Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə88/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   84   85   86   87   88   89   90   91   ...   111

297 
 
lazımdır.  Belə  ki,  əgər  uşaqlara  oynamaq,  təcrübədən  keçirmək,  əl  vurmaq,  eşitmək, 
görmək, hiss etmək imkanı yaradılarsa o hər bir məlumatı mənimsəməyə qadirdir. 
Sosial-psixoloji  mühit.  Sosial-psixoloji  mühitə  şagirdin  həm  digər  insanlarla 
(təlim  prosesinin  bilavasitə  və  bilvasitə  şagirdləri  ilə),  həm  də  öz  daxili  aləmi  ilə 
təlimə həvəsinin formalaşmasına təsir edən qarşılıqlı əlaqələrinin bütün növləri aiddir: 

 
“şagird-şagird; 

 
“müəllim-şagird”: 

 
“müəllim-şagird-valideyn”; 

 
“müdiriyyət-şagird”; 

 
“müdiriyyət-şagird-valideyn”; 

 
“ailə-şagird”; 

 
“dostlar-şagird”. 
Təlim-tərbiyə  prosesində  yaşlıların  rolu  xüsusilə  böyükdür.  Onlar  şagirdlə 
təhsilin məzmunu arasında vasitəçi rolunu oynayırlar. 
Öyrədici mühitin təşkili 
Öyrədici mühitin təşkilinə yanaşmalar aşağıdakı kimi göstərilir: 

 
bilik  prosesinə  müsbət  münasibət,  yeni  biliklərin  aşkar  edilməsi, 
mənimsənilməsi və tətbiqi üçün münasib şəraitin yaradılması; 

 
şagirdin bilik əldə etmək, ünsiyyətdə, qarşılıqlı əlaqədə olmaq və əməkdaşlıq 
etmək imkanlarını genişləndirmək; 

 
şəxsiyətin inkişafı üçün imkanları artırmaq. 
Öyrədici  mühit  elə  təşkil  olunmalıdır  ki,  tədrisin  real  həyatla  əlaqəsi  başa 
düşülsün,  uşaqlar  həm  tədris,  həm  də  sosial  xarakterli  problemlərin  müstəqil  həllinə 
cəlb  olunsun,  müxtəlif  informasiya  mənbələrindən  istifadə  edə  bilsin,  sistematik 
olaraq müstəqil şəkildə bilik ehtiyatını artıra bilsin. 
Şagirdin  tədris  fəaliyyəti  o  zaman  fiziki  və  psixoloji  cəhətdən  səmərəli  təşkil 
olunar ki, ətraf  mühit onda canlı  maraq oyatsın,  uşağı aktiv əməyə, axtarışa  və kəşfə 


298 
 
sövq  etsin.  Digər  tərəfdən,  öyrədici  mühit  çeviklik  və  interaktivlik  keyfiyyətlərinə 
malik  olmalı,  şagirdə  açıq  sual  verməyi,  problemləri  araşdırmağı,  tədqiqat  aparmağı 
və  müzakirə  etməyi  dəstəkləməli,  təlim  prosesi  bütün  şagirdlərin  əməkdaşlığına 
imkan yaratmalıdır.  
Öyrədici mühiti təşkil edərkən, ilk növbədə sinfin  maddi mühitindən başlamaq 
lazımdır.  
 
6.2.4. Fəal dərsin planlaşdırılması 
 
Fəal  dərsin  səmərəliliyini  təmin  edən  əsas  şərtlərdən  biri  onun  düzgün 
planlaşdırılmasıdır.  Bunun  üçün  müəllimin  planlaşdırma  bacarığı  olmalıdır.  O,  dərs 
dediyi  fənn  üzrə  bütün  mərhələləri  aydın  təsəvvür  edə  bilməli,  onlara  aid  perspektiv 
və cari planlar hazırlamalıdır. 
Fəal dərsin işlənib hazırlanması planı aşağıdakı kimi verilir: 
1)
 
Dərsin məqsədlərini müəyyən etmək. 
2)
 
Dərsin növünü (induktiv və ya deduktiv tədqiqat) müəyyən etmək. 
3)
 
Dərsin motivasiyasını işləyib hazırlamaq. 
4)
 
Tədqiqat sualını qısaca ifadə etmək. 
5)
 
Tədqiqat  aparma  mərhələsini  planlaşdırmaq  və  bunun  üçün  aşağıdakıları 
müəyyən etmək:  
a)tədqiqat üçün tapşırıqları və üsulları;  
b) iş formalarını;  
c) məlumat mənbələrini; 
d) tədqiqatın aparılması üçün planı;iş vərəqlərini. 
6)
 
Fasilitasiya üçün suallar hazırlamaq.  
7)
 
İnformasiyanın təşkilinin mümkün üsullarını müəyyən etmək.  
8)
 
İdeyaları və çıxarılmalı olan nəticələri qısaca ifadə etmək.  
9)
 
Dərsin hər mərhələsinə sərf olunan vaxtı müəyyən etmək.  


299 
 
10)
 
Qiymətləndirmənin metod və üsullarını müəyyən etmək.  
11)
 
Dərs üçün lazım olan ləvazimat və təchizatı müəyyən etmək. 
12)
 
İşin  gedişinin  (müəllim  və  şagirdin  fəaliyyətinin)  səmərəli  təşkilinin 
yollarını müəyyən etmək. 
Planlaşdırmanı  başlayarkən  müəllim  aşağıdakı  sualların  cavablarını  özü  üçün 
konkretləşdirməlidir. 

 
Nə öyrədilməli? 

 
Necə öyrənilməli? 

 
Hansı şəraitdə?  

 
Nəticələri necə qiymətləndirmək olar? 
Ənənəvi  olaraq  bu  suallara  cavab  kimi  təlim–tərbiyə  prosesinin  strukturu  şərti 
olaraq aşağıdakı tərkib hissələrindən ibarət sistem kimi təsvir edilir: 
5.
 
Tədris plan və proqramları və ya təlimin məzmunu (Nə öyrədilməli?) 
6.
 
Təlim metodları (Necə öyrədilməli?) 
7.
 
Təlim-tərbiyə prosesinin təşkili (Hansı şəraitdə?) 
8.
 
Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi (Nəticələri necə qiymətləndir-
mək olar?) 
Fəal təlimdə nəzərdə tutulan təlim modelinin dörd  əsas komponenti var: 
1.Təlimin məzmunu 
2. Təlimin metodları 
3. Öyrədici mühit 
4. Qiymətləndirmə 
Hər  bir  sistemin  müvəffəqiyyətlə  işləməsi  üçün  onun  bütün  tərkib  hissələrinin 
qarşılıqlı əlaqəsi təmin edilməlidir. 
Təlim  sisteminin  komponentləri  arasında  əlaqə  yaradan  ünsürlər  təlim 
prosesinin iki əsas istiqamətini göstərir: 
1.  Şagirdlərin  idrak  proseslərinin  (təfəkkür,  hafizə,  diqqət,  təxəyyül 
proseslərinin və bunlarla əlaqədar əsas bilik, bacarıq və vərdişlərinin) inkişafı. 


300 
 
2.  Şagirdlərin  şəxsiyyətinin  inkişafı  (şagirdin  sosial-psixoloji,  emosional-iradi 
inkişafı). 
 
 
 
   
 
 
 
Metodlar 
 
 
 
             Məzmun     
   Öyrədici mühit 
 
 
 
Bu  iki  amil  təlim-tərbiyə  prosesinin  uğurunun  əsas  meyarı  olmalı  və  həmin 
prosesin  qurulmasının  istiqamətini  müəyyən  etməlidir.  Bu  nöqteyi-nəzərdən  hər  bir 
komponent bu  iki  istiqamətə  yönəlməlidir  və onların arasında əks əlaqə  və  uyğunluq 
yaranmalıdır. 
Təklif  olunan  təlim  modeli  müəllimdən  tədris  prosesini  qurmaq  üçün 
aşağıdakılara diqqət yetirməyi tələb edir: 
1.
 
Müəllim  ilk  növbədə  dərsi  planlaşdırarkən  nəzərə  almalıdır  ki,  məqsədlərin 
planlaşdırma  mərhələsində  təlim  prosesinin  bütün  dörd  əsas  komponentini  nəzərə 
almalıdır. 
2.
 
Təlim modelinin  hər bir tərkib hissəsi təlimin üç əsas məqsədini – öyrədici, 
inkişafetdirici və tərbiyəedici – həyata keçirməyə xidmət etməlidir. 
3.
 
Təlim  modelinin  sxemi  əsasında  müəllim  təlim  məqsədlərini  qoyarkən 
şagirdlərin  idrak  proseslərinin  və  şəxsi  keyfiyyətlərinin  inkişafına,  seçilən  tədrisin 
məzmununun,  təlim  metodlarının,  öyrədici  mühit  və  qiymətləndirmənin  meyar  və 
üsullarının necə təsir göstərəcəyini nəzərə almalıdır. 
TƏLİM MODELİNİN SXEMİ 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə