319
Əşya və hadisələri müqayisə etmək, onların oxşar və fərqlı cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Sorğu vərəqləri və müsahibə. Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və
hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur.
Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
Problemli vəziyyət. Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə
vərdişlərini inkişaf etdirir.
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-
5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri şagirdlərə
paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu
göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
Fəal təlim metodlarının dərslərdə tətbiqini yaxşı başa düşmək üçün onlardan
ikisinin psixoloq Z.Veysovanın təklif etdiyi təsvirini (“pasportunu”) verməyi
məqsədəuyğun hesab edirik.
Sinektika.”Sinektika” yunan dilində müxtəlif elementlərin birləşməsi
(cəmləşməsi) deməkdir. Sinektika klassik əqli hücumun, yəni nizamlanmış kollektiv
müzakirənin nəticəsində nəticələrin alınma texnikasının şəkli dəyişmiş variantı olub,
kollektiv yaradıcılığın təşkilati üsullarından biridir. Sinektika peşəkarlar qrupu
tərəfindən problemin həlli üçün və həmçinin ekspertiza zamanı xüsusi prinsiplə
qurulmuş əqli hucum prosesində bütün ideyaların məntiqi yekuna çatdırılması
prosesidir. Sinektika prosesi aşağıdakıları nəzərdə tutur:
məlumun naməluma çevrilməsi;
naməlumun məluma çevrilməsi.
Məlumun naməluma çevrilməsi problemə yeni nöqteyi-nəzərdən yeni formada
baxmağa imkan yaradır. Məlumun naməluma çevrilməsinin operativ və qeyri-operativ
mexanizmləri verilir:
320
Operativ mexanizmlərə düzgün (bilavasitə), şəxsi, simvolik və fantastik
anologiyalar hər bir insanın dərki səviyyəsində istifadə etdiyi psixoloji vasitələr
daxildir.
Qeyri-operativ mexanizmlərə intuisiya, oyun, məsələyə aidiyyəti olmayanın
istifadəsi kimi abstraksiyalar daxildir.
Məlumu naməluma çevirməkdə ən məhsuldar mexanizmlərdən biri kimi
metafora ilə oyun istifadə oluna bilər. Metaforanın ən məhşur növləri-analogiya və
müqayisədir. Analogiya intellektual, müqayisə isə emosional hərəkət yaradır.
Məqsəd: Cisim və proseslərin təkmilləşdirilməsi prosesində yaradıcılıq
qabiliyyətinin inkişafı.
Alqoritm:
Sinektika prosesində məsələlərin həlli aşağıdakı şəkildə baş verir:
1.
Məsələ həlli tanışlıqla başlayır “problem, qoyulduğu kimi”. Heç vaxt
başqaları tərəfindən formalaşdırılmış məsələni inamla qəbul etmək olmaz.
2.
Problemi məsələyə anlaşıldığı şəkildə çevirirlər.
3.
Məlumu naməluma və əksinə çevrilməsinə əsaslanan həll aparılır. Bu zaman
əqli hücumun qaydaları ilə ideyaların sərbəst irəli sürülməsi baş verir.
Konkret problemin həlli iki mərhələdə aparılır:
Əvvəlcə naməlumu məluma çevirirlər
Daha sonra əks hərəkət-məlumun naməluma çevrilməsi baş verir.
4.
Həll dörd analogiya növündən birinin köməyilə edilir.
Şəxsi analogiya. Subyektiv analogiya sinektorun cari problemin əlaqədə
olduğu obraz və ya texnikanın obyektinə alışdırmağı nəzərdə tutur.
Birbaşa (bilvasitə) analogiya. Bilvasitə analogiya layihələşdirən qurğunun
artıq mövcud obyektlərlə qarşılaşdırılmasını və “Belə məsələlər necə həll olunur?”
sualına cavabı nəzərdə tutur. Nəzərdən keçirilən obyekt texnikanın başqa sahəsinin
obyekti və ya canlı təbiətin obyekti ilə müqayisə olunur.
321
Simvolik analogiya. Problemin məğzi qısa və metaforik (poetik, alleqorik)
təsvirini nəzərdə tutur. Ümumiləşdirilmiş mücərrəd analogiya əşyanın əsas əlamətinə
görə assosiasiya yaradır, alanları ayrılır.
Fantastik analogiya. Sinektorun problemi mövcud olmayan varlıqların
mövqeyindən nəzərdən keçirməyə və onun həllində fantastik elementin istifadəsinə
məcbur edir.
5.
Konkret analogiyanı qrup rəhbəri seçir.
6.
Sinektikanın nəticəsinin qiymətləndirilməsi aşağıdakı səmərəlilik meyarları
əsasında aparılır:
Praqmatik meyar- “Bu istəyirmi?”
Sabitlik meyarı –problemin həlli mexanizmlərinin təkraredici olması.
Debatlar (çarpaz müzakirə)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakının təmin edilməsi
ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir.
Məqsəd:
Diskussiyanın yalnız bir-birinə opponentik (etiraz) edən tərəflərin arasında
keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq,
debatlar opponentin deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur. Üçüncü
tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib öz seçimini etməkdir. Debatların
iştirak etdiyi tərəflərin əsas məqsədi dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz
mövqeyinin düzgünlüyünüə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona
həmçinin qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq və keyfiyyətlərə nail ola bilərlər:
mövzunun araşdırılması;
əsas anlayışlarla iş;
dəlillərlə iş;
“çarpaz sualların”hazırlanması;
Dostları ilə paylaş: |