Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə98/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   94   95   96   97   98   99   100   101   ...   111

328 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəzərə  almaq  lazımdır  ki,  yuxarıda  qeyd  olunanlar  fəal  təlim  üsullarının 
mahiyyətinin  aydınlaşdırılması  üçün  tərəfimizdən  söylənilən  mülahizələrdir.  Dərs 
Qeyri-üzvi 
birləşmələrin 
mühüm 
sinifləri 
əsaslar 
amfo-
terlər 
həllolan 
həllolma-
yanlar 
oksid 
duz əmələ-
gətirməyən 
duz əmələ-
gətirən 
amfo-
terlər 
əsasi 
turşu 
qarışıq 
duzlar 
normal 
turş 
əsasi 
qarışıq 
 
ikiqat 
turşular 
çox 
əsaslı 
oksigenli 
oksigensiz 
bir 
əsaslı 


329 
 
zamanı  şagirdlər  hər  bir  mövzuya  aid  malik  olduqları  biliklərə  əsasən  öz  fikirlərini 
istənilən formada ifadə edə bilərlər.  
 
6.2.8. Kimyadan fəal təlim üsullarının tətbiqinə aid dərs nümunələri 
 
          IX  sinifdə  tədrisi  nəzərdə  tutulan  “Ammonyak”  mövzusuna  iki  dərs  saatı 
ayırmaq  olar.  Birinci  dərs  saatında  “Ammonyak  molekuluun  quruluşu  və  sənayedə 
alınması”,  ikinci  dərs  saatında  isə  “Ammonyakın  xassələri  və  tətbiqi”-nə  aid 
materialları vermək olar. 
          Hər iki dərsin icmalını aşağıdakı kimi verməyi məqsədəuyğun hesab edirik. 
 
 
Mövzu: Ammonyak molekulunun quruluşu və sənayedə alınması. 
Standart: 
1.1.1.  Maddələrin  (metallar,  qeyri-metallar  və  onların  birləşmələri,  sadə  üzvi 
birləşmələr) quruluşunu, fiziki xassələrini şərh edir. 
1.2.1.Maddələrin  (metallar,  qeyri-metallar  və  onların  birləşmələri,  sadə  üzvi 
birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir. 
2.1.1.  Metallar,  qeyri  metallar  və  onların  birləşmələrinə  aid  reaksiyaların 
qanunauyğunluqlarını izah edir. 
2.2.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrinə aid 
reaksiya tənliklərini tərtib edir. 
3.1.1.  Metallar  və  qeyri  metallara,  onların  mühüm  birləşmələrinə,  sadə  üzvi 
birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir. 
Məqsəd: 
1.
 
Ammonyakın molekul, elektron və quruluş formulunu müəyyən edir.  
2.
 
Ammonyakın quruluşunun xassələrinə təsirini şərh edir.  


330 
 
3.
 
Ammonyakın  sənayedə  alınmasını  reaksiyasının  qanunauyğunluğunu  kimyəvi 
tarazlığın yönəlməsi haqqında təlim (Le-Şatelye prinsipi) əsasında izah edir.  
4.
 
Ammonyakın sənayedə alınmasına aid reaksiya tənliyini  tərtib edir.  
5.
 
Ammonyakın  sənayedə  alınması  prosesinin  ardıcıllığını  müşahidə  edir  və 
aydınlaşdırır.  
İnteqrasiya: B-3.2.2.,4.1.1.  
İş forması: Bütün siniflə iş, qruplarla iş.  
Üsullar: Beyin həmləsi (Əqli hücum),  müsahibə, müzakirə, təqdimat.  
Resuslar:  İş  vərəqləri,  kompüter,  proyektor,  ammonyakın  sənayedə  alınmasının 
sxemini və videomaterialını əks etdirən məlumat daşıyıcısı.  
Dərsin gedişi. 
I.Mərhələ. 
Motivasiya, problemin qoyuluşu. 
Sinfə  keçən  dərslə  əlaqədar  bir  neçə  sual  verildikdən  sonra  müəllim  mövzuya 
aid bəzi görüntüləri ekranda nümayiş etdirir və onların azotun hansı birləşməsinə aid 
olduğunu  şagirdlərdən  soruşur  və  yeni  sual  verir:  müşahidə  etdiklərinizə  əsasən 
həmin maddə barədə hansı məlumatları deyə bilərsiniz?  
 
 
 
 
 
 
 
 
 
 
 


331 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


332 
 
 
 
 
 
 
 
 
 
 
 
Müxtəlif  fərziyyələrə  əsasən  mövzunun  adı  müəyyənləşdirilir  və  tədqiqat  sualı 
qoyulur.  


333 
 
Tədqiqat  sualı:  Ammonyakın  quruluşunu  müəyyənləşdirmək    üçün  biz  nələri 
bilməliyik? 
Çoxlu  miqdarda ammonyak almaq nə üçün lazımdır və onun sintezini hansı şəraitdə 
həyata keçirmək əlverişlidir?  
II. Mərhələ. 
Tədqiqatın aparılması. 
Müəllim  şagirdləri  dörd  qrupa  bölür  və  onlara  tədqiqat  sualına  aid  əvvəlki 
dərslərindən  malik  olduqları  biliklərə  uyğun  yazılmış  suallardan  ibarət  tapşırıq  verir 
və iş vərəqləri paylayır.  
I qrup. 
Sual 1. Ammonyakın çoxlu miqdarda alınması nə üçün lazımdır?  
Sual 2. Ammonyakın quruluşuna əsasən onun hansı xassələrini müəyyən etmək olar?  
Sual  3.    Ammonyakın  fəza  quruluşu  necədir,  onda  azotun  oksidləşmə  dərəcəsi  və 
valenti neçədir?  
Sual 4:  Katalizator nəyə deyilir?  
II qrup 
Sual 1. Azotun hidrogenlə qarşılıqlı təsiri reaksiyasınin xarakteri necədir?  
Sual 2. Ammonyakda azot hansı hibridləşmə halındadır?  
Sual 3. Bitkilər və heyvanlar azotu  necə  mənimsəyirlər?  
Sual  4.  Ammonyakın  azot  və  hidrogenin  qarşılıqlı  təsirindən  alınmasını  sənaye, 
yaxud  laboratoriya  üsuluna aid etmək olar ?  
III qrup 
Sual  1.  Ammonyakın  azot  və  hidrogendən  alınması  nə  üçün  sənaye  üsulu  hesab 
olunur? 
Sual 2. Ammonyak hansı quruluşlu maddələrə aiddir? 
Sual  3.  Nə  üçün  bitkilərə  verilən  natrium-nitratı  ammonyakın  birləşmələri  ilə  əvəz 
etmək lazım gəldi?  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə