Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə109/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   103   104   105   106   107   108   109   110   111

372 
 
Tədrisin bazis planı – məktəb tədris fənnlərinin illər üzrə öyrənilməsi vaxtını, 
həmçinin şagirdlərin ümumi yükünü müəyyən edən normativ sənəd. 
Valeologiya  (latınca  valeo  –sağlamlıq,  loqos  –  elm  deməkdir)  –  sağlamlıq,  
insan  sağlamlığının  qorunması  və  möhkəmləndirilməsi  mexanizmləri  haqqında 
elmdir. 
İzahat  növləri  –  tədris  materialının  şərh  üsulları  olub,  təsvir,  izahat, 
əsaslandırma, sübutetmə kimi növləri vardır. 
Məzmun  növləri  –  ümumi  məzmun  sisteminin  elementləri.  Məzmun 
növlərinə  aiddir:  nəzəriyyələr,  qanunlar,  anlayışlar,  faktlar,  məktəb  kimya 
eksperimenti, məsələlər. 
Dərsdənkənsr  tədris  məşğələləri  – şagirdlərin  müstəqil tədris  fəaliyyətlərinin 
müxtəlif növləri. Belə məşğələlərin bir hissəsi birbaşa dərslə əlaqəli olub, gündəlik ev 
tapşırıqlarının  yerinə  yetirilməsi,  məruzələrin,  referatların,  inşaların  hazırlanması    və 
s.-dən ibarətdir. Digər hissə dərslərlə bilavasitə bağlıdır – bunlar dərnəklər, fakültətiv 
məşğələlər, idman seksiyaları, individual incəsənət, texniki yaradıcılıq məşğələləri və 
s. 
Kimyadan  işçi  oyunlar  –  bu  təcrübə  növü  üçün  xarakter  olan  münasibətlər 
sisteminin modelləşdirilməsi, professional fəaliyyətin predmet və sosial məzmununun 
yaradılması formasıdır. 
Didaktik  prinsiplər  –  ümumilikdə  tədris  prosesini  xarakterizə  edən  hallar 
(situasiyalardır ) – elmilik, müvafiqlik, əyanilik və s.). 
Kimya  üzrə  VDİ  –  kimya  üzrə  Vahid  Dövlət  İmtahanı.  11-ci  sinif  şagirdləri 
tərəfindən ilin sonunda işçi pedaqoji qrupun hazırladığı materiallar əsasında verilir. 
Məsələ-  əqli  (mühakimə)  nəticəçıxarma,  hesablamalar  vasitəsilə  yerinə 
yetirilən (həll edilən) çalışma (tapşırıq) . 
Məktəbdə  kimyanın  tədrisi  məsələləri  –  kimyanın  tədrisi  məqsədlərinə  nail 
olma yolları. 


373 
 
Qanun  –  müəyyən  şəraitdə  obyektiv  reallığın  təkrarlanması,  təlimin  məzmun 
növü. 
Təlimin  intensivliyi  –  bir  saat  vaxt  ərzində  öyrənilən  yeni  məzmun 
elementlərinin sayı. 
İnnovasiya  texnologiyaları  –  innovasion  (yeniləşən)  fəaliyyəti  təmin  edən 
üsul, vasitə və tədbirlər toplusu (yığımı). 
İnteraktiv təlim  –  (ing. interation – qarşılıqlı əlaqə) – şagirdin tədris əhatəsi, 
mənimsənilən  təcrübə  sahəsi  hesab  edilən  tədris  mühiti  ilə  qarşılıqlı  təsiri  əsasında 
təlim. 
Məktəb  kimya  kabineti  –  Fənnin  keyfiyyətli  tədrisini  təmin  edən  tədris 
avadanlığı, mebel və qurğuların rasional yerləşdirildiyi xüsusi məkan. 
Kimyanın  tədrisində  kompyüterləşdirilmiş  təlim  –  dar  mənada  – 
kompyüterin  tədris  vasitəsi  kimi  istifadəsi,  geniş  anlamda  –  kimyanın  tədrisində 
kompyüterdən çoxməqsədli istifadə. Əsas məqsədlər: məlumatlandırılmış cəmiyyətdə 
böyüyən  nəsli  həyata  hazırlamaq,  məlumatlandırma  vasitələri  tətbiq  etməklə  təlimin 
keyfiyyətinin artırılması. 
Biliklərin  yoxlanılması  –  sinfin  və  hər  bir  şagirdin  təliminin  keyfiyyətinin 
aşkar  edilməsi  prosesi.  Növləri:  gündəlik  (cari)  yoxlama,  mövzunun  öyrənilməsinin 
yoxlanılması,  sinifdə  təlim  nəticələrinin  yoxlanılması,  kimyanın  tədrisini 
yekunlaşdırıcı yoxlanılması. 
Kimya  dərnəyi  -    fənn  üzrə  sinifdənkənar  işin  əsas  forması.  Dərnəklərin 
növləri:  əyləncəli  təcrübələr  dərnəyi,  tətbiqi  kimya  dərnəyi,  dərsdə  əldə  edilən 
biliklərin  təkmilləşdirilməsi  dərnəyi,  həmçinin  kimyanın  daha  vacib  məsələlərinin 
dərindən öyrənilməsi dərnəyi. 
Magistr (lat. magister — müəllim, usta 
deməkdir) 
— 
bəzi 
ölkələrdə 
magistraturanı  başa  vurduqdan  sonra  tələbələrin  əldə  etdikləri  ixtisas  dərəcəsi, 
ilkin elmi dərəcə. Magistratura —  ali  xüsusi  təhsil  pilləsi  olaraq,  ikinci  pillə  ali 
təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. 


374 
 
Təlim  üsulu  –  tədris-tərbiyəvi  məqsədlərə  nail  olma  üsulu;  müəllim  və 
şagirdlərin müəyyən şəkildə nizamlanmış qarşılıqlı fəaliyyəti. 
Elmi  dünyagörüş  –  reallıq  və  burada  insanın  yeri  barədə  hədsiz 
ümumiləşdirilmiş  biliklər;  bu  biliklərdən  həqiqəti  dərk  etmək  və  dəyişdirmək  üçün 
istifadə  etmək  bacarıqları;  biliklərin  fəaliyyət,  əsas  ideallar,  prinsiplər  aləti  kimi 
həqiqiliyinə  və  effektivliyinə  inam;    əqidə  və  idealların  reallaşdırılmasına  və 
müdafiəsinə hazırlıq sistemi. 
Metodik  prinsiplər  –  fizika,  kimya,  biologiya,  tarix  və  başqa  elmlərin  tədris 
prosesini xarakterizə edən hallar (elmilik, müvafiqlik, sistemlilik,  və s.). 
Kimyanı  tədris  predmeti  kimi  müəyyən  edən  normativ  sənədlər  –  məktəb 
kimya  kursunun  tərtibatı  zamanı  nəzərə  alınanqanunlar  və  qanunaltı  aktlar.  Belə 
sənədlərə:  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının 
təhsil qanunu, kimya fənni üzrə təhsil proqramı (kurikulumu), təhsil Standartı, yuxarı 
təhsil pilləsinin ixtisaslaşdırılması Konsepsiyası aiddir. 
Təhsil  standartı  –  təhsilin  məzmun  və  səviyyəsini,  həmçinin  mənimsəmə 
nəticələrinə  qoyulan  tələbləri  müəyyən  edən  normativ  sənəd.  Kursun  quruluşunu, 
istifadə edilən dərslik və proqramları standart təyin etmir. 
Öyrətmə  -  tədris  məzmunun  insan  tərəfindən  mənimsənilmə  səviyyəsi  və 
sürətinin  fərdi  göstəriciləri.  Kimyadan  materialın  mənimsənilməsi  qabiliyyəti  kimi  – 
ümumi  öyrədilmə,  və  tədris  materialının  ayrı-ayrı  növlərinin  (kimyanın  bölmələri, 
praktiki fəaliyyət) mənimsənilməsi qabiliyyəti kimi – xüsusi öyrədilməyə bölünür. 
Kimyanın  tədrisinin  təşkilati  formaları  –  təlim-tərbiyə  prosesində  kimya 
dərslərində  və  sinifdənkənar  vaxtlarda  öyrədənlərlə  öyrənənlər  arasında  birbaşa  və 
bilavasitə pedaqoji ünsiyyət variantları. 
Kimya  olimpiadası  –  fənn  üzrə  məktəbdənkənar  işin  epizodik  forması. 
Mərhələlərinə görə olimpiadalar:  məktəb, məktəblərarası (və ya rayon), bölgə, nəzəri 
şəhər, praktiki şəhər, yekunlaşdırıcı, Respublika. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə