288
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi. Bu prinsipin mahiyyəti ilk
növbədə onun real şəraitə uyğunlaşmaq qabiliyyətidir. İctimai mühitin və şagirdlərin
dəyişən tələbləri nəzərə alınmaqla, tədris planları və proqramlarının məzmunu, təlim-
tərbiyə prosesinin təşkili, pedaqoji texnologiyaların seçilməsi sistematik olaraq
təzələnməlidir.Çevik təlim-tərbiyə sistemində, daha çox təlimin differensiallaşmasına,
şagirdlər tərəfindən müxtəlif məlumatların işlənilməsi və mənimsənilməsinə üstünlük
verilir.
6. Əməkdaşlıq prinsipi. Əməkdaşlıqla təlim prosesi zamanı “müəllim-şagird-
valideyn” bərabərhüquqlu tərəf müqabili kimi çıxış edirlər. Bu prinsip müəllimdən
tələb edir ki, o, şagirdin qiymətləndirilməsində daha çox dəstəkləyici qiymətlərdən
istifadə etsin. Əməkdaşlıq təlim mühitini şagird üçün, fəallaşdırıcı və ruhlandırıcı
edir.
7. Dialoji təlim prinsipi. Məsələlərin birgə həlli gedişində özünün və qrup
üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı
faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştrakı təmin
edilməlidir. Təlim prosesində bütün şagirdlərin müxtəlif nöqteyi nəzərlərini və
fikirlərini nəzərə almaqla, dialoji təlim fikir müxtəlifliyinə,
tədris məzmununu daha da
zənginləşdirməyə imkan yaradır, nəticə çıxarma prosesinə müsbət təsir edir.
Fəal təlim bir sistem kimi təkcə interaktiv üsullardan istifadə edilməsini deyil,
eyni zamanda yuxarıda göstərilən yeni prinsiplərə uyğun olaraq təlim-tərbiyə
prosesinin yeni tədris plan və proqramlarının işlənib hazırlanması və tətbiqi, təlim-
tərbiyə prosesinin təşkili, öyrədici mühitin yaradılması, şagirdlərin nailiyyətlərinin
qiymətləndirilməsi, şagirdlərin şəxsiyyət kimi formalaşmasına dair proqramların
həyata keçirilməsi kini vacib komponentlərə yenidən baxılmasını nəzərdə tutur.