Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə105/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   101   102   103   104   105   106   107   108   ...   111

359 
 
təhlillər  aparır,  keyfiyyətin  yüksəldilməsi  və  nailiyyətlərin  əldə  edilməsi  üçün 
təkliflərlə çıxış edir. 
3.5    Müəllim  yenilikçidir,  innovasiya  və  yeni  tədris  texnologiyalarını                               
mənimsəyir və öz təcrübəsində tətbiq edir. 
3.6.  Müəllim  ona  həvalə  edilmiş  işin  keyfiyyətinə  və  nəticələrinə  gorə  və  hər 
bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır. 
3.7.  Müəllim  gənc  nəslə  milli  və  bəşəri  dəyərləri  aşılamaqla  təhsilalanların 
mədəni inikişafı prosesində birbaşa iştirak edir. 
3.8.  Müəllim  təhsilalanlara  keyfiyyətli  təhsil  verməklə  peşəsinə  olan  ictimai 
etimad və horməti doğruldur. 
3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, muəllim nufuzunu 
yüksək tutur, ziyalılıq numunəsi göstərir. 
3.10.  Müəllim  şəxsi  numunəsi  ilə  təhsilalanlara  Azərbaycan  Respublikasının 
Konstitusiyasına  və  qanunlarına,  dovlət  rəmzlərinə,  Azərbaycan  xalqının  tarixinə, 
mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri dəyərlərə, cəmiyyətə, 
ətraf mühitə hormət və qayğı hissi aşılayır. 
3.11.  Müəllim  təhsilalanların  şərəf  və  ləyaqətinə  hormətlə  yanaşır,  əsassız 
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik numayiş etdirir. 
3.12. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və 
vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir. 
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə 
həmkarının  vəziyyətini  pisləşdirən  və  ya  yaxşılaşdıran  məlumat  verilməsinə  görə 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. 
3.14. Müəllim təhsil muəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir, 
onu  qoruyur.  Müəllim  təhsil  muəssisəsinə  məxsus  əmlakdan  (sinif  otağı,  tədris 
resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün istifadə etmir. 
3.15.  Müəllim  icra  və  əmək  intizamına  riayət  edir,  iş  vaxtında  kənar  işlərlə 
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır. 


360 
 
3.16.  Müəllim  şəxsi  həyatında  milli  əxlaq,  ictimai  davranış  normalarına  riayət 
edir. 
4. Münasibətlər 
4.1. Təhsilalanlarla münasibət 
4.1.1.  Müəllim  təhsilalanlarla  münasibətdə  qarşılıqlı  hormətə  əsaslanan 
ünsiyyət tərzi secməlidir. 
4.1.2.  Müəllim  ozunə  və  təhsilalanlara  qarşı  tələbkar  olmalı,  bu  tələbkarlıq 
əsaslı və musbət xarakter daşımalıdır. 
4.1.3.  Müəllim  təmkinli  davranmalı  və  hər  bir  vəziyyətdə  özünü  ələ  almağı 
bacarmalıdır. 
4.1.4.  Müəllim  təhsilalanlarda  müsbət  keyfiyyətlərin  formalaşmasına  və 
inkişafına  təkan  verəcək  müasir  təlim  texnologiyalarından  və  strategiyalarından  
istifadə etməlidir. 
4.1.5.  Müəllim  hər  bir  təhsilalanın  sağlamlığını  və  rifahını  düşünərək,  onları 
zərərli vərdişlərdən cəkindirməlidir. 
4.1.6.  Müəllim  təhsilalanların  fəaliyyəti,  nailiyyətləri  və  kompetensiyalarının 
qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünə inam hissini 
möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. 
Təhsilalanlara  verilən  qiymətin  qərəzli  şəkildə  azaldılmasına  və  ya  əsassız 
olaraq artırılmasına yol verməməlidir. 
4.1.7.  Müəllim  təhsilalanlara  qarşı  xeyirxah  və  ədalətli  olmalı,  onlara  qarşı 
haqsızlığa  yol  verdikdə  səhvini  etiraf  etməyi  bacarmalı,  onun    nəticələrini  aradan 
qaldırmağa calışmalıdır. 
4.1.8.  Müəllim  hər  zaman  nitqinə  fikir  verməli,  nitqində  kobud  və  təhqiredici 
sözlər işlətməməlidir. 
4.1.9.  Müəllim  təhsilalanlara  qarşı  fiziki  zor  işlətməməli,  onların  şərəf  və 
ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 


361 
 
4.1.10.  Qanunvericilikdə  muəyyən  olunmuş  hallar  istisna  olmaqla,  müəllim 
təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. 
4.1.11.  Təhsilalanlarla  munasibətdə  müəllim  oz  vəzifə  səlahiyyətlərindən  
suiistifadəyə yol verməməlidir. 
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək muqabilində təhsilalanlardan 
hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir. 
4.1.13.Müəllim  qanunvericiliklə  muəyyən  edilmiş  qaydada  təhsilalanlara 
göstərdiyi  əlavə  təhsil  xidməti  (xidmətləri)  muqabilində  hədiyyə  və  ya  pul  tələb 
etməməlidir. 
4.2. Kollektivlə munasibət 
4.2.1.  Müəllimlər  arasında  munasibət  əməkdaşlıq  və  qarşılıqlı  hormət  
prinsipinə  əsaslanmalıdır.  Müəllim  yalnız  şəxsi  nüfuzunu  deyil,  işlədiyi  təhsil 
müəssisəsinin  və  həmkarlarının  da  nüfuzunu  qorumalıdır.  Təhsilalanlar  və  digər 
şəxslər  qarşısında  müəllimin  öz    həmkarını  təhqir  etməsi  və  zor  tətbiq  edilməsi 
yolverilməzdir. 
4.2.2.  Müəllim  öz  həmkarının  peşəkar  baxış  və  fikirlərinə  hormətlə  
yanaşmalıdır. 
4.2.3. Müəllim pedaqoji münasibətlərdə əsassız  münaqişə və mübahisələrə  yol 
verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə calışmalıdır. 
4.2.4.  Müəllim  ümumi  vəzifələrin  icrasına  və  əməkdaşlığa  mane  olacaq  
rəqabətə yol verməməlidir. 
4.2.5.  Müəllim  həmkarlarının  fəaliyyətini  duzgun  qiymətləndirməli,  onların 
səhvlərinə  göz  yummamalı,  fikir  və  baxışlarına  yönəlmiş  tənqidləri  təhqirə 
çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır. 
4.2.6.  Müəllim  öz  fəaliyyəti  ilə  işlədiyi  kollektivin  nüfuzunun  artmasına 
calışmalıdır. 
4.3. Rəhbərliklə munasibət 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə