Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə110/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   103   104   105   106   107   108   109   110   111

375 
 
Əsas  məktəb  –  5-9 siniflərin daxil olduğu ümumtəhsil  məktəbinin bir  hissəsi. 
Əsas məktəbin məzunları natamam orta təhsil alırlar. 
Qiymət  –  kimyadan  öyrədilən  bilik,  bacarıq  və  vərdişlərin  rəqəmlərlə,  yaxud 
ballarla şərti ifadəsi. 
Qiymətləndirmə  -  kimyadan  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilmə 
dərəcəsinin təyini. 
Əsas  düşüncə  priyomları  –  Əqli  nəticə  çıxarmağın  üsulları.  Əsas  düşüncə 
priyomlarına:  müqayisə,  ən  əhəmiyyətlinin  aşkarlanması  (abstraktlaşdırma), 
sistemləşdirmə,  müşahidə  edilən  hallardan  nəticələrin  formalaşdırılması,  sübutların 
qurulması, 
qanunauyğunluğun 
aşkarlanması 
və 
ehtimalların 
qurulması, 
ümumiləşdirmə aiddir. 
Anlayış – bilik forması, predmet haqqında məntiqlə tərtib edilmiş ümumi fikir. 
Məktəb kimya kursunda üç əsas anlayış sistemi formalaşır: maddə haqqında, kimyəvi 
reaksiyalar haqqında, məhlullar haqqında. 
Dərslər  üzrə  tematik  planlaşdırma  –  mövzulara  görə  paylanmış  və  qoyulan 
tədris  məsələlərinə  görə  birləşdirilmiş  proqrama  müvafiq  müəyyən  dərslər  sistemini 
əks etdirən sənəd. Dərslər üzrə təqribi planlaşdırma proqramın müəllifi və ya metodist 
tərəfindən tərtib edilir. Müəllimin dərslər  üzrə  planlaşdırması təqribi planlaşdırmaya 
əsasən tərtib edilir. 
Dərs  proqramı  –  mövzular  üzrə  tədrisin  məzmununu,  məntiqi  quruluşunu, 
vaxtının  paylanmasını,  həmçinin  mənimsəmə  nəticələrinə  verilən  tələbləri  müəyyən 
edən əsas elmi-metodiki sənəddir. 
İxtisas  məktəbi  –  10-11-ci  siniflərin  daxil  olduğu  ümumtəhsil  məktəbinin  bir 
hissəsi.  Burada  kimyanın  tədrisi  baza,  ixtisas  və  dərinləşdirilmiş  səviyyələrdə  həyata 
keçirilə  bilər.  Fizika,  kimya  və  biologiya  kursları  əvəzinə  ixtisas  məktəbində 
“təbiətşünaslıq” kursları (həftədə 3 saat) keçilə bilər. 
Refleksiya  –  (lat.  Reflexio  –  geriyə  qayıdış,  refleksiya)  düşünmə, 
özünümüşahidə. 


376 
 
Dərslərin  özünütəhlili  –  müəllimin  pedaqoji  ustalığının  özünütəkmilləşdirmə 
üsulları. 
Kimyanın tədrisinin yoxlama vasitələri – müvafiq tədris nəticələrinin (yaxud 
ayrı-ayrı  nəticə  göstəricilərinin)  aşkarlanmasına  yönəldilmiş  müəyyən  əməllərin 
həyata  keçirilməsi  üçün  nəzərdə  tutulmuş  tapşırıq  və  ya  tapşırıqlar  toplusu  (test, 
yoxlama işi). 
Kimyanın  tədris  vasitələri  –  kimyanın  tədrisinin  məqsəd  və  məsələlərinin 
yerinə yetirilməsinə kömək edən maddi obyektlər. 
Kimya  dərsinin  quruluşu  –  kimya  dərsinin  komponentlərinin  müəyyən 
ardıcıllıqda və bir-biri ilə qarşılıqlı təsirdə nisbəti. 
Termin – anlayışı ifadə edən söz. 
Test  –  psixologiya  və  metodikada  –  müəyyən  məzmunlu  və  müəyyən  statistik 
xüsusiyyətlərə malik standartlaşdırılmış tapşırıqlar sistemi. Test tapşırıqlarının yerinə 
yetirilmə  nəticələrinə  əsasən  şəxsiyyətin  müəyyən  xarakteri,  bilik  və  bacarıqların 
formalaşdırılması haqqında qərar verilir. 
Test tapşırığı – testə daxil olan tapşırıq. Tapşırıqlar qapalı cavab formalı, qısa 
cavablı və geniş cavablı olurlar. 
Nəzəriyyə  -  obyektiv  reallığın  mahiyyətinin  dərk  edilməsini  əks  etdirən  elmi 
prinsiplər  sistemi,  tədris  məzmunu  növüdür.  Kimyada:  atom-molekulyar  nəzəriyyə, 
atomun quruluşu və kimyəvi rabitə nəzəriyyəsi və s. 
Dərsin  tipi  –  dərslərin  təsnifatlandırılması  elementi.  Müxtəlif  tip  dərslər  yeni 
materialın izahı, əvvəlcədən əldə edilmiş biliklərin təkmilləşdirilməsi və ya biliklərin 
yoxlanması ilə bağlı ən əhəmiyyətli müxtəlif didaktik məsələlərlə xarakterizə edilir. 
Ənənəvi  kimya  kursu  –  məntiqi  maddə  haqqında  anlayışlar  sisteminin 
inkişafına  tabe  olan  sistematik kimya  kursu.  Ənənəvi  kimya  kursunda  həqiqi  biliyin 
meyarı  müəliim  və  dərslik  yox,  eksperimentdir.  Ənənəvi  kursda  ümumiləşdirmə 
öyrənilən faktlar əsasında baş verir. 


377 
 
Tyütor  (ing.  To  tutor  –  öyrətmək,  rəhbərlik  etmək,  himayə  etmək).  Adətən 
tyütor  fəaliyyəti  distant  təhsil  alan  professional  məşğul  adamların  öyrədilməsinə 
yönəldilir.  Çox  vaxt  tyütora  müəllimin  dərsdə  və  ya  dərsdənkənar  fəaliyyətində 
köməkçisi kimi baxılır. 
Çalışma  -  əldə  olunmuş  bacarığın  möhkəmləndirilməsinə  istiqamətləndirilmiş 
tapşırıq növüdür. 
Kimyanın  öyrənilmə  səviyyəsi  –  öyrənilən  nəzəri  materialla  müəyyən  edilən 
kimyəvi  hadisələrin  mahiyyətinin  izahının  dərinliyi.  Empirik-analitik,  atom-
molekulyar, dövri qanun, atomun quruluş nəzəriyyəsi və s. səviyyələrə bölünür. 
Kimya  dərsi  –  daimi  şagird  tərkibinə  malik  40-45  dəqiqəlik  kimya 
məşğələsidir  ki,  bu  proses  zamanı  müəllim  şagirdlərin  tədrisi,  inkişafı  və  tərbiyəsi  
məsələlərini reallaşdırır. 
Dərslik  –fənnin  əsas  tədris  vasitəsidir,  tədris  prosesini  modelləşdirən  tədris-
metodik kompleksin mühüm komponentlərindən biridir. 
Biliklərin  qeydiyyatı  –  şagirdlərin  tədris  nailiyyətlərinin  aşkarlanmasına  və 
müəllimin metodik təsirinin düzəldilməsinə yönəldilmiş tədbirlər sistemidir. 
Məktəbdə  kimya  –  tərkibinə  kimyanın  əsasları  –  maddələr,  onların  tərkibi, 
quruluşu,  xassələri,  çevrilmə  prosesləri  haqqında  elmlər,  kimyanın  qanunlarının 
insanların praktiki fəaliyyətlərində istifadəsi haqqında tədris predmetidir. 
Kimyanın  məktəbdə  öyrənilməsi  məqsədləri  –  məktəb  kimya  təhsilinin 
ümumiləşdirilmiş  nəticəsi.  Kimyanın  öyrənilmə  məqsədləri  tədris  müəssisəsinin 
məqsədlərinə  müvafiqdir.  Kimyanın  məktəbdə  öyrənilmə  məqsədləri,  məktəb 
predmeti  kimi,  kimyanın  konsepsiyasında,  həmçinin  təhsil  standartında 
formalaşdırılmışdır. 
Məktəb  kimya  eksperimenti  –  məzmun  növü  və  tədris  üsulu.  Nümayiş 
eksperimenti, laborator təcrübələr və praktiki məşğələlərə bölünür. 
Kimyadan  elektron  dərslik  –  kimyadan  tədis  materialı  və  interaktiv  test 
sistemindən ibarət kompyütor proqramı şəklində tədris vasitəsidir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə