanması 
 
2. Tədqiqatın aparılması (fərziyyələri 
yoxlamaq üçün tapşırıqları həll etmə 
prosesində məlumatların, faktların 
axtarılması və toplanması) 
2. Öyrənilən mövzuların sorğusu (frontal və 
fərdi sorğu) 
3.Məlumat mübadiləsi (əldə edilmiş 
məlumatların təqdim olunması) 
3. Yeni mövzuya dair mühazirə 
(yeni mövzunun izahı) 
4.Məlumatın müzakirəsi və təşkili 
(məlumatın müzakirəsi, təsnifi, 
əlaqələndirilməsi) 
4.Aydın olmayan məsələlərin açıqlanması və 
dəqiqləşdirilməsi 
5.Nəticələrin çıxarılması (nəticələrin 
fərziyyələrlə müqayisəsi və onların təsdiq 
olunub-olunmaması haqqında nəticənin 
çıxarılması) 
5.Yeni dərsin möhkəmləndirilməsi üçün sual 
və tapşırıqlar 
6. Produktiv (yaradıcı) tətbiqetmə 
6. Reproduktiv (təkraredici) tətbiqetmə 
7. Qiymətləndirmə və refleksiya 
(bir mərhələdə aparıla bilər) 
7.Qiymətləndirmə (əsasən axırda müəllim 
tərəfindən aparılır) 
 
 
 
 


296 
 
6.2.3. Öyrədici mühitin növləri. 
 
Təlimin  qarşıya  qoyduğu  vəzifələrin  və  prinsiplərin  həyata  keçirilməsi  təlim-
tərbiyə  prosesinə  təsir  edən  amillərdən    və  şərtlərdən,  başqa  sözlə  öyrədici  mühitdən 
əhəmiyyətli  dərəcədə  asılıdır.  Uşağı  əhatə  edən  şəraitin  onun  dərk  etmək  tələbatına, 
maraqlarına  və  problemlərinə  nə  dərəcədə  istiqamətlənmiş  olması  tədris  prosesinə 
münasibəti ilə çox əlaqəlidir. 
Öyrədici mühitə şərti olaraq aşağıdakılar aid edilir: 

 
əşyavi mühit; 

 
informasiya mühitii; 

 
sosial-psixoloji mühit. 
Bu bölgü ona görə şərtidir ki, ətrafdakı obyektlər eyni zamanda ayrı-ayrı mühit 
növlərinin  elementləri  ola  bilər.  Məsələn  dərsliklər,  didaktik  və  əyani  vəsaitlər, 
lövhələr, lövhələr həm əşyavi mühitin, həm də informasiya mühitinin hissəsi ola bilər. 
Əşyavi mühit. Əşyavi mühit təlimin bütün maddi-texniki təminatı kompleksini 
özündə cəmləşdirir: 

 
məktəb  maddi  mühiti:  dərslilər,  lövhələr,  didaktik  oyunlar  və  vəsaitlər, 
texniki avadanlıq, laboratoriyalar, məktəb ləvazimatı və s.; 

 
təbii mühit: canlı və cansız təbiətin  bilavasitə müşahidə oluna  bilən əşyaları; 

 
yaşayış  şəraiti:  evin,  yaşayış  yerinin  maddi  əhatəsi,  maddi  mədəniyyət 
əşyaları, ictimai və mədəni müəssisələr və s. 
İnformasiya mühiti. İnformasiya mühitinə qavramaq və təlim prosesində həm 
məktəbdə,  həm  də  ondan  kənarda  istifadə  etmək  üçün  əldə  olan  bütün  məlumat 
mənbələri  kompleksi  daxildir.  Şagirdin  istifadə  edə  biləcəyi  çoxsaylı  məlumat 
mənbələrindən  əsas  istifadə  olunanları,  müəllim,  dərslik,  əyani  və  didaktik 
vəsaitlərdir.  Bunlarla  yanaşı  televiziya,  mətbuat,  başqa  adamlarla  ünsiyyət  kimi 
informasiya  mənbələri  uşağın  təhsilinin  formalaşmasına  əhəmiyyətli  təsir  göstərir. 
Eləcə  də  informasiyanı  dərk  etməyə  kömək  edən  psixoloji  amilləri  də  nəzərə  almaq 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə