Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə96/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   92   93   94   95   96   97   98   99   ...   111

322 
 

 
natiqlik məharəti; 

 
hakimlik və ya qərarları necə qəbul etməli. 
Alqoritm: 
1.
 
Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni 
açıqlayan,  birmənalı  cavab  tələb  edən  sual  hazırlanmasını  tələb  edir.  “Debatlarda” 
mövzu sual yox, təsdiq formasında ifadə edilir. 
2.
 
Rolların  müəyyənləşdirilməsi  (“A”  və  “B”  spiker  komandaları,  hakim, 
“taym-kipper”). Debat iştirakçıları  çıxış zamanı spiker adlanır. Debatlar üçüncü tərəfi 
təmsil  edən  hakimlər  qarşısında  spiker  komandaları  (“A”  mövqeyi  və  “B”  mövqeyi) 
arasında keçirilir. 
I.
 
Təsdiqedici  “A”  mövqeyinin  spikerləri  debatların  mövzusunu  onun  ifadə 
etdiyi kimi təsdiq edirlər. 
II.
 
Təkzibedici  “B”  mövqeyinin  spikerləri  “A”  mövqeyini  təkzib  etməyə 
borcludurlar. Həm də onlar təkzibetmədən sonra öz meyar və dəlillərini təklif edirlər. 
III.
 
Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz şəxsi 
mövqeyindən asılı olmayaraq müəyyən etməkdir. 
IV.
 
Debatlar  prosesində  çıxışların  vaxt  rejimini  təmin  edən  “taym-kipperlər” 
iştirak edirlər. 
b)
 
Dəlillərin  hazırlanması.Arqument  (dəlil)  faktlar  əsasında  çıxarılan  nəticələr, 
mövzunun  tədqiqinin  nəticəsidir,  iştirakçılar-spikerlər  (cütlər  və  ya  kiçik  qruplar) 
sualın  müzakirəsinə  başlayır  və  əvvəlcə  müsbət,  sonra  isə  mənfi  cavabları 
əsaslandıran  4-5  dəlil  göstərilir.  Tərəflər  öz  mövqelərinin  müdafiəsi  üçün  ən  güclü 
arqumentləri  toplamalıdırlar.  Hər  qrupa  özlərinin  ən  yaxşı  arqumentlərini  müəyyən 
etmək üçün 7-8 dəqiqə vaxt ayrılır. 
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir: 

 
arqument irəli sürülür; 

 
arqument izah edilir; 

 
arqument sübut edilir; 


323 
 

 
nəticə çıxarılır. 

 
Hər  iki  cavaba  dair  dəlillərin  siyahıları  tamamlandıqdan  dərhal  sonra 
qrupların  hər  biri  digər  qrupla  öz  siyahılarını  tutuşdurur  və  hər  iki  qəbildən  olan 
dəlilləri nəzərdən keçirirlər. 
c)
 
Debat  və  çarpaz  suallar.  Sonra  iştirakçılardan  öz  dəqiq  mövqelərini 
müəyyən  etmək  və  iki  böyük  qrupa  bölünmək  xahiş  edilir.  Hər  iki  tərəf  arasında 
polemika  (müzakirə)  aparılır.  Debatlar  zamanı  bir  mövqeyin  spikerlərinin 
suallarından  və  digər  mövqeyin  spikerlərinin  cavablarından  ibarət  olan  və  xüsusi 
fərqləndirilən  raunddur.  Debatların  spikerləri  arqumentləri  irəli  sürərkən,  sübut-
dəlilləri, onların mövqeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin 
ekspert rəylərini də təqdim etməlidirlər. 
d)
 
Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inandırıcı mövqelərdən çıxış 
edən komandanı seçir. O, yalnız eşitdikləri əsasında nəticə çıxarır, öz seçimini edir və 
onu  əsaslandırır.  Verilən  sualların  və  alınan  cavabların  keyfiyyəti  iştirakçıların 
debatların mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərindən asılıdır. 
Bu  zaman  spikerin  alınmış  cavabları  nə  dərəcədə  ustalıqla,  opponentin  mövqeyini 
zəiflətmək  və  öz  mövqeyini  gücləndirmək  üçün  istifadə  edə  bilməsi  də 
qiymətləndirilir. 
Şərtlər: 

 
Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır. 

 
Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət olunmalıdır: 

 
mövzu aktual olmalıdır; 

 
mövzu maraqlı olmalıdır; 

 
mövzu “münaqişəli” olmalıdır, məsələn əgər A mövqeyi mövcuddursa, bu o 
deməkdir ki, əks fikir də (B mövqeyi) mövcuddur; 

 
mövzu elə ifadə olunmalıdır ki, heç bir mövqeyin üstünlüyü hiss edilməsin; 

 
mövzu nə çox dar, nə də çox geniş olmalıdır. 


324 
 

 
Hazırlıq  prosesində  debatçılar  idrak  prosesinin  mühüm  ünsürlərindən  olan 
sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər. 

 
Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi, mövzuya 
və problemə uyğun seçilməsi vacibdir. 

 
Vasitələr:  Müzakirə  üçün  əvvəlcədən  hazırlanmış  suallar,  müxtəlif  məlumat 
mənbələri. 
Yarana biləcək problemlər: 

 
Ünsiyyətlə bağlı problemlər 

 
Müzakirənin uzanması 

 
Artıq səs-küy, aqressivlik 

 
Tolerantlığın olmaması 

 
Mövzudan yayınmaq və yayındırmaq 

 
Şagirdlərdə mövzu ilə bağlı məlumatın azlığı 

 
Hakimin qərar çıxarma bacarığının zəifliyi. 
 
6.2.7.  Kimyanın tədrisində fəal təlimin üsullarının tətbiqi imkanları 
 
Kimyanın tədrisində demək olar ki, əksər mövzularda fəal təlimin üsullarından 
istifadə etmək olar. Lakin, interaktiv təlim metodlarından həmişə istifadə etmək onun 
təsirini azalda bilər.  Həqiqi təlim  üçün  metod qarşıya qoyulmuş  məqsəd və şəraitdən 
asılı  olaraq  seçilməlidir.  Fəal  təlimin  metodları  da  məqsəd  və  şəraitə,  mövzuya, 
şagirdlərin təcrübə və bilik səviyyəsinə uyğun seçilməlidir. 
Fəal təlimin bəzi üsullarına aid konkret misalları nəzərdən keçirdək. 
Beyin  həmləsi  üsulundan  kimyanın  əksər  mövzularına  aid  dərslərdə  istifadə 
etmək  olar.  Bu  metod  daha  çox  yeni  mövzunun  öyrənilməsinə  başlanan  giriş 
müsahibəsində  təşkil  olunur.  Bu  zaman  yeni  mövzuya  maraq  oyanır.  Şagirdlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə