Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə99/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

334 
 
Sual  4.  Ammonyakın  sintezi  reaksiyasını  məhsulun  alınması  istiqamətinə  yönəltmək 
üçün temperatur və təzyiqi necə dəyişmək lazımdır?  
IV qrup 
Sual 1. Ammonyak molekulunun əmələ gəlmə sxemini tərtib edin.  
Sual 2. Biologiya kursundan ammonyaka aid nə bilirsiniz?  
Sual 3. Temperaturu azaltdıqda reaksiyanın sürəti necə dəyişər?  
Sual  4.  Ammonyakın  alınması  reaksiyasının  sürətini  artırmaq  üçün  hansı  amildən 
istifadə etmək olar?  
III. Mərhələ 
İnformasiya mübadiləsi 
Qrup  işinə  ayrılan  vaxt  başa  çatdıqdan  sonra,  iş  vərəqləri  lövhədən  asılır,  liderlər 
məlumat verir və fikir mübadiləsi aparılır. 
IV. Mərhələ. 
İnformasiyanın müzakirəsi və təşkili 
Təqdimatdan  alınan  cavablara  digər  şagirdlər  münasibət  bildirir,  suallar  verilir  və 
müzakirə aparılır, lazım gəldikdə müəllim əlavələr edir. 
V. Mərhələ. 
Nəticə və ümumiləşdirmə. 
Tədqiqat  işinin  nəticəsində  şagirdlər  ammonyak  molekulunun  quruluşunu  kimyəvi 
rabitənin təbiətinə və hibridləşmə nəzəriyyəsinə əsasən dəqiqləşdirirlər, bitkilər üçün 
torpağa  verilən  gübrələrin  alınmasında  ammonyak  tələb  olunduğu  üçün  onun 
sənayedə  alınmasına  zərurət  yarandığı  qənaətinə  gəlirlər.  Onlar  həmçinin 
ammonyakın  sənayedə  alınması  üsulunun  azot  və  hidrogenin  qarşılıqlı  təsiri 
reaksiyasının  olduğunu  əsaslandırırlar  və  prosesin  əlverişli  şəraitinin  nədən  ibarət 
olmasını  müəyyənləşdirirlər.   
Nəticədə  tədqiqat  sualına  aid  olan  bütün  məsələlər  aydınlaşdırılır  və  şagirdlər 
müəllimin  istiqamətverici  tövsiyyələri  ilə  müstəqil  olaraq  ammonyakın  quruluşu  və 


335 
 
sənayedə  alınması  və  bu  zaman  istifadə  edilən  kimya  istehsalatının  elmi-texnoloji 
prinsipləri ( istilikdəyişmə, dövri proses)  barədə tam biliklər əldə edirlər. 
VI. Mərhələ. 
Yaradıcı tətbiqetmə. 
Bu  mərhələdə  müəllim  ammonyakın  sənayedə  alınması  qurğusunun    sxemini 
ekranda  nümayiş  etdirir  və  şagirdlərə  prosesi  qazandıqları  biliklərə  əsasən  izah 
etməyi təklif edir.  
 
 
 


336 
 
 
 
 
 
 
 
Müəllim  sonda  məlumat  verir  ki,  ammonyakın  sintezini  həyata  keçirmək 
şəraitinin  dəqiqləşdirilməsi  sahəsində  alimlər  uzun  müddət  tədqiqatlar  aparmış  və 
gördüyünüz  bu  sxemi  (Qaber  üsulu)  hazırlayaraq  onun  əsasında  ammonyak  istehsal 
edən zavodun tikilməsinə nail olmuşlar. 
Ekranda  həmin  zavodlardan  birininin  işləmə  prinsipinə  aid  video  material 
göstərilir. 
 
VII. Mərhələ. 


337 
 
Qiymətləndirmə. 
Qrupların fəaliyyəti aşağıdakı meyar cədvəli üzrə qiymətləndirilir (meyarlar  
əvvəlcədən lövhədən asılır.) 
 
 
№  
Qruplar  
Meyarlar  
I  
II  
III  
IV  
1.  
Maddənin  quruluşunu 
müəyyən etmə  
 
 
 
 
2.  
Prosesin  səbəbini  və 
reaksiyanın 
qanunauyğunluğunu 
izah etmə  
 
 
 
 
3.  
Reaksiyanın 
tənliyini 
tərtib etmə  
 
 
 
 
4.  
Prosesin 
ardıcıllığını 
əlaqələndirmə  
 
 
 
 
5.  
Əməkdaşlıq  
 
 
 
 
 
VIII. Mərhələ. 
Refleksiya. 
 “Biz    Ammonyak  barədə    nələri    öyrəndik?”  sualı  ilə  refleksiyanı  həyata 
keçirməkolar. 
 
Ev tapşırığı: İnternet materiallarından istifadə etməklə ammonyakın tətbiq sahələrinə 
aid kiçik bir təqdimat hazırlayın.  
 
 
 
 


338 
 
Ammonyaka  aid  ikinci  dərs  saatında  onun  laboratoriyada  alınması,  fiziki, 
kimyəvi xassələri və tətbiqi barədə məlumatları vermək olar. 
 
Mövzu: Ammonyakın laboratoriyada alınması, xassələri və tətbiqi 
Standart: 1.1.1., 1.2.1., 2.1.1.2.2.1., 3.1.1, 4.1.1. 
Məqsəd: 

 
Ammonyakın laboratoriyada alınması və fiziki xassələrini şərh edir.  

 
Ammonyakın quruluşunun xassələrinə təsirini şərh edir.  

 
Ammonyakın laboratoriyada alınması və kimyəvi xassələrinə aid reaksiyaların 
qanunauyğunluğunu izah edir.  

 
Ammonyakın  laboratoriyada  alınması  və    kimyəvi  xassələrinə  aid  reaksiya 
tənliklərini  tərtib edir.  

 
Ammonyakın  laboratoriyada  alınması  və    kimyəvi  xassələrinə  aid  təcrübələr 
aparır,  nəticələrinə münasibət bildirir.  

 
Ammonyakın tətbiqinə dair biliklər nümayiş etdirir.  
İş forması: Bütöv sinifdə iş, qruplarla iş. 
Təlim  üsulları: Beyin həmləsi, demonstrasiyalı müsahibə, problemli şərh, müzakirə, 
tapşırıqvermə, təqdimat. 
Fənlərarası inteqrasiya: B...,  
Dərsin tipi: İnduktiv, yeni bilik və bacarıqları formalaşdıran dərs. 
Resuslar: İş vərəqləri, kompüter, proyektor, ammonyakın laboratoriyada alınması və 
xassələrinə aid reaktiv və avadanlıqlar. 
Dərsin gedişi: 
I.
 
Mərhələ. 
Motivasiya, problemin qoyuluşu  
Sinfə aşağıdakı suallar verilir: 

 
Keçən dərsimizdə hansı mövzunu öyrənmişdiniz?  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə