Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   89   90   91   92   93   94   95   96   ...   111

313 
 
Cədvəldən  göründüyü  kimi  bir  sıra  texnikalar  spesifik  xüsusiyyətlərinə  əsasən 
fərqlənmələrinə  baxmayaraq,  çox  oxşardır.  İkinci  təsnifat  daha  çevikdir  və  təlim 
məqsədlərinin nəzərə alınması şərti ilə müəllimin özü tərəfindən davam etdirilə  bilər. 
Müəllim qabaqcadan  müəyyən etməlidir ki, o, hansı bacarıq, vərdiş, keyfiyyət və  ya 
kompetensiyaları  inkişaf  etdirmək  istəyir  və  qarşısına  qoyduğu  təlim  məqsədlərinə 
uyğun texnikalar seçməlidir. 
Z.Veysova  müəllimlərin  texnikaların  seçimində  istiqamətləndirilməsi  məqsədi 
ilə  tərtib  etdiyi  ən  çox  istifadə  olunan  texnikaları  əks  etdirən  “texnikaların 
pasportunu”nun tərkib hissələrinə aşağıdakılar daxildir: 
1. Məqsəd 
2. Alqoritm və ya işin gedişi 
3. Vaxt və iş forması daxil olmaqla şərtlər 
4. Vasitələr 
5. Yarana biləcək problemlər 
Kimyanın  tədrisində  istifadəsi  mümkün  olan  fəal  təlim  üsullarından  (Beyin 
həmləsi, BİBÖ, klaster (şaxələnmə), anlayışın çıxarılması, söz assosiyaları, müzakirə, 
akvarium,  Venn  diaqramı,  layihələrin  hazırlanması  və  s.)    bəziləri  haqqında  ətraflı 
məlumat verək. 
Beyin  həmləsi  və  ya  əqli  hücum.  Şagirdlərdə  yeni  mövzuya  maraq  oyatmaq, 
habelə  onların  nəyi  yaxşı,  nəyi  pis  bildiklərini  aydınlaşdırmaq  məqsədilə  bu  üsuldan 
istifadə  olunur.  Hazırlanmış  sual  lövhədə  yazılır,  yaxud  şifahi  şəkildə  şagirdlərin 
diqqətinə  çatdırılır.  Şagirdlər  suallara  əsasən  fikirlərini  bildirirlər.  Bütün  ideyalar 
şərhsiz  və  müzakirəsiz  yazıya  alınır.  Yalnız  bundan  sonra  söylənilmiş  ideyaların 
müzakirəsi,  şərhi  və  təsnifatı  başlayır.  Aparıcı  ideyalar  yekunlaşdırılır,  şagirdlər 
söylənmiş fikirləri təhlil edir, qiymətləndirir. 
Əqli hücumu aşağıdakı kimi də həyata keçirmək olar:  

 
şagirdlər nisbətən böyük qruplarda (8-10 nəfərlik) birləşdirilməli. 


314 
 
Bilirəm 
İstəyirəm 
bilim 
Öyrəndim 

 
qrupun  lideri  qoyulmuş  problemə  dair  üzvlərinin  söylədikləri  ən  sadə 
ifadələri qeyd edirlər. 

 
İrəli  sürülmüş  fərziyyələri  ümumiləşdirmək  və  yeni  nəticə  çıxarmaq  üçün  , 
müəllim qruplara vaxt ayırır (10-15 dəqiqə).Verilmiş ideyaları müzakirə etmək, onları 
inkişaf  etdirmək  və  təqdim  etmədə  sistem  yaratmaq  üçün,  müəllim  qrupların 
içərisində yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını (bu təsvir, səhnəcik, 
mahnı, rollu oyunlar və s. şəklində ola bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş 
etdirir. 
BİBÖ-(Bilirəm/İstəyirəm bilim/Öyrəndim.) 
BİBÖ  metodu  şagirdlərin  dərs  boyu  fəallığını  təmin  edir,  birgə  öyrənmənin 
yüksək  mərhələsini  yaradır.  Metodun  birinci  “Bilirəm”  mərhələsində  şagirdlərin 
dünyagörüşü,  onların  müstəqil  öyrənmə  qabiliyyəti,  mövzuları  əlaqələndirmə 
imkanları  və  hafizəsi  təyin  olunur.  İkinci  “İstəyirik  bilək”  mərhələsində  isə  artıq 
şagirdlərin  təfəkkür  tərzi,  onların  coğrafi  düşüncə  səviyyəsi,  elmi  fantaziyaları,  əqli 
qabiliyyətləri, arzu və istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim şagird ehtiyaclarını 
nəzərə almaqla onları passiv dinləyicidən aktiv iştirakçıya, sadəcə öyrənən obyektdən 
öyrənmək  istəyən  subyektə  çevirir.  Şagirdlərin  öyrənmək  istədikləri  müəllim  və 
şagirdlərin  iştirakı ilə tədqiqat nəticəsində birgə öyrənilir və  metodun  sonuncu, daha 
vacib  “Öyrəndim”  mərhələsinin  həyata  keçirilməsinə  imkan  yaradır.  Biliklərin 
möhkəmləndirilməsi,  qoyulmuş  sualın  cavablandırılması,  yeni  biliklərin  üzə  çıxması 
mövzunun öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir.  
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır: 
1. Problem müəllim tərəfindən elan edilir. 
2.  Müəllim  lövhədə  üç  sütundan  ibarət  cədvəl  qurur  və  aşağıdakı  bölmələri 
qeyd edir: -Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
 
 
 


315 
 
3.Şagirdlər bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur. 
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütunda qeyd edilir. 
5.  Dərsin  sonunda  bir  daha  həmin  cədvələ  diqqət  yetirilir  və  mövzu  ilə  bağlı  
öyrəndikləri üçüncü sütunda yazılır.    
Auksion.  Müəllim  öyrənilən  məsələni  müəyyən  edərək  şagirdləri  auksionun 
keçirilməsi  qaydaları  haqqında  təlimatlandırır.  Öyrənilən  əşya  və  ya  hadisənin 
xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır. 
Hamı  növbə  ilə  əşya  və  hadisə  haqqında  fikir  söyləyir:  hər  bir  fikirdən  sonra 
müəllim sayır: “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif 
verən  qalib  sayılır.  Fikirlər  bir-birini  təkrarlamamalıdır.  Bunun  üçün  hamı  bir-birini 
dinləyir. 
Klaster  (şaxələndirmə).  Bu  metod  hər  hansı  mövzuya  dair  şagirdləri  açıq  və 
müstəqil  düşüncəyə  istiqamətləndirən  metoddur.  Mövzunun  öyrənilməsindən  əvvəl 
şagird  təfəkkürünə  təkan  vermək,  onlarda  mövzuya  dair  maraq  oyatmaq,  şagirdin 
dünyagörüşünün  hüdudlarını  üzə  çıxarmaq,  biliklər  arasında  əlaqə  yaratmaq  və  s. 
fəaliyyətlərə xidmət edir. 
Şaxələndirmə metodunu tətbiq etmək üçün aşağıdakılar tələb olunur: 

 
 şaxələndirmə metodu ona uyğun mövzuya tətbiq edilməlidir; 

 
şagirdlər şaxələndirmə prosesini aydın şəkildə təsvir etməlidirlər; 

 
mövzunu  açmaq  üçün  onun  daxilində  ikinci  dərəcəli  mövzuları  qrup 
daxilində fərdlərə paylanması təmin edilməlidir; 

 
iştirakçıların 
qrup 
daxilində 
hazırladığı 
şaxələndirmələri 
qrupda 
birləşdirilməsinə nəzarət edilməlidir. 
Müəllim  tərəfindən  lövhədə  və  ya  iş  vərəqlərində  dairə  çəkilir  və  onun 
mərkəzində  yazılmış  anlayışla  bağlı  söz  və  ya  ifadələr  söyləmək  şagirdlərə  tapşırılır. 
Mərkəzdə  yazılmış  anlayışdan  başlayaraq  hər  növbəti  söz,  onunla  əlaqəli  sözlər 
xətlərlə  birləşdirilir.  Vaxt  bitənə  qədər  mümkün  qədər  çox  fikir  yazmaq  və  onları 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə