Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə106/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   103   104   105   106   107   108   109   110   111

362 
 
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik 
davranış  qaydaları,  korrupsiyaya  qarşı  mubarizə  və  maraqların  toqquşmasının 
qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir. 
4.3.2.
 
Müəllim  səlahiyyətləri  daxilində  rəhbərliyin  qanuna  uyğun  yazılı  
əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur. 
4.3.3.  Müəllim  təhsil  muəssisəsinin  rəhbərliyi tərəfindən  ona  verilən  əmrin  və 
tapşırığın qanuna və ya digər normativ huquqi akta zidd olmasına əmindirsə, o, həmin 
əmri  və  ya  tapşırığı  yerinə  yetirməkdən  imtina  edə  bilər.  Bu  barədə  yazılı 
əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir. 
4.3.4.  Rəhbərliyin  qanuni  göstərişlərinin  müəllimlər  tərəfindən  yerinə 
yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 
4.3.5. Təhsil muəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl 
etməsinə birbaşa məsuliyyət daşıyır. 
4.3.6.  Rəhbərliyin  muəllimlərlə  münasibəti  qarşılıqlı  hormət  əsasında 
qurulmalıdır. 
4.3.7.  Rəhbərlik  tərəfindən  muəllim  əməyinin  qiymətləndirilməsi  həqiqi 
xidmətlərinə gorə olmalı, qərəzsiz və ədalətli formada həyata kecirilməlidir. 
4.3.8.  Rəhbərliyin  müəllimdən  peşə  vəzifələrinin  icrasına  aid  olmayan  və  ya  
şəxsi həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir. 
4.3.9.  Müəllim  rəhbərliyə  öz  həmkarları  barədə  bilərəkdən  yalan  və  ya  təhrif 
olunmuş  məlumatlar  verməməli,  məlumatı  verməzdən  əvvəl  bütün  imkanlardan 
istifadə edərək onun düzgün olub-olmamasını müəyyən etməlidir. 
4.3.10.  Təhsil  muəssisəsinin  rəhbərliyi  tərəfindən  müəllim  əməyinin  
keyfiyyətinə  və  onun  karyerasına  təsir  edəcək  məlumatların  gizlədilməsi  və  ya    ona 
təhrif olunmuş məlumatların verilməsi yolverilməzdir. 
4.3.11.  Rəhbərlik  təhsil  muəssisəsinin  fəaliyyətinə  mənfi  təsir  gostərən 
münaqişələr  və  maraqların  toqquşması  hallarının  qarşısını  vaxtında  almalı,  yaranmış 
munaqişəni konstruktiv həll etməyə calışmalı və nizam-intizam yaratmalıdır. 


363 
 
4.4. Valideyn və qanuni numayəndələrlə münasibət 
4.4.1.Müəllim  valideyn  və  qanuni  nümayəndələrin  huquqlarını  bilməli,  
mütəmadi  olaraq  onlara  təhsilalanlarla  bağlı  tövsiyələr  verməli,  valideyn  və    uşaqlar 
arasında yaranan munaqişələrin həllində yardımcı olmalıdır. 
4.4.2.Müəllim  tərəfindən  valideynlərin  qanunazidd    hərəkətlərə  sövq  edilməsi 
yolverilməzdir. 
4.4.3.Müəllim valideyn və digər qanuni nümayəndələrlə hormətlə və nəzakətlə 
davranmalıdır. 
4.4.4.  Valideyn  və  qanuni  nümayəndələrlə  münasibətlər  təhsilalanlarla 
münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir göstərməməlidir. 
4.4.5.  Valideyn  və  qanuni  nümayəndələr  tərəfindən  konüllü  və  qanuni  yollarla 
təhsil  muəsissəsinə  edilmiş  yardım,  muəllim  -  təhsilalan  münasibətlərinə  və 
nailiyyətlərin qiymətləndirilməsinə təsir gostərməməlidir. 
4.5. Müəllim və cəmiyyət 
4.5.1.  Müəllim  milli-mənəvi  dəyərlərin,  mədəni  irsin  qoruyucusu  missiyasını 
daşımaqla bərabər cəmiyyətin fəal uzvu olmalıdır. 
4.5.2.  Müəllim  hər  zaman  cəmiyyətə  fayda  verməyə  calışmalıdır.  Yalnız  peşə 
fəaliyyətini  həyata  kecirərkən  deyil,  butun  hallarda  münaqişələrə  və  yersiz 
mübahisələrə  yol  verməməli,  problemlərin  həllinə,  münaqişələrin  qarşısını  almağa 
calışmalıdır. 
4.5.3.  Müəllim  vətəndaşlıq  borcunu  dərk  etməli  və  yerinə  yetirməli,  cəmiyyət 
üzvləri  ilə  münasibətlər  qurarkən  öz  şəxsiyyətini  qorumalı  və  mənfi  təsir  altına 
düşməməlidir. 
5. Müəllim andı 
5.1.  And  Azərbaycan  Respublikası  ilə  müəllim  arasında  açıq  hüquqi  borc  və 
sədaqət münasibətlərini təsdiq edir. 
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and icir: “Azərbaycan 
Respublikası  Konstitusiyasına  və  qanunlarına  riayət  edərək  Azərbaycan  təhsilinin 


364 
 
ənənələrinə  sadiq  qalacağıma,  keyfiyətli  təhsil  xidməti  göstərəcəyimə,  peşəkar 
fəaliyyət  zamanı  qeyri-etik  davranışın  hər  hansı  bir  formasına  yol  verməyəcəyimə, 
həmkarlarım,  təhsilalanlar,  valideynlər  və  digər  şəxslərlə  münasibətləri  hörmət,  şərəf 
və  ləyaqət  əsasında  quracağıma,  müəllim  adını  və  şərəfini  uca  tutacağıma  and 
içirəm.” 
5.3.  Andiçmə  təntənəli  şəraitdə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağı 
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. 
5.4.  Andiçmə  bir  dəfə  olur.  Andın  imzalanmış  mətni  müəllimin  şəxsi  işində 
saxlanılır. 
6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi 
6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. 
6.2.  Müəllimlər  tərəfindən  etik  davranış  qaydalarına  əməl  olunması  rəhbərlik 
tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür. 
6.3. Təhsil müəssisəsinin rəhbərliyi: 
6.3.1. Yeni işə qəbul olunan muəllimləri bu Qaydalarla tanış etməlidir. 
6.3.2. Müəllimlərin davranışının bu Qaydalara  uyğunluğuna  nəzarət etməli   və 
onun təhlilini aparmalıdır; 
6.3.3. Öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir. 
6.3.4. Pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara 
zidd olan hərəkətlərə sövq etməməlidir. 
6.3.5. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir. 
6.3.6.  Pedaqoji  kollektivə  Qaydaları  izah  etməli  və  müraciət  edən  hər  bir   
müəllimə müvafiq tövsiyələr verməlidir. 
6.3.7.  Bu  Qaydaların  pozulması  hallarının  rəhbərlikdə  və  kollektivdə  
müzakirəsini  təşkil  etməli  və  qayda  pozmuş  müəllimlərin  qanunvericiliyə    uyğun 
intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər  görməlidir. 
6.3.8. Qaydaların pozulması  halları  ilə bağlı  həyata kecirilmiş tədbirlər barədə 
kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə