Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə94/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   90   91   92   93   94   95   96   97   ...   111

316 
 
əlaqələndirmək  tövsiyə  olunur.  Sonda  alınan  klaster  müzakirə  edilir  və 
ümümiləşdirilmə aparılır. 
Suallar.  Suallar  dərs  prosesində  tədqiqatların  səmərəli  qurulmasını 
stimullaşdırır və şagirdlərin idrak  fəallığının artırılmasında böyük rol oynayır. 
Sualların  sayının  4-5  arasında  olması  məqsədəuyğundur.  Sualların  qoyuluşu 
tənqidi  təfəkkürün  inkişafına  doğru  yönəldilməli,  məntiqi  ardıcıllıq  gözlənilməli, 
məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır.  
Mühazirə.  Mühazirə  məlumatın  müəllimdən  şagirdə  ötürülmə  üsuludur.  Bu 
üsuldan  mövzu  ilə  bağlı  məzmunun  zənginləşdirilməsi,  tamamlanması  məqsədilə 
istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır. 
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir: 

 
Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək. 

 
Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq). 

 
Əyani və texniki vasitələrdən istifadə etmək. 

 
Müəllim  mühazirə  prosesini  verbal  (suallar  vermək)  və  vizual  (şagirdlərin 
sifətlərinin ifadəsini və  jestlərini müşahidə etmək) tənzimləməlidir. 
Anlayışın  müəyyən  edilməsi.  Bu  üsul  oyun-tapmaca  formasında  keçirilir  və 
şagirdlərdə  yüksək  fəallıq  yaradır.  Müəllim  lövhədən  kart  asır.  Onun  arxasında 
şagirdlərin tapacağı anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və 
gizlədilmiş  anlayışın  xüsusiyyətlərinə  aid  2  və  ya  3  yönəldici  söz  yazır.  Şagirdlər 
həmin xüsusiyyətlərə uyğun olaraq  gizlədilmiş anlayışı tapmağa çalışırlar. 
Onlar öz fərziyyələrini dedikdən sonra müəllim anlayışın tapılıb-tapılmamasını 
hamıya bildirir və kartda yazılan sözü açıqlayır. 
Söz  assosiasiyaları.  Bu  üsuldan  istifadə  edilərkən  öyrəniləcək  mövzuya  aid 
əsas  söz  (və  ya  söz  birləşməsi)  lövhəyə  yazılır.  Şagirdlər  həmin  söz  ilə  bağlı  ilk 
xatırladıqları  fikirləri  söyləyir  və  həmin  fikirlər  müəllim  tərəfindən  lövhədə  qeyd 
edilir.  Mövzu  ilə  bağlı  olan  sözlər  deyilən  fikirlərin  arasından  seçilir  və 


317 
 
əlaqələndirilir, onlardan anlayış və ideya çıxarılır. Bu anlayış əsasında yeni materialın 
öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər. 
Müzakirə.  Müzakirə  mövzu  ətrafında  ideya,  məlumat,  təssürat,  təhlil  və 
təkliflərin  qarşılıqlı  mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək  həlli 
yolunu  tapmaq,  düzgün  qərar  qəbul  etmək  üçün  şərait  yaratmaqdır.  Müzakirə 
dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi 
və tənqidi təfəkkürünü, şifahi nitqini inkişaf etdirir. 
Müzakirə  apararkən  əvvəlcədən  şagirdlərə  müzakirə  qaydaları  xatırladılır. 
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək 
və  şagirdlərin  cavablarını  nəzərdən  keçirməklə  müəllim  müzakirəni  tənzimləyir.  Bu 
zaman  cavabı  “bəli”  və  ya  “xeyr”  olan  qapalı  suallar  vermək  məqsədəuyğun  hesab 
edilmir. 
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola 
bilərdimi  və  necə?  Siz  bu  vəziyyətdə  nə  edərdiniz?  Sizin  fikrinizcə,  həmin  obraz  nə 
hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu düz idimi? Nə üçün?” kimi suallardan 
istifadə olunur. 
Akvarium.  Bu  üsulun  məqsədi  diskussiya  vərdişlərini  inkişaf  etdirməkdir. 
Akvarium bir neçə variantda keçirilə bilər. 
I  variant.  Şagirdlərin  köməyi  ilə  diskussiya  aparmaq  qaydaları  (məsələn, 
reqlamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər 
2  qrupa  bölünür.  Bir  qrup  dairənin  daxilindəki  stullarda  əyləşərək  müəllimin  təklif 
etdiyi  problemi  müzakirə  edir.  Dairədən  kənardakı  stullarda  əyləşmiş  digər  qrup  isə 
diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. 
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 dəqiqədən 
sonra  diskussiya  dayandırılır,  “xarici  dairənin”  iştirakşılıarı  diskussiyanın  gedişini 
qiymətləndirir  və  qruplar  yerini  dəyişərək  bu  və  ya  digər  problemin  müzakirəsini 
davam etdirirlər. 


318 
 
II  variant.  “Daxili  dairənin  iştirakçıları  müəllimin  təklif  etdiyi  problemi 
müzakirə  edir  və  birinci  variantdan  fərqli  olaraq  iştirakçılar  bu  zaman  yalnız 
problemin “lehinə” olan dəlillər söyləyirlər. 
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər, dəlilləri dinləyir, yazıya 
alır,  təhlil  edir,  öz  əks  dəlillərini  hazırlayırlar.  15-20  dəqiqədən  sonra  diskussiya 
dayandırılır,  xarici  və  daxili  dairədən  olan  şagirdlər  öz  yerlərini  dəyişirlər.  Onlar 
əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar. 
Burada qrupların vahid  fikrə gəlməsi önəmli deyil. 
Rollar  üzrə  oyun.  Rollar  üzrə  oyun  hər  hansı  bir  problemə  müxtəlif  nöqteyi-
nəzərdən  yanaşmağı  tələb  edir.  Bu  üsul  şagirdlərə  hadisələrin  iştirakçısı  olmaq  və 
mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı verir. 
Müəllim  rollu  oyunlarından  istifadə  edərkən  əldə  etmək  istədiyi  məqsədi, 
oyunun  mövzusunu,  senarisini  və  oyunda  iştirak  edəcək  obrazları  əvvəlcədən 
müəyyənləşdirir,  ifa  olunacaq  rolların  mətni  yazılmış  kartlar  hazırlayır.  Rollar 
bölüşdürüldükdən sonra digər şagirdlərdən kimin aparıcı, kimin müşahidəçi olacağını 
planlaşdırır  və  hazırlaşmaq  üçün  şagirdlərə  vaxt  verir.  Oyun  nümayiş  etdirildikdən 
sonra müəllim qoyulmuş problemlə bağlı  müzakirə təşkil edir. 
Venn diaqramı. Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə 
aparılır. 
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. 2.  Kəsişən  dairələr 
çəkilir  (ortada  yazmaq  üçün  yer  saxlanılır).  3.  I  və  II  dairədə  müqayisə  olunacaq 
obyektlər  qeyd    olunur.  4.  Şagirdlər  təlimatlandırılır.  5.  Müqayisə  olunan  obyektlər 
təsvir edilir (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd 
olunur). 6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.  
 
 
 
 
 
I       
 III 
 
II 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə