Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə95/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   91   92   93   94   95   96   97   98   ...   111

319 
 
Əşya  və  hadisələri  müqayisə  etmək,  onların  oxşar  və  fərqlı  cəhətlərini 
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. 
Sorğu  vərəqləri  və  müsahibə.  Bu  üsullar  araşdırılan  məsələ  ilə  bağlı  fakt və 
hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır. 
Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. 
Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur. 
Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır. 
Problemli  vəziyyət.  Bu  üsul  tənqidi  təfəkkürü,  təhliletmə  və  ümumiləşdirmə 
vərdişlərini inkişaf etdirir. 
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 4-
5  nəfərlik  qruplara  bölünür.  Problemli  vəziyyət  əks  olunmuş  iş  vərəqləri  şagirdlərə 
paylanır.  Hər  qrup  təklif  edilən  vəziyyətlərdən  birini  müzakirə  edir  və  həlli  yolunu 
göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır. 
Fəal  təlim  metodlarının  dərslərdə  tətbiqini  yaxşı  başa  düşmək  üçün  onlardan 
ikisinin  psixoloq  Z.Veysovanın  təklif  etdiyi  təsvirini  (“pasportunu”)  verməyi 
məqsədəuyğun hesab edirik. 
Sinektika.”Sinektika”  yunan  dilində  müxtəlif  elementlərin  birləşməsi 
(cəmləşməsi)  deməkdir.  Sinektika  klassik  əqli  hücumun,  yəni  nizamlanmış  kollektiv 
müzakirənin nəticəsində  nəticələrin alınma texnikasının şəkli  dəyişmiş  variantı olub, 
kollektiv  yaradıcılığın  təşkilati  üsullarından  biridir.  Sinektika  peşəkarlar  qrupu 
tərəfindən  problemin  həlli  üçün  və  həmçinin  ekspertiza  zamanı  xüsusi  prinsiplə 
qurulmuş  əqli  hucum  prosesində  bütün  ideyaların  məntiqi  yekuna  çatdırılması 
prosesidir. Sinektika  prosesi aşağıdakıları  nəzərdə tutur: 

 
məlumun naməluma çevrilməsi; 

 
naməlumun məluma çevrilməsi. 
Məlumun  naməluma  çevrilməsi  problemə  yeni  nöqteyi-nəzərdən  yeni  formada 
baxmağa imkan yaradır. Məlumun naməluma çevrilməsinin operativ və qeyri-operativ 
mexanizmləri verilir: 


320 
 
Operativ  mexanizmlərə  düzgün  (bilavasitə),  şəxsi,  simvolik  və  fantastik 
anologiyalar  hər  bir  insanın  dərki  səviyyəsində  istifadə  etdiyi  psixoloji  vasitələr 
daxildir. 
Qeyri-operativ  mexanizmlərə  intuisiya,  oyun,  məsələyə  aidiyyəti  olmayanın 
istifadəsi kimi abstraksiyalar daxildir. 
Məlumu  naməluma  çevirməkdə  ən  məhsuldar  mexanizmlərdən  biri  kimi 
metafora  ilə  oyun  istifadə  oluna  bilər.  Metaforanın  ən  məhşur  növləri-analogiya  və 
müqayisədir. Analogiya  intellektual,  müqayisə isə emosional hərəkət yaradır. 
Məqsəd:  Cisim  və  proseslərin  təkmilləşdirilməsi  prosesində  yaradıcılıq 
qabiliyyətinin inkişafı. 
Alqoritm: 
Sinektika prosesində məsələlərin həlli aşağıdakı şəkildə baş verir: 
1.
 
Məsələ  həlli  tanışlıqla  başlayır  “problem,  qoyulduğu  kimi”.  Heç  vaxt 
başqaları tərəfindən formalaşdırılmış məsələni  inamla qəbul etmək olmaz. 
2.
 
Problemi məsələyə anlaşıldığı şəkildə çevirirlər. 
3.
 
Məlumu naməluma və əksinə çevrilməsinə əsaslanan həll aparılır. Bu zaman 
əqli hücumun qaydaları ilə ideyaların sərbəst irəli sürülməsi baş verir. 
Konkret problemin həlli iki mərhələdə aparılır: 

 
Əvvəlcə naməlumu məluma çevirirlər 

 
Daha sonra əks hərəkət-məlumun  naməluma çevrilməsi baş verir. 
4.
 
Həll dörd analogiya növündən birinin köməyilə  edilir. 

 
Şəxsi  analogiya.  Subyektiv  analogiya  sinektorun  cari  problemin  əlaqədə 
olduğu obraz və ya texnikanın obyektinə alışdırmağı nəzərdə tutur.  

 
Birbaşa  (bilvasitə)  analogiya.  Bilvasitə  analogiya  layihələşdirən  qurğunun 
artıq  mövcud  obyektlərlə  qarşılaşdırılmasını  və  “Belə  məsələlər  necə  həll  olunur?” 
sualına  cavabı  nəzərdə  tutur.  Nəzərdən  keçirilən  obyekt  texnikanın  başqa  sahəsinin 
obyekti və ya canlı təbiətin obyekti ilə müqayisə olunur. 


321 
 

 
Simvolik  analogiya.  Problemin  məğzi  qısa  və  metaforik  (poetik,  alleqorik) 
təsvirini  nəzərdə tutur. Ümumiləşdirilmiş mücərrəd analogiya əşyanın əsas əlamətinə 
görə assosiasiya yaradır, alanları ayrılır. 

 
Fantastik  analogiya.  Sinektorun  problemi  mövcud  olmayan  varlıqların 
mövqeyindən  nəzərdən  keçirməyə  və  onun  həllində  fantastik  elementin  istifadəsinə 
məcbur edir. 
5.
 
Konkret analogiyanı qrup rəhbəri seçir. 
6.
 
Sinektikanın  nəticəsinin  qiymətləndirilməsi  aşağıdakı  səmərəlilik  meyarları 
əsasında aparılır: 

 
Praqmatik meyar- “Bu istəyirmi?” 

 
Sabitlik meyarı –problemin həlli mexanizmlərinin təkraredici olması. 
Debatlar (çarpaz müzakirə) 
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakının təmin edilməsi 
ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya formalarından biridir. 
Məqsəd: 
Diskussiyanın  yalnız  bir-birinə  opponentik  (etiraz)  edən  tərəflərin  arasında 
keçdiyi mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq, 
debatlar  opponentin  deyil,  üçüncü  tərəfi  inandırma  prosesini  nəzərdə  tutur.  Üçüncü 
tərəfin  vəzifəsi  hər  bir  tərəfin  mövqeyini  dinləyib  öz  seçimini  etməkdir.  Debatların 
iştirak etdiyi tərəflərin əsas məqsədi dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz 
mövqeyinin  düzgünlüyünüə  inandırmaqdır.  Bu  prosesin  yekunları  əsasında  ona 
həmçinin qərarların qəbulu kimi baxmaq olar. 
Debat prosesində şagirdlər aşağıdakı  bacarıq və keyfiyyətlərə nail ola bilərlər: 

 
mövzunun araşdırılması; 

 
əsas anlayışlarla iş; 

 
dəlillərlə iş; 

 
“çarpaz sualların”hazırlanması; 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə