Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə86/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   82   83   84   85   86   87   88   89   ...   111

291 
 
III.  İnformasiya  mübadiləsi.  Bu  mərhələdə  iştirakçılar  tədqiqatın  gedişində 
əldə etdikləri tapıntıları, yeni  informasiyanın  mübadiləsini aparırlar. Qoyulmuş suala 
cavab  tapmaq  üçün  bütün  iştirakçılar  bir-birinin  təqdimatını  fəal  dinləməli  olurlar. 
Natamam  və xaotik  xarakter daşıyan  yeni  bilikləri  qaydaya salmaq, sistemləşdirmək, 
müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır. 
IV.  İnformasiyanın  müzakirəsi  və  təşkili.  Bu  mərhələ  ən  mürəkkəb 
xarakterlidir.  Belə  ki,  bu  mərhələ,  bilik,  bacarıq  və  vərdişlərin,  təfəkkürün  müxtəlif 
növlərinin  (məntiqi,  tənqidi,  yaradıcı)  səfərbərliyini  tələb  edir.  Müəllim  fasilitasiya 
funksiyasını  yerinə  yetirərək  (yönəldici,  köməkçi  suallardan  istifadə  etməklə)  əldə 
edilmiş  faktların  müzakirəsinə  və  onların  sistemləşdirilməsinə  kömək  edir.  Nəticədə 
tədqiqat sualının cavabı sxem, qrafik, cədvəl və təsnifat formasında təşkil oluna bilər.                                     
V. Nəticə və ümumiləşdirmə. Bu mərhələdə şagird nəinki əldə olunan bilikləri 
ümumiləşdirməli,  həm  də  gəldiyi  nəticəni  tədqiqat  sualı  ilə  və  irəli  sürülmüş 
fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır. 
VI.  Yaradıcı  tətbiqetmə.  Biliklərin  mənimsənilməsinin  başlıca  meyarı  onun 
yaradıcı  surətdə  tətbiqidir.  Yaradıcı  tətbiqetmə  biliyi  möhkəmləndirir,  onun  praktiki 
əhəmiyyətini  şagirdə  açıb  göstərir.  Bu  mərhələdə  müəllim  şagirdlərə,  onların  kəşf 
etdikləri  biliklərin  yaradıcı  surətdə  tətbiqinə  dair  çalışma  verməklə,  həmin  biliyin 
həmişəlik onların yaddaşlarında həkk olunmasına nail ola bilər.  
Bu  mərhələdə  həmçinin  Azərbaycanda  geniş  yayılmış  sərbəst  iş  forması  – 
dərsdə  alınmış  bilik,  bacarıq  və  vərdişlərin  möhkəmləndirilməsi  məqsədini  nəzərdə 
tutan ev tapşırıqlarına da münasibət bildirilməlidir. 
VII.  Qiymətləndirmə  və  ya  refleksiya. Qiymətləndirmə şagirdlərin təlimdəki 
nailiyyətlərinin  dəyərləndirilməsi  prosesi  olub  konkret  meyarlar  üzrə  aparılmalıdır. 
Müəllim  şagirdləri  əvvəlcədən  bu  meyarlarla  tanış  etməlidir.  Qiymətləndirmə 
həmçinin  istənilən  prosesin  təkmilləşdirilməsini  təmin  edən  bir  mexanizmidir. 
Təkmilləşmək  üçün  vaxtında  öz  qüsur  və  nailiyyətlərini  aşkar  etmək,  uğur 


292 
 
qazanılmasına  nələrin  mane  olduğunu  və  nələrin  kömək  etdiyini  müəyyənləşdirmək 
vacibdir.   
Refleksiya  –  artıq  başa  çatmış  prosesin  şüurda  inikasıdır.  Təlim  prosesinin 
refleksiyası  biliklərin  mənimsənilməsinin  bütün  mərhələlərini  təhlil  etməyə  və 
dərindən  başa  düşməyə  imkan  verən  başlıca  mexanizmlərdən  biridir.  Refleksiyanı 
həyata  keçirmək  üçün  şagirdlərə  onları  yeni  biliyin  kəşfinə  gətirib  çıxarmış  təlim 
hərəkətlərinin  alqoritmini  (addımlarını)  izləməyə  kömək  edə  biləcək  bir  neçə  sual 
vermək kifayətdir.  
Şagirdlərin  işinin  effektivlik  dərəcəsi  həm  kəmiyyət,  həm  də  keyfiyyətcə 
qiymətləndirilə,  müxtəlif  metodlarla  və  fərqli  formalarda  həyata  keçirilə  bilər.  Lakin 
yadda  saxlamaq  lazımdır  ki,  qiymətləndirmə  ilk  növbədə  şagird  üçün  özünüqiymət-
ləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır. 
Fəal dərsin motivasiya mərhələsi çox mürəkkəb proses olub, müəllimdən xüsusi 
bacarıq  tələb  edir.  Dərsin  bütün  sonrakı  gedişi  məhz  motivasiyanın  nə  dərəcədə 
uğurlu  yaradılması  və  həyata  keçirilməsindən  asılıdır.  Dərsin  nəticəsində  əldə 
olunmalı  bilik  və  ideyalar  motivasiyanı  formalaşdıran  amillərdir.  Bu  mərhələdə 
müəllim  problemli  situasiyanı  yaratmağı  bacarmalıdır.  Motivasiyanın  sonu  tədqiqat 
sualının  müəyyənləşdirməsi  ilə  nəticələnməlidir.  Motivasiya  və  onun  nəticəsi  olan 
tədqiqat  sualı  bilavasitə  dərsin  məqsədi  və  nəticəsi  ilə  uzlaşmalıdır.  Tədqiqat  sualı 
dəqiq  və  qısa  ifadə  olunmaqla  yanaşı  açıq  sual  kimi  qoyulmalı  və  müxtəlif  cavablar 
ortaya çıxarmalıdır. 
Motivasiyanın  yaradılmasının  bütün  mümkün  olan  yollarını  tədqiqatçılar  üç 
qrupa bölürlər. 
1.
 
Rəmzi  (simvolik)  materialın  şərhi  (Bu  rəsm,  fotoşəkil,  simvol,  melodiya, 
əşya,  rəvayət  və  s.ola  bilər).  Bu  halda  şagirdlərə  “Bu  nəyi  bildirir?”,  “Bunun  bizim 
öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?” kimi suallarla müraciət oluna bilər. 
2.
 
Sual  verməyə  həvəsləndirmə.  Təfəkkür  prosesini  aktuallaşdıran  sualları  üç 
növə ayırırlar 


293 
 

 
Öyrənilən  mövzu  üzrə  naməlum  olan  məsələləri  müəyyənləşdirən  suallar: 
”...haqqında biz nəyi bilirik və nəyi bilmirik?...haqqında daha nələri bilmək istərdik? 
Sualların  içərisindən  mövcud  tədqiqata  uyğun  olanlar  seçilib  ayrılır  və  müəllim 
tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri onu daha dəqiq ifadə etməyə yönəldir. 

 
Açıq suallar (iki və daha çox cavabı olan suallar). 

 
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (“açar” sözlər: 
xassələr,  xüsusiyyətlər,  funksiya,  növlər,  tiplər,  rol,  əhəmiyyət,  səbəb,  nəticə,  əlaqə, 
qarşılıqlı  əlaqə, qüsur  və üstünlük, struktur və s.). 
3.  Problemin  müxtəlif  yollarla  həll  edilməsi  (məsələnin  müxtəlif  üsullarla 
uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabərdəyərli  səbəbinin 
olması). 
Bu  prosesin  ən  mühüm  nailyyətlərindın  biri  düşünmənin  sərbəstliyi  və 
müstəqilliyidir. 
Motivasiyanın yaradılması aşağıdakı hallarda doğru hesab olunur: 

 
Motivasiya nəticəsində müxtəlif fərziyyələrin meydana çıxması. 

 
Tətbiq  olunan  motivasiya  üsulunun  məqsədəuyğunluğu.  Motivasiyanın 
yaradılması zamanı öyrənilən materialın xarakteri və onun şagirdləri bu sahədəki bilik 
səviyyəsinə uyğunluğu nəzərə alınmalıdı. 

 
Müxtəsərlik,  vaxta  qənaət.  Motivasuyanın  həyata  keçirilmə    müddəti  5-7 
dəqiqədən çox olmamalıdır. 

 
Qoyulmuş  problemin  şagirdlər  tərəfindən  dərk  edilməsinin  asanlıq  dərəcəsi. 
Problem  uşaqların  inkişaf  səviyyəsinə  və  onların  yaş  imkanlarına  uyğun  olduqda 
təfəkkür  prosesini  şövqləndirir,  əks  təqdirdə  o,  təfəkkürün  süstləşməsinə  səbəb  ola 
bilər. 

 
Motivasiyanın uğurlu yaradılmasında aşağıdakı amillərin nəzərə alınmasının 
da böyük rolu var: 

 
motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri; 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə