Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə108/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   103   104   105   106   107   108   109   110   111

369 
 
tərəfindən  qəbul  olunmuş  elmi  nailiyyətlərə  əsaslanaraq  müəyyən  zaman  kəsiyində 
ictimaiyyətə  qarşıda  duran  əsas  problemlərin  və  onların  həlli  ilə  bağlı  modellərin 
verilməsidir.  Başqa  sözlə,  paradiqma  –  mühüm  elmi  nailiyyətlər  sistemi  əsasında 
müəyyən  dövrdə  konkret  elm  sahəsində  araşdırmalar  aparan  insanların  aldıqları 
nəticələrin praktik cəhətdən tətbiqinin təşkili sistemidir. 
  Pedaqogikada təhsilin məzmununu və təlimin məqsədlərini özündə əks etdirən 
pedaqoji paradiqmanın üç növü göstərilir: 
Elmi-texnokrativ  paradiqma.  Onun  əsasını  həqiqətin  konkret  elmi 
metodologiya ilə sınaqdan çıxarılması, təcrübədə təsdiqi təşkil edir; 
Humanist  paradiqma.  Onun  əsasını  həqiqətin  dərk  olunması  təşkil  edir  (hər 
fənn  üzrə  öyrənmənin  tempi  şagirdlərin  imkanları,  informasiyanın  qavranılma 
dinamikası nəzərə alınaraq həyata keçirilir); 
Ezoterik paradiqma. Onun əsasını həqiqətən əbədi və dəyişməz olduğu və ona 
çatmağın (yüksəlməyin) imkan və yolları təşkil edir. 
Konpetensiyalar- səriştələr, qabiliyyətlər. 
Pilot- nümunəvi, eksperimental. 
Simulyasiya-  immitasiya,  təqlid  etmək,  fəaliyyət  və  hadisələri  yalandan 
yaratmaq  deməkdir.  Əsas  məqsəd  şagirdlərə  onlarınkından  fərqli  fikir,  vəzifə  maraq, 
hobbi  və  motivasiyaları  olan  həmyaşıdlarını  başa  düşməyə  kömək  etmək  üçün  tanış 
olmayan şərait yaratmaqdan ibarətdir. 
Motivasiya-    hər  hansı  bir  fəaliyyətin  mexanizmini  işə  salan  sövqedici 
qüvvədir. 
İş vərəqi- kiçik qruplarla fəal təlim zamanı şagirdlərin tədqiqat işini təşkil edən 
mühüm vasitələrdən biridir. 
Esse-  hər  hansı  problem  haqqında  şagirdlərin  müstəqil  düşüncələrini  əks 
etdirən yazılı işdir, “etüddür”. Onun həcmi bir səhifədən çox olmamalıdır. 
Fasilitator- bələdçi, fasilitasiya-ingiliscə əlverişli şərait deməkdir. 
Verbal- suallar verməklə müəyyənləşdirmə. 


370 
 
Vizual- şagirdlərin sifətlərinin ifadəsini izləməklə. 
QS- qiymətləndirmə sxemləri. 
Holistik QS- şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır. 
Analtik QS- şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətini təyin edir. 
Standart-ingilis sözü olub norma, ölçü, nümunə deməkdir. 
Təhsil  standartı–  ictimai  idealı  əks  etdirən,  bu  ideala  nail  olmaq  üçün 
şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil proqramı 
kimi qəbul edilən əsas parametrlər sistemi kimi başa düşülür. Standartlar elə səciyyəvi 
meyarlara  aid  edilir  ki,  onların  əsasında  şagirdlərin  öyrənməli  və  etməli  olduqları 
təmin edulir. 
Tolerantlıq-digərlərini qəbul etmək və dinləmək mədəniyyəti 
Prioritet– vacib 
Konservatizm– qeyri-çevik 
Paradiqma–əlamət 
Ssientizm – quru elmilik 
Dialoji münasibətlər–subyekt-subyekt 
Kommunikativ  qabiliyyətlər–dinləmə  və  eşitmə,  açıqlıq,  səmimilik, 
tolerantlıq, həmsöhbətinə hörmət ermək 
Ekzistensiallıq–təhsilalma  prosesinin  insan  təbiətinin  bütövlüyü  nəzərə 
alınmaqla qurulması 
İnteqrativlik–fənlərin  tədrisinə  kompleks  yanaşmaqla  təhsil  prosesinin 
bütövliyinin təmin edilməsi 
Təhsilin  məzmununa  ənənəvi  yanaşma–bilik,  bacarıq  və  vərdişlər 
sistemindən ibarət olması və proqramlarda, dərsliklərdə əks edilməsi (yaddaş məktəbi 
üçün) 
Təhsilin  məzmunu  (müasir  yanaşma)–insanların  həyati  bacarıqlara  nail 
olması,  idraki  vərdişlər  qazanmaları  üçün  təfəkkür  məktəbini  küçmələri,  məntiqi, 


371 
 
tənqidi  və  yaradıcı  təfəkkür  qabiliyyətlərinə  yiyələnmələri.  Məzmunun  inteqrasiya 
müstəvisində qurulması 
Konstruktiv şəxsiyyət–yaradıcı, kamil, rəqabətə qabil insan 
Konstruktiv  təhsil  mühiti–konstruktiv  təfəkkürün  inkişafını  təmin  edən 
konstruktiv  təlim  prosesinin  qurulması  və  bu  prosesdə  konstruktiv  şəxsiyyətin 
formalaşmasını təmin edən mühit 
Kompetasiyalar–milli səviyyədə qəbul olunmuş nəticələr 
Fənn–təhsildə 
nəzərdə 
tutulmuş  məqsədlərin  və  nəticələrin  həyata 
keçirilməsində mühüm əhəmiyəti olan məzmun elementi. 
Dərsin  təhlili  –  dərsin  məzmununun,  quruluşunun,  istifadə  edilən  üsul  və 
metodik  priyomların  pedaqoji  məqsədəuyğunluğunun,  həmçinin  dərsin  pedaqoji 
effektivliyinin səbəblərinin müəyyən edilməsi. 
Müəllif  təhsil  proqramları  –  məktəbdə  təhsil  prosesinin  proqram-metodik 
təminatının  tərkib  hissəsidir.  Nümunəvi  və  modullaşdırılmış  tədris  və  tərbiyəvi 
proqramlardan  fərqli olaraq  müəllif proqramları təhsil  müəssisələri tərəfindən sərbəst 
hazırlanır. Belə proqramlar üçün orijinal konsepsiya və məzmun xarakterdir. 
Akmeologiya  (akme-  qədim  yunan  dilində  -  “yüksək  nöqtə,  yetginlik”  və 
logiya – yunanca “logos – təlim” deməkdir) – fenomenologiyanı, insanın professional 
yetginlik mərhələsində inkişaf mexanizmini və qanunauyğunluqlarını öyrənən elmdir. 
Alternativ  təlim  –  təhsil  prosesinin  intensivləşdirilməsinə,  şəxsiyyətin  tarixən 
möhkəmlənmiş  ənənə  və  imkanlara  malik  təlim  üsulları  və  formalarının  didaktik 
əhəmiyyətini qüvvətləndirən   potensial resurslarının mobilləşdirilməsinə yardım edən 
yeni texnologiyaları tətbiq edən təlim. 
Bakalavr (lat. baccalarius və  ya baccalariumbacca —  "meyvə", larius — 
"dəfnə",  mənası  "dəfnə  meyvəsi"
]
)  — Bolonya  prosesində  iştirak  edən  ölkələrdə ali 
təhsil proqramının  birinci  pilləsini
  mənimsəyən  şəxslərə  verilən  akademik  dərəcə  və 
ya  ixtisaslaşma  göstəricisi;  bakalavriatı  bitirmiş  şəхslərə  verilən  ali  peşə-iхtisas 
dərəcəsi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə