Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


 Müəllimlərin etik davranış qaydaları



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə104/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   100   101   102   103   104   105   106   107   ...   111

356 
 
7.2. Müəllimlərin etik davranış qaydaları 
 
1. Ümumi müddəalar 
1.1.  Müəllimlərin  etik  davranış  qaydaları  (bundan  sonra  -  Qaydalar)  təhsilin 
bütün  səviyyələrində  peşə  fəaliyyəti  zamanı  təhsilverənlərin  ümumi  davranışını  və 
təhsil  prosesi  iştirakcıları  ilə  qarşılıqlı  munasibətlərini  tənzimləyən  normalar 
məcmusundan  ibarətdir. 
1.2. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər 
qanunvericilik  aktlarına  və  “Təhsil  prosesi  iştirakcılarının  etik  standartlar  modeli”nə 
uyğun hazırlanmışdır. 
1.3.  Bu  Qaydalar  müəllimlərin  etik  davranış  prinsiplərini  və  onlara  uyğun 
tələbləri,  təhsil  prosesi  iştirakcılarının  qarşılıqlı  munasibətlərinin  xüsusiyyətlərini 
müəyyən edir və onları tənzimləyir. 
1.4.  Bu  Qaydalar  bütün  növ  təhsil  muəssisələrində  çalışan  müəllimlərə  şamil 
edilir. 
1.5.
 
Bu  Qaydaların  tətbiqində  əsas  məqsəd  təhsil  muəssisələrində  sağlam  
işguzar  durumun bərqərar olmasına, vətəndaşların təhsil muəssisə-sinə  və muəllimə 
etimadının  artırılmasına,  təhsil  muəssisələrinin  idarə  olunmasında  valideynlərin  və 
cəmiyyətin  daha  yaxından  işti-rakının  təmin  edilməsinə,təhsil  muəssisələrinin 
fəaliyyətində  səmərə-liliyin  və  şəffaflığın  artırılmasına,  təhsil  muəssisəsində 
korrupsiya  hallarının  və  maraqların toqquşmasının  qarşısının  alınmasına  və  müəllim 
nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir. 
2. Etik davranış prinsipləri və onlara uyğun tələblər 
Müəllim  peşə  fəaliyyətində  aşağıdakı  etik  davranış  prinsiplərini  gözləməli  və 
müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir. 
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan 


357 
 
Respublikası  Konstitusiyasının,  Azərbaycan  Respublikasının  qanunlarının, 
habelə  Azərbaycan  Respublikasının  tərəfdar  cıxdığı  beynəlxalq  müqavilələrin 
tələblərinə, insan huquqlarına və demokratik  prinsiplərə əməl etməyə borcludur. 
Vicdanlılıq  –  müəllim  cəmiyyət  və  dövlətin  maraqları  naminə  öz  peşə 
fəaliyyətini  keyfiyyətlə  və  səmərəli  yerinə  yetirməyə  borcludur.  Müəllim  bütün 
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 
Peşəkarlıq  və  fərdi  məsuliyyət  –  müəllim  öz  fəaliyyətini  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuş  səlahiyyətlər  çərcivəsində 
peşəkar  səviyyədə  yerinə  yetirməyə  borcludur  və  vəzifə  funksiyalarının  keyfiyyətlə 
yerinə  yetirilməsinə  görə  məsuliyyət  daşıyır.  Müəllim  peşəkar  fəaliyyəti  və  şəxsi 
nümunəsi  ilə  təhsilalanların,  valideynlərin,  cəmiyyətin  təhsil  sisteminə,  təhsil 
müəssisəsinə və təhsil işcilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər 
təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar  
(qanunsuz  fəaliyyət  istisna  olmaqla)  tənqidi  ictimai  mülahizələrdən,  çıxışlardan  və 
onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 
Müəllim  peşə  fəaliyyəti  zamanı  müəllim  adına  və  nüfuzuna,  habelə  təhsil 
müəssisəsinin işguzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. 
Mədəni  davranış  –  müəllim  təhsilalanlarla,  rəhbərlik  və  həmkarları  ilə 
davranışında    nəzakətli,  xeyirxah,  diqqətli  və  təmkinli  olmalıdır.  Müəllim  peşə 
fəaliyyəti  ilə  əlaqədar  iradları,  tənqidi  fikirləri  qəbul  etməli,  qiymətləndirməli  və 
onlardan    düzgün    nəticə    cıxarmalıdır.  Müəllim  səmimi,  calışqan,  intizamlı, 
təşəbbuskar  olmalı,  xarici  görkəminə,  geyiminə  xüsusi  fikir  verməli,  hər  zaman 
səliqəli olmalıdır. 
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, 
milliyyətinə,  dilinə,  cinsinə,  sosial  mənşəyinə,  dinə  münasibətinə,  əqidəsinə,  ictimai 
mənsubiyyətinə  görə  təhsilalanlara  və  təhsil  prosesinin  digər  iştirakcılarına  fərq 
qoymamalıdır.  Müəllim  özünün  və  ya  maraqlı  şəxslərin  mənafelərinin  vəzifə 


358 
 
funksiyalarının  icrası  zamanı  ona  təsir  etməsinə  yol  verməməli  və  buna  şərait 
yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə 
müdaxilə  etməməlidir.  Müəllim  peşə  fəaliyyətini  yerinə  yetirərkən  siyasi  bitərəfliyə 
əməl etməyə borcludur. 
Gender  bərabərliyi  –  müəllim  təhsil  və  tərbiyə  prosesində  kişi  və  qadın 
cinsindən  olan  təhsilalanların  bərabərliyi  prinsipinin  gözlənilməsinə  davamlı  olaraq 
əməl etməlidir. 
İctimai  etimad  –  müəllim  peşə  nüfuzunu  möhkəmləndirməyə,  müəllim  adını, 
şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu 
halda  pozuntunu  tez  bir  zamanda  aradan  qaldırmalı,  ictimai  etimadın  bərpasına 
calışmalıdır.  Müəllim  işlədiyi  təhsil  müəssisəsinin  fəaliyyəti  barədə  KİV 
nümayəndələrinin  qanunla  müəyyən  edilmiş  qaydada  doğru  məlumatlanmasına 
kömək göstərməlidir. 
Konfidensiallıq  -  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
müəllim  peşə  vəzifələrinin  icrası  ilə  bağlı  təhsilalanların,  onların  valideynlərinin, 
habelə  həmkarlarının  şəxsi  həyatı  barədə  ona  məlum  olan  məlumatların 
konfidensiallığını təmin etməlidir. 
3. Müəllim şəxsiyyəti 
3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin 
yerinə yetirilməsi və huquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir. 
3.2.  Müəllim  təhsil  sahəsində  dovlət  siyasətinin  həyata  kecirilməsində  iştirak 
edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin edir. 
3.3.  Müəllim  təhsilalanlarda  fəal  vətəndaş  movqeyi  formalaşdırır,  onları 
vətənpərvərlik,  azərbaycançılıq  və  dovlətçilik    ruhunda  tərbiyə  edir,  müstəqil  həyata 
və əmək fəaliyyətinə hazırlayır. 
3.4.  Müəllim  əlavə  təhsil  və  özünütəhsil  yolu  ilə  ixtisasını,  elmi-pedaqoji  və 
peşəkarlıq  səviyyəsini  daim  artırır,  təhsilin  nəticə  və  gostəriciləri  uzrə  araşdırma  və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə