Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə101/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   97   98   99   100   101   102   103   104   ...   111

344 
 
A)  Katalizator  götürülür;  B)  Temperatur  artırılır;  C)  Təzyiq  azaldılır;  D)  Əks  axın 
prinsipindən istifadə edilir; E) Sintez kalonunu divarı qalınlaşdırılır  
5.Hansı reaksiya tənliyi doğru deyildir? 
A) 4NH
3
 + 3O
2   
→2N
2
 + 6H
2
O  B) N
2
 + 3H
2
 → 2NH
3     
C) 2NaN
3
 → 2Na + 3N
2        
D) 4NH
3
 + 5O
2
 →4NO + 6H
2
O   E) 3CuO + 2NH
3
 → 3Cu + N
2
 + 3H
2
O  
6.Hansı maddədə azotun valenti və oksidləşmə dərəcəsi eyni qiymətlidir? 
A) Ammonyak; B) Azot; C) Nitrat turşusu; D) Ammonium-xlorid; E) Azot(V) oksid  
7.Ammonyak hansı maddə ilə qarşılıqlı təsirdə olmur? 
A) H
2
O
2
; B) CuO; C) Na; D) O
2
; E) SiO
2
 
8.  Ammonium-nitrarın  parçalanmasından  alınan  azotlu  birləşmədə  onun 
oksidləşmə dərəcəsi neçədir? 
A) +1; B) 0; C) +2; D) -3; E) +3  
9. Hansı qazı suyu sıxışdırıb çıxarmaqla toplamaq olmaz? 
A) Ammonyak; B) Oksigen; C) Metan; D) Hidrogen; E) Azot  
10. Hansı maddədə donor-akseptor rabitəsi var? 
A)  Ammonium-xlorid;  B)  Azot;  C)  Ammonyak;  D)  Nitrit  turşusu;  E)  Azot-
monooksid  
Mövzu:  Karbon.  Atomunun  quruluşu,  allotropik  şəkildəyişmələri,  təbiətdə 
tapılması.  
Standart: 1.1.1. , 1.2.1. , 3.2.1. , 4.1.1. 
Məqsəd: 
1. Karbon atomunun quruluş sxemi, hibridləşmə vəziyyəti, allotropiya hadisəsi 
barədə əvvəlki dərslərdən malik olduğu bilikləri yada salır və möhkəmləndirir. 
2.  Karbonun  allotropik  şəkildəyişmələrini  hibridləşmə  vəziyyətinə,  onların 
fiziki xassələrinə əsasən müqayisə edir, fərqləndirir, səbəbini aydınlaşdırır.  
3.  Allotropik şəkildəyişmələri və təbii birləşmələrinə  aid təqdimatlar edir. 
İnteqrasiya: Fizika-2.1.1., 2.2.1. Biologiya-2.1.1. Coğrafiya-2.1.7. 
İş forması: Bütün siniflə və qruplarla iş. 


345 
 
Təlim üsulları: Əqli hücum, problemli şərh, müzakirə, BİBÖ. 
Resuslar: Almaz, qrafit nümunələri, kömür parçası, kristal qəfəslərinin modeli, 
şəkil-tablo,  kompüter, proyektor, mövzu ilə bağlı materialları olan audiovizual disk. 
I. Mərhələ.  
Motivasiya, problemin qoyuluşu. 
 Şagirdlərə  tərkibində  karbon  kimyəvi  elementi  olan  maddələrin  formulları 
yazılmış cədvəl və maddələr göstərilir və soruşulur ki, onları hansı kimyəvi element 
əmələ gətirir? 
Şagirdlər stolun üstündəki kömür parçası, almazdan qaşı olan üzüyü və qrafiti 
yaxından  nəzərdən  keçirirlər  və  cədvəldə  adları  yazılmış  maddələrə  aid  öz  fikir  və 
mülahizələrini  söyləyirlər  və  verilən  suala  cavab  olaraq    həmin  elementin  karbon 
olduğunu deyirlər. Müəllim soruşur: bizim bugünkü dərsimizin mövzusu nə ola bilər? 
Şagirdlər cavab verirlər ki, dərsin mövzusu karbonla bağlıdır. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Karbon atomunun sp
3
(almaz) və sp
2
(qrafit) hibridləşmə halları. 
 


346 
 
Tədqiqat  sualı:  Karbon  kimyəvi  elementinin  müxtəlif  bəsit  maddələr  əmələ 
gətirməsi  nə  ilə  izah  olunur?  Almaz  və  qrafitin  xassələrinin  kəskin  fərqlənməsinin 
səbəbi nədir? 
II. Mərhələ. 
Tədqiqatın aparılması. 
 Müəllim  sinfin  tərkibindən  asılı  olaraq  şagirdləri  4-6  qrupa  bölür  və  onlara 
aşağıdakı suallardan ibarət dörd variantda tərtib edilmiş sorğu vərəqləri paylayır. 
1. Karbon  neçənci qrupda və hansı dövrdə yerləşir? 
2. Karbonun xarici elektron təbəqəsində neçə elektron yerləşir? 
3. Karbonun normal və həyəcanlanmış halda elektron formulunu yazın. 
4. Karbon hansı oksidləşmə dərəcələri göstərir 
5. Karbon birləşmələrində neçə valentli olur? 
6. Allotropiya nədir? 
7. Allotropiya hansı səbəbdən baş verir? 
8. Karbonun hansı allotropik şəkildəyişmələrini tanıyırsınız. 
9. Karbonun sizə məlum olan allotropik şəkildəyişmələri bir-birindən nə ilə fərqlənir? 
10.  Gündəlik  həayatınızda  və  biologiya  dərslərində  tərkibində  karbon  olan  hansı 
maddələrlə rastlaşmısınız? 
11. Hibridləşmə nədir? 
12. Karbonun hibridləşmə vəziyyəti ilə hansı maddə misalında tanış olmusunuz? 
13. Metalların elektriki keçirməsinin səbəbi nədir? 
14. Metanda karbon hansı hibridləşmə vəziyyətindədir? 
15.  sp
3
  hibridləşmə  vəziyətində  olan  atomun  əmələ  gətirdiyi  birləşmələrin  quruluşu 
necədir və bucaq neçə dərəcədir? 
16.  sp
2
  hibridləşmə  vəziyyətində  olan  atomun  əmələ  gətirdiyi  birləşmələrin  quruluşu 
necədir və bucaq neçə dərəcədir? 
17.  sp  hibidləşmə  vəziyyətində  olan  atomun  əmələ  gətirdiyi  maddənin  quruluşu 
necədir və bucaq neçə dərəcədir? 


347 
 
18. Əvvəlki dərslərinizdən tərkibində karbon olan hansı təbii birləşmələri tanıyırsınız? 
19. sp
3
 hibridləşmə nəticəsində neçə hibrid orbitalı əmələ gəlir? 
20. sp
2
 hibridləşmə nəticəsində neçə hibrid orbitalı əmələ gəlir? 
III. Mərhələ.  
İnformasiya mübadiləsi. 
Verilən  sualların  cavabları  qrup  daxilində  müzakirə  edilir,  fikir  mübadiləsi 
aparılır, sonra hər qrupun nümayəndəsi nəticələri təqdim edir. 
IV. Mərhələ.  
İnformasiyanın müzakirəsi və təşkili. Təqdimat edən şagirdlər  suallara cavab 
verir və təkliflər dinlənilərək cavablar dəqiqləşdirilir.  
V. Mərhələ. 
 Nəticə və ümumiləşdirmə
 Şagirdlərin  cavabları  bir  daha  nəzərdən  keçirilir  və  müəllim  lazım  gəldikdə 
yeni  suallar  verir  və  əlavələr  edir.  Tədqiqat  sualına  cavab  aşağıdakılarla  xarakterizə 
olunur. 
1.  Karbon  atomunun  normal  halda  xarici  elektron  təbəqəsində  s
2
p
2
  olmaqla  dörd 
elektron olur. 
2.  Karbon  atomu  həyacanlandıqda  2s-  orbitaldakı  cüt  elektronun  birinin  2p 
yarımsəviyyəsində  olan  bir  boş  xanaya  keçməsi  nəticəsində  dörd  tək  elektron  əmələ 
gəlir  və  onların  fəzada  necə  yerləşməsindən  asılı  olaraq  karbon  atomu  sp
3
,  sp
2
  və  sp 
hibridləşmə vəziyyətində olur. 
3.  Karbon  kimyəvi  elementi  üç  allotropik  şəkildəyişmə  əmələ  gətirir  və  onlar  bir-
birindən kristal qəfəslərinin müxtəlifliyinə görə fərqlənirlər. 
4.  Müəyyən  edildi  ki,  karbon  almazda  sp
3
,  qrafitdə  sp
2
,  karbində  isə  sp  hibridləşmə 
vəziyyətindədir. 
5.  Hibridləşmədən  asılı  olaraq  almaz  bucaq  quruluşlu  olub,  fəza  vəziyyəti  tetraedr, 
qrafit laylı quruluşlu, karbin isə xətti quruluşludur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə