Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə103/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

352 
 
VII FƏSİL 
MÜASİR KİMYA MÜƏLLİMİNİN PEŞƏKAR HAZIRLIĞINA QOYULAN 
TƏLƏBLƏR, ONUN FUNKSİYA VƏ VƏZİFƏLƏRİ 
 
Müasir  kimya  müəllimi    öz  fənninə  aid  biliklərə,  metodik  üsullara  və  müasir 
pedaqoji  texnologiyalara  malik  olmaqla  yanaşı,  həm  də  bunları  müxtəlif  pedaqoji 
situasiyalarda tətbiq etməlidir. 
Təhsilin  əsas  məsələsi  onun  keyfiyyətinin  artırılması  və  asanlığı  ilə  müəyyən 
edilir. Bu  hal  yalnız böyük  həcmli struktur, təşkilati-iqtisadi dəyişikliklər deyil,  həm 
də  ilk  növbədə,  ümumi  təhsilin  məzmununun  zamanın  tələblərinə  müvafiq 
əhəmiyyətli dərəcədə yenilənməsini nəzərdə tutur. 
Kimyanın  tədrisində  nailiyyətlərə  çatmaq  üçün  kimya  müəllimi  bütün 
mərhələlər  üzrə  tədris  prosesini  yaxşı  başa  düşməlidir.  Kimyanın  tədrisinin  əsas 
komponentlərinə  aşağıdakılar  aid  edilir:  tədrisin  məqsəd  və  vəzifələri,  kimyanın 
tədrisinin  məzmunu,  tədris  üsulları  və  vasitələri,  kimya  müəlliminin  fəaliyyəti, 
kimyanı öyrənən şagirdin fəaliyyəti. 
 
7.1. Müasir kimya müəlliminin funksiya və vəzifələri 
 
Kimya müəlliminin funksiyaları 
1. Qnostik (idraki) funksiya: 

 
Kimya  fənninin  məzmununa  aid  əsas  məlumatları  ayırmaq,  problem 
xarakterli  mövzuları  müəyyələşdirmək,  ortaya  çıxacaq  çətinlikləri  qabaqcadan 
görmək; 

 
Tədris  materialının  şagirdlər  tərəfindən  mənimsənilməsinin  fərdi-psixoloji 
xüsusiyyətlərini nəzərə almaq; 

 
Şagirdlərin  inkişaf  prosesini  həm  koqnutiv,  həm  də  ümumpsixoloji  planda 
diaqnozlaşdırmaq. 


353 
 
2. Konstruktiv funksiya: 

 
Pedaqoji prosesin məqsəd və vəzifələrini formalaşdırmaq; 

 
Kimya  dərslərində  və  dərsdənkənar  işlərdə  pedaqoji  fəaliyyət  sistemini 
planlaşdırmaq; 

 
Planın reallaşdırılmasının məzmun, forma və üsullarının seçilməsi. 
3. Kommunikativ  funksiya: 

 
Kimya  fənni  üzrə  tədris  materialının  şagirdlərin  qavramaları  üçün  idrakın 
psixoloji qanunlarından istifadə edilməsi; 

 
Məzmun və xarakterini nəzərə almaqla verilən məlumatların şagirdlərin başa 
düşəcəyi şəkildə optimal təqdim edilməsi; 

 
Ünsiyyət yaradılması; 

 
İnformasiyaların 
hansı 
formada 
çatdırılmasının 
sistemləşdirilməsi, 
nizamlanması (təlimin texniki vasitələrinin, cədvəllərin və s-nin istifadəsi); 

 
İnformasiyaya emosional dəyərli münasibətin formalaşdırılması; 

 
Dialoji münasibətlərin yaradılması; 

 
Ünsiyyət prosesinin stimullaşdırılması; 

 
Ünsiyyət üçün ifadəli (verbal və qeyri-verbal) vasitələrdən istifadə edilməsi. 
4.Təşkilatçılıq funksiyası: 

 
Kimya dərslərində şagirdlərin işinin təşkili; 

 
Funksiyaların bir qisminin şagirdlərə həvalə edilməsi; 

 
Sinifdə şagirdlər arasında funksiya və vəzifələrin bölüşdürülməsi; 

 
İşin gedişatı və nəticələrinin obyektiv qiymətləndirilməsi; 

 
Dərsdə ciddi işçi intizamın təşkili; 

 
Dərsdə işin yerinə yetirilməsinin kiçik summativ və yekun yoxlanılması. 
5. Özünüreallaşdırma funksiyası: 

 
Özünün  pedaqoji  ustalıq  təcrübəsini  ümumiləşdirməsi,  təhlili  və 
dəqiqləşdirməsi; 


354 
 

 
Digər müəllimlərin səmərəli metodiki üsullarından öz  pedaqoji fəaliyyətində 
məqsədəuyğun istifadə etməsi; 
Kimya müəlliminin vəzifələri 

 
Tədris  müəssisələrinin  cəmiyyətdə  rolunu,  müəllimin  konkret  fəaliyət 
sahəsinə aid olan fənnin əsas problemlərini başa düşməsi; 

 
Təhsil sisteminə, tədris prosesinin subyektlərinin (müəllimlərin, şagirdlərin 
və onların valideynlərinin) vəzifələrinə aid əsas qanunvericilik sənədlərini bilməsi; 

 
Kimyanın  fənn  kimi  konseptual  əsaslarını,  ümumi  bilik  və  dəyərlər 
sistemində, məktəb tədris planında yerini bilməsi; 

 
Pedaqoji fəaliyyətdə fərdi fərqləri, həmçinin yaş, sosial, psixoloji və mədəni 
fərqliliyi nəzərə alması; 

 
Şagirdlərin  hazırlıq  səviyyəsinə,  onların,  eləcə  də  cəmiyyətin  tələblərinə 
uyğun tədris proqramının reallaşdırılması, seçilməsi və analitik dəyərləndirməsi üçün 
fənni dərindən bilməsi. 
Kimya müəllimi həmçinin aşağıdakıları bilməlidir:  

 
Təlim  və  tərbiyə  proseslərinin,  onların  psixoloji  əsaslarının  mahiyyətini, 
pedaqoji  tədqiqatların  təşkilinin  ümumi  məsələlərini,  tədqiqat  üsullarını  və  onların 
imkanlarını, tədqiqatın nəticələrinin ümumiləşdirilməsi və tərtibi üsullarını; 

 
Müəllimin  peşəkarlığının  təkmilləşdirilməsi  yolları  və  özünütəkmilləşdirmə 
üsullarını; 

 
Öz fənninin tədrisi metodikasını; 

 
Məktəb  tədris  planlarının,  proqramlarının  və  dərsliklərin  məzmunu  və 
quruluşunu; 

 
Kimya üzrə məktəb kursunun özünə məxsus metodikalarını; 

 
Məktəb  kimya  kursunun  əsas  mövzularının  öyrənilməsinə  müxtəlif 
yanaşmaları; 


355 
 

 
Müstəqil iş aparmaq vərdişlərinin formalaşdırılmasını, şagirdlərin yaradıcılıq 
qabiliyyətlərinin və məntiqi təfəkkürünün inkişaf etdirilməsi üsullarını; 

 
Kimyanın  elmi  əsaslarını,  elmin  müvafiq  sahəsinin  tarixini  və 
metodologiyasını; 

 
İnformasiyaların  (məlumatların)  kompüter  vasitəsi  ilə  əldə  edilməsi 
üsullarını. 
Kimya müəllimi aşağıdakıları bacarmalıdır: 

 
Öz pedaqoji fəaliyyətini təhlil, təşkil etməyi və layihələşdirməyi; 

 
Tədris 
planına  uyğun  və  onun  strategiyası  əsasında  dərslərin 
planlaşdırılmasını; 

 
Hər hansı bir materialın təqdimatının ardıcıllığını təmin etməyi və fənlərarası 
inteqrasiya yaratmağı; 

 
Proqramın  müvafiq  mövzularının  və  bölmələrinin  öyrədilməsi  zamanı 
şagirdlərin  bilik  səviyyələrinə  uyğun  müxtəlif  formalı  daha  effektiv  məşğələlərin 
hazırlanmasını; 

 
Təlimin  texnolojiləşdirilməsi  üçün  müvafiq  resursların  seçilməsi  və 
istifadəsini; 

 
Tədris  və  tədris-metodiki  ədəbiyyatları  araşdırmağı  və  ondan  dərsə 
hazırlaşan zaman istifadə etməyi; 

 
Tədris-metodiki  materialların  hazırlanmasında  xidmət  proqramlarından, 
tətbiqi proqram paketlərindən və qurğu vasitələrindən istifadə etməyi, kompüter tətbiq 
etməklə məşğələlərin keçirilməsi metodikasına yiyələnməyi;  

 
Tədrisin məqsədlərinə nail olmaq üçün əlverişli təlim mühiti yaratmağı; 

 
Dərsdə motivasiya və əks-əlaqə yaratmağı.   
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə