Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə107/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   103   104   105   106   107   108   109   110   111

365 
 
6.3.9.  Bu  Qaydaların  pozulmasının  nəticələrinin  aradan  qaldırılması,  təhsil 
müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


366 
 
TEZARUS 
 
Təlimin  məzmunu-  şəxsiyyətin  formalaşmasına  yönəlmiş  bacarıqlar  şəklində 
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur. 
Təlimin  vəzifələri-  təhsil  vermək,  şəxsiyyəti  tərbiyə  etmək  və  inkişaf 
etdirməkdir. 
Təlim  nəticəsi-  müəyyən  bir  mərhələdə  mənimsənilməsi  nəzərdə  tutulan  və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 
Məzmun  xətti- fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək 
üçün müəyyən olunan məzmunun zəruri hissəsidir. 
Məzmun  standartı-  dövlətin  təhsil  alanların  bilik  və  bacarıq  səviyyəsinə 
qoyulmuş dövlət tələbidir. 
Alt standart- əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir. 
Qiymətləndirmə  standartı-  təhsil  alanların  nailiyyət  səviyyəsinə  qoyulan 
tələbidir. 
Təlim  strategiyası-  təhsil  prosesində  istifadə  olunan  forma,  metod,  üsul  və 
vasitələrin məcmusudur. 
Tədris vahidi- dərslikdəki mövzuların tematik qrupudur. 
Resuslar-  məzmun  standartlarının  reallaşdırılmasında  istifadə  olunan  təlim 
vasitələridir. 
Şagird nailiyyəti- bilik və bacarıqlar əsasında qazanılan dəyərlər. 
Dəyərlər- şəxsiyyəti şərtləndirən keyfiyyətlər. 
Kurikulum-  təlim  prosesi  ilə  bağlı  bütün  fəaliyyətlərin  səmərəli  təşkilinə, 
məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir. 
Dərslik-  dövlət  təhsil  standartları  əsasında  hazırlanmış  kurikulumlara  uyğun 
olan,  şagirdlərdə  müstəqil  tədqiqatçılıq  və  yaradıcılıq  vərdişlərinin  aşılanmasına, 
demokratik dünyagörüşünün  formalaşmasına  imkan  yaradan, onları düşünməyə sövq 


367 
 
edən,  məntiqi  təfəkkürü  inkişaf  etdirən,  tətbiqi  xarakter  daşıyan,  inteqrativ 
xüsusiyyətə malik əsas dərs vəsaitidir. 
İnteqrasiya-  müəyyən  təhsil  sistemi  çərçivəsində  şagirdlərin  təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və  özünü 
inkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri arasında 
struktur  əlaqələri  qurmağı  və  onları  sistemləşdirməyi  tələb  edən  didaktik  prinsipdir. 
Dünyanın  təhsil  təcrübəsində  şaquli  və  üfüqi  olmaqla  onun  iki  növündən  istifadə 
edilir. 
Milli  kurikulum-  ölkə  miqyasında  təhsilin  hər  bir  pilləsindəki  fəaliyyətlərin 
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual sənəddir. 
Fənn  kurikulumu-  fənn  üzrə  fəaliyyətləri  istiqamətləndirən  konseptual 
sənəddir. 
Pedaqoji  innovasiya-  təhsil  müəssələrində,  pedaqoji  nəzəriyyələrdə,  müəllim 
və  şagirdlərin  fəaliyyətlərində,  təlim-tərbiyənin  məzmununda,  forma,  üsul  və 
vasitələrində,  idarəetmədə,  məqsəd  və  nəticələrdə,  ümumən,  pedaqoji  sistemdə  baş 
verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada davam 
etdirilir,  həmin  dövrün  səciyyəvi  pedaqoji  hadisəsinə  çevrilir.  İnnovasiya  latınca 
yeniləşmə deməkdir. 
Nəticəyönümlülük-  yeni  kurrikulumların  hazırlanmasında  nəzərə  alınmış  əsas 
prinsiplərdən  biridir.  Bu  prinsipin  tələbinə  görə  müəyyən  olunmuş  bacarıqlardan 
ibarət zəruri məzmun nəticələr formasında verilir. 
İdrak fəaliyyəti- əsas mərhələ-bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və 
dəqiqləşdirməkdir.  Əvvəllər  “Hafizə  məktəbi”,  indi  isə  “Təfəkkür  məktəbi 
adlandırılır.” 
Taksonomiya-  yunan  sözüdür  (taxus-qayda  ilə  yerləşmə  -  qanun  deməkdir), 
təlim  məqsədlərinin  şəbəkəli  və  ya  sistemli  təsnifatıdır.  Elmi  termin  kimi  ilk  dəfə 
botanika və zoologiyada əmələ gəlmiş, heyvanların  və bitki orqanizmlərinin qruplara 


368 
 
görə  bölgüsü  anlamında  işlənmişdir.  30-cu  illərdə  psixologiyada  istifadə  olunmağa 
başlanmışdır. 
Şəxsiyyətyönümlülük-  Milli  Kurrikulumun  hazırlanması  zamanı  nəzərə 
alınmış  didaktik  prinsiplərdən  biridir.  Onun  tələbinə  görə,  kurrikumların  tərkibində 
olan  təlim  standartları,  strategiyaları  və  qiymətləndirmə  mexanizmləri  şagird  şəxsiy-
yətində  idraki,  hissi  və  psixomotor  bacarıqlar  əsasında  yaranan  keyfiyyətlərin 
formalaşmasına  yönəlir.  Çox  vaxt  bu  keyfiyyətlər  kompetensiyalar  (səriştələr, 
qabiliyyətlər),  dəyərlər  və  ya  mədəniyyətlər  terminləri  ilə  ifadə  edilir. 
Şəxsiyyətyönümlü  təhsilin  keyfiyyət  göstəricisi  sadəcə  bilik  və  ya  bacarıqlar  deyil, 
milli 
səviyyədə 
müəyyən  olunmuş  ümumi  nəticələrə  uyğun  səviyyənin 
(kompetensiya,  keyfiyyət  və  ya  mədəniyyət  göstəricilərinə  uyğun  səviyyənin)  əldə 
edilməsidir. 
Təhsildə  qiymətləndirmə  sistemi-  beynəlxalq  milli  və  məktəb  səviyyələrində 
aparılan  qiymətləndirməni  əhatə  edir.  Orada  zəruri  məzmunun  (qiymətləndirmə 
standartlarının),  vasitələrin  (test,  sual  və  s.)  formaların,  üsulların  müəyyənləşdiril-
məsini və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir. 
Fəal  (interaktiv)  təlim-  şagirdlərin  idrak  fəallığına  əsaslanır,  təhsil  prosesinin 
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.  
İdrak    fəaliyyəti-  idrak prosesində həyata keçirilən  fəaliyyətdir. Psixoloqların 
fikrincə,  idrak  fəaliyyətində  bilmək,  anlamaq,  tələb  etmək,  sintez  etmək  və 
dəyərləndirmək  əsas  mərhələlər  hesab  olunur.  Müasir  təhsil  konsepsiyasına  görə, 
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil edir. 
Ona  görə  də  “hafizə  məktəbi”ndən  fərqli  olaraq  “təfəkkür  məktəbi”ndə  təlim 
standartları hazırlanarkən onlar əsas götürülür. 
Təhsildə  ekzistensiallıq-  məktəblilərdə  obrazlı  düşünmə,  intuisiya,  yaradıcı 
təxəyyül, emosiyalar və hisslərin inkişaf etdirilməsini nəzərdə tutur. 
Paradiqma-  yunan  sözü  olub  Azərbaycan  dilinə”  nümunə”  kimi  tərcümə 
olunur.  Bu    anlayışı  elmə  Amerika  alimi  T.Kun  gətirmişdir.  Paradiqma  –  hamı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə